07 Aprel 2022 02:01
3946
Mədəniyyət
A- A+
Gözəllik simvolu - Qarabağ çayları

Gözəllik simvolu - Qarabağ çayları

 

Şuşanın təkrarolunmaz təbiət mənzərələri, yerüstü və yeraltı sərvətləri sırasında onun çayları da gözəllik simvolu, ruzi-bərəkət mənbəyidir. Adətən yerüstü bulaqlar xırda axarlarda, xırda axarlar isə  çaylarda cəmləşir. Odur ki, təbii olaraq, suyun təbiətdə böyük dövranının mühüm halqası çayların payına düşür. Şuşanın kəndlərindən, şəhərin ətraflarından keçən bir neçə çay Qarabağ torpağının suya olan tələbatının ödənilməsində mühüm rol oynayır. 

Xatırladaq ki, Kiçik Qafqazın Qarabağ silsiləsi ərazisində yerləşən Şuşanın ərazisi 289 km2-dir. Buraya bir şəhər və 31 kənd daxildir. Səthi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m). Ərazisinin əksər hissəsi yayı quraqlıq keçən mülayim isti, qışı isə quraq keçən soyuq iqlim tiplərinə aiddir. Torpaqları qəhvəyi və qonur dağ-meşə, çimli dağ-çəmən tiplidir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər və kserofit kolluqlar var.     

Coğrafiyaşünasların və tədqiqatçıların məlumatlarında xüsusilə diqqətə çatdırılan odur ki, təbiətin Qarabağa bəxş etdiyi ən böyük sərvətlərdən biri də bu yurdun ana damarı olan məşhur  Qarqar çayıdır. Mənbəyini uca dağ silsiləsindən - 2089 metr hündürlükdən götürən bu çayın uzunluğu 115 kilometr, hövzəsinin sahəsi 1490 kvadrat kilometrdir.

Qarqar çayı haqqında bir çox antik və Orta əsr müəlliflərinin əsərlərində, o cümlədən, eradan əvvəl və eramızın başlanğıcında yaşamış qədim yunan tarixçisi və coğrafiyaşünası Strabonun “Coğrafiya” kitabında geniş məlumat verilir. Həmin qədim mənbədə qarqarların Qafqaz Albaniyasında yaşayan tayfalardan biri olduğu göstərilir və çayın öz adını həmin tayfanın adından götürdüyü ehtimal olunur.

Qarqar iki əsas çayın qovuşmasından əmələ gəlib. Biri mənbəyini Kirs, o biri isə Sarıbaba dağının sinəsində daim qaynayan şəffaf, buz kimi soyuq sulu bulaqlardan götürən və hündür aşırımlardan çağlaya-çağlaya kükrəyib gələrək Ağa körpüsündə birləşən Daşaltı, o biri isə Xəlfəli çayıdır.

Qarabağ silsiləsindən başlayaraq sıldırım qayalardan, sərt döngələrdən, hündür dağlardan kükrəyib gələn və ərazisindən axdığı eyniadlı kəndin adı ilə adlandırılan Zarıslı çayı Şuşanın cənub tərəfindən keçir. Daşaltı ərazisindən keçdiyinə görə çayın sonrakı axarı bu kəndin adını daşıyır. Hövzəsinin sahəsi ümumilikdə 120 kvadrat kilometrdir və uzunluğu 25 kilometrə çatır. Çay sərt döngə və pillələrdə axınını sürətləndirir və hər iki sahilindəki qayalarda dərin yarıqlar açır. Sonra çayın dərəsi xeyli genişlənərək şəlalələr əmələ gətirir və Ağa körpüsünədək uzanıb gedir.

Başlanğıcını Qarabağın dağ silsiləsindən götürərək qıjıldaya-qıjıldaya çağlayıb üzüaşağı axıb gedən, dupduru bulaq sularından yaranmış Xəlfəli çayı da eyniadlı kəndin adını daşıyır. Çay şimal tərəfdən təxminən 200 metr hündürlükdən axır və Ağa körpüsündə Daşaltı ilə birləşib Qarqarı əmələ gətirir.

Mənbələrin yazdığına görə, Qarabağ silsiləsinin yamaclarında olan saysız-hesabsız büllur bulaqlarla, yağış, qar və yeraltı sularla qidalanan bir neçə kiçik çay dərin və dar dərələrlə axaraq Qarqara qovuşur. Çayın sağ qolları öz mənbəyini Bağırqan və Çınqıllı dağının ətəklərindən götürən, vaxtilə mövcud olmuş yaşayış məntəqəsinin adı ilə adlandırılan və Malıbəyli kəndi ərazisindən keçərək Qarqara qovuşan Ağvan çayı və Ağ çaydır. Çayın sol qolları isə Ballıca və Badaradır. Həmin kiçik çaylar Qarqara tökülərək onu “ətə-qana gətirir”, güc-qüvvət verərək çayın sürətli axınını təmin edir.

Dağlarda, xüsusilə, yay aylarında qar və buzlar sürətlə əriyəndə, şiddətli yağışlar yağmağa başlayanda dağ çayı məcrasına sığışmır, aşıb-daşır, ətraf yerləri su basır. Digər fəsillərdə hərdən gur, hərdən də sakit axan çayın suyu yenə də çoxalır, düzənliklərdə sürəti xeyli azalır, yavaş-yavaş, burula-burula, ahəstə-ahəstə Aşağı Qarabağ istiqamətinə yön alır. Çayın hər iki sahili otlaqlara, yaşıllıqlara bürünür.

Qarabağın bu ən böyük çayı öz qolları ilə böyük bir sahəni tutur və neçə-neçə irili-xırdalı çayın suyunu qəbul edərək dərin dərələrdən, geniş düzlərdən keçib Ağ gölə tökülür.

Lap qədimlərdən insanları su ilə təmin edən və həyat mənbəyi rolu oynayan Qarqardan bu gün də ətraf yerlərin su təchizatında geniş istifadə olunur. Çay boyu uzanıb gedən üzüm, tut, nar, əncir bağları, bostanlar, tarlalar, min hektarlarla əkin sahələri suvarılır. Çayın kənarında çoxlu səfalı guşələr var. Ətrafında yerləşən sərin bulaqlar, şəlalələr, göllər, bağ-bağat, xoş hava adamın könlünü oxşayır, qanını duruldur, ruhunu təzələyir.

İndi bu yerlərdə nəinki, hər an gözünüzü oxşayan gülün-çiçəyin, xatırlatdığımız çayların, onun ətrafında min bir gözəlliklə müşahidə olunan yaşıllıqların, kol dibindən boylanan bənövşənin də yanından diqqətsiz ötmək olmur. İnsanları məmnun edən odur ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u və  ordumuzun şücaəti sayəsində Ermənistan silahlı birləşmələrinin 30 illik işğalından  ilyarım əvvəl azad olmuş qədim Şuşa çayları daha ürəyəyatımlı görünür. 

 

Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın inkişaf və quruculuq modeli dünya üçün örnəkdir

08:00
20 May

"Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:03
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:02
20 May

"Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə 

02:02
20 May

S.X.Rüstəmxanlının "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:01
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:01
20 May

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:00
20 May

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 394-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:00
20 May

“İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 370 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

01:58
20 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

01:56
20 May

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

01:54
20 May

Bakıdakı WUF13 çərçivəsində Azərbaycan–Türkiyə şəhərsalma dialoqu aparılıb  

00:22
20 May

İqtisadiyyat Nazirliyində AYİB-lə əməkdaşlıq imkanları nəzərdən keçirilib

23:29
19 May

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı: Cəbhə xətti genişlənə bilər  

23:01
19 May

Dünya mediası Prezident İlham Əliyevin WUF13-ün açılışındakı çıxışını geniş işıqlandırıb  

22:58
19 May

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb  

22:45
19 May

D-8 rəsmilərinin WUF13-də dayanıqlı şəhərlər və enerji keçidi ilə bağlı dialoqu baş tutub - YENİLƏNİB  

22:12
19 May

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır 

21:59
19 May

Tərtərdə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baş çəkilib  

21:39
19 May

WUF13 çərçivəsində qlobal mənzil böhranına dair müzakirələr aparılıb YENİLƏNİB

21:31
19 May

Azərbaycan ilə Esvatini arasında enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib  

21:28
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!