13 Yanvar 2026 17:54
593
İDMAN
A- A+
DÇ-2026: Ev sahibi komandaların hazırlıq vəziyyəti və perspektivləri  

DÇ-2026: Ev sahibi komandaların hazırlıq vəziyyəti və perspektivləri  


Futbol üzrə dünya çempionatı yaxınlaşdıqca turnirə ev sahibliyi edəcək ABŞ, Meksika və Kanadanın hazırlıq səviyyəsi diqqət çəkir. 2022-ci il mundialından sonra həm komandaların durumu, həm də gözləntilər xeyli dəyişib.

AZƏRTAC xəbər verir ki, ABŞ millisinin bu turnirə gedən yolu həm uğurlu, həm də çətin mərhələlərlə zəngin olub. Komanda 2023-cü ildə Meksikanı məğlub edərək Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyalarının (KONKAKAF) Millətlər Liqasını qazandı. Lakin daha sonra Amerika Kuboku (Copa Amerika) ağır məğlubiyyətlər aldı və yığmada baş məşqçi dəyişikliyi gerçəkləşdi. Yeni baş məşqçi Mauricio Poçettino komandaya yeni nəfəs gətirdi. Nəticələr hələ tam sabit olmasa da, son yoldaşlıq oyunları ümidverici alınıb. ABŞ Yaponiya, Avstraliya və Paraqvayı məğlub edib, Uruqvay üzərində isə 5:1 hesablı qələbə qazanıb. Bu nəticələr komandanın özünəinamını artırıb.

Meksika millisi dünya çempionatına üçüncü dəfə ev sahibliyi edəcək. Komanda son illərdə KONKAKAF Millətlər Liqasını və Qızıl Kuboku qazansa da, ümumi performans qeyri-sabitdir. 2025-ci ildə İsveçrə və Kolumbiyaya məğlubiyyətlər bu durumu açıq-aşkar göstərdi. Hazırda baş məşqçi Xavyer Aqirre heyəti gəncləşdirməyə çalışır. Ancaq əsas oyunçuların böyük hissəsi 2022-ci ildəki komanda ilə eynidir. Evdə oynamaq Meksika üçün üstünlükdür, amma eyni zamanda böyük təzyiq yaradır. Uğur üçün oyunçuların daha məsuliyyətli və inamlı çıxış etməsi vacibdir.

Kanada üçün bu turnir xüsusi əhəmiyyət daşıyır. Ölkədə futbol hələ də hokkeydən geri qalır, lakin gənclər arasında maraq sürətlə artır. Baş məşqçi Cessi Marşın rəhbərliyi altında Kanada 2025-ci ildə keçirdiyi 14 oyunun yalnız ikisində uduzub. Komandanın əsas məqsədi qrup mərhələsini keçməkdir. Bu, Kanada üçün dünya çempionatları tarixində ilk olacaq. Son matçlarda Kolumbiyaya qarşı nümayiş etdirilən oyun komandanın həm taktiki, həm də psixoloji cəhətdən inkişaf etdiyini göstərib. Hücum xəttində problemlər qalsa da, Kanada sürpriz etməyə qadir komandadır.


Nəticə

Hər üç ev sahibi turnirə fərqli vəziyyətdə hazırlaşır. ABŞ daha geniş oyunçu seçiminə və yüksək potensiala malikdir. Meksika təcrübəyə güvənir, amma üzərində böyük təzyiq var. Kanada isə gənc, eyni zamanda enerjili komandadır və sürpriz etmə ehtimalı yüksəkdir.

Bu komandaların iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-dakı çıxışı təkcə nəticələr baxımından deyil, futbolun həmin ölkələrdə gələcəyi üçün də böyük əhəmiyyət daşıyacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ankara ilə Afina arasında əməkdaşlığın inkişafı müzakirə ediləcək

15:34
10 Fevral

Tədqiqat: İnfeksion xəstəliklərdən ölüm hallarının 10 faizi piylənmə ilə bağlıdır  

15:33
10 Fevral

Yağıntılı və küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA

15:32
10 Fevral

Fərid Cəfərov: “Kinematoqrafiya haqqında” yeni qanunun qəbulu bu sahənin inkişafına böyük təkan verəcək  

15:31
10 Fevral

BVF-nin missiyası ilə pensiya islahatları və əmək bazarındakı yeniliklər müzakirə olunub

15:07
10 Fevral

Lamiyə Vəliyeva yeni ölkə rekordu müəyyənləşdirib

14:57
10 Fevral

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

14:56
10 Fevral

Azərbaycan və ABŞ arasında süni intellekt sahəsində əməkdaşlıq müzakirə olunub  

14:53
10 Fevral

Sabah hava yağıntılı olacaq, bəzi yollar buz bağlayacaq 

14:49
10 Fevral

Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiqləyib 

14:48
10 Fevral

“Yol hərəkəti” və “Avtomobil yolları” haqqında qanunlara dəyişikliklər müzakirə olunur 

14:42
10 Fevral

"İnvestisiya fəaliyyəti haqqında" Qanunda dəyişiklik layihəsi plenar iclasa tövsiyə edilib  

14:35
10 Fevral

"Kinematoqrafiya haqqında” Qanun dəyişir

14:23
10 Fevral

Donald Tramp ABŞ və Kanada arasında körpünün açılışını əngəlləyə bilər

14:21
10 Fevral

Azərbaycan və ABŞ arasında ticarət və strateji əməkdaşlıq müzakirə edilib  

14:15
10 Fevral

Nazirlik: Pensiya təminatı üçün ayrılan illik vəsait bu il 7 milyard 993 milyon manata çatıb  

14:13
10 Fevral

Dövlət Agentliyi ötən ilin hesabatını açıqlayıb

13:46
10 Fevral

“Təhsil haqqında” Qanuna dəyişiklik edilir

13:37
10 Fevral

Azərbaycan-Meksika dostluq əlaqələri müzakirə olunub

13:33
10 Fevral

Milli Məclis “Patent haqqında” Qanuna dəyişiklikləri təsdiqlədi

13:18
10 Fevral

AQTA-nın “Sağlam məktəbli” layihəsi Ağalıda

13:14
10 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!