05 Oktyabr 2026 12:23
107
CƏMİYYƏT
A- A+
Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir


Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir. Cinayət Məcəlləsinin "Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə" adlı 306-cı maddəsində nəzərdə tutulmuş əmələ görə də cinayət məsuliyyətinin müəyyən edilməsi təklif edilir.

AZƏRTAC xəbər verir ki, bu, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 5-də keçirilən iclasının gündəliyinə daxil edilmiş Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Bildirilib ki, hüquqi şəxslər barəsində tətbiq olunan cinayət-hüquqi tədbirlər Cinayət Məcəlləsində nisbətən yeni institutdur. İlk dəfə 7 mart 2012-ci il tarixli, 314-IVQD nömrəli Qanun ilə hüquqi şəxslərin cinayət məsuliyyəti məcəlləyə gətirilib, 2018-ci ildən Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında və Cəzaların İcrası Məcəllədə dəyişiklik edilməsi haqqında Qanunlarla eyni anda tətbiq olunmağa başlanıb. Zaman-zaman həmin münasibətləri tənzimləyən normalara müəyyən dəyişikliklər edilib. Dəyişikliklər əsas etibari ilə Cinayət Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulan hansı cinayət əməllərinə görə hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması ilə bağlı olub.

Hazırki Qanun layihəsində hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilərək Cinayət Məcəlləsinin "Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə" adlı 306-cı maddəsində nəzərdə tutulmuş əmələ görə də cinayət məsuliyyətinin müəyyən edilməsi təklif edilir. Hüquqi şəxslərin hüquq münasibətlərinin iştirakçıları kimi aktivliklərinin artması, çoxsaylı məhkəmə aktları ilə hüquqi şəxslərin üzərinə öhdəliklərin qoyulması və məhkəmə aktlarının icrasının önəmi bu dəyişiklikləri zəruri edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib  

12:33
05 Oktyabr

Yaxın Şərqdən neft ixracının həcmi müharibədən əvvəlki səviyyəni ötüb  

12:33
05 Oktyabr

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

12:31
05 Oktyabr

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

12:27
05 Oktyabr

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib  

12:26
05 Oktyabr

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

12:23
05 Oktyabr

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb  

12:21
05 Oktyabr

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

12:20
05 Oktyabr

Bir sıra qanunlarda dəyişiklik edilir  

12:20
05 Oktyabr

Emin Əmrullayev: Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilmərik  

12:12
05 Oktyabr

Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir

12:03
05 Oktyabr

Çin alimləri 8 min ildən çox əvvəl yaşamış insanın üz cizgilərini bərpa ediblər  

12:02
05 Oktyabr

Emin Əmrullayev: İbtidai təhsildə əsaslı dəyişiklik olmadan sonrakı mərhələlərdə ciddi irəliləyiş çətindir  

12:01
05 Oktyabr

Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ

11:45
05 Oktyabr

Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib  

11:34
05 Oktyabr

“Etender.gov.az” portalında sənədlərin “SİMA İmza” ilə imzalanması imkanı yaradılıb

11:13
05 Oktyabr

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

11:11
05 Oktyabr

Son iki gündə 60 cinayətin açılması təmin olunub

11:06
05 Oktyabr

Fransada şagirdlərin etirazları davam edir: bir çox məktəblərdə dərslər dayandırılıb  

11:02
05 Oktyabr

Birjalarda neft ucuzlaşıb

10:59
05 Oktyabr

Bu gün Beynəlxalq Həkimlər Günüdür

10:55
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!