03 İyul 2022 00:45
6533
İQTİSADİYYAT
A- A+
Bakı-Tbilisi-Ərzurum kəməri Azərbaycanı qaz ixracatçısı kimi tanıtdı

Bakı-Tbilisi-Ərzurum kəməri Azərbaycanı qaz ixracatçısı kimi tanıtdı

 

Boru xəttinin istifadəyə verilməsindən 15 il keçir

 

2006-cı ildən Cənubi Qafqaz Boru Kəməri (CQBK) Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağından çıxarılan qazı Gürcüstana çatdırır. Ölkəmizin və Gürcüstanın ərazisində CQBK Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri ilə eyni marşrut boyu uzanır. Azərbaycan-Gürcüstan sərhədində bu iki kəmərin yolu ayrılır. BTC nefti Ceyhana, CQBK-ya qoşulan yeni xətt isə qazı Ərzuruma daşıyır.

Ümumi uzunluğu 691 kilometr olan CQBK-nın Azərbaycan hissəsi 443, Gürcüstan hissəsi 248 kilometrdir. Gürcüstan-Türkiyə sərhədində CQBK-ya 280 kilometrlik boru kəməri birləşdirilib. Səngəçal-Ərzurum marşrutu ilə uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri adlanır. Məhz BTƏ sayəsində Azərbaycan həm də qaz ixrac edən ölkə kimi tanınmağa başladı. Bu kəmər bütövlükdə 2007-ci il iyulun 3-də istifadəyə verilib.

2001-ci il martın 12-də Ümummilli Lider Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində "Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə" imzalandı. Həmin il sentyabrın 29-da isə Gürcüstan Prezidentinin Bakıya səfəri zamanı "Təbii qazın Gürcüstan Respublikası ərazisindən tranziti, nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüstan respublikaları arasında saziş"in imzalanması baş verdi. 6 il sonra "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan mavi yanacağın Bakı-Tbilisi-Ərzurum xətti ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olması bunların uğurlu nəticəsi idi. Başqa sözlə, BTƏ Azərbaycan qazının daha uzaq ünvanlara çatmasına yol açdı.

Əslində, Bakı-Tbilisi-Ərzurum kəməri "Cənub qaz dəhlizi"nin bünövrəsi, başlanğıcı rolunu oynamışdır. Prezident İlham Əliyev bunu öz çıxışlarında dəfələrlə qeyd etmişdir. Dövlət başçısı 2014-cü il sentyabrın 20-də "Cənub qaz dəhlizi"nin təməlqoyma mərasimindəki çıxışında demişdir: "2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Çünki o hadisədən sonra Azərbaycan dünyada artıq özünü qaz ölkəsi kimi göstərməyə başlamışdır. Bu kəmərin yeni xəttinin tikintisi, əslində, bu gün başlayır. Azərbaycan artıq "Cənub qaz dəhlizi"nin birinci hissəsini 2007-ci ildə istifadəyə vermişdir".

 2018-ci il mayın 29-da "Cənub qaz dəhlizi"nin açılış mərasimində Prezident bu fikri yenidən vurğulamışdır: "2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir. Bu layihə olmadan "Şahdəniz" yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlamışdır... Doğrudan da, bunlar tarixi nailiyyətlərdir. "Şahdəniz" yatağının gələcək işlənilməsi ilə bağlı addımlar atılmağa başlanıldı. Əlbəttə, biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır. Beləliklə, "Cənub qaz dəhlizi"nin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı".

İndi bu dəhliz artıq gerçəkliyə çevrilib. "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində əlavə hasilat həcmlərini qəbul etmək, ildə Türkiyəyə 6 milyard və Avropaya 10 milyard kubmetr mavi yanacaq ötürmək məqsədilə CQBK sisteminin genişləndirilməsi həyata keçirilib. Hacıqabul rayonunun Muğan qəsəbəsi yaxınlığından başlayaraq mövcud kəmərlə yanaşı, yeni xətt tikilib. Buradan Gürcüstan sərhədinədək çatan yeni kəmərin uzunluğu 387 kilometrdir. Onun başlanğıcında 1 ərsinləmə, marşrutu boyunca isə 5 siyirtmə stansiyası mövcuddur. CQBK-nın Gürcüstandakı genişləndirmə işlərinə isə bu ölkə ilə Türkiyənin sərhədində yeni kəmərin qısa hissəsi, həmçinin 1 ərsinləmə, 2 kompressor stansiyası, təzyiqi azaldan və ölçən stansiyaların tikintisi daxil idi. Bununla da genişləndirilmiş CQBK "Cənub qaz dəhlizi"nin güclü bir qoluna çevrildi.

CQBK "Cənub qaz dəhlizi"ni təşkil edən üç kəmərin birincisidir. Boru kəmərinin genişləndirilmiş hissəsi 2018-ci ilin iyun ayından Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinə başlayıb. "Şahdəniz-2" çərçivəsində çıxarılan qaz TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) ixrac edilir. Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşən TAP (Trans-Adriatik Qaz Boru Kəməri) isə 2020-ci il dekabrın 31-dən Azərbaycan qazını Avropaya çatdırır.

Bu gün istər Bakı-Tbilisi-Ərzurum kəməri, istərsə də onun ayrılmaz hissəsi olan CQBK, eləcə də "Cənub qaz dəhlizi" - genişləndirilmiş CQBK, TANAP və TAP ahəngdar və təhlükəsiz şəkildə fəaliyyət göstərirlər. Başqa sözlə, Azərbaycan qazının ixracı uğurla davam edir. Ayrılıqda Bakı-Tbilisi-Ərzurum kəmərinə gəldikdə isə, Türkiyənin ölkəmizdən idxal etdiyi mavi yanacağın yarıya qədərini bu boru xətti daşıyır.

 

Flora SADIQLI,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Daxili işlər naziri Cəlilabadda vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib  

13:44
01 Aprel

Azərbaycan son 5 ildə alma ixracını 2 dəfə artırıb  

11:21
01 Aprel

Apreldə Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

11:13
01 Aprel

Ötən gün axtarışda olan 233 nəfər saxlanılıb

11:12
01 Aprel

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

11:11
01 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

11:10
01 Aprel

BMT Baş Assambleyası təşkilatın fəaliyyətini gücləndirmək üçün mühüm qətnamə qəbul edib  

11:10
01 Aprel

DÇ-2026: Final mərhələsinə vəsiqə qazanan bütün yığmalar bəlli olub 

10:36
01 Aprel

İsveç nəşrində Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolu vurğulanıb

10:35
01 Aprel

Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Azərbaycana səfərə gəlib

10:15
01 Aprel

Azərbaycan nefti 132 dolları ötüb

09:43
01 Aprel

Media: Avropa ABŞ-nin İrana qarşı tələblərinə müqaviməti artırır

09:43
01 Aprel

BƏƏ Hörmüz boğazını açmaq üçün güc tətbiq etməyə hazırdır

09:41
01 Aprel

Rubio: ABŞ-nin İrana qarşı hərbi əməliyyatı sona yaxınlaşır

09:41
01 Aprel

Tədqiqat: Yer Ayı kosmik radiasiyadan qoruyurmuş

09:39
01 Aprel

İş yoldaşımızın xatirəsi

08:50
01 Aprel

Yazda sağlam qalmağın sirri

08:45
01 Aprel

Bakı və İrəvan arasında sülh prosesi geri dönməz hal alır

08:40
01 Aprel

Qalaların kölgəsində, karvanların səsində: Gəncə, Şamaxı və Beyləqan

08:35
01 Aprel

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri

08:30
01 Aprel

ADAU-da alternativ enerji mənbələri üzrə tədqiqatlar aparılır

08:27
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!