18 May 2026 15:41
547
Mədəniyyət
A- A+
Yaddaşın və tarixin keşikçisi

Yaddaşın və tarixin keşikçisi

18 May - Beynəlxalq Muzeylər Günüdür


Tarix boyu baş verən mühüm hadisələrin, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətinin, xalqın milli-mənəvi sərvətlərinin qorunması cəmiyyət üçün həmişə böyük əhəmiyyət daşıyıb. Muzeylər bu missiyanı yerinə yetirərək keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayır. 

Muzeylər tarixin ən dəqiq səlnaməçiləridir. Onlar keçmişin izlərini qoruyaraq gələcək nəsillərə çatdırır. Hər bir eksponat müəyyən bir dövrün mənzərəsini, insanların həyat tərzini, mədəniyyətini, dünyagörüşünü, düşüncəsini özündə yaşadır. Muzeylərə daxil olan ziyarətçilər tarixlə üz-üzə dayanır, xalqın keçmişinə və mənəvi irsinə daha dərindən bələd olurlar.

Qədim dövrlərdən bu günə qədər müxtəlif xalqlar özlərinə məxsus maddi və mənəvi sərvətləri toplamaq, qorumaq və nümayiş etdirmək üçün xüsusi məkanlar yaradıblar. Mənbələrdən müasir muzeylərin ilkin nümunələrinin eramızdan əvvəl III əsrdə Qədim Roma və Yunanıstanda, XII-XIII əsrlərdə Çin, XVI əsrdə Kritdə meydana çıxdığı məlumdur. Həmin dövrlərdə qiymətli sənət əsərləri, nadir əşyalar və mühüm sənədlər əsasən məbədlərdə, saraylarda və şəxsi kolleksiyalarda saxlanılırdı.

Azərbaycan ərazisində mövcud olmuş Atropatena və Albaniya dövlətlərinin sarayları da bu baxımdan diqqətçəkən məkanlardan hesab olunur. Erkən və orta əsrlərdə isə hakim sülalələrin kolleksiyaçılığa maraq göstərməsi nəticəsində qiymətli əşyalar xəzinələrdə və saray kitabxanalarında qorunurdu. Bu ənənə sonralar muzeyçilik fəaliyyətinin formalaşmasına zəmin yaratdı.

Dünyanın müxtəlif ölkələrində yerləşən məşhur muzeylər bəşəriyyətin ortaq mədəni sərvətinin qorunmasına xidmət edir. Vaşinqtondakı Milli İncəsənət Qaleriyası, Parisdəki Luvr Muzeyi, Venesiya Akademiya Qaleriyası, Drezden Şəkil Qaleriyası, Moskvanın Tretyakov Qaleriyası və Sankt-Peterburqdakı Ermitaj  bu baxımdan dünyanın ən tanınmış mədəniyyət mərkəzləri sırasında yer alır.

Azərbaycanda XIX əsrin ikinci yarısından etibarən muzey işinin təşkilinə diqqət yenidən güclənməyə başlayıb. İlk milli muzeyin təməli isə 1919-cu ildə - Xalq Cümhuriyyətinin dövründə qoyulub. Həmin il dekabrın 7-də Cümhuriyyət parlamentinin fəaliyyətinin birilliyi münasibətilə Bakıda təşkil olunan muzey “İstiqlal Muzeyi” adlandırılıb. Bu muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyətini davam etdirib.

1938-ci ildə Şəkidə ilk memorial muzeyin yaradılması ilə Azərbaycanda ev-muzeylərinin də əsası qoyuldu. Daha sonra ədəbiyyat, tarix, incəsənət, musiqi və teatr istiqamətində yeni muzeylər fəaliyyətə başladı. Hazırda ölkəmizdə onlarla muzey fəaliyyət göstərir və onların əksəriyyəti milli irsimizin qorunması istiqamətində mühüm rol oynayır. Milli Tarix Muzeyi, Milli Ədəbiyyat Muzeyi, Milli İncəsənət Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Dövlət Teatr Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, İstiqlal Muzeyi və digər muzeylər Azərbaycanın maddi-mənəvi tarixidir. Hacı Zeynalabdin Tağıyevin möhtəşəm malikanəsində yerləşən Milli Azərbaycan Tarixi Muzeyini isə muzey içində muzey adlandırırlar.

Ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri də xalqımızın zəngin keçmişinin yaşadılmasına xidmət göstərir. Bu muzeylərdə qədim məişət əşyaları, sənətkarlıq məhsulları və tarixi sənədlər qorunur. Ötən əsrin 60-80-ci illərində həmin muzeylərin inkişafı istiqamətində mühüm addımlar atılıb. 1980-ci illər isə tarix-diyarşünaslıq muzeylərinin infrastrukturunun inkişafında, həmçinin eksponatların toplanılmasında böyük işlər görülüb.

Azərbaycan həm də açıq səma altında muzey hesab olunan nadir abidələri ilə də seçilir. Şəki Xan Sarayı, Qobustan qayaüstü rəsmləri, Şirvanşahlar Sarayı Kompleksi, Möminəxatun türbəsi kimi tarixi məkanlar xalqımızın qədim mədəniyyətinin daş şahidləridir. Şuşa şəhəri, Lahıc qəsəbəsi və Qala kəndi isə bütövlükdə milli irsimizi əks etdirən nadir yaşayış məskənləri sayılır.

Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində çoxsaylı tarixi abidələrimiz və muzeylərimiz dağıdılmış, qarət olunmuşdur. 30 ilə yaxın işğal altında qalmış ərazilərimizdə yüzlərlə mədəniyyət müəssisəsi və tarixi abidə vandalizmə məruz qalmışdır. Qarabağ və Şərqi Zəngəzur bölgələrində yerləşən muzeylərimizdən minlərlə eksponat erməni vandalları tərəfindən talan və qarət edilmişdir.

Bu gün azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri gedir. O cümlədən dağıdılmış muzeylərin, tarixi abidələrin və digər mədəniyyət müəssisələrinin yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirilir. Bu işlər xalqımızın mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd etdiyimiz kimi, bu gün muzeylər yalnız keçmişi qoruyan məkan deyil, həm də xalqın yaddaşını yaşadan mənəvi xəzinədir. Muzeylərdə nümayiş olunan eksponatlar tariximizin, milli kimliyimizin real izləridir. Məhz buna görə də muzeylərə diqqət göstərmək, onları qorumaq və zənginləşdirmək milli irsimizə sahib çıxmaq deməkdir.


Zöhrə FƏRƏCOVA

“Azərbaycan” 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib 

00:09
15 İyun

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb  

23:58
14 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

23:16
14 İyun

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

23:06
14 İyun

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

23:03
14 İyun

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

22:28
14 İyun

Putin və Tramp arasında telefon danışığı olub

22:05
14 İyun

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

21:53
14 İyun

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

20:57
14 İyun

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

20:48
14 İyun

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

20:37
14 İyun

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

20:19
14 İyun

Zelenski ilə Tramp arasında telefon danışığı olub

19:13
14 İyun

Şuşa Bəyannaməsi: Zəfərdən irəli gələn yeni geosiyasi güc

19:12
14 İyun

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

18:42
14 İyun

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

17:38
14 İyun

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib  

17:23
14 İyun

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

16:47
14 İyun

Ebola virusu Konqoda sürətlə yayılır

16:04
14 İyun

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

15:57
14 İyun

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə strateji tərəfdaşlığını müttəfiqlik səviyyəsinə yüksəltdi

15:49
14 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!