20 Yanvar 2026 08:05
328
SİYASƏT
A- A+
Duqinin sayıqlamaları nəyə xidmət edir?

Duqinin sayıqlamaları nəyə xidmət edir?


Müasir faşist ideologiyasının əsas ruporlarından olan, neoimperialist xəyalını gizlətməyən rusiyalı "tarixçi" Aleksandr Duqin növbəti dəfə Azərbaycanın və digər türk dövlətlərinin suverenliyini hədəf alan sərsəm bəyanatlarla gündəmə gəlib. Duqin  postsovet məkanında bir sıra dövlətlərin suverenliyinin legitim olmadığını iddia edib və bu ölkələrin müstəqil şəkildə mövcud olmamalarını bildirib. 

Onun sözlərinə görə, suveren Azərbaycan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstanın mövcudluğu qəbuledilməzdir. Duqin bu yanaşmanı özünün uzun illərdir təbliğ etdiyi imperialist "Avrasiyaçılıq" ideologiyası ilə əsaslandırmağa çalışıb. Rusiyanın sərsəm ideoloqu hesab edir ki, SSRİ-nin dağılmasından sonra yaranmış müstəqil dövlətlər "tarixi yanlışlıq"dır və bu ərazilər yenidən Rusiyanın geosiyasi təsir dairəsinə qaytarılmalıdır. Onun fikrincə, postsovet ölkələrinin suveren siyasət yürütməsi Rusiyanın "strateji təhlükəsizliyinə" təhdid yaradır. 

Özünü "Avrasiyaçılıq" pərdəsi altında gizlədən, əslində, açıq-aşkar şovinist və müstəmləkəçi düşüncəni təbliğ edən Duqinin açıqlamaları onun regiondakı yeni reallıqları həzm edə bilmədiyini və Azərbaycanın müstəqil iradəsinə qarşı qərəzini bir daha nümayiş etdirir. O, daha əvvəl də oxşar fikirlər səsləndirib, Ukraynanın dövlət kimi mövcudluğunu inkar edib və Rusiyanın hərbi ekspansiyasını ideoloji baxımdan əsaslandırmağa çalışıb. Duqinin ideyaları rəsmi Kremlin mövqeyi kimi qəbul edilməsə də, Rusiyanın siyasi-ictimai elitasında imperialist düşüncə tərzinin qalıqlarını bariz şəkildə ortalığa qoyur. Bu, Rusiyanın müəyyən dairələrində "revanşizm" xəstəliyinin virus kimi yayıldığını göstərir. Duqinkimilər də bu zərərli düşüncənin təzahürüdür. 

Duqinin sayıqlamaları Rusiya ilə Azərbaycan arasında imzalanmış "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"nin ruhuna kökündən ziddir. Bu növ açıqlamalar iki ölkə arasındakı strateji tərəfdaşlığa kölgə salmaq məqsədi güdür. 

Dünyada yüksək hörmət və nüfuza sahib olan Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu "qəbuledilməz" adlandırmaq bölgədəki mövcud status-kvoya tamamilə zidd olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinə də qarşı çıxmaqdır. Azərbaycan regionun müstəqil xarici siyasət yürüdən azad və suveren dövlətidir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və uğurlu rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi, ardınca lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini və ərazi bütövlüyünü öz gücü ilə tam bərpa edib. Bu möhtəşəm tarixi zəfərlər Azərbaycanın regionda hərbi və siyasi iradəsinin, eləcə də tam müstəqil dövlətçilik gücünün ən bariz sübutudur. Məhz rəsmi Bakının yürütdüyü balanslaşdırılmış və milli maraqlara söykənən siyasəti Azərbaycanı regional və qlobal söz sahiblərindən birinə çevirib. Dünyanın super gücü sayılan ABŞ, o cümlədən Avropa İttifaqı və Çin Azərbaycanla yaxın əməkdaşlıq edir, ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldirlər. Duqinkimilər isə bu həqiqətlərə göz yumurlar.

Faşist tarixçinin Azərbaycanla paralel digər türk dövlətlərinin adını xüsusi vurğulaması da təsadüfi deyil. Bu, onun təbliğ etdiyi ideologiyanın "qarın ağrısı"dır. Son illərdə Azərbaycan və Türkiyənin təşəbbüsləri sayəsində Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq arenada çəkisinin artması, bu ölkələrin hərbi, iqtisadi və siyasi platformalarda bir araya gəlməsi Duqin kimi neoimperialistləri ciddi şəkildə narahat etməkdədir. Azərbaycanın həm türk dünyasında, həm də regionda artan nüfuzu, ələlxüsus Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasət Duqinin "vassal dövlət" modelinə sığmır. Bu gün Azərbaycan bir çox ölkə üçün tam müstəqillik və suverenlik nümunəsidir. Görünür, Duqinkimilər də bu nümunənin yayılmasından qorxurlar.

Ümumiyyətlə, Azərbaycanın suverenliyi müzakirə mövzusu ola bilməz. Minlərlə azərbaycanlının qanı və canı bahasına qurulmuş müqəddəs müstəqilliyimiz cənab İlham Əliyevin güclü liderliyi, xalqımızın vəhdəti və şanlı ordumuzun gücü ilə möhürlənib. Duqinlərin sərsəm iddiaları Azərbaycanın regiondakı sarsılmaz mövqeyini və tam suveren dövlət statusunu dəyişə bilməz. Əksinə, bu cür açıqlamalar Azərbaycanın öz müstəqilliyini qorumaq üçün seçdiyi strateji yolun nə qədər doğru olduğunu bir daha sübut edir. Azərbaycan çoxdan öz yolunu seçib. Duqinin təbliğ etdiyi neoimperializm ideyası isə tarixin arxivinə gömülüb.  


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq  

09:54
04 Mart

Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatı start götürür

09:23
04 Mart

Ermənistanda sülhə doğru atılan addımlar revanşistləri narahat edir

09:05
04 Mart

Daşkəsəndə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində gənclərlə görüş keçirilmişdir

09:00
04 Mart

Naxçıvan: Qədim karvan yolundan müasir nəqliyyat qovşağına

08:55
04 Mart

Baharın və Böyük qayıdışın addım səsləri bir-birinə qarışıb

08:50
04 Mart

Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılmışdır

08:45
04 Mart

Rəqəmsallaşma vahid mərkəzdən idarə olunacaq

08:40
04 Mart

907-ci düzəliş birdəfəlik ləğv edilməlidir

08:35
04 Mart

"Şimal-Cənub" beynəlxalq marşrut üzrə əməkdaşlıq məsələləri müzakirə olunub

08:30
04 Mart

Sənaye zonaları: regionların iqtisadi potensialının lokomotivi

08:25
04 Mart

Azərbaycan sabitliyin unikal məkanıdır

08:20
04 Mart

Sarsılmaz iradə, mütləq qələbə

08:17
04 Mart

Xocalıya dönüş - ədalətin qələbəsi

08:15
04 Mart

Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi davam edir

08:10
04 Mart

Avropa mavi yanacaq və "yaşıl enerji" sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnundur

08:05
04 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
04 Mart

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!