04 Oktyabr 2026 11:01
100
SİYASƏT
A- A+
Azərbaycan bütün növ enerji resurslarını həm istehsal, həm hasil, həm də ixrac edən nadir ölkələrdəndir   

Azərbaycan bütün növ enerji resurslarını həm istehsal, həm hasil, həm də ixrac edən nadir ölkələrdəndir   

     

Prezident İlham Əliyev :” Biz  bütün işləri vaxtında görmüşük”

     

Prezident  İlham Əliyev Yeni Azərbaycan Partiysının VIII  qurultayındakı çıxışında bir sıra iqtisadi məsələlərə də toxunmuşdur. O cümlədən ölkəmizdə neft, qaz və “yaşıl  enerji” sahəsində görülmüş işlərə, mövcud vəziyyətə, perspektivlərə diqqət çəkmişdir. Dövlətimizin başçısının  bu mövzudan bəhs etməsi təsadüfi deyil. Çünki özünün də dediyi kimi,yeni geosiyasi və iqtisadi reallıq ondan ibarətdir ki, bu gün bir çox ölkələr enerji resurslarını əvvəlki kimi əldə edə bilmirlər.

      Azərbaycan  isə  nadir ölkələrdəndir ki, dünya miqyasında bütün növ enerji resurslarını  həm istehsal , həm hasil, həm də ixrac edir.Söhbət  xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələrdən gedir. 

       Bu gün dünyada xüsusilə neft məhsulları ilə bağlı  böhran yaşanır və təəssüf ki, o, daha da dərinləşə  bilər.Çünki bu böhranın iki mənbəyi var, Biri bizim Şimalımızda, ikincisi isə Körfəz bölgələrində - Cənubdadır. O da məlumdur ki, artıq ənənəvi təchizatçıların  bəziləri daxili tələbatı ödəmək üçün məcburən ixracı dayandırırlar.

       “Azərbaycana bir çox ölkələrdən müraciətlər daxil olur, xahişlər gəlir ki, biz istehsal etdiyimiz neft məhsullarını o ölkələrə ixrac edək. Biz isə bütün işləri vaxtında görmüşük. Bizim bu gün potensialımz, - mən təkcə neft məhsullarını nəzərdə tuturam, - 30 milyon tondur. Bunun 7 milyon tonu Azərbaycanda neftayırma zavodunda emal olunur, 23 milyon tonu isə xaricdə. Bax, bunu biz vaxtında etdik. Bir zavodu sıfırdan qurduq, iki zavod aldıq. Bu gün 30 milyon ton neft məhsullarına sahib olan, - özü də tək yerdə yox, üç yerdə, - ölkələr də çox deyil. Ona görə nəzərə alsaq ki, bir daha deyirəm, əfsuslar olsun, bizim ətrafımızda gedən müharibələr dayanmır, - biz çox istərdik ki, dayansın, amma dayanmır, - ona görə bizim məhsullarımıza, qazımıza tələbat daha da artacaq”,- deyə Prezidentimiz bildirmişdir.

       Ötən illərdə “yanacaq enerjisinin  vaxtı, zamanı bitmişdir” deyənlər də artıq başa düşüblər ki, nefsiz, qazsız, yanacaqsız  iqtisadiyyat inkişaf edə bilməz.   COP29-u baykot etmək istəyənlər də yadımızdan çıxmayıb.Deyirdilər ki, neft ölkəsində iqlim konfransı keçirilməməlidir. Halbuki təcrübədə belə hallar olmuşdu, Yəni  yanacaq 

enerjisi hasil edən ölkələrdə  COP konfransları keçirilmişdi.

       Prezident İlham Əliyev həmişə bu əsasız ittihamlara əsaslı cavablar vermişdir.Bildirmişdir  ki, neft  və qaz dünya iqtisadiyyatı üçün hələ çox illər lazım olacaq. Həm də  başlıca məsələlərdən biri yanacaq enerjisindən gələn gəlirləri necə istifadə etmək, xalqın rifahına yönəltməkdir.

Və bütün bunlarla yanaşı,bizim “yaşıl gündəliyimiz “ də var .Artıq reallaşmış və  həyata keçməkdə olan”yaşıl enerji” layihələrimiz dünyanın gözü qarşısındadır.Azərbaycanın bu layihərdəki tərəfdaşları Birləşmiş Ərəb Əmirliklərinin, Səudiyyə Ərəbistanının, Böyük Britaniyanın, Çinin və bir ıra digər ölkələrin tanınmış şirkətləridir.

230 meqavatlıq "Qaradağ" Günəş Elektrik Stansiyası  Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən tikilib, regionun ən böyük günəş elektrik stansiyalarındandlr  və artıq bir neçə ildir fəaliyyət göstərir.

Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə birgə icra edilən 240 meqavat gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyası yüz minlərlə ton karbon emissiyasının qarşısını alan nəhəng “yaşıl enerji” layihəsidir. Stansiya artıq işləyir.

 "Şəfəq" Günəş Elektrik Stansiyası (240 MVt) Cəbrayıl rayonunda BP şirkəti ilə birgə dekarbonizasiya məqsədilə inşa olunan mühüm stansiyadır.

Bu gün  Azərbaycan neçə-neçə ölkəyə neft və neft məhsulları, 16 ölkəyə qaz ixrac edir. Ölkəmiz artıq Pan-Avropa qaz təchizatçısı  imicini qazanıb.

Prezident İlham Əliyev  də məhz bunları xatırladaraq deyib: ”Enerji resursları ilə zəngin olan Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik amilinə çevrilir. Çünki enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi deməkdir və bizim rolumuz daha da artacaq.Bax, investisiya forumları çərçivəsində imzalanmış kontraktların da bəziləri məhz qaz, neft hasilatının artırılmasına gətirib çıxaracaq. Bizim ən böyük neft yatağımız – “Azəri-Çıraq-Günəşli” artıq 30 ildən çoxdur ki, istismardadır və orada təbii düşmə prosesi gedir. Ona görə imzalanmış yeni kontraktlar, o cümlədən bizim xarici ölkələrdə əldə etdiyimiz neft mədənləri bizə təkcə hasilatı sabitləşdirmək üçün yox, artırmaq üçün də imkan verəcək. O cümlədən keçən ay imzalanmış qaz kontraktı da bizə, - təkcə bir kontrakt, - əlavə 5 milyard kubmetr qaz verəcək”.

       Azərbaycan  iqtisadiyyatı şaxələndirmə prinsipi irəliləsə də, göründüyü kimi, neft və qaz  da  özünə əhəmiyyətli yer alır. Keçən ay Bakıda keçirilən investisiya forumunda imzalanan iki mühüm müqavilə də bunu təsdiqləyir.  Biri böyük potensiala malik olan qeyri-ənənəvi neft və qaz yataqlarının işlənilməsi üzrə “Exxon” şirkəti ilə bağlanılan müqavilədir. Prezidentin  fikrincə,kəşfiyyat işləri uğurla nəticələnsə, bu, Azərbaycanda daha bir neft və qaz bumuna gətirib çıxara bilər.

 “Abşeron” yatağının işlənilməsinin ikinci mərhələsi üzrə isə “Total” şirkəti ilə müqavilə imzalanıb. Bu da Azərbaycanda qaz hasilatını üç-dörd il müddətində əlavə 5 milyard kubmetr artıracaq. Üstəlik,builki Bakı Enerji Həftəsində digər müqavilələr də imzalanıb. 

      Yeni Azərbaycan  Partiyasının qurultayında  Prezident İlham Əliyev  məhz bu layihələri bir daha xatırlatmışdır. 

Flora SADIQLI,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan yeni inkişaf mərhələsinə doğru inamla irəliləyir

10:14
05 Oktyabr

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

09:03
05 Oktyabr

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər  

08:48
05 Oktyabr

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub

21:57
04 Oktyabr

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb  

20:32
04 Oktyabr

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq  

19:47
04 Oktyabr

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2

19:38
04 Oktyabr

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib  

19:09
04 Oktyabr

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub  

18:32
04 Oktyabr

Cəbrayılın azad edilməsindən sonra strateji əhəmiyyət daşıyan imkanlar yarandı

18:01
04 Oktyabr

Azərbaycan sülh, əmin-amanlıq, tərəqqi yolunu seçib

17:32
04 Oktyabr

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası öz hədəflərinə çatacaq

14:50
04 Oktyabr

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir  

14:36
04 Oktyabr

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

13:35
04 Oktyabr

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO  

12:52
04 Oktyabr

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib

12:01
04 Oktyabr

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

11:59
04 Oktyabr

Dünya birjalarında neft ucuzlaşıb

11:54
04 Oktyabr

Cəbrayıl Şəhəri Günü tariximizdə böyük qürurla qeyd olunan əlamətdar günlərdəndir  

11:11
04 Oktyabr

Tərəfdaşlıq asılılığa, əməkdaşlıq isə himayədarlığa çevrilməməlidir

11:07
04 Oktyabr

Azərbaycan bütün növ enerji resurslarını həm istehsal, həm hasil, həm də ixrac edən nadir ölkələrdəndir   

11:01
04 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!