30 Oktyabr 2026 15:15
207
SİYASƏT
A- A+
Azərbaycançılıq – birliyimizin, dövlətçiliyimizin və dəyərlərimizin ideologiyası  

Azərbaycançılıq – birliyimizin, dövlətçiliyimizin və dəyərlərimizin ideologiyası  


Xalqın milli varlığını və dövlətçilik şüurunu müəyyən edən başlıca amil onun öz tarixinə, milli kimliyinə və dəyərlərinə münasibətidir. Bu dəyərlərin qorunması, nəsildən-nəslə ötürülməsi və vahid milli ideya ətrafında birləşməsi xalqın mənəvi bütövlüyünün, dövlətin isə ideoloji əsaslarının möhkəmlənməsində mühüm rol oynayır. 

Azərbaycançılıq məhz bu zərurətdən doğan, xalqın milli kimliyini, tarixi irsini və dövlətçilik məfkurəsini vahid ideoloji sistemdə birləşdirən ümummilli ideologiyadır. O, təkcə azərbaycanlı olmağın ifadəsi deyil, həm də müstəqil Azərbaycan dövlətinə sədaqətin, milli həmrəyliyin və ortaq gələcək naminə məsuliyyətin təcəssümüdür.

Azərbaycançılığın mahiyyətini anlamaq üçün onun vətənpərvərlik anlayışı ilə eyniləşdirilməsinin düzgün olmadığını qeyd etmək lazımdır. Vətənpərvərlik insanın doğulduğu torpağa, yaşadığı ölkəyə, xalqına və dövlətinə olan sevgisini, sədaqətini ifadə edir ki, bu da hər bir vətəndaşın mənəvi borcudur. Azərbaycançılıq isə daha geniş məzmun daşıyır. O, Azərbaycanı özünün tarixi və mənəvi vətəni hesab edən, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı vahid milli kimlik, ortaq tarix, dil, mədəniyyət və dövlətçilik ideyası ətrafında birləşdirir. Vətənpərvərlik insanın yurduna münasibətini ifadə edirsə, azərbaycançılıq bütöv bir xalqın özünü dərk etməsinin, milli varlığını qorumasının və dövlətçilik ətrafında təşkilatlanmasının ideoloji əsasını təşkil edir. Bu ideologiyanın ən mühüm xüsusiyyəti onun birləşdirici mahiyyətidir. Azərbaycançılıq insanları yaşadıqları ölkəyə, sosial mövqeyinə, siyasi baxışlarına və fərqli həyat tərzlərinə görə ayırmır, əksinə, onları ortaq milli mənsubiyyət və dövlətinə bağlılıq ətrafında bir araya gətirir. Bu məfkurə Azərbaycanda yaşayan müxtəlif etnik və dini mənsubiyyətli insanların da bərabər hüquqlarını, qarşılıqlı hörmətini və vahid vətəndaşlıq məsuliyyətini ehtiva edir. Çünki Azərbaycanı güclü edən təkcə onun coğrafi sərhədləri deyil, həmin sərhədlər daxilində yaşayan insanların birliyidir. Azərbaycançılıq milli kimliyi qorumaqla yanaşı, fərqliliklərin qarşılıqlı anlaşma şəraitində yaşamasını da təmin edən mənəvi platformadır.

Azərbaycançılığın müasir dövlətçilik ideologiyası kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri var. Ulu Öndər azərbaycançılıq məfkurəsini ayrı-ayrı insanların milli duyğularının məcmusundan çıxararaq milli ideyaya, müstəqil dövlətin ideoloji dayaqlarından birinə çevirmişdir. Ulu Öndərin yanaşmasında Azərbaycan yalnız ölkə ərazisi deyil, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur, mənsubiyyət və mənəvi bağlılıq mənbəyidir. Ümummilli Liderin dünya azərbaycanlılarının təşkilatlanmasına, milli həmrəyliyin möhkəmlənməsinə və diaspor fəaliyyətinin inkişafına verdiyi əhəmiyyət bu ideologiyanın sərhədləri aşaraq dünya miqyasında yayılmasına zəmin yaratmışdır.

2003-cü il oktyabrın 31-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi andiçmə mərasimində səsləndirdiyi fikirlər də dövlətçilik irsinin davamı baxımından mühüm siyasi və tarixi məna daşıyırdı. Dövlətimizin başçısı çıxışında Ulu Öndər Heydər Əliyevin siyasətinə sadiq qalacağını, bu siyasəti davam etdirəcəyini və müasir Azərbaycanı gücləndirərək hərtərəfli inkişaf etdirəcəyini bildirdi. Çıxışda milli-mənəvi dəyərlərə və ənənələrə sadiqlik də xüsusi vurğulandı. Milli dövlətçilik, müstəqilliyin qorunması, milli-mənəvi irsə hörmət və dünya azərbaycanlılarının birliyi həmin ideologiyanın ayrılmaz tərkib hissələridir. Sonrakı illər dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsi, milli həmrəyliyin dövlət siyasətində mühüm istiqamətlərdən biri kimi qorunması bu ideyanın praktiki əhəmiyyətini daha da artırdı.

Azərbaycançılığın əsl gücü isə onun yalnız nəzəri düşüncə və siyasi bəyanat olaraq qalmamasında, tarixin həlledici məqamlarında real milli qüvvəyə çevrilməsindədir. Bunun ən parlaq nümunəsini 44 günlük Vətən müharibəsi zamanı gördük. Həmin günlər xalqımızın müxtəlif təbəqələri, ölkə daxilində yaşayan və dünyanın ayrı-ayrı ölkələrində məskunlaşan soydaşlarımız vahid məqsəd ətrafında birləşdilər. Dünyanın müxtəlif şəhərlərində yaşayan müxtəlif əqidəli bütün azərbaycanlılar öz ölkələrinin haqq səsinə qoşuldular. Azərbaycanın ərazi bütövlüyünün bərpasına dəstək nümayiş etdirdilər. Qalan nə varsa arxa plana keçdi. Çünki hamını birləşdirən bir amal vardı – Vətənin torpaqlarının azad edilməsi, milli ləyaqətin və tarixi ədalətin bərpası.

Bu müharibədə azərbaycançılıq ideyasının mənəvi gücü bütünlüklə üzə çıxdı. Cəbhəyə yollanan oğullarımızın düşüncəsində yalnız Vətənin taleyi dayanırdı. Onlar ölümün gözünə dik baxaraq canlarını Vətən uğrunda fəda edərkən bir həqiqəti öz həyatları ilə təsdiqlədilər – insanın mənəvi ucalığı özündən daha böyük amal uğrunda yaşamağı, lazım gəldikdə həyatını qurban verməyi bacarmasıdır. Şəhidlərimizin fədakarlığında ifadəsini tapan “Təki Vətən yaşasın!” düşüncəsi azərbaycançılığın ən təsirli mənəvi təcəssümü idi. 

Vətən müharibəsi həm də sübut etdi ki, azərbaycançılıq təkcə Azərbaycan Respublikasının sərhədləri daxilində yaşayan insanları birləşdirən ideya deyil, eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların da milli kimliyini, mənəvi bağlılığını və ortaq məsuliyyətini müəyyənləşdirən ümumi məfkurədir. Müharibə günlərində nümayiş etdirilən həmrəylik xalqımızın milli yaddaşında silinməz iz qoydu. Bu birlik bir daha göstərdi ki, azərbaycanlıları birləşdirən əsas mənəvi ünvan müstəqil Azərbaycandır. 

Bu baxımdan “Müstəqil Azərbaycan bütün azərbaycanlıların Vətənidir” fikri azərbaycançılıq ideologiyasının mahiyyətini ifadə edən ən dolğun konseptual yanaşmalardan biridir. Bu fikir dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya ünvanlanan mənəvi çağırışdır. Azərbaycan onun tarixidir, dilidir, mədəniyyətidir, milli yaddaşıdır və gələcəyə olan ümididir. Müstəqil dövlətin mövcudluğu bütün soydaşlarımız üçün milli mənsubiyyətin, qürurun və özünüifadənin ən mühüm təminatıdır. Bu səbəbdən Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və beynəlxalq nüfuzunun qorunması təkcə ölkə daxilində yaşayan vətəndaşların deyil, bütün dünya azərbaycanlılarının ortaq marağıdır.

Azərbaycançılıq ideologiyasının gələcək nəsillərə ötürülməsi də xüsusi əhəmiyyət daşıyır. Çünki milli birlik tarixi hadisələrin yaratdığı emosional yüksəlişlə məhdudlaşmamalı, gündəlik həyatımızda, təhsilimizdə, mədəniyyətimizdə və dövlətə münasibətimizdə davamlı yaşamalıdır. Gənc nəsil Azərbaycan tarixini bilməli, ana dilini qorumalı, milli-mənəvi irsə sahib çıxmalı, dövlət müstəqilliyinin hansı tarixi mübarizələr bahasına qazanıldığını dərk etməlidir. Eyni zamanda azərbaycançılıq keçmişə bağlılıqla kifayətlənməməli, müasir dünyanın çağırışlarına cavab verən, elmə, təhsilə, tərəqqiyə və yeniliyə açıq düşüncə tərzi kimi inkişaf etməlidir.

Azərbaycançılıq ayrı-ayrı insanların milli duyğularını vahid dövlətçilik məfkurəsində birləşdirən, xalqın tarixi yaddaşını gələcək nəsillərin məsuliyyəti ilə əlaqələndirən ümummilli ideologiyadır. Onun gücü milyonlarla insanın eyni milli taleyə bağlı olduqlarını dərk etməsindədir. 2020-ci ilin Vətən müharibəsi bu ideyanın tarixi sınaqdan keçərək real milli həmrəyliyə çevrildiyini nümayiş etdirdi. Bu gün qarşımızda duran əsas vəzifə həmin birliyi qorumaq, müstəqil dövlətimizi daha da gücləndirmək, milli-mənəvi dəyərlərimizi yaşatmaq və azərbaycançılıq məfkurəsini gələcək nəsillərin düşüncəsində möhkəmləndirməkdir. Azərbaycan harada yaşamasından asılı olmayaraq hər bir soydaşımızın Vətənidir və bu Vətənin gücü onun birliyində, müstəqilliyində və milli ruhundadır.

Elşən QƏNİYEV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ombudsmanın seçilməsi ilə bağlı məsələ parlamentin plenar iclasına tövsiyə edilib  

16:28
30 Oktyabr

Şuşa və Xocavənd sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri dinlənilib  

16:25
30 Oktyabr

DSX-nin ən yaxşı kinoloqları və xidməti itləri müəyyən olunub  

15:58
30 Oktyabr

Noyabr ayına olan hava proqnozu açıqlanıb  

15:43
30 Oktyabr

Bu ilin 9 ayında 246 milyon 273 min manat dəyərində narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb  

15:37
30 Oktyabr

Quzeyxırman kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub  

15:30
30 Oktyabr

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

15:26
30 Oktyabr

Azərbaycançılıq – birliyimizin, dövlətçiliyimizin və dəyərlərimizin ideologiyası  

15:15
30 Oktyabr

İrakli Kobaxidze: Azərbaycanla münasibətlərimizdə müsbət dinamika gələcəkdə də davam edəcək  

15:05
30 Oktyabr

Hacıqabulda istehsal olunan istilik izolyasiya lövhələri xarici bazarlara çıxarılır  

14:56
30 Oktyabr

Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsi haqqında qanun layihəsi müzakirə olunur  

14:43
30 Oktyabr

Cəbrayıl, Laçın və Kəlbəcər ərazilərinə 70 başadək müxtəlifcinsli fauna növləri reintroduksiya edilib  

14:31
30 Oktyabr

“Gazprom”: Avropada qazın qiyməti 2500 dollara yüksələ bilər  

14:19
30 Oktyabr

Ağdamda daha 70 ailəyə yeni mənzillərin açarları təqdim olunub - YENİLƏNİB  

14:14
30 Oktyabr

Siqnaxidə Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

14:03
30 Oktyabr

Lənkəranda şəhid Rəşid Məmmədovun məzarı ziyarət edilib  

13:54
30 Oktyabr

Masallıda şəhid Əli Quliyevin xatirəsi anılıb  

13:41
30 Oktyabr

Malidə 4,11 milyard illik Mars meteoriti aşkarlanıb  

13:26
30 Oktyabr

Şirvanda Vətən müharibəsi şəhidi Kamran Fərəcovun məzarı ziyarət olunub   

13:24
30 Oktyabr

Bəşəriyyət kosmosu necə fəth edəcək

13:21
30 Oktyabr

Neftçalada “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib  

13:20
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!