31 İyul 2026 19:39
266
CƏMİYYƏT
A- A+
“Yay Fest”in “Kreativ AI” düşərgəsi başa çatıb

“Yay Fest”in “Kreativ AI” düşərgəsi başa çatıb


Azərbaycan Respublikasının Gənclər Fondunun (ARGF) dəstəyi ilə təşkil olunan və bu il rəqəmsal inkişafa həsr edilən “Yay Fest 2026”nın 27–31 iyul tarixlərini əhatə edən “Kreativ AI” düşərgəsi uğurla yekunlaşıb.

Bu barədə AZƏRTAC-a ARGF-dən məlumat verilib.

Bildirilib ki, düşərgənin əsas məqsədi gənclərin süni intellektdən yaradıcı alət kimi istifadə bacarıqlarını inkişaf etdirmək, onların kreativ düşüncəsini gücləndirmək və AI texnologiyasını incəsənət, media, dizayn, kontent istehsalı və rəqəmsal yaradıcılıq sahələrində tətbiq etməyi öyrətmək olub.

Düşərgə iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şamaxı rayonunda yerləşən abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər. Daha sonra gənclər festival ərazisinə yola düşərək, onlar üçün hazırlanan zəngin proqramla tanış olublar.

Düşərgənin ilk günü qonaq olan Azərbaycanın Xalq artisti Natiq Şirinov və “Natiq” Ritm Qrupu ritm sənəti, musiqinin insan həyatındakı rolu barədə gənclərlə fikirlərini bölüşüb, müxtəlif musiqi kompozisiyaları ilə çıxış edərək, festivala fərqli ab-hava qatıblar.

Düşərgə müddətində gənclər ölkəmizin tanınmış Əməkdar incəsənət xadimləri, aktyor heyəti, jurnalistləri, aparıcıları və süni intellekt mütəxəssislərinin iştirakı ilə baş tutan “Obrazlılıqdan süni intellektə”, “Ekranın gələcəyi: Jurnalistika, media və texnologiya” və “Süni intellekt yaradıcılığı əvəz edir, yoxsa gücləndirir?” adlı panel görüşlərdə iştirak edərək interaktiv müzakirələrə qoşulublar.

Bununla yanaşı, düşərgə iştirakçıları müxtəlif master-klaslarda öz yaradıcılıqlarını nümayiş etdirib, “AI Vision” və “Cosplay Show” müsabiqələrində maraqlı kompozisiyalarla çıxış ediblər. “Da Vinçi”, “Meloman” və “Kinoman” kimi intellektual yarışlar, həmçinin futbol, voleybol və stolüstü tennis turnirləri iştirakçıların asudə vaxtının səmərəli təşkili ilə yanaşı, komandalar arasında sağlam rəqabət ruhunun formalaşmasına töhfə verib.

“Yay Fest”in konsert proqramında gənclər sevimli müğənniləri - “AynaBand” qrupu, Eddie Bueno və Fərid Mərdin ifaları ilə əyləncəli vaxt keçirdib, tonqal ətrafında toplaşaraq səmimi söhbətlər ediblər.

“Yay Fest”in üçüncü düşərgəsi də iştirakçılar üçün rəngarəng proqram, yeni dostluqlar və unudulmaz təəssüratlarla yadda qalıb.

İştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivalı olan “Yay Fest” sentyabr ayınadək “Müasir şəhərlər və texnologiya”, “Elm, etika və gələcək”, “Mühəndislik və kod”, “Startap və sahibkarlıq”, “AI – İdman və sağlamlıq” mövzuları üzrə növbəti düşərgələrlə davam edəcək.

“Yay Fest 2026” ARGF-in dəstəyi, IDEA İctimai Birliyinin tərəfdaşlığı, ARGF-nin Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

ARGF-in gəncləri http://yayfest.az/ veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak üçün müsahibələrə qatılmağa dəvət edirlər. Seçimlər zamanı 18-25 yaşarası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Hər gənc yalnız bir düşərgədə iştirak edə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzərin Azərbaycana mənsub bölməsində 711,4 kvadratkilometr sahə bərpaolunan enerji mənbələrinin ərazisi müəyyənləşdirilib

20:35
31 İyul

Azərbaycan-Qırğızıstan münasibətləri yüksək etimada söykənən müttəfiqlik modelidir

20:28
31 İyul

ADMİU-da süni intellekt laboratoriyası yaradılacaq, müəllimlərin rəqəmsal bacarıqları inkişaf etdiriləcək

20:21
31 İyul

Gürcüstanın Baş prokurorunun ölkəmizə səfəri başa çatıb

20:14
31 İyul

Azərbaycandan Qırğızıstana məhsul ixracının dəyəri 5 dəfəyədək artıb  

20:07
31 İyul

Prezident Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş sərgi açılıb

20:00
31 İyul

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

19:53
31 İyul

Magistraturaya qəbul olunanların qeydiyyatı avqustun 3-də başlayacaq

19:46
31 İyul

“Yay Fest”in “Kreativ AI” düşərgəsi başa çatıb

19:39
31 İyul

MEK-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub

19:32
31 İyul

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq prosesi ümummilli həmrəylik nümunəsidir

19:25
31 İyul

DİM sədri: Magistraturaya qəbul zamanı bəzi proqramlarda yüzlərlə vakant yer qalıb

19:18
31 İyul

Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 

19:14
31 İyul

Süni intellektin maliyyə sektorunda tətbiqi ilə bağlı müzakirələr aparılıb

19:11
31 İyul

Ağdam-Xankəndi dəmir yolu xəttində tikinti işləri 44 faizədək başa çatıb 

19:04
31 İyul

“Zülfüqar – 2026” birgə taktiki təlimi başa çatıb

18:57
31 İyul

Qaradağ rayonunda 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub

18:50
31 İyul

Konstitusiya Məhkəməsi Palatasının iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılıb

18:50
31 İyul

Hesablama Palatası Türkiyə Hesablama Məhkəməsinin təcrübəsini öyrənir

18:43
31 İyul

Bişkekdə imzalanan müttəfiqlik müqaviləsi Türk dünyası üçün tarixi hadisədir

18:36
31 İyul

Fransa millisinin sabiq futbolçusu dünya kubokunun nüsxəsini hərracda satıb

18:29
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!