24 Aprel 2026 17:31
186
CƏMİYYƏT
A- A+
Azərbaycan və İranın hüquq mühafizə orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyindən danışılıb  

Azərbaycan və İranın hüquq mühafizə orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyindən danışılıb  


Aprelin 24-də Baş prokuror Kamran Əliyev İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçulunu qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Baş prokuror ilk növbədə, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vəfatı, həmçinin son hadisələr nəticəsində xeyli sayda mülki vətəndaşın ölməsi ilə əlaqədar qarşı tərəfə başsağlığı verib, tezliklə regionda sülhün bərqərar olmasına inamını bildirib.

Həmçinin qeyd edib ki, Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır, ölkələrimiz arasında qədim tarixi, mədəni və dini bağlar mövcuddur. Xüsusilə vurğulanıb ki, hər iki ölkənin dövlət başçıları arasında mövcud səmimi və dost münasibətlər bütün istiqamətlərdə, o cümlədən hüquqi sferada da əməkdaşlığın dərinləşməsinə rəvac verir.

Bundan başqa, Baş prokuror 2022-ci ildə iranlı həmkarının dəvəti ilə həmin ölkəyə etdiyi işgüzar səfəri xatırladıb, eləcə də müxtəlif platformalarda İranın hüquq mühafizə orqanlarının rəhbərləri ilə keçirilən məhsuldar görüşlərini qeyd edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Müctəba Dəmirçulu iki ölkə arasındakı əlaqələrin əhəmiyyətindən danışıb, son hadisələr fonunda Prezident İlham Əliyevin İran səfirliyini ziyarət edərək, şəxsən başsağlığı verməsinə və Azərbaycan Respublikası tərəfindən İran xalqına göstərilən hərtərəfli dəstəyə görə dərin minnətdarlığını qeyd edib. O bildirib ki, Azərbaycan İrana ilk humanitar yardım göstərən ölkə olub və bu qarşı tərəf üçün xüsusi məna daşıyır. Eyni zamanda, ölkəmizin öz ərazisi vasitəsilə digər ölkələr tərəfindən göndərilən humanitar yardımların keçidinə şərait yaratması da dostluq addımıdır və yüksək qiymətləndirilir.

Səfir, həmçinin Azərbaycan və İranın hüquq mühafizə orqanları arasında mövcud əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüş çərçivəsində tərəflər cinayətkarlığın müxtəlif formalarına, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, məhkumların təhvil verilməsi və bu sahələrdə fəaliyyətin səmərəliliyinin artırılması məsələlərini müzakirə ediblər. Bununla yanaşı, münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili barədə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cəbəllüttariq körfəzində 124 batmış gəmi tapılıb

19:56
24 Aprel

Floridada meşə yanğınları

19:42
24 Aprel

Avstraliya və Vyetnam enerji təhlükəsizliyi üçün güclərini birləşdirir

19:31
24 Aprel

Elm dünyasında ilk: Qara dəliyin partlayış sürəti ölçülüb  

19:26
24 Aprel

Budapeştdə hava hərəkətinin koordinasiyasına dair yüksəksəviyyəli müşavirə keçirilib  

19:14
24 Aprel

BSTDB-nin Azərbaycanda fəaliyyəti genişlənir: maliyyələşmə həcmi artır  

19:07
24 Aprel

“Meta” şirkəti süni intellektlə əlaqədar 8 min işçisini ixtisar edir

18:51
24 Aprel

 Uşaqlarda sepsisin müalicəsində yeniliklər 

18:44
24 Aprel

Dünyada milyarderlərin sayı sürətlə artır

18:39
24 Aprel

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ

18:19
24 Aprel

Cənubi Koreya investorları ABŞ bazarına axın edir

18:13
24 Aprel

Kənd təsərrüfatı naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

17:53
24 Aprel

Oljas Süleymenov - 90: Anti-nüvə hərəkatının səsinə çevrilən yazıçı

17:45
24 Aprel

Prezident Ərdoğan: Türkiyənin Formula1 yarışlarına yenidən qayıtması çempionata böyük dəyər qatacaq  

17:36
24 Aprel

Azərbaycan və İranın hüquq mühafizə orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyindən danışılıb  

17:31
24 Aprel

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini bir daha azaldıb

17:21
24 Aprel

Azərbaycanda keçiriləcək WUF13-ün prioritetləri Avropa İqtisadi Konqresində təqdim olunub  

17:14
24 Aprel

MEDİA: Media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən rəsmi mənbələrə istinad etməyə çağırırıq  

17:08
24 Aprel

Azərbaycanın şəhərsalma və memarlıq mədəniyyətində qadın imzası

17:06
24 Aprel

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA  

16:50
24 Aprel

“Son zəng” tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib

16:48
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!