30 Oktyabr 2026 16:39
255
İQTİSADİYYAT
A- A+
Ticarətdən tərəfdaşlığa: Bakıda Qırğız Ticarət Evinin açılışı nə vəd edir?

Ticarətdən tərəfdaşlığa: Bakıda Qırğız Ticarət Evinin açılışı nə vəd edir?


Bakıda açılan Qırğız Ticarət Evi iki ölkənin iqtisadi əməkdaşlığında yeni imkanlar yaradacaq. Burada nümayiş etdirilən məhsullar Qırğızıstanın istehsal potensialını, milli dəyərlərini və zəngin təbii sərvətlərini Azərbaycan ictimaiyyətinə daha yaxından tanıtmaqla yanaşı, sahibkarlar arasında yeni biznes əlaqələrinin qurulmasına da xidmət edəcək.

Qırğızıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən açılış mərasimində Qırğızıstanın aparıcı iş adamları, diplomatlar, yerli ictimaiyyətin nümayəndələri və media təmsilçiləri iştirak ediblər. Açılış mərasimində çıxış edən Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamytkanov bildirib ki, Ticarət Evinin yaradılmasında əsas məqsədlərdən biri iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması və iqtisadi əlaqələrin genişləndirilməsidir.

Səfirin sözlərinə görə, iqtisadi əməkdaşlığın inkişafı Azərbaycan və Qırğızıstan arasında siyasi və humanitar münasibətlərin də möhkəmlənməsinə xidmət edir. O qeyd edib ki, iqtisadi əlaqələrin genişlənməsi vətəndaşlar arasında mübadilə üçün yeni imkanlar yaradacaq, turizmin inkişafına və yeni iqtisadi layihələrin həyata keçirilməsinə təkan verəcək.

Maksat Mamytkanov Azərbaycan və Qırğızıstan sahibkarları arasında birbaşa əlaqələrin qurulmasının vacibliyinə də diqqət çəkib. Onun fikrincə, daha çox qırğızıstanlı iş adamının Azərbaycana dəvət edilməsi, onların yerli sahibkarlarla görüşlərinin təşkili biznes əməkdaşlığının genişlənməsi üçün yeni perspektivlər aça bilər.

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dəri problemlərinin gözlənilməz səbəbi 

17:57
30 Oktyabr

Avropa Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

17:45
30 Oktyabr

Diş əti sağlamlığını qoruyan məhsulların adları açıqlanıb

17:31
30 Oktyabr

Plutonun orbitindən kənarda nəhəng buzlu obyekt aşkar edilib

17:22
30 Oktyabr

Green Card gözləyənlərə növbəti zərbə

16:56
30 Oktyabr

Azərbaycan brendi Avropada genişlənir

16:55
30 Oktyabr

Beynimiz şüuru necə yaradır?  

16:47
30 Oktyabr

Bakıətrafı qəsəbələrə qatar gəlir

16:47
30 Oktyabr

“The Guardian”: süni intellektin uşaqlarla “dostluq etməsi” qadağan olundu  

16:44
30 Oktyabr

Dünya bazarında neftin qiymətində bahalaşma müşahidə olunur  

16:42
30 Oktyabr

Bakıda texnologiya həftəsi keçiriləcək

16:41
30 Oktyabr

Ticarətdən tərəfdaşlığa: Bakıda Qırğız Ticarət Evinin açılışı nə vəd edir?

16:39
30 Oktyabr

Bakı İrəvandan əməli addımlar və konkret nəticələr gözləyir  

16:33
30 Oktyabr

Ombudsmanın seçilməsi ilə bağlı məsələ parlamentin plenar iclasına tövsiyə edilib  

16:28
30 Oktyabr

Şuşa və Xocavənd sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri dinlənilib  

16:25
30 Oktyabr

DSX-nin ən yaxşı kinoloqları və xidməti itləri müəyyən olunub  

15:58
30 Oktyabr

Noyabr ayına olan hava proqnozu açıqlanıb  

15:43
30 Oktyabr

Bu ilin 9 ayında 246 milyon 273 min manat dəyərində narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb  

15:37
30 Oktyabr

Quzeyxırman kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub  

15:30
30 Oktyabr

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

15:26
30 Oktyabr

Azərbaycançılıq – birliyimizin, dövlətçiliyimizin və dəyərlərimizin ideologiyası  

15:15
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!