28 Mart 2024 09:25
256
SİYASƏT
A- A+

Hayastanda hakimiyyətdaxili savaş güclənir

 

Müxalifət küçə mübarizəsini bərpa edir

 

Bu günlərdə Hayastanda narazılıq və qarşıdurma hallarının daha da artması, müxalifətlə hakimiyyət arasında ziddiyyətlərin bir qədər də kəskinləşməsi müşahidə olunur. 
Müxalifət gələn aydan planlaşdırdığı aksiyalarla baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağı hədəfləyir. Etirazlara səbəb kimi hakimiyyətin yürütdüyü uğursuz siyasət göstərilir. Müxalifətçilər baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. 
"Joğovurd" nəşri yazıb ki, müxalifət yaxın vaxtlarda küçə mübarizəsini bərpa etmək niyyətindədir. Söhbət xüsusilə Ermənistan parlamentinin "Hayastan" fraksiyasından gedir. Qeyd edilib ki, bu günlərdə müxalifətçilər mütəmadi olaraq görüşlər keçirir və küçə mübarizəsi planını müzakirə edirlər ki, indiki iqtidarın hakimiyyətdən uzaqlaşdırılmasına nail ola bilsinlər. Müxalifət ilkin olaraq aprel ayından etibarən aksiyaları bərpa etmək niyyətindədir. 
Qeyd edək ki, son vaxtlar "Hayastan" fraksiyasının deputatları mütəmadi olaraq vilayətlərə baş çəkir və sakinlərlə görüşür, təhlükəsizlik məsələlərini müzakirə edirlər. Bu görüşlər həm də vilayət sakinlərini küçə mübarizəsi prosesinə cəlb etmək məqsədi daşıyır. Küçə mübarizəsi ətrafında geniş konsolidasiya yaratmaq üçün müxtəlif parlamentdənkənar qüvvələr və fiqurlarla da müzakirələr aparır. Bütün bunların fonunda hakimiyyətdaxili mübarizə də İrəvanda geniş müzakirə predmetinə çevrilməkdədir. Düzdür, iqtidar düşdüyü vəziyyətə görə bir çox xarici dövlətləri, o cümlədən də əsas müttəfiqi olan Rusiyanı ittiham edir. Elə buna görədir ki, bütün istiqamətlərdə Rusiyanın maraqlarına uyğun gəlməyən addımlar atır.   
"4rd.am" nəşri yazır ki, Nikol Paşinyan nə qədər Hayastanın hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvlərinin yekdilliklə onun fikrini təkrarlamalarına məcbur etsə də, daxili və xarici siyasət məsələlərində partiyada əvvəlki birlik yoxdur. Qeyd edilib ki, artıq demək olar ki, nikolçular və qriqoryançılar olmaqla 2 əks qütb yaranıb. Söhbət Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandan gedir. O, həmişə güclü qərbyönlü olub, anti-Rusiya bəyanatları verib, lakin Ermənistanın Aİ üzvlüyünə namizəd olmaq üçün müraciət təqdim etməsi məsələsinin müzakirəsi zamanı öz mövqeyi ilə partiya üzvlərini təəccübləndirib, Paşinyanın nəyin bahasına olursa-olsun və tez bir zamanda Avropaya meyil etmək siyasətinə qarşı çıxıb.  Qriqoryan müzakirələr zamanı Rusiya Federasiyası ilə bağlı müsbət mövqe bildirməsə də, Hayastanın Rusiya Federasiyasından asılılığının və sonuncudan ayrılmasının mənfi nəticələrini təqdim edib. O, belə mövqenin tərəfdarıdır ki, Hayastanın inkişafı regional formatda mümkündür və burada Rusiyanın mühüm rolu var.  "İstisna deyil ki, hakimiyyət reytinqinin aşağı düşdüyünü anlayaraq, komanda daxilində növbəti seçkilərdə idarə oluna biləcək əks çəkiyə malik "müxalifət" qüvvəsi formalaşdırmağa çalışır" - deyə nəşr bildirib.
Beləliklə, müxaliflər İrəvanda etirazlara başlayacaqlarını bəyan etməklə bu yoldan dönməyəcəklərini bildirirlər.  Paşinyan isə ona qarşı yönəlmiş təhdidləri güc yolu ilə aradan qaldırmağı düşünür. Bu isə o deməkdir ki, Hayastanda qarşıdakı dövrdə qanlı günlər yaşana bilər.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video