24 Aprel 2026 16:48
2527
Təhsil
A- A+
“Son zəng” tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib

“Son zəng” tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib


Azərbaycanda "Son zəng" tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib.

Bu barədə AZƏRTAC-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, “Son zəng” tədbirlərinin keçirilməsi ilə bağlı məktəblərə təlimatlar göndərilib. Təlimata əsasən, “Son zəng” tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir. O, tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsində baş verən hər hansı neqativ hadisəyə məsuliyyət daşıyır.

Tədbir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan müəssisələrdə isə idman və ya akt zalında təşkil olunmalıdır.

Həmçinin təlimatda aşağıdakılar qeyd olunub:

- “Son zəng” tədris prosesinə mane olmadan keçirilməli və təhlükəsiz şərait təmin edilməlidir;

- “Son zəng” tədbiri iyunun 13-ü səhər saat 08:00-da, 09:00 və ya 10:00-da başlamalı və ən geci 2 saat ərzində bitməlidir.

“Son zəng” tədbirində aşağıdakı şəxslərin iştirakı mümkün hesab edilir:

- 1-ci və 11-ci sinif şagirdlərinin valideynləri (qəyyum/himayəçi);

- Təhsili idarəetmə orqanlarının nümayəndələri (ETN, MÜTDA, BŞTİ, RTİ);

- Asayişi qorumaq üçün əvvəlcədən müəyyən edilmiş polis nümayəndələri, yerli icra hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər, məktəbin ictimai-sosial həyatında xüsusi rolu olan valideynlər.

Bundan başqa, şagirdin geyimi, nizam-intizam və etik davranış tələbləri də müəyyənləşib:

- Şagirdlər tədbirdə məktəbli formasında olmalıdırlar;

- Məzunların xarici görünüşü təhsil müəssisəsinin intizam qaydalarına uyğun və səliqəli olumalıdır;

- Bayağı musiqilərin səsləndirilməsinə yol verilməməlidir.

Tədbir üçün milli-mənəvi dəyərlərə uyğun hazırlanmış rəsmi və bədii hissədən ibarət ssenari olmalı, ssenari müəssisə rəhbəri tərəfindən imza və möhürlə təsdiqlənməlidir.

Tədbirin açılışı Dövlət Himni ilə başlamalı, daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməlidir.

Bundan başqa, təlimatda məktəbdaxili təşkilati tədbirlər və əlavə tələblər də qeyd olunub:

-Tədbirdə təşkilat və idarələrin nümayəndələri üçün xüsusi hazırlıq işləri aparılmamalı, masada yalnız içməli su olmalıdır. Həmin şəxslərə hədiyyə və gül dəstələrinin təqdim olunması qadağandır;

- Tədbirin bədii hissəsi yalnız məktəbin daxili imkanları əsasında təşkil olunmalıdır.

Qeyd olunan tələblərlə bağlı pedaqoji şura iclası keçirilməli, müvafiq qərarlar qəbul edilməli və valideynlərin məlumatlandırılması məqsədilə təlimat hazırlanaraq məktəbin görünən guşələrində yerləşdirilməlidir. Valideynlər tədbirdən öncə maarifləndirilməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Süni intellekt düzgün idarə olunmazsa ciddi təhlükələr yarada bilər  

16:48
17 Sentyabr

Rəqəmsal dünyanın sürətlə dəyişən ritmində ABB yeni uğura imza atıb

16:42
17 Sentyabr

Qərəz və məkr ünvanına çevrilənlər  

16:33
17 Sentyabr

Milli Məclisin İqtisadi siyasət komitəsində 11 məsələyə baxılıb  

16:18
17 Sentyabr

Türk dünyası ilə Qafqazı birləşdirən əməkdaşlıq mərkəzi   

16:15
17 Sentyabr

Kompressiya geyimlərinin dizaynı üçün rəqəmsal bir vasitə yaradılıb

16:06
17 Sentyabr

Bir neçə saniyə, bir ömürlük əziyyət

16:05
17 Sentyabr

 Yaxınlaşan infarktın əsas əlamətləri 

16:05
17 Sentyabr

Azərbaycan-Türkiyə əlaqələri: tarixdən gələcəyə uzanan qardaşlıq yolu  

16:01
17 Sentyabr

Dəfələrlə faydalı yeni fermentləşdirilmiş süd məhsulları yaradılıb  

16:00
17 Sentyabr

Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü qeydə alınıb  

15:46
17 Sentyabr

Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanışlıq YENİLƏNƏCƏK

15:11
17 Sentyabr

Zirədə 100 MVt-lıq günəş elektrik stansiyası tikiləcək  

15:07
17 Sentyabr

Yaponiya 2031-ci ilə qədər 52 min dron almağı planlaşdırır

15:06
17 Sentyabr

                                Ağdam kəndlisi fəallıq göstərir  

15:04
17 Sentyabr

Aqrar Biznes Festivalı və mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası   

15:02
17 Sentyabr

Fermerlərlə aqrar dəstək mexanizmləri müzakirə edilib

15:00
17 Sentyabr

Kənd təsərrüfatının inkişafı istiqamətində işlər davam etdirilir  

14:54
17 Sentyabr

Deputatlarımız Rusiya Federasiyasında keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər  

14:53
17 Sentyabr

YAP Yardımlı rayon təşkilatının XI konfransı keçirilib  

14:52
17 Sentyabr

Qlobal kosmos iqtisadiyyatında özəl sektorun rolu sürətlə artaraq rekord səviyyəyə çatıb  

14:45
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!