19 May 2026 08:20
254
SİYASƏT
A- A+
WUF13 və gələcəyin düşünən şəhərləri

WUF13 və gələcəyin düşünən şəhərləri


Müasir dövrdə şəhərlərin inkişafı artıq yalnız yeni binaların, yolların və digər infrastrukturun tikintisi ilə ölçülmür. XXI əsrdə şəhərlərin rəqabət qabiliyyəti həm də onların rəqəmsal imkanları, innovasiya potensialı və texnoloji hazırlıq səviyyəsi ilə müəyyənləşir. 

Bu baxımdan, BMT-nin Azərbaycanın evsahibliyi ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası son dərəcə mühüm əhəmiyyət daşıyır. Çünki bu mötəbər tədbir gələcəyin rəqəmsal şəhər modelinin müzakirə olunduğu qlobal forumdur. 

WUF13-ün rəqəmsallaşma strategiyası texnologiyanın şəhər infrastrukturuna dərindən inteqrasiya olunaraq sosial-iqtisadi və ekoloji problemlərin həll edilməsini nəzərdə tutur. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) bu prosesi "İnsan mərkəzli rəqəmsal transformasiya" adlandırır. UN-Habitat rəqəmsallaşmanı bir məqsəd deyil, vətəndaşların həyat keyfiyyətini artıran vasitə hesab edir. Rəqəmsal transformasiya rəqəmli bərabərsizliyi azaltmağa, inklüzivliyə və rəqəmsal hüquqların qorunmasına istiqamətləndirilməldir.


Urbanizasiya prosesində yeni mərhələ


Bu gün dünya urbanizasiya prosesində yeni mərhələyə daxil olur. Əgər bir neçə il əvvələ qədər "ağıllı şəhər" anlayışı əsasən elektron xidmətlər və rəqəmsal kommunikasiya ilə əlaqələndirilirdisə, indi şəhərlərin idarə edilməsində süni intellekt, böyük data və avtomatlaşdırılmış qərar mexanizmləri əsas rol oynayır. Müasir şəhərlər artıq sadəcə yaşayış məkanı olmaqdan çıxaraq milyonlarla məlumatın emal olunduğu mürəkkəb rəqəmsal sistemə çevrilir.

Nəqliyyat axınının real vaxt rejimində idarə edilməsi, enerji sərfiyyatının optimallaşdırılması, kommunal xidmətlərin avtomatlaşdırılması, təhlükəsizlik sistemlərinin rəqəmsallaşdırılması və ekoloji monitorinqin data əsaslı aparılması inkişaf etmiş şəhərlərin əsas xüsusiyyətləri kimi nəzərə çarpır. Bu isə onu göstərir ki, gələcəyin şəhərləri beton və asfaltdan daha çox, data və texnologiyalar üzərində qurulacaq.

Məhz bu səbəbdən WUF13 çərçivəsində rəqəmsallaşma mövzusu xüsusi aktuallıq daşıyır. Forum urban inkişafın yalnız memarlıq və tikinti məsələləri ilə məhdudlaşmadığını, eyni zamanda rəqəmsal iqtisadiyyat, innovasiya və texnoloji idarəetmə ilə sıx bağlı olduğunu nümayiş etdirir.

Hazırda dünya miqyasında "XXI əsrin nefti data olacaq" tezisi getdikcə daha çox təsdiqini tapır. Şəhərlərdə formalaşan rəqəmsal məlumat bazaları artıq strateji iqtisadi resurs rolunu oynayır. Hansı şəhər datanı daha effektiv idarə edirsə, həmin şəhər investisiya, innovasiya və insan kapitalı baxımından daha üstün mövqe qazanır. Buna görə də rəqəmsallaşma artıq milli inkişaf və iqtisadi təhlükəsizlik məsələsidir.


Rəqəmsal şəhərsalmada Azərbaycan təcrübəsi


Azərbaycan da bu istiqamətdə mühüm addımlar atır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" layihələri regionda yeni urban inkişaf modelinin formalaşdırılmasına xidmət göstərir. Burada enerji, nəqliyyat, kommunal xidmətlər və idarəetmə sistemlərinin rəqəmsal platformalar üzərində qurulması gələcəyin şəhər konsepsiyasının real nümunəsi kimi diqqət çəkir.

WUF ilə rəqəmsallaşma arasındakı əlaqə texnologiyanın bir hədəf deyil, şəhər mühitində insan həyatını yaxşılaşdıran strateji alətə çevirmək fəlsəfəsinə söykənir. WUF sessiyalarında rəqəmsallaşma yalnız mütərəqqi infrastruktur layihəsi kimi nəzərdən keçirilmir. UN-Habitat platformada özünün insan mərkəzli "ağıllı şəhər"lər proqramını irəli sürür. 

Texnoloji resursların yalnız varlı təbəqələrə deyil, marginal qruplara, aztəminatlı icmalara əlçatan olması təşviq edilir. Vətəndaşların fərdi məlumatlarının təhlükəsizliyi, kibertəhlükəsizlik və şəhər idarəçiliyində şəffaflıq beynəlxalq standartlar çərçivəsində müzakirə olunur. Rəqəmsal platformalar (məsələn, mobil tətbiqlər, elektron səsvermə sistemləri) vasitəsilə sakinlərin şəhərsalma qərarlarında birbaşa iştirakını təmin edir.    

WUF-un əsas gündəliklərindən biri şəhərlərin ekoloji dayanıqlığıdır. Rəqəmsallaşma bu sahədə  karbon emissiyalarını ölçmək və idarə etmək üçün rəqəmsal əkizlər (Digital Twin) texnologiyasını təqdim edir. Şəhərin vurtual 3D modeli yaradılır, bu isə təbii fəlakətlərin - daşqınların, zəlzələlərin simulyasiya edilməsinə və şəhərlərin böhranlara qarşı rəqəmsal dayanıqlılığının artırılmasına şərait yaradır. Bakıda keçirilən WUF13 regional və qlobal rəqəmsal şəhərsalma təcrübələrinin nümayişi üçün mühüm mərhələdir. Forum çərçivəsində təşkil olunan xüsusi texnoloji pavilyonlar qlobal startaplara "ağıllı mənzil" təsərrüfatı, "yaşıl enerji" və proptech (əmlak texnologiyaları) sahəsindəki innovasiyalarını təqdim etmək imkanı verir.

Eyni zamanda ölkəmizdə dövlət xidmətlərinin elektronlaşdırılması, rəqəmsal ödəniş sistemlərinin genişlənməsi, innovasiya ekosisteminin inkişafı və süni intellekt texnologiyalarına artan maraq Azərbaycanın rəqəmsal transformasiya prosesinə sürətlə inteqrasiya olunduğunu göstərir. Bu baxımdan, WUF13 Azərbaycanın beynəlxalq urban inkişaf və rəqəmsal transformasiya gündəliyində mühüm yer tutur. Forum ölkəmizə yalnız böyük beynəlxalq tədbirə evsahibliyi etmək imkanı yaratmır, həm də Azərbaycanın müasir şəhərsalma, innovasiya və texnoloji inkişaf sahəsində formalaşdırdığı yanaşmaları qlobal auditoriyaya təqdim etmək fürsəti verir. Çünki gələcəyin şəhərləri artıq yalnız memarların deyil, mühəndislərin, proqramçıların, data analitiklərinin və süni intellekt mütəxəssislərinin birlikdə formalaşdırdığı yeni yaşayış modelidir. WUF13 isə məhz bu yeni dünyanın konturlarının müəyyənləşdirildiyi ən mühüm beynəlxalq platformalardandır.


Müsbət təsirlər


WUF13 kimi qlobal platformalarda aparılan müzakirələrin səmərəsi, adətən, orta və uzunmüddətli strateji dəyişikliklər şəklində özünü göstərir. Yəni burada deyilənlər dərhal hüquqi sənədə çevrilməsə də, şəhərlərin idarə olunması və ölkələrin urban siyasətinə ciddi istiqamətverici təsir göstərir. Belə qlobal tədbirlərin ən əsas səmərəsini bir neçə istiqamətdə izah etmək olar. 

Bunlardan birincisi, qlobal gündəliyin formalaşmasıdır. WUF kimi forumlarda "ağıllı şəhər"lər, rəqəmsallaşma, dayanıqlı urbanizasiya, iqlim adaptasiyası kimi mövzular prioritet olaraq müəyyənləşir. Daha sonra bu mövzular BMT sistemində regional təşkilatlarda və milli strategiyalarda əsas xəttə çevrilir. Başqa sözlə desək, forum bir növ "ideya laboratoriyası" rolunu oynayır.

Digər effekt siyasət transferi və təcrübə mübadiləsidir. Şəhərlər və ölkələr öz uğurlu modellərini təqdim edir, digərləri isə həmin təcrübələri uyğunlaşdıraraq tətbiq etməyə başlayır. Məsələn, rəqəmsal idarəetmə, "ağıllı şəhər" platformaları və şəhər data mərkəzləri kimi həllər məhz belə beynəlxalq müzakirələrdən sonra daha geniş yayılır. Burada qeyd edək ki, Zəngilanın Ağalı kəndi tamamilə "ağıllı kənd" konsepsiyası ilə qurulub. Kənddə alternativ enerji mənbələri, rəqəmsal təhsil mənbələri və məsafədən tibbi xidmət sistemləri tətbiq olunur. Ağdam və Füzuli şəhələrinin baş planları da rəqəmsal infrastruktur bünövrəsi üzərində qurulur. Məsələn, onların yeraltı kommunikasiya xətləri rəqəmsal sensorlarla təchiz edilir ki, gələcəkdə hər hansı qəza məsafədən idarəetmə mərkəzindən müəyyən olunsun.

Daha bir istiqamət investisiya və əməkdaşlıq imkanlarının yaranmasıdır. Forum çərçivəsində dövlətlər, beynəlxalq maliyyə institutları və özəl sektor arasında yeni layihələr üçün anlaşmalar formalaşır. Bu, xüsusilə şəhər infrastrukturu, rəqəmsal həllər və "yaşıl enerji" layihələrində özünü göstərir. Legitimlik və beynəlxalq tanıtım effekti də çox mühümdür. Ölkələr öz şəhərsalma və inkişaf modellərini qlobal auditoriyaya təqdim etməklə həm beynəlxalq etimad qazanır, həm də öz təcrübələrini "standart" səviyyəsinə yaxınlaşdırmaq imkanı əldə edir. Bu, xüsusilə yeni urban inkişaf modelləri tətbiq edən ölkələr üçün vacibdir. 

Normativ təsir də daha uzunmüddətli səmərə kimi mühüm əhəmiyyət kəsb edir. WUF kimi platformalarda formalaşan ideyalar zamanla "şəhər necə idarə olunmalıdır" sualına qlobal cavablar yaradır. Bu da şəhərsalma standartlarının, rəqəmsal idarəetmə modellərinin və davamlı inkişaf prinsiplərinin dəyişməsinə gətirib çıxarır.

Qısaca desək, bu cür forumların səmərəsi dərhal görünən nəticələrdən çox, "istiqamət dəyişdirən təsir"dir. Onlar gələcəyin şəhərlərinin necə olacağını müəyyən edən intellektual və siyasi çərçivəni formalaşdırır.


WUF: ölkəmizdə rəqəmsallaşma prosesi


WUF13 kimi qlobal miqyaslı bir tədbirə evsahibliyi Azərbaycanda rəqəmsallaşma proseslərinə birbaşa və dolayı kanallarla ciddi impuls verəcək. Bu təsir təkcə tədbir günləri ilə məhdudlaşmır, həm də uzunmüddətli institusional və texnoloji dəyişikliklər yaradır.

İlk növbədə, belə bir forum ölkəmizdə rəqəmsal infrastrukturun sürətlə təkmilləşdirilməsini stimullaşdırır. Beynəlxalq tədbirlər yüksəksəviyyəli bağlantı, data ötürmə gücü, kibertəhlükəsizlik və real vaxt xidmət sistemləri tələb edir. Bu isə dövlət və özəl sektorun daha güclü rəqəmsal platformalar qurmasına təkan verir. Nəticədə şəhər xidmətlərində daha dayanıqlı və inteqrasiya olunmuş sistemlər formalaşır.

Belə bir qlobal tədbirə evsahibliyi Azərbaycanın dövlət idarəçiliyində rəqəmsal transformasiyanı sürətləndirir, xüsusilə şəhər idarəetməsinin "ağıllı sistemlər" üzərində qurulmasını gündəmə gətirir. Bu, nəqliyyatın idarə olunması, kommunal xidmətlər, təhlükəsizlik və şəhər planlaşdırması kimi sahələrdə data əsaslı qərarvermə mexanizmlərinin genişlənməsinə şərait yaradır. Beləliklə, rəqəmsal idarəetmə yalnız konsepsiyaya deyil, praktiki ehtiyaca çevrilir.

WUF13 ölkəmizin beynəlxalq texnologiya və innovasiyalar sahəsində əməkdaşlıqlarını da genişləndirir. Forum çərçivəsində dünya şəhərləri, texnologiya şirkətləri və inkişaf institutları ilə əlaqələr qurulur. Bu, Azərbaycana "ağıllı şəhər", "ağıllı kənd", süni intellekt, urban data analitikası və rəqəmsal infrastruktur sahəsində qabaqcıl təcrübələrin transferini asanlaşdıracaq. Eyni zamanda yerli innovasiya ekosistemini gücləndirəcək. Belə qlobal tədbirlər startaplar, universitetlər və texnoloji şirkətlər üçün yeni imkanlar yaradır ki, bu da ölkədə rəqəmsal həllərin inkişafını və yerli texnoloji məhsulların beynəlxalq bazara çıxışını sürətləndirir. WUF13-ün Azərbaycana öz rəqəmsal inkişaf modelini qlobal auditoriyaya nümayiş etdirmək imkanı qazandırması isə həm investisiya cəlbediciliyini artıracaq, həm də Azərbaycanı regional rəqəmsal mərkəz kimi mövqeləndirəcək. 

Beləliklə, WUF13-ə evsahibliyi Azərbaycanın rəqəmsallaşma prosesini üç səviyyədə gücləndirəcək: infrastrukturun təkmilləşməsi, idarəetmənin modernləşməsi və beynəlxalq inteqrasiyanın dərinləşməsi. Bunlar isə birlikdə rəqəmsal transformasiyanın dayaq sütunlarıdır. 

BMT-nin bu forumu sübut edir ki, rəqəmsallaşma yalnız texnoloji yenilik deyil, həm də sosial ədalətin və ekoloji balansın qorunması mexanizmidir. Şəhərlər rəqəmsallaşdıqca idarəetmə daha şəffaf, resurslardan istifadə daha qənaətli və ən əsası şəhər mühiti insan üçün daha yaşamalı olur.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qadınların qərar qəbuletmədə rolu WUF13-də diqqət mərkəzində olub  

09:42
19 May

WUF13 Türkiyə mediasının diqqət mərkəzindədir

09:38
19 May

WUF13 çərçivəsində rəsmi açılış mərasimi, liderlərin bəyanatları, mətbuat konfransı və “Urban Expo” sərgisinin açılışı olub  

09:35
19 May

WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycan pavilyonu fəaliyyətə başlayıb

09:31
19 May

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO  

09:25
19 May

Prezident: Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir

09:12
19 May

Azərbaycan Prezidenti: Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır  

09:06
19 May

Prezident İlham Əliyev: Biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq  

09:01
19 May

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 

08:51
19 May

Yaddaşın və tarixin keşikçisi

08:45
19 May

Enerji, nəqliyyat və innovasiya gündəmi

08:43
19 May

Azərbaycan-Bolqarıstan: "Həmrəylik Halqası" ilə genişlənən tərəfdaşlıq

08:40
19 May

TDT Avrasiya məkanında siyasi güc mərkəzinə çevrilib

08:35
19 May

Siyasi həmrəylik, rəqəmsal inkişaf və ortaq sivilizasiya

08:30
19 May

Bakı qlobal dialoqun əsas ünvanlarından biridir

08:25
19 May

WUF13 və gələcəyin düşünən şəhərləri

08:20
19 May

Azərbaycanın dünyaya təqdim etdiyi yüksək təşkilatçılıq nümunəsi

08:15
19 May

WUF13-də Şanxay mükafatı təqdim olunacaq

08:10
19 May

WUF13 Azərbaycanın beynəlxalq diplomatiyada rolunu gücləndirir

08:05
19 May

Azərbaycan WUF13-lə növbəti dəfə tarix yazır 

08:00
19 May

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

03:02
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!