27 Dekabr 2024 08:30
3586
Səhiyyə
A- A+
Dərmanlardan düzgün istifadə edilməlidir

Dərmanlardan düzgün istifadə edilməlidir


Səhhətimizdə yaranan problemlərin həll edilməsi üçün bəzən dərman qəbul etməkdən başqa yol qalmır. Bəzi insanlar dərmanlardan necə gəldi istifadə edir, sağlamlıq üçün ciddi fəsadlar yaradacaq şəkildə qəbul edirlər. Mütəxəssislərin müşahidələrinə görə, pasiyentlərin yalnız 20 faizi onlara təyin olunan dərmanlardan düzgün istifadə edə bilirlər. 

Dərmanların düzgün qəbulu onun sorulmasına, istənilən nəticənin əldə edilməsinə, fəsadlara səbəb olmamasına təsir göstərir. Ona görə də hansı dərmanı qəbul etməyin zəruriliyini bilməklə yanaşı, ondan necə istifadənin qaydasını da öyrənmək vacibdir.


Həblər yalnız su ilə qəbul olunmalıdır


Qida komponentləri dərman vasitəsinin tərkib xüsusiyyəti ilə qarşılıqlı kimyəvi əlaqəyə girərək onun farmakoloji xüsusiyyətini dəyişdiyindən onları yeməkdən əvvəl, sonra və  ya yemək zamanı qəbul etmək lazımdır. Bəzi bitki tərkibli preparatların, antibiotiklərin yaxşı sovrulmaları üçün mütləq acqarına qəbul etmək lazımdır. Yemək zamanı isə daha çox həzmi yaxşılaşdıran preparatlar - mədə şirəsi, həzm fermentləri qəbul olunur. Mədənin selikli qişasını qıcıqlandıran preparatlar, sidikqovucular, iltihabəleyhinə qeyri-steroid və steroid maddələr isə yeməkdən sonra içilməlidir.

Bəzi insanlar dərmanları müxtəlif şirələr, qazlı içkilər, çay, hətta mayesiz qəbul edirlər. Bunun qəti əleyhinə olan terapevtlər bildirirlər ki, dərman vasitələrini otaq temperaturunda olan qaynadılmış yarım və ya bir stəkan su ilə içmək məsləhətdir. Belə ki, çayın tərkibində olan aktiv maddə - tanin bəzi dərman vasitələrinin sorulma sürətinə təsir edir. Kofe özü tonuslandırıcı və güclü sidikqovucu təsir göstərir. Əgər dərman kofe ilə içilirsə, həmin preparat orqanizmdən tez xaric olacaq.

Dərman südlə içildiyi təqdirdə mədəyə olan qıcıqlandırıcı təsirlərin aradan qaldırıldığı deyilir. Lakin antibiotikləri və ürək qlikozidlərini südlə içmək olmaz. Süd dəmirin preparatların tərkibindən çıxmasına mane olur. Bəzi xaricdən qoruyucu turş xüsusiyyətli örtüklə əhatələnmiş dərmanlar isə südlə reaksiyaya girdikdə tərkibi tamamilə dəyişir.

Həblərin spirtli içkilərlə qəbulu da yolverilməzdir. Tədqiqatlar dərman vasitələrinin alkoqolla birlikdə daha tez həll olunduğunu göstərir. Xüsusilə antidepressant, ağrıkəsici və qızdırmasalıcılarla qəbul zamanı buna ciddi fikir verilməlidir. Əgər dərman vasitəsi qazlı su ilə içilsə, bu, mədədə artıq miqdarda qaz əmələ gətirdiyinə görə ürəkbulanma, köp, meteorizm kimi pozğunluqlara səbəb olacaq. 


Bu vitaminlərin birlikdə qəbulu zərərlidir


Vitamin, mineral və bitki tərkibli preparatlar immunitetin sağlamlığı, orqanizmin mövsümi və yaşla bağlı dəyişikliklərlə mübarizə aparması üçün olduqca faydalıdır. Lakin bu qida əlavələri təkbaşına zərərsiz olsalar da, birlikdə qəbul edildikdə qarşılıqlı təsir nəticəsində zərərli fiziki-kimyəvi reaksiyalara səbəb ola bilirlər.

Orqanizm üçün labüd vitaminlər arasında K və E vitaminləri xüsusi yer tutur. K vitamini sümükləri və qanın laxtalanmasını gücləndirməyə kömək edərkən, E vitamini beyin sağlamlığı, reproduktiv sağlamlıq və görmə üçün vacibdir. Lakin onların yüksək dozada qəbulu qan laxtalanması və böyrək problemləri riskini artırır. A, D, E və K vitaminlərinin tərkibində olan yüksək konsentrasiyalar qaraciyər və böyrəkləri zədələyir. Belə ki, yağda həll olunan bu vitaminlər sidiklə xaric oluna bilmədiyi üçün orqanizmdə toplanır.

ABŞ-nin Qərbi Virciniya Universitetinin tədqiqatçıları qida əlavələrindən istifadə edən təxminən bir milyon insanın iştirak etdiyi 277 araşdırma nəticələrini paylaşıblar. Tədqiqatlar göstərib ki, Omeqa-3 və fol turşusu kimi bəzi maddələr insanı ürək xəstəliklərindən və insultdan qoruyur. Lakin D vitamini və kalsiumu birlikdə qəbul etmək insult riskini əhəmiyyətli dərəcədə artırır. Riskli maddələrə multivitaminlər, selenium, A, C və E vitaminləri, fol turşusu və dəmir daxildir. 

Mütəxəssislər deyirlər ki, A vitamini qəbul edən zaman E vitamini də istifadə edilməlidir ki, bağırsaqda retinolun turşulaşmasının qarşısını alsın. A və E vitaminlərini qəbul edərkən eyni zamanda C vitaminindən də istifadə edilə bilər. Belə ki, C vitamini bu iki vitamini gücləndirən təbii katalizatordur. Lakin A və E vitaminləri qəbul edərkən K vitaminindən imtina olunmalıdır.

Bir qrupdan olan B1, B2 və B3 vitaminlərinin də birgə qəbulu məsləhət görülmür. Belə ki, onlar bir-birinə mənfi təsir edərək, effektsizləşirlər. B9 vitamininin sink ilə, E vitamininin dəmir ilə, sinkin kalsium ilə qəbulu yolverilməzdir.


Yulaf və kəpəkli çörək metforminin təsirini azaldır


Qida və dərmanın eyni vaxtda qəbulu dərmanın orqanizmdə paylanması, xaric olması və nəticədə farmakoterapiyanın effektivliyi və təhlükəsizliyinə güclü təsir göstərə bilər. Statinlər qanda yüksək xolesterinin səviyyəsini aşağı salan dərmanlardır. Britaniya Ürək Fondunun tədqiqatçıları deyirlər ki, onları qəbul edən insanlar qreypfrut və qreypfrut şirəsini istehlak etməməlidirlər. Bu qidanın istehlakı dərmanın yan təsirlərini əhəmiyyətli dərəcədə artırır. Qreypfrutda orqanizmin dərmanı parçalamaq prosesinə mane olan bir qrup kimyəvi maddə var. Bu meyvə dərmanla birlikdə qəbul edildikdə bəzi fermentlərin fəaliyyətini dayandırır, dərmanın nəzərdə tutulan dozadan daha çox udulmasına səbəb olur. Limon və portağal kimi digər sitrus meyvələrinin də eyni təsirə malik olduğu bildirilir. Qreypfrut bəzi qan təzyiqi dərmanlarının və bəzi psixiatrik dərmanların yan təsirlərini də artırır.

Süd, pendir və qatıq kimi süd məhsulları antibiotiklərin udulmasının qarşısını ala bilər. Süd məhsullarının tərkibində olan kalsium həzm sistemində antibiotiklərə qarışaraq dərmanın sorulmasını və effektivliyini azaldır. Bunun qarşısını almaq üçün süd məhsullarını qəbul etməzdən bir neçə saat əvvəl və ya sonra antibiotik qəbul etmək məsləhət görülür.

İspanaq, kələm və brokkoli kimi tərəvəzlər qan laxtalanmasında rol oynayan K vitamini ilə də zəngindir. Əgər pasiyent qanı durulaşdıran dərmanlar qəbul edirsə, bu tərəvəzlərdə olan K vitamini preparatların təsirini azalda və ya qanın laxtalanmasını artıra bilər.

Antipsixotik dərmanları çay və ya qəhvə kimi məhsullarda olan kofeinlə qəbul etmək vücudunuzun dərmanı su ilə qəbul etməkdən daha az mənimsəməsinə səbəb ola bilər. Kofein həmçinin bəzi antipsixotik dərmanların yan təsirlərini artıra, ürək ritminin dəyişməsinə və qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər.

Xolesterolu aşağı salmaq üçün yeyilən yulaf, kəpəkli çörək kimi qidalar metformin kimi şəkər dərmanlarının həzmini pozaraq təsirlərini azaldır.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İrana müraciət edib: “Masaya qayıdın və razılaşma əldə edin”

01:17
08 İyun

İran yenidən İsrailə hava zərbələri endirib

23:48
07 İyun

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

22:23
07 İyun

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

20:58
07 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

20:13
07 İyun

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub  

19:43
07 İyun

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır

19:31
07 İyun

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub 

18:59
07 İyun

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb  

18:47
07 İyun

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

18:42
07 İyun

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq  

18:15
07 İyun

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq  

18:14
07 İyun

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib  

17:51
07 İyun

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

16:47
07 İyun

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb  

15:11
07 İyun

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

14:06
07 İyun

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var  

13:32
07 İyun

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm

12:57
07 İyun

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

12:49
07 İyun

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

11:50
07 İyun

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək  

11:47
07 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!