19 May 2026 22:12
282
CƏMİYYƏT
A- A+
D-8 rəsmilərinin WUF13-də dayanıqlı şəhərlər və enerji keçidi ilə bağlı dialoqu baş tutub - YENİLƏNİB  

D-8 rəsmilərinin WUF13-də dayanıqlı şəhərlər və enerji keçidi ilə bağlı dialoqu baş tutub - YENİLƏNİB  


“D-8 bölgəsində davamlı şəhərlərin enerji keçidlərinin şəhər inkişafı gündəmləri ilə uyğunlaşdırılması” adlı tədbirdə dayanıqlı urbanizasiya, yaşıl enerji keçidi, postmünaqişə dövründə şəhərsalma və iqlim dayanıqlılığı məsələləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, tədbir WUF13 çərçivəsində təşkil edilib.

Tədbirdə çıxış edən WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, bərpaolunan enerji layihələrinin genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dayanıqlı şəhər inkişafı Azərbaycanın uzunmüddətli iqtisadi və ekoloji strategiyasının əsas istiqamətlərindəndir.

Onun sözlərinə görə, həyata keçirilən enerji və şəhərsalma layihələri yeni iş yerlərinin yaradılmasına, həyat keyfiyyətinin yüksəldilməsinə, investisiya axınının güclənməsinə və innovasiyaların təşviqinə mühüm töhfə verir. Anar Quliyev qeyd edib ki, ölkədə icra olunan bərpaolunan enerji layihələri nəticəsində enerji balansında yaşıl enerjinin payının 13 faizdən təxminən 38 faizə çatdırılması hədəflənir və 2032-ci ilədək ümumi bərpaolunan enerji gücünün 8 giqavata yüksəldilməsi planlaşdırılır.

Komitə sədri vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələri “daha yaxşı bərpa et” prinsipi əsasında qurulur. Bildirilib ki, həmin ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun dayanıqlı yaşayış məntəqələri formalaşdırılır və artıq 80 mindən çox insan doğma torpaqlarına qayıdıb.

Tədbirdə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov qeyd edib ki, şəhərlər qlobal enerji istehlakının təxminən 70 faizini və istixana qazı emissiyalarının əhəmiyyətli hissəsini təşkil edir. Nazir bildirib ki, Azərbaycan enerji keçidini strateji prioritet kimi müəyyən edib və bu istiqamətdə yaşıl enerji zonaları, enerji dəhlizləri və enerji səmərəliliyi layihələri həyata keçirilir.

Pərviz Şahbazov diqqətə çatdırıb ki, gələn il ümumi gücü 2 giqavat olan 12 Günəş və külək elektrik stansiyasının istismara verilməsi başa çatacaq. Bunun nəticəsində ildə təxminən 2,4 milyon ton istixana qazı emissiyasının qarşısının alınacağı bildirilib.

Nazir əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan yaşıl enerji zonası çərçivəsində “ağıllı şəhər” və “ağıllı kənd” layihələri həyata keçirilir. Həmin ərazilərdə Günəş panelləri, enerji səmərəli texnologiyalar və elektrik doldurma infrastrukturu tətbiq olunur.

Pakistan İslam Respublikasının İqlim Dəyişikliyi və Ətraf Mühitin Əlaqələndirilməsi üzrə Federal naziri Dr. Musadik Masood Malik isə çıxışında enerji keçidinin əsas məqsədinin insanların ləyaqətli və inklüziv həyat şəraitinin təmin olunması olduğunu bildirib.

Onun sözlərinə görə, enerji sistemləri yalnız iqtisadi inkişafın deyil, həm də insanların gündəlik həyatının, sosial rifahının və təhlükəsiz yaşayışının əsas dayaqlarından biridir. Nazir vurğulayıb ki, Günəş, külək və su kimi təbii resursların səmərəli istifadəsi şəhərlərin dayanıqlı inkişafında mühüm rol oynayır.

Tədbirdə çıxış edən İnkişaf etməkdə olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Baş katibi Sohail Mahmood isə Azərbaycanın WUF13-ə ev sahibliyini yüksək qiymətləndirib. O bildirib ki, WUF13-ün Bakıda keçirilməsi COP29-dan sonra Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsində növbəti uğurudur.

Çıxışçılar dayanıqlı şəhərlərin formalaşdırılması üçün beynəlxalq əməkdaşlığın, yaşıl enerji keçidinin və innovativ şəhərsalma yanaşmalarının vacibliyini vurğulayıblar.

Açılış nitqlərindən sonra tədbir D-8 ölkələrinin nazir və nazir müavinlərinin çıxışları ilə davam edib.

Dialoq dayanıqlı şəhərlərin inkişafında şəhərsalma, ətraf mühitin mühafizəsi və iqlim dayanıqlılığı məsələləri üzrə qlobal dialoq və əməkdaşlıq üçün mühüm beynəlxalq platforma rolunu oynayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:03
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:02
20 May

"Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə 

02:02
20 May

S.X.Rüstəmxanlının "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:01
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:01
20 May

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:00
20 May

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 394-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:00
20 May

“İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 370 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

01:58
20 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

01:56
20 May

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

01:54
20 May

Bakıdakı WUF13 çərçivəsində Azərbaycan–Türkiyə şəhərsalma dialoqu aparılıb  

00:22
20 May

İqtisadiyyat Nazirliyində AYİB-lə əməkdaşlıq imkanları nəzərdən keçirilib

23:29
19 May

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı: Cəbhə xətti genişlənə bilər  

23:01
19 May

Dünya mediası Prezident İlham Əliyevin WUF13-ün açılışındakı çıxışını geniş işıqlandırıb  

22:58
19 May

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb  

22:45
19 May

D-8 rəsmilərinin WUF13-də dayanıqlı şəhərlər və enerji keçidi ilə bağlı dialoqu baş tutub - YENİLƏNİB  

22:12
19 May

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır 

21:59
19 May

Tərtərdə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baş çəkilib  

21:39
19 May

WUF13 çərçivəsində qlobal mənzil böhranına dair müzakirələr aparılıb YENİLƏNİB

21:31
19 May

Azərbaycan ilə Esvatini arasında enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib  

21:28
19 May

WUF13: “Şəhərlər üçün süni intellekt – şəhərsalma və ağıllı, dayanıqlı icmaların qurulması” adlı panel sessiya keçirilib  

21:09
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!