05 Oktyabr 2026 12:03
155
SİYASƏT
A- A+
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir

Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir


Peşəkar hüquqi yardım almaq hüququ olan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasının gündəliyinə daxil edilmiş “Pulsuz hüquqi yardım haqqında" yeni qanun layihəsində əksini tapıb.

Sənəd layihəsinə əsasən,

Peşəkar hüquqi yardımdan istifadə edən şəxslərin hüquqları aşağıdakılardır:

- vəkil qurumunu və ya vəkili seçmək və onlardan imtina etmək;

- peşəkar hüquqi yardımın göstərilməsi üçün özü və ya qanuni nümayəndəsi vasitəsilə müraciət etmək.

Peşəkar hüquqi yardımdan istifadə edən şəxslərin vəzifələri aşağıdakılardır:

- hüquqi yardım göstərilməsinin operativliyinin, effektivliyinin təmin edilməsi və işin əsassız uzanmasına yol verilməməsi məqsədilə hüquqi yardım göstərən şəxslərə iş üzrə ona məlum olan bütün sənədləri və məlumatları təqdim etmək;

- hüquqi yardımın göstərilməsinə əsas olan halların dəyişməsi ilə bağlı hüquqi yardım göstərən şəxslərə vaxtında məlumat vermək.

Sənəd layihəsinə görə, pulsuz hüquqi yardım bu Qanunun 7.2-ci maddəsi nəzərə alınmaqla Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilən vəkillərin seçimi qaydalarına uyğun olaraq müəyyən edilən vəkillər tərəfindən göstəriləcək. Bu Qanunun 6.2-6.5-ci maddələri nəzərə alınmaqla peşəkar hüquqi yardım fərdi qaydada fəaliyyət göstərən vəkillər və ya vəkil qurumları və peşəkar hüquqi yardıma ehtiyacı olan şəxslərlə bağlanmış müqavilə əsasında həyata keçiriləcək. Həmin müqavilədə hüquqi yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcəyi ilə bağlı məlumat qeyd olunmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaxın Şərqdən neft ixracının həcmi müharibədən əvvəlki səviyyəni ötüb  

12:33
05 Oktyabr

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

12:31
05 Oktyabr

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

12:27
05 Oktyabr

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib  

12:26
05 Oktyabr

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

12:23
05 Oktyabr

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb  

12:21
05 Oktyabr

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

12:20
05 Oktyabr

Bir sıra qanunlarda dəyişiklik edilir  

12:20
05 Oktyabr

Emin Əmrullayev: Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilmərik  

12:12
05 Oktyabr

Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir

12:03
05 Oktyabr

Çin alimləri 8 min ildən çox əvvəl yaşamış insanın üz cizgilərini bərpa ediblər  

12:02
05 Oktyabr

Emin Əmrullayev: İbtidai təhsildə əsaslı dəyişiklik olmadan sonrakı mərhələlərdə ciddi irəliləyiş çətindir  

12:01
05 Oktyabr

Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ

11:45
05 Oktyabr

Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib  

11:34
05 Oktyabr

“Etender.gov.az” portalında sənədlərin “SİMA İmza” ilə imzalanması imkanı yaradılıb

11:13
05 Oktyabr

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

11:11
05 Oktyabr

Son iki gündə 60 cinayətin açılması təmin olunub

11:06
05 Oktyabr

Fransada şagirdlərin etirazları davam edir: bir çox məktəblərdə dərslər dayandırılıb  

11:02
05 Oktyabr

Birjalarda neft ucuzlaşıb

10:59
05 Oktyabr

Bu gün Beynəlxalq Həkimlər Günüdür

10:55
05 Oktyabr

Qızıl və gümüş bahalaşıb

10:34
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!