30 Oktyabr 2026 16:47
263
İQTİSADİYYAT
A- A+
Bakıətrafı qəsəbələrə qatar gəlir

Bakıətrafı qəsəbələrə qatar gəlir


Bakıətrafı ərazilərdə dəmir yolu nəqliyyatının əhatə dairəsi genişləndirilir. Paytaxtın müxtəlif qəsəbə və yaşayış məntəqələrini əhatə edəcək yeni stansiyaların yaradılması, mövcud xətlərin bərpası və sərnişindaşıma imkanlarının artırılması nəzərdə tutulur. Planlara əsasən, Kürdəxanı, Saray, Fatmayı, Binəqədi və Güzdəkdə yeni stansiyalar istifadəyə veriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Yeni Suraxanı–Hövsan dəmir yolu xəttinin bərpası ilə əlaqədar təşkil olunan mediatur zamanı jurnalistlərə bildirib ki, Güzdək stansiyası Xırdalan–Sumqayıt dəmir yolu xətti üzərində yerləşəcək.

Onun sözlərinə görə, aparılan işlər nəticəsində Bakıətrafı ərazilərdə dəmir yolu stansiyalarının sayının mövcud 15-dən 40-a çatdırılması planlaşdırılır. Bu isə paytaxtın ətraf yaşayış məntəqələrinin dəmir yolu nəqliyyatına çıxış imkanlarının genişlənməsi deməkdir.

Hazırda bərpa işlərinə başlanılan əsas istiqamətlərdən biri Yeni Suraxanı–Hövsan xəttidir. Bəxtiyar Hacıyev bildirib ki, xətt üzrə hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə ərazinin çəpərlənməsi də daxil olmaqla zəruri tədbirlər həyata keçirilir. Bərpası nəzərdə tutulan dəmir yolu xətləri arasında ilk növbədə məhz bu istiqamətin istifadəyə verilməsi planlaşdırılır.

Yeni Suraxanı–Hövsan xətti üzrə qatarların Bakı Dəmiryol Vağzalından hərəkət etməsi nəzərdə tutulur. Qatarlar Bakıxanov stansiyasından keçərək Yeni Suraxanıya, oradan isə Hövsan MİDA yaşayış kompleksinin yerləşdiyi ərazi boyunca Hövsan limanına qədər hərəkət edəcək.

Digər istiqamətlərdə də dəmir yolu əlaqəsinin bərpası və genişləndirilməsi planlaşdırılır. Belə ki, Zabrat–Maştağa–Bağlar xətti Bakı Dəmiryol Vağzalından başlayaraq Bakıxanov və Zabrat-2 stansiyalarından keçməklə Maştağa və Bağlar ərazilərinədək uzanacaq. Bakıxanov–Binə–Qala xətti isə Binə və Qala yaşayış məntəqələrini əhatə edəcək.

Qeyd edək ki, layihələr “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Bütün nəzərdə tutulan işlərin 2030-cu ilədək başa çatdırılması planlaşdırılır.

Yeni dəmir yolu xətlərinin istifadəyə verilməsi Bakıətrafı qəsəbələrdə yaşayan sakinlər üçün alternativ nəqliyyat imkanlarının yaranmasına şərait yaradacaq. Xüsusilə gündəlik olaraq paytaxtın mərkəzinə işləmək və təhsil almaq üçün üz tutan insanlar üçün dəmir yolu nəqliyyatının genişlənməsi gediş-gəliş seçimlərini artıra bilər. Eyni zamanda, avtomobil yollarına düşən yükün azaldılması və şəhərətrafı nəqliyyat əlaqələrinin yaxşılaşdırılması baxımından da bu layihələr əhəmiyyətlidir.

 “Azərbaycan”

 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dəri problemlərinin gözlənilməz səbəbi 

17:57
30 Oktyabr

Avropa Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

17:45
30 Oktyabr

Diş əti sağlamlığını qoruyan məhsulların adları açıqlanıb

17:31
30 Oktyabr

Plutonun orbitindən kənarda nəhəng buzlu obyekt aşkar edilib

17:22
30 Oktyabr

Green Card gözləyənlərə növbəti zərbə

16:56
30 Oktyabr

Azərbaycan brendi Avropada genişlənir

16:55
30 Oktyabr

Beynimiz şüuru necə yaradır?  

16:47
30 Oktyabr

Bakıətrafı qəsəbələrə qatar gəlir

16:47
30 Oktyabr

“The Guardian”: süni intellektin uşaqlarla “dostluq etməsi” qadağan olundu  

16:44
30 Oktyabr

Dünya bazarında neftin qiymətində bahalaşma müşahidə olunur  

16:42
30 Oktyabr

Bakıda texnologiya həftəsi keçiriləcək

16:41
30 Oktyabr

Ticarətdən tərəfdaşlığa: Bakıda Qırğız Ticarət Evinin açılışı nə vəd edir?

16:39
30 Oktyabr

Bakı İrəvandan əməli addımlar və konkret nəticələr gözləyir  

16:33
30 Oktyabr

Ombudsmanın seçilməsi ilə bağlı məsələ parlamentin plenar iclasına tövsiyə edilib  

16:28
30 Oktyabr

Şuşa və Xocavənd sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri dinlənilib  

16:25
30 Oktyabr

DSX-nin ən yaxşı kinoloqları və xidməti itləri müəyyən olunub  

15:58
30 Oktyabr

Noyabr ayına olan hava proqnozu açıqlanıb  

15:43
30 Oktyabr

Bu ilin 9 ayında 246 milyon 273 min manat dəyərində narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb  

15:37
30 Oktyabr

Quzeyxırman kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub  

15:30
30 Oktyabr

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

15:26
30 Oktyabr

Azərbaycançılıq – birliyimizin, dövlətçiliyimizin və dəyərlərimizin ideologiyası  

15:15
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!