13 Sentyabr 2023 10:25
2258
İQTİSADİYYAT
A- A+
ƏMAS - işaxtaranların və işəgötürənlərin vahid platforması

ƏMAS - işaxtaranların və işəgötürənlərin vahid platforması

Son illər innovasiyaların geniş tətbiqi sayəsində məşğulluq xidmətlərinin, ümumilikdə bu sahədə idarəçiliyin elektronlaşdırılması üçün ardıcıl layihələr icra olunur. Onlardan biri də "Əmək və Məşğulluq" altsistemidir (ƏMAS).

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdimatında həyata keçirilən bu sistem ötən ilin may ayından istifadəyə verilib. Bəs ƏMAS nə deməkdir, mahiyyəti və əhəmiyyəti, eləcə də funksiyaları nədir?

ƏMAS əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron sistemdə cəmləşməsini təmin edir. Sadə dillə desək, ƏMAS işsizlərlə işaxtaranların istifadə edə biləcəyi bir platformadır. Yeni altsistemin işəgötürən üçün faydası odur ki, işçi ilə rəsmi münasibətlər, sənədləşmələr kağız üzərində deyil, elektron formada həyata keçirilir. Yəni əmək müqavilələri elektron qaydada bağlanır, rəqəmsal kadr uçotuna keçilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi təmin olunur. Ən əsası isə ölkə üzrə bütün vakansiyalar vahid bir platformada görünür.

Vakansiyaların vahid bir platformaya keçidi həm işsizlər, həm işaxtaranlar, həm də özəl işədüzəltmə şirkətləri üçün maraq kəsb etdiyinə görə vakansiyaların axtarışı daha cəlbedici, daha operativ və əlçatandır. Bu da o deməkdir ki, Azərbaycanda artıq əmək münasibətlərinin dəyişməsi, yeni formaya keçidi sürətlənib. Bundan başqa, ƏMAS Azərbaycan üzrə məşğulluq platformasını, məşğulluq xəritəsini və məşğul şəxslərin reyestrini özündə ehtiva edir, Dövlət Məşğulluq Agentliyinin işəgötürənlər, işəgötürən birliklər, işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər və həmkarlar ittifaqı ilə birgə fəaliyyətinin elektron qaydada aparılmasını tənzimləyir.

Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqovun söylədiyinə görə, indiyə kimi əmək bazarında işçi və işədüzəltmə prosesləri paralel gedirdi, kəsişmə nöqtələri ya gec olur, ya da heç baş vermirdi: "Yəni işəgötürən işçi axtarır, tələblərinə uyğun gələn işçi isə başqa istiqamətlərdə iş axtarır, həmin vakansiyanı və axtarışı görmürdü. Nəticədə ya işəgötürən digərlərinə nisbətən "daha yaxşı" prinsipi ilə ona müraciət edən namizədi seçir, ya da bir sıra hallarda uyğun namizəd tapmadığı üçün vakansiya boş qalırdı. Bir sıra hallarda isə sahibkar həqiqətən savadlı kadr axtarmasına baxmayaraq, hansısa subyektiv amillər səbəbindən ona mövcud vakansiyalara layiqli deyil, fərqli parametrlər üzrə seçilən namizədlər təqdim edilirdi. Bu gün isə fərqlidir, yeni altsistem peşəkar işədüzəltmə şirkətləri üçün də faydalıdır. Əmək bazarı dəyişir, texnologiyalar inkişaf edir, işəgötürənlərin tələbləri artır. Sistemin tapa bilmədiyi işçiləri isə işədüzəltmə şirkətləri axtarıb tapa bilir. Sözün həqiqi mənasında, ölkədə "beyin ovu" ("headhunting") dünyanın inkişaf etmiş və etməkdə olan ölkələrində olduğu kimi daha peşəkar müstəviyə çıxır".

E.Sadıqov daha sonra bildirir ki, işəgötürənlər indiyəcən müxtəlif səbəblərdən vakansiyalarının yalnız müəyyən bir hissəsini vakansiya bankına yerləşdirirdilər: "Həmin yerləşdirilən vakansiyalar bəzən gec yerləşdirilir, ya da məlumatlar natamam olurdu. Yeni sistemdə isə şirkətin ştat vahidləri, əmək müqavilələri sistem üzərindən həyata keçirildiyi üçün vakansiyalar sistemdə avtomatik əks olunur. Bununla yanaşı, işəgötürənin haqqı var ki, öz imkanları hesabına işçi tapmağı planlaşdırdıqları vakansiyaları aktiv və ya passiv etsin. ƏMAS nəticəsində idarə, müəssisə və təşkilatlarda bürokratik süründürməçiliklər minimuma enib".

"Əmək və Məşğulluq" altsistemi qısa bir zamanda nəinki öz effektini verib, hətta beynəlxalq müsabiqələrdə iştirak etmək hüququ da qazanıb. Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi İngiltərədə fəaliyyət göstərən nüfuzlu marketinq və konsaltinq şirkətinin keçirdiyi "Business Awards UK" müsabiqəsinin qalibi olub. Agentlik 13 istiqamətdə qiymətləndirmənin aparıldığı müsabiqəyə ölkəmizin son illərin mühüm rəqəmsal sosial layihələrindən olan "Əmək və Məşğulluq" altsistemini təqdim edib. Dövlət və özəl sektorda çalışan peşəkar münsiflərdən ibarət komissiya tərəfindən ƏMAS yüksək dəyərləndirilib. Dövlət Məşğulluq Agentliyi müsabiqənin "Rəqəmsal Transformasiya-2023" (2023-Digital Transformation Awards) kateqoriyasında "Ən Yaxşı Çevik Transformasiya" nominasiyası üzrə qalib seçilib. Yeri gəlmişkən qeyd edək ki, ƏMAS bundan əvvəl "IDDA Awards" müsabiqəsində "İlin Rəqəmsal Layihəsi" nominasiyasında da qalib olub. Habelə bu ilin martında "İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2023" çərçivəsində Cenevrədə keçirilən müsabiqədə iştirak edərək "Çempion layihə" mükafatına layiq görülüb.

 

Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!