30 Oktyabr 2026 16:56
227
DÜNYA
A- A+
Green Card gözləyənlərə növbəti zərbə

Green Card gözləyənlərə növbəti zərbə


ABŞ-də daimi yaşamaq və işləmək imkanı qazandıran Green Card lotereyasında iştirak etmək istəyənlər yenidən gözləməli olacaqlar. 2027-ci maliyyə ili üzrə (DV-2027) lotereyanın qeydiyyatının noyabrın 1-də başlanması gözlənilsə də, ABŞ-də apellyasiya məhkəməsinin son qərarı bu planı yenidən qeyri-müəyyən edib.

Xatırladaq ki,  Green Card ABŞ-də daimi rezident statusunu təsdiq edən sənəddir. Bu statusun sahibləri ABŞ-də daimi yaşamaq və işləmək, qanunvericiliklə nəzərdə tutulan sosial hüquqlardan istifadə etmək, müəyyən şərtlər yerinə yetirildikdə isə gələcəkdə ABŞ vətəndaşlığına müraciət etmək imkanı əldə edirlər.

Məlumata görə, ABŞ-nin Kaliforniya ştatındakı federal məhkəmə oktyabrın 14-də Dövlət Departamentinə lotereyanın bərpası barədə göstəriş verib. Qərara əsasən, qeydiyyat müddəti barədə məlumat oktyabrın 29-dək açıqlanmalı, müraciətlərin qəbulu isə noyabrın 1-dən başlamalı idi.

Lakin Tramp administrasiyası qərardan apellyasiya şikayəti verib. Oktyabrın 29-da ABŞ-nin Doqquzuncu Dairə Apellyasiya Məhkəməsi hökumətin müraciətini təmin edərək aşağı instansiya məhkəməsinin qərarının icrasını müvəqqəti dayandırıb. Məhkəmə bu qərarı iddiaçı tərəfin belə bir işi qaldırmaq üçün hüquqi əsasının yetərli olmaması ilə əsaslandırıb. Bununla belə, hakimlər Dövlət Departamentinin lotereyanı açmamasını dəstəklədiklərini bildirməyiblər.

Beləliklə, DV-2027 üzrə qeydiyyatın başlanma tarixi hələ açıqlanmayıb və müraciətlərin qəbulu hazırda mümkün deyil. 

Diversity Visa (DV) proqramı ABŞ-yə immiqrasiya səviyyəsi aşağı olan ölkələrin vətəndaşları üçün nəzərdə tutulub. Proqram çərçivəsində hər il 55 minədək immiqrasiya vizasının verilməsi nəzərdə tutulur. Lotereyada seçilmək isə avtomatik olaraq Green Card almaq demək deyil. Seçilən şəxslər viza üçün müraciət etməli, tələb olunan sənədləri təqdim etməli və müvafiq yoxlamalardan keçməlidirlər. 

Qeyd edək ki, DV-2026 lotereyasının nəticələri artıq elan edilib. Növbəti mərhələ olan DV-2027 üzrə isə qeydiyyat tarixləri və iştirak şərtləri ilə bağlı ABŞ Dövlət Departamentinin rəsmi açıqlaması gözlənilir.

Lotereyada iştirak etmək istəyənlərə saxta qeydiyyat səhifələrinə və ödəniş müqabilində qaliblik vəd edən vasitəçilərə qarşı diqqətli olmaq tövsiyə olunur. Rəsmi məlumatlar ABŞ Dövlət Departamentinin dvprogram.state.gov portalında yerləşdirilir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dəri problemlərinin gözlənilməz səbəbi 

17:57
30 Oktyabr

Avropa Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

17:45
30 Oktyabr

Diş əti sağlamlığını qoruyan məhsulların adları açıqlanıb

17:31
30 Oktyabr

Plutonun orbitindən kənarda nəhəng buzlu obyekt aşkar edilib

17:22
30 Oktyabr

Green Card gözləyənlərə növbəti zərbə

16:56
30 Oktyabr

Azərbaycan brendi Avropada genişlənir

16:55
30 Oktyabr

Beynimiz şüuru necə yaradır?  

16:47
30 Oktyabr

Bakıətrafı qəsəbələrə qatar gəlir

16:47
30 Oktyabr

“The Guardian”: süni intellektin uşaqlarla “dostluq etməsi” qadağan olundu  

16:44
30 Oktyabr

Dünya bazarında neftin qiymətində bahalaşma müşahidə olunur  

16:42
30 Oktyabr

Bakıda texnologiya həftəsi keçiriləcək

16:41
30 Oktyabr

Ticarətdən tərəfdaşlığa: Bakıda Qırğız Ticarət Evinin açılışı nə vəd edir?

16:39
30 Oktyabr

Bakı İrəvandan əməli addımlar və konkret nəticələr gözləyir  

16:33
30 Oktyabr

Ombudsmanın seçilməsi ilə bağlı məsələ parlamentin plenar iclasına tövsiyə edilib  

16:28
30 Oktyabr

Şuşa və Xocavənd sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri dinlənilib  

16:25
30 Oktyabr

DSX-nin ən yaxşı kinoloqları və xidməti itləri müəyyən olunub  

15:58
30 Oktyabr

Noyabr ayına olan hava proqnozu açıqlanıb  

15:43
30 Oktyabr

Bu ilin 9 ayında 246 milyon 273 min manat dəyərində narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb  

15:37
30 Oktyabr

Quzeyxırman kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub  

15:30
30 Oktyabr

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

15:26
30 Oktyabr

Azərbaycançılıq – birliyimizin, dövlətçiliyimizin və dəyərlərimizin ideologiyası  

15:15
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!