30 Oktyabr 2026 16:28
176
CƏMİYYƏT
A- A+
Ombudsmanın seçilməsi ilə bağlı məsələ parlamentin plenar iclasına tövsiyə edilib  

Ombudsmanın seçilməsi ilə bağlı məsələ parlamentin plenar iclasına tövsiyə edilib  


Oktyabrın 30-da Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Zahid Oruc gündəliyə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsinin daxil edildiyini bildirib.

Komitə sədri qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin imzası ilə Milli Məclisə Ombudsman vəzifəsinə üç namizəd təqdim olunub. Bunlar hazırkı Ombudsman, hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevadır. Bildirilib ki, namizədlərin hər üçü ali hüquq təhsilli və müvafiq sahədə peşəkar təcrübəyə malik şəxslərdir.

Zahid Oruc çıxışında Azərbaycanda Ombudsman təsisatının formalaşması və inkişaf tarixinə toxunub. O, təsisatın fəaliyyət göstərdiyi dövr ərzində insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqlarının təmin olunması, dövlət orqanları ilə vətəndaşlar arasında münasibətlərin təkmilləşdirilməsi istiqamətində gördüyü işlərdən, eləcə də beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edib.

Deputatlar müzakirə olunan məsələ ilə bağlı fikirlərini bölüşüblər, Ombudsman vəzifəsinə təqdim edilmiş namizədlərə münasibətlərini bildiriblər.

Çıxışlarda Ombudsman təsisatının insan hüquq və azadlıqlarının müdafiəsi sistemindəki əhəmiyyəti vurğulanıb, namizədlərin peşəkar hazırlığı və hüquq sahəsindəki təcrübəsi diqqətə çatdırılıb.

Tədbirdə Ombudsman vəzifəsinə namizədliyi irəli sürülmüş şəxslər də çıxış edərək göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkürlərini bildiriblər.

Müzakirələrin sonunda məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Plutonun orbitindən kənarda nəhəng buzlu obyekt aşkar edilib

17:22
30 Oktyabr

Green Card gözləyənlərə növbəti zərbə

16:56
30 Oktyabr

Azərbaycan brendi Avropada genişlənir

16:55
30 Oktyabr

Beynimiz şüuru necə yaradır?  

16:47
30 Oktyabr

Bakıətrafı qəsəbələrə qatar gəlir

16:47
30 Oktyabr

“The Guardian”: süni intellektin uşaqlarla “dostluq etməsi” qadağan olundu  

16:44
30 Oktyabr

Dünya bazarında neftin qiymətində bahalaşma müşahidə olunur  

16:42
30 Oktyabr

Bakıda texnologiya həftəsi keçiriləcək

16:41
30 Oktyabr

Ticarətdən tərəfdaşlığa: Bakıda Qırğız Ticarət Evinin açılışı nə vəd edir?

16:39
30 Oktyabr

Bakı İrəvandan əməli addımlar və konkret nəticələr gözləyir  

16:33
30 Oktyabr

Ombudsmanın seçilməsi ilə bağlı məsələ parlamentin plenar iclasına tövsiyə edilib  

16:28
30 Oktyabr

Şuşa və Xocavənd sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri dinlənilib  

16:25
30 Oktyabr

DSX-nin ən yaxşı kinoloqları və xidməti itləri müəyyən olunub  

15:58
30 Oktyabr

Noyabr ayına olan hava proqnozu açıqlanıb  

15:43
30 Oktyabr

Bu ilin 9 ayında 246 milyon 273 min manat dəyərində narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb  

15:37
30 Oktyabr

Quzeyxırman kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub  

15:30
30 Oktyabr

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

15:26
30 Oktyabr

Azərbaycançılıq – birliyimizin, dövlətçiliyimizin və dəyərlərimizin ideologiyası  

15:15
30 Oktyabr

İrakli Kobaxidze: Azərbaycanla münasibətlərimizdə müsbət dinamika gələcəkdə də davam edəcək  

15:05
30 Oktyabr

Hacıqabulda istehsal olunan istilik izolyasiya lövhələri xarici bazarlara çıxarılır  

14:56
30 Oktyabr

Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsi haqqında qanun layihəsi müzakirə olunur  

14:43
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!