28 Yanvar 2012 12:01
684
İQTİSADİYYAT
A- A+
İdxal-ixrac məhsullarının strukturu ildən-ilə genişlənir

İdxal-ixrac məhsullarının strukturu ildən-ilə genişlənir

 

Dövlət Statistika Komitəsinin xarici ticarət əlaqələri barədə verdiyi məlumat hələlik 11 ayın göstəricilərini əks etdirsə də, bütövlükdə 2011-ci ilin bu sahədə də uğurla yekunlaşdığını təsdiqləyir. Beləliklə, keçən ilin yanvar-noyabr aylarında Azərbaycan 148 ölkə ilə ticarət əməliyyatları aparıb.

Əmtəə dövriyyəsinin ümumi həcminin 74,3 faizini ölkədən ixrac olunmuş mallar təşkil edib. Qalan 25,7 faiz isə idxal məhsullarından ibarət olub. Başqa sözlə, ixrac yenə də idxalı üstələyib və xarici ticarət əməliyyatlarında müsbət saldo yaranıb. 2010-cu ilin eyni dövrünə nisbətən dövriyyənin fiziki həcmi 9,2 faiz artıb. İdxal 46,4 faiz artsa da, ixracda 3,7 faiz azalma müşahidə edilib.

Azərbaycanın xarici ticarət sahəsində əsas tərəfmüqabilləri İtaliya, Fransa, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Almaniya, İndoneziya, İsrail, Malayziya, Belarus, Koreya Respublikası, Çin və Gürcüstan dövlətləridir. Belə ki, dövriyyənin beşdə dörd hissəsindən çoxu - 81,5 faizi məhz bu ölkələrlə həyata keçirilib.

11 ayda ölkəyə  8508,1 milyon dollarlıq məhsul idxal olunub. Ən çox mal aldığımız Rusiya (17,6 faiz), Türkiyə (12,8 faiz), Almaniya (9,1 faiz), Fransa (6,9 faiz), Çin (6,5 faiz), ABŞ və Ukrayna (hər biri 5,7 faiz), digər ölkələrdir.

Azərbaycan xaricdən nə alır? Əsasən maşın və mexanizmlər, elektrotexnika avadanlığı (31,5 faiz), quru, hava və su nəqliyyatı vasitələri (16,9 faiz), ərzaq malları (14,2 faiz), az qiymətli metallar və onlardan hazırlanan məmulatlar (13,7 faiz). Ölkəyə eləcə də kimya məhsulları, plastik kütlə, kauçuk, rezin, oduncaq, mineral məhsulları, bir sıra tikinti materialları idxal olunur.

İdxalın strukturunda bir sıra məhsulların həcmi artıb. Məsələn, 41,9 faiz çox mal əti gətirilib. Quş ətinin idxalı 11,4, balıq 27, çay 13,3, düyü 18,3, şokalad 15,1 faiz artıb. Qeyri-ərzaq mallarından sementin, dərmanların, mineral gübrələrin, yuyucu vasitələrin, polietilenin, rezin şinlərin, meşə materiallarının və s. idxalı çoxalıb. İdxalında azalma müşahidə edilən qeyri-ərzaq məhsulları isə bunlardır: sürtkü yağları, metal-konstruksiyalar, televiziya qəbulediciləri, avtobus, mebel. Ərzaq məhsullarından isə süd və qaymağın, kərə yağının, təzə meyvələrin, buğdanın, qarğıdalının, bitki yağlarının, şəkərin idxalı azalıb.

Azərbaycanın xaricə göndərdiyi malların ümumi həcmi 24643,3 milyon dollar olub. Onların 94,8 faizini mineral məhsullar təşkil edir. Bunun da 92,3 faizi xam neft və neft emalı məhsullarıdır. İxracın strukturunda ərzaq məhsulları 2,5, az qiymətli metallar və onlardan hazırlanan məmulatlar 0,8, plastik kütlə, kauçuk, rezin 0,4, kimya sənayesi məhsulları 0,4 faizə bərabər olub. 

Xarici ölkələrə göndərilmiş məhsullardan tərəvəz 22, kartof 49,4, marqarin 3,5, meyvə-tərəvəz konservləri 16,7, üzüm şərabı 60, tütün 43,6, ağ neft 66,5, maye yanacaq 17,4 faiz, təbii qaz 1,8 dəfə artıb. Təzə meyvənin, çayın, bitki yağlarının, makaron məmulatının, meyvə və tərəvəz şirələrinin, mühərrik benzininin, sürtkü yağlarının ixracı isə azalıb. İxracı artan və azalan bir sıra digər məhsullar da olub.

Ümumilikdə ixrac olunmuş məhsulların 35,7 faizi İtaliyaya göndərilib. Ölkəmizdən ixrac olunan məhsulların həcminə görə Fransa ikinci yerdədir (15,5 faiz). Digər çox mal alan ölkələr ABŞ, Rusiya, Ukrayna, İndoneziya, İsrail, Malayziya, Belarus və başqalarıdır.

11 ayda 148 ölkə ilə 33151,4 milyon dollar məbləğində ticarət əməliyyatları aparılıb. Mal mübadiləsinin 92,1, o cümlədən ixracın 96,2 və idxalın 80,2 faizi sərbəst dönərli valyuta ilə hesablaşmalar əməliyyat növü ilə həyata keçirilib. Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrlə idxal-ixracın həcmi artıb.

Xarici ticarət əməliyyatlarında diqqəti çəkən bir məqam var. Bu da ondan ibarətdir ki, bir sıra məhsul növlərini həm idxal, həm də ixrac edirik. Məsələn, ərzaq məhsullarını, az qiymətli metalları və onlardan hazırlanan məmulatları, plastik kütləni və s. Bir çoxları düşünür ki, eyni növ məhsul həm idxal edən, həm də ixrac edən ölkədə olduğu halda, onların mübadiləsinə ehtiyac varmı? Əslində isə bütün bunlar xarici ticarət əlaqələrində bir qanunauyğunluqdur, qəbul olunmuş qaydadır.

İqtisadiyyatımız inkişaf etdikcə idxal-ixracın strukturu da zənginləşir. Belə ki, indi Azərbaycan dövləti qeyri-neft sektorunun inkişafını prioritet vəzifə kimi qarşıya qoyub. Qeyri-neft məhsullarının artması təbii ki, özünü xarici ölkələrlə mal mübadiləsində də göstərir.

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib

19:29
16 May

"Qarabağ" Avropa, "Turan Tovuz" Konfrans Liqasında  

19:19
16 May

“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək

18:43
16 May

AZAL: Hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşlar təxirə salınıb

18:08
16 May

Ərdoğan: Qazaxıstan neftinin BTC ilə nəqlinə dair əldə olunmuş razılaşma çox mühümdür  

16:48
16 May

Azərbaycan gimnastları “AGF Trophy” beynəlxalq turnirində növbəti medallarını qazanıblar

16:23
16 May

Xocalı və Ağdərəyə qayıdan 43 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

16:17
16 May

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu - 2026”da təmsil olunur

15:54
16 May

WUF13-də yüksəksəviyyəli nümayəndələrin tədbirdə iştirakı və səfərləri ilə bağlı brifinq təşkil olunub  

15:35
16 May

Azərbaycan velosipedçiləri Astanada keçirilən “Silk Way Series” beynəlxalq yarışında iştirak edir

15:19
16 May

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin forumu çərçivəsində panel müzakirələri keçirilib

14:39
16 May

Çinli ekspert: WUF13-ə ev sahibliyi Azərbaycanın beynəlxalq öhdəliyini və məsuliyyətini nümayiş etdirir

14:23
16 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb  

14:19
16 May

Türküstan görüşü gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən platforma kimi yadda qaldı

14:12
16 May

Azərbaycan TDT-nın güclənməsinə və funksionallığının artmasına davamlı töhfələr verir

13:59
16 May

Şükürbəyli kəndində daha 18 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 2

13:59
16 May

Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub  

13:48
16 May

Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb

13:09
16 May

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

12:57
16 May

Türk dünyasının əhəmiyyəti regional çərçivələri aşır

12:38
16 May

“EFES-2026” təlimində dənizdən sahilə hücum tapşırığı uğurla icra edilib

11:17
16 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!