25 Avqust 2012 12:08
528
CƏMİYYƏT
A- A+
Əlil arabasında da xariqələr yaratmaq mümkündür

Əlil arabasında da xariqələr yaratmaq mümkündür

 

Dünya o zaman cənnət olar ki, onu varlığın qədər sevib, gülüstana çevrilməsi üçün əlindən gələni əsirgəməyəsən. Vətənin gözəlliyini, əvəzolunmazlığını dərk edənlər daha çox vətənpərvər olurlar. Cəmiyyət də  məhz belə insanların dünyagörüşündən çox bəhrələnir.

Müstəqilliyini  bərpa etdikdən sonra Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində  qanunlar qəbul edildi. Uzun illər  bu sahədə mövcud olmuş problemlərin həllində dövlət strukturları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının da üzərinə böyük işlər düşdü. Respublikanın paytaxtında fəaliyyət göstərən belə qurumların sayı artdıqca, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi gücləndikcə  onların fəaliyyəti özünü daha qabarıq göstərməyə başladı.

Maraqlıdır, inkişaf sürətinə görə paytaxt Bakıdan heç də geri qalmayan regionlarda bu sahədə vəziyyət necədir? Bunun üçün Ağsu şəhərində  2005-ci ilin avqust ayından fəaliyyət göstərən "GÜLSAM" Əlillərin Reabilitasiyası İctimai Birliyində həyata keçirilən tədbirlərə nəzər salmaqla fikrimizə aydınlıq gətirmək istədik. 200 nəfərdən çox üzvü olan "GÜLSAM"ın rəhbəri Gülnarə Səlimova bizimlə söhbətində yalnız təşkilatın  fəaliyyətindən deyil, eyni zamanda onlara daim dəstək olanlardan, əlillərin cəmiyyətə inteqrasiyasında mühüm tədbirlərin görülməsində yardımçı olanlardan söz açdı: "1978-ci ildə Ağsu şəhərində anadan olandan əliləm. Əl arabası ilə hərəkət edirəm. Orta məktəbə gedə bilmədiyimdən ev şəraitində oxumuşam. Qardaşım Samir də mənim kimi əlildir. Fərdi qaydada kompyuterdən istifadə etməklə fikirlərimi məni oxuyanların, o cümlədən indi fəaliyyət göstərən, əlilliyi olmayanların belə maraqlarını təmin edən "GÜLSAM" Əlillərin Reabilitasiyası İctimai Birliyinin yaradılmasına nail oldum. Model şəkilləri çəkdim, çeşidli tikmələr tikdim, hörmələr hördüm. Əl işlərimdən ibarət sərgilər açdım. Əlil insanların bu işlərə maraqlarını öyrəndim və fəaliyyətimi artırdım. 2005-ci ildə əlillər üçün evimizdə dərnək yaratdım. Həmin ilin avqust ayında "GÜLSAM" Ədliyyə Nazirliyində qeydiyyata alındı."GÜLSAM" əlillərin və onların ailələrinin problemlərinin həlli, əlil uşaqların məktəbə getmələrini təşkil etmək üçün bütün imkanlardan yararlandı. Bu təşkilat vasitəsilə neçə-neçə əlil uşaqların qapılıb qaldığı evdən çıxmasına nail olduq". Gülnarə Səlimova  onu da xüsusi olaraq qeyd etdi ki, təşkilat respublika daxilində neçə-neçə  əlili müalicəyə göndərib. Kiməsə, nəyəsə möhtac olmasınlar deyə, kompyuter kursu açıb. Ötən illər ərzində bir çox kurslar təşkil edib.

2010-2011-ci illərdə ictimai birlik Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən qalib  elan edilib. Dövlət və hökumət tərəfindən dəstək görən qurum yenidən daha iki layihənin  təsdiqinə nail olub.

Ağacavad Cavadovun, Təbrizli Amilin, Elnur Eldarovun, Dilarə Zamanovanın,  Tahir Səlimovun, Müşfiq Nadirovun, Tural Qədirovun, Qorxmaz Qarabağlının, Güldəstə Əliyevanın və  digər birlik üzvlərinin cəmiyyətə inteqrasiyası istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Burada öz üzərində çalışan 14 əlil uşaq və böyüklər məktəbə götürülüb. Vərdişlərə yiyələnmək istəyən əlillər 3 aylıq kurs keçib sertifikatla təmin edilirlər.

2011-ci ildə birlik Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən qəbul edilən layihə əsasında əlillərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün kredit götürməyə, ferma açmağa nail  olub. Həmin layihə daha 4 nəfər əlilin işlə təminatına  əsas yaradıb. Həmin il qəbul olunan ikinci layihə ilə əlilliyi olmayanlar üçün ödənişli kompyuter kursları təşkil edilib ki, bundan gələn gəlirlə kiçik tikiş fabriki açılıb. Həmin istehsal sahəsində 2 şəhid ailəsi və bir nəfər əlil qazi işlə təmin edilib.

Gülnarə Səlimovadakı nikbinlik, həyat eşqi, qurub-yaratmaq istəyi çoxuna nümunə olacaq dərəcəsindədir: "Əlillərin özləri bir çox imkanlara sahib ola bilərlər. Ən azı, ələbaxımlılıq kimi dəhşətli mərəzdən xilas olar, özlərini cəmiyyətdən təcrid etməz, problemlərinin həllində özlərinə güvənərlər. Bir sıra ictimai təşkilatlar, həmçinin sənət adamları təşkilatımızın üzvlərini ziyarət edir, qurumun fəaliyyətinin ürəkaçan olduğunu KİV-lər vasitəsilə ictimaiyyətin diqqətinə çatdırırlar. Xalq artisti Səkinə İsmayılovanın müqəddəs Ramazan bayramı günlərində mətbuat işçiləri və  incəsənət nümayəndələri ilə qonağımız olması bir daha onların hərəkətləri məhdud insanlara göstərdikləri qayğının bariz nümunəsidir".

Bu il mayın 26-da "Eurovision-2012" musiqi yarışması ilə əlaqədar Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, Əlil Qadınlar Cəmiyyəti, Əlil Təşkilatları İttifaqı "GÜLSAM"ın üzvlərinin Bakıdakı Milli Parkda gəzintilərini təşkil edib. İyul ayının 11-də isə "GÜLSAM" Amerika  Sülh  Korpusu  Tərəfindən   təşkil edilən Gənc Qızlar Düşərgəsinə "Məqsədə Çatmaq" adlı təlimə dəvət olunub. "GÜLSAM"ın  rəhbəri Gülnarə Səlimova  orada Azərbaycanın bir neçə regionundan gəlmiş gənc xanımlara qazandığı nailiyyətlərdən və qarşıya qoyulmuş məqsədlərindən bəhs edib.

Əlillər cəmiyyətin yararlı üzvlərinə çevrilmək üçün potensial imkanlarından istifadə edir və daim insanlardan ən azı mənəvi dəstək gözləyirlər.  Onların gözlərini yollardan yığmaq isə hər kəsin vətəndaşlıq borcudur. Onda belə insanların qapıları da açılar, eyinləri də.

 

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi

01:07
12 İyun

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

23:19
11 İyun

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

23:01
11 İyun

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

22:37
11 İyun

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

22:18
11 İyun

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq  

21:47
11 İyun

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

20:53
11 İyun

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

20:52
11 İyun

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

20:44
11 İyun

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında 

20:34
11 İyun

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub

20:21
11 İyun

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

20:16
11 İyun

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

20:13
11 İyun

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

20:03
11 İyun

Bakıda elm və innovasiyaların iqtisadi inkişafdakı rolu müzakirə olunub

19:51
11 İyun

“Şuşa KOB evi”ndə 5 ayda sahibkarlara 560-a yaxın xidmət göstərilib  

19:42
11 İyun

Tibbdə ilk: ürək, böyrək və maddələr mübadiləsi xəstəliklərinin bir-biri ilə əlaqəsi sübut olundu  

19:30
11 İyun

Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı üzrə yeni zavod tikiləcək

19:21
11 İyun

Kanada 16 yaşından kiçik uşaqlara sosial media qadağası qoyan yeni qanun layihəsini təqdim edib  

19:15
11 İyun

Quş əti və yumurta istehsalında artım hədəfləri açıqlanıb

19:08
11 İyun

Şimali İrlandiyada miqrant əleyhdarlarının iğtişaşları

18:56
11 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!