30 Oktyabr 2026 13:26
190
DÜNYA
A- A+
Malidə 4,11 milyard illik Mars meteoriti aşkarlanıb  

Malidə 4,11 milyard illik Mars meteoriti aşkarlanıb  


ABŞ alimləri Malinin Sahara səhrasında Marsın qədim qabığının bir hissəsi olan, yaşı 4,11 milyard ildən çox olan meteorit aşkar ediblər. Teg 001 adlandırılan və təxminən 800 qram ağırlığında olan bu nümunə Marsın qədim maqmatik süxurlarına aid ilk belə tapıntıdır. Tədqiqatın nəticələri “Science” jurnalında dərc olunub.

Alimlərin fikrincə, meteorit Marsın qədim qabığının bir hissəsidir və uzaq keçmişdə Hellas düzənliyində və ya onun yaxınlığında yerləşib. Bu düzənlik böyük asteroidin Marsa çırpılması nəticəsində yaranıb. Meteoritin tərkibində minerallarla maye suyun qarşılıqlı təsirinin izləri aşkarlanıb. Onun araşdırılması Marsın daxili qatlarının soyuması, geoloji quruluşunun dəyişməsi, eləcə də planetin keçmişdəki atmosferi və su ehtiyatları haqqında yeni məlumatlar əldə etməyə imkan verəcək.

Qeyd edək ki, indiyədək Yer kürəsində Mars mənşəli təxminən 20 meteorit tapılıb. Bu nümunələr planetin geoloji tarixinin öyrənilməsində mühüm rol oynayır.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Noyabr ayına olan hava proqnozu açıqlanıb  

15:43
30 Oktyabr

Bu ilin 9 ayında 246 milyon 273 min manat dəyərində narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb  

15:37
30 Oktyabr

Quzeyxırman kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub  

15:30
30 Oktyabr

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

15:26
30 Oktyabr

Azərbaycançılıq – birliyimizin, dövlətçiliyimizin və dəyərlərimizin ideologiyası  

15:15
30 Oktyabr

İrakli Kobaxidze: Azərbaycanla münasibətlərimizdə müsbət dinamika gələcəkdə də davam edəcək  

15:05
30 Oktyabr

Hacıqabulda istehsal olunan istilik izolyasiya lövhələri xarici bazarlara çıxarılır  

14:56
30 Oktyabr

Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsi haqqında qanun layihəsi müzakirə olunur  

14:43
30 Oktyabr

Cəbrayıl, Laçın və Kəlbəcər ərazilərinə 70 başadək müxtəlifcinsli fauna növləri reintroduksiya edilib  

14:31
30 Oktyabr

“Gazprom”: Avropada qazın qiyməti 2500 dollara yüksələ bilər  

14:19
30 Oktyabr

Ağdamda daha 70 ailəyə yeni mənzillərin açarları təqdim olunub - YENİLƏNİB  

14:14
30 Oktyabr

Siqnaxidə Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

14:03
30 Oktyabr

Lənkəranda şəhid Rəşid Məmmədovun məzarı ziyarət edilib  

13:54
30 Oktyabr

Masallıda şəhid Əli Quliyevin xatirəsi anılıb  

13:41
30 Oktyabr

Malidə 4,11 milyard illik Mars meteoriti aşkarlanıb  

13:26
30 Oktyabr

Şirvanda Vətən müharibəsi şəhidi Kamran Fərəcovun məzarı ziyarət olunub   

13:24
30 Oktyabr

Bəşəriyyət kosmosu necə fəth edəcək

13:21
30 Oktyabr

Neftçalada “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib  

13:20
30 Oktyabr

Baltik dənizində baş verən güclü fırtınanın ekosistemə təsiri araşdırılıb  

13:18
30 Oktyabr

Rusiyalı arxeoloqlar Türkmənistanda qazıntı işlərini bərpa ediblər  

13:15
30 Oktyabr

Pulsuz hüquqi yardımla bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılıb  

12:56
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!