Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “AzerGold” QSC əməkdaşlığı genişləndiriləcək
25 oktyabr tarixində Çovdar Filiz Emalı Sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə "AzerGold” QSC arasında anlaşma memorandumu imzalanıb.
Əməkdaşlığı genişləndirmək və yeni parametrlər çərçivəsində optimallaşdırmaq, elmi-texniki inkişafı dəstəkləmək, geoloji-kəşfiyyat və dağ-mədən sənayesi sahələrində qanunvericilik bazasının təkmilləşdirilməsinə önəmli töhfə vermək məqsədlərini əhatə edən memorandumu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və "AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov imzalayıblar. Memorandum çərçivəsində ölkə ərazisində mövcud filiz yataqlarının tədqiqi, kəşfiyyatı, işlənməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, "AzerGold” QSC-nin istifadəsində olan bir sıra faydalı qazıntı yataqlarının geoloji kəşfiyyatında birgə fəaliyyət, əlvan metal filizi yataqları üzrə məlumatların rəqəmsallaşdırılması və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.
Memorandum imzalandıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri 24 saat fəaliyyət göstərən Çovdar Filiz Emalı Sahəsinin işi ilə tanış olub, aparılan metallurji testlər, laborator analizlər, geofiziki və geoloji tədqiqatlar, çöl sınaqlaşdırma və buruq-qazma işləri haqqında ətraflı məlumat əldə ediblər. Əraziyə baxış zamanı "AzerGold” QSC-nin ekoloji siyasətinə uyğun həyata keçirilən tədbirlər haqqında da söhbət açılıb. "AzerGold” QSC tərəfindən bildirilib ki, monitorinq proqramı çərçivəsində hasilat və mədən sahələrində ekoloji tədbirlər həyata keçirilir, istehsalat prosesi nəticəsində formalaşan bütün növ tullantılar qanuna müvafiq şəkildə idarə olunur, istehsalat sahəsi və ətraf ərazilərdə mütəmadi olaraq yaşıllaşdırma və iməcilik tədbirləri keçirilir. Həmçinin ətraf qəsəbələrdə həyata keçirilən sosial layihələr və əhaliyə dəstək kampaniyaları haqqında da qonaqlara ətraflı məlumat verilib.
"AzerGold” QSC Çovdar Filiz Emalı Sahəsində hasilata 2016-cı ildə başlayıb. Bu günədək aparılan hasilat işləri nəticəsində 93 min unsiya qızıl və 142 min unsiya gümüşün ixracından ölkə iqtisadiyyatı təqribən 205 milyon manat gəlir əldə edib.
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Əgər torpaq uğrunda şəhid olsam..."
27 Aprel
Muğam ifaçılığı sahəsində sənət estafeti etibarlı əllərdədir
27 Aprel
Böyük ehtiramın ifadəsi
27 Aprel
Bizi kəmiyyət yox, keyfiyyət qane etmir
27 Aprel
Ölkəmiz sürətlə Çin bazarına daxil olur
27 Aprel
Ölkəmiz qlobal dəhliz layihələrinin də əsas iştirakçılarındandır
27 Aprel
"COP29 bütün dünya üçün faydalı olacaq"
27 Aprel
Qərb fırıldaqçı milyarderi niyə müdafiə edir?!
27 Aprel
"Nobel şousu" Vardanyanı xilas edə bilməz
27 Aprel
Azərbaycanın Zəfəri Avropa Parlamentinin yuxusunu ərşə çəkib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!