24 Aprel 2026 17:06
194
Mədəniyyət
A- A+
Azərbaycanın şəhərsalma və memarlıq mədəniyyətində qadın imzası

Azərbaycanın şəhərsalma və memarlıq mədəniyyətində qadın imzası


Azərbaycan tarixində qadınlar hər zaman estetik zövqü praktiki fayda ilə birləşdirərək, yaşadıqları mühitin simasına böyük töhfələr vermişlər. Bu baxımdan, tarixi varislik xətti XIX əsrin xeyriyyəçi missiyasından müasir dövrün qlobal mədəniyyət layihələrinədək  uzanır.  

Şuşanın memarlıq irsinə qadın baxışı XIX əsrdə Qarabağın ictimai-siyasi həyatında mühüm rol oynamış Xurşidbanu Natəvanın fəaliyyəti klassik şəhərsalma prinsiplərinin tətbiqinə parlaq nümunədir. Onun gördüyü işlər sadəcə memarlıq abidələri deyil, həm də infrastrukturun təkmilləşdirilməsinə xidmət edirdi. “Xan qızı” bulağı 1873-cü ildə Şuşaya su kəmərinin çəkilməsi o dövr üçün mühüm mühəndislik nailiyyəti idi. Bu kəmər şəhərin su təchizatını yaxşılaşdırmaqla yanaşı, Şuşanın estetik görünüşünə töhfə verən memarlıq nümunələrinin (bulaqların) yaranmasına səbəb oldu. O cümlədən, Natəvanın rəhbərliyi ilə inşa edilən karvansaralar, yaşayış binaları və dini tikililər Şuşanın memarlıq ansamblını zənginləşdirmiş, şəhərsalma mədəniyyətində “qadın himayədarlığı” modelini formalaşdırmışdır.

Müstəqil ölkəmizdə mədəni irsin qorunması dövlət siyasətinin prioritetidir. Ona görə də 44 günlük Vətən müharibəsindən sonra Qarabağın bərpası prosesi sadəcə infrastruktur layihəsi deyil, həm də milli kimliyin və mədəniyyətin bərpası missiyasına çevrilib. Bu missiyada Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu yaxından iştirak edir. Fondun Qarabağdakı fəaliyyəti üç əsas istiqaməti əhatə edir: 

-Tarixi və dini abidələrin konservasiyası və bərpası;

-Milli-mənəvi dəyərlərin beynəlxalq müstəvidə təbliği;

-Yüksək texnoloji həllərə əsaslanan yeni mədəniyyət ocaqlarının inşası. 

Bu baxımdan, Şuşa şəhərinin “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilməsi bu şəhərdəki bərpa işlərinə xüsusi bir elmi yanaşma tələb edirdi. Mehriban xanım Əliyevanın şəxsi nəzarəti altında Şuşada memarlıq abidələrinin bərpası zamanı “tarixi orijinallığın qorunması” prinsipi əsas götürülmüşdü. Bu baxımdan Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa və Saatlı məscidlərində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bərpa işləri xarici mütəxəssislərin də iştirakı ilə elmi əsaslarla aparılmışdı. Məscidlərin ilkin memarlıq elementləri, daxili naxışları və epiqrafik yazıları laboratoriya şəraitində öyrənilərək bərpa edildi. O cümlədən, M.P.Vaqifin 1982-ci ildə Ulu öndər Heydər Əliyevin iştirakı tərəfindən açılan, lakin işğal dövründə dağıdılan məqbərənin qısa müddətdə öz əvvəlki əzəməti ilə bərpası Mehriban Əliyevanın mədəniyyət sahəsindəki qətiyyətinin göstəricisidir. Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə qədim binaların təmiri ilə məhdudlaşmır, həm də işğaldan azad edilmiş şəhərlərin yeni şəhərsalma standartlarını müəyyən edir və şəhərsalmada “ağıllı” və “yaşıl” konsepsiyaları həyata keçirir.

 “Qafqazın Xirosiması” adlanan Ağdamda tətbiq edilən baş plan ekoloji tarazlıq və müasir memarlıq formalarının vəhdətini təşkil edir. Zəngilanın Ağalı kəndində tətbiq olunan “ağıllı kənd” modeli Azərbaycanın müasir quruculuq vizyonunun nümunəsidir. Burada memarlıq həlləri enerji səmərəliliyi və rəqəmsal idarəetmə ilə birləşdirilib. 

Qeyd edək ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağdakı bərpa prosesinə İtaliya, Avstriya və digər ölkələrin aparıcı memarlıq və bərpa şirkətləri cəlb olunmuşdu. Bu, bərpa işlərinin beynəlxalq standartlara (UNESKO prinsiplərinə) uyğun aparılmasını təmin edir. 

“Bizim məqsədimiz təkcə binaları bərpa etmək deyil, Qarabağın ruhunu, onun mədəni landşaftını yenidən canlandırmaqdır” – bu fəlsəfə bərpa olunan hər bir daşın arxasında dayanan əsas ideyadır. 

Milli memarlıq irsinin intibahı, müasirləşmə və müasir Azərbaycanda şəhərsalma irsinin qorunması strategiyası Mehriban xanım Əliyevanın fəaliyyəti ilə yeni bir mərhələyə qədəm qoyub. Bu fəaliyyət həm tarixi binaların bərpasını, həm də müasir memarlıq incilərinin yaradılmasını əhatə edir. Heydər Əliyev Fondunun rəhbərliyi ilə İçərişəhərdəki abidələrin, Qız qalasının və regionlardakı mədəni irs nümunələrinin bərpası elmi yanaşma və beynəlxalq standartlar əsasında həyata keçirilir. Bakı şəhərinin müasir simasının formalaşmasında mühüm rol oynayan Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi və digər infrastruktur layihələri ənənəvi elementlərlə futuristik yanaşmanın sintezini təşkil edir. İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri, xüsusilə Şuşa şəhərinin tarixi simasının bərpası, məscidlərin və yaradıcılıq mərkəzlərinin yenidən qurulması prosesində Mehriban xanım Əliyevanın estetik və elmi baxışı həlledici rol oynayır. Bu, Natəvanın başladığı quruculuq missiyasının XXI əsr miqyasında davamıdır. Qadın iştirakçılığının memarlıq inkişafına təsiri, qadınların memarlıq və şəhərsalmada iştirakı aşağıdakı mühüm dəyişikliklərə səbəb olur: 

-Humanizm. Yəni şəhər mühitinin insanların ehtiyaclarına, xüsusilə uşaq və yaşlıların rahatlığına fokuslanması.

-İrsə həssaslıq. Yəni tarixi yaddaşın qorunması və bərpa prosesində hər bir detala xüsusi önəm verilməsi. 

-Ekologiya və yaşıllaşdırma. “Yaşıl şəhər” konsepsiyalarının irəli sürülməsi və park-rekreasiya zonalarının genişləndirilməsi.

Nəticə etibarı ilə qeyd edək ki, Xurşidbanu Natəvan və Mehriban Xanım Əliyevanın fəaliyyətləri arasındakı tarixi paralellər göstərir ki, Azərbaycanda qadın iştirakçılığı hər zaman quruculuq, estetika və milli kimliyin qorunması ilə sıx bağlı olub. Bu təcrübənin təbliği gənc qadın memarların və şəhərsalma mütəxəssislərinin yetişməsində, eləcə də şəhər mühitinin daha keyfiyyətli formalaşmasında mühüm stimul rolunu oynayır. Mehriban xanım Əliyevanın Qarabağın memarlıq simasının bərpasındakı xidmətləri Azərbaycanın müasir tarixinə “Mədəni intibahın memarı” kimi həkk olunur. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr Qarabağı yaxın gələcəkdə regionun ən müasir, eyni zamanda, öz tarixi köklərinə bağlı olan mədəniyyət və turizm mərkəzinə çevirəcək. Bu fəaliyyət elmi nöqteyi-nəzərdən milli memarlıq məktəbinin yeni inkişaf mərhələsi kimi qiymətləndirilməlidir.


Rizvan QARABAĞLI,

Elm və Təhsil Nazirliyinin Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi,
memarlıq üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Meta” şirkəti süni intellektlə əlaqədar 8 min işçisini ixtisar edir

18:51
24 Aprel

 Uşaqlarda sepsisin müalicəsində yeniliklər 

18:44
24 Aprel

Dünyada milyarderlərin sayı sürətlə artır

18:39
24 Aprel

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ

18:19
24 Aprel

Cənubi Koreya investorları ABŞ bazarına axın edir

18:13
24 Aprel

Kənd təsərrüfatı naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

17:53
24 Aprel

Oljas Süleymenov - 90: Anti-nüvə hərəkatının səsinə çevrilən yazıçı

17:45
24 Aprel

Prezident Ərdoğan: Türkiyənin Formula1 yarışlarına yenidən qayıtması çempionata böyük dəyər qatacaq  

17:36
24 Aprel

Azərbaycan və İranın hüquq mühafizə orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyindən danışılıb  

17:31
24 Aprel

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini bir daha azaldıb

17:21
24 Aprel

Azərbaycanda keçiriləcək WUF13-ün prioritetləri Avropa İqtisadi Konqresində təqdim olunub  

17:14
24 Aprel

MEDİA: Media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən rəsmi mənbələrə istinad etməyə çağırırıq  

17:08
24 Aprel

Azərbaycanın şəhərsalma və memarlıq mədəniyyətində qadın imzası

17:06
24 Aprel

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA  

16:50
24 Aprel

“Son zəng” tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib

16:48
24 Aprel

Tramp İrana nüvə zərbəsi endirilməsini istisna edir

16:36
24 Aprel

Dünyada son 20 ildə 94 seçki iqlim böhranları nəticəsində pozulub

16:32
24 Aprel

Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsi təqdir edilib

16:06
24 Aprel

Müşfiqabadda irimiqyaslı ağacəkmə aksiyası keçirilib

15:46
24 Aprel

Nazir Rəşad Nəbiyev Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib

15:43
24 Aprel

Füzulidə 240 yerlik körpələr evi-uşaq bağçası açılıb

15:42
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!