24 Aprel 2026 08:05
195
SİYASƏT
A- A+
Avtomatla gələnlər unitazla getdilər

Avtomatla gələnlər unitazla getdilər


Yaxud erməni xisləti və ondan doğan milli mahiyyət


Hər bir millətin özünəməxsus xarakteri olur.

Buna milli  xarakter də deyirlər.

Milli xarakter özünü davranışda büruzə verir, digərlərindən fərqlənir, əsrlər keçsə də, heç zaman dəyişmir.

Yaşam tərzi ilə milli xarakter bir-birinə sıx bağlıdır.

Hansı hansını müəyyən edir, bunu söyləmək çətindir.

Ancaq milli xüsusiyyətin, milli xarakterin bütövlükdə millətin həyatına və müqəddəratına təsiri danılmazdır.

Bütün bu deyilənləri hayların timsalında açıq-aşkar görmək mümkündür.

***

Hər hansı bir millətin özünə dövlət qurması üçün üç vacib şərt mövcuddur:

Ən əvvəl, vətən saydığın ərazin, torpağın olmalıdır.

İkincisi, yeraltı, yerüstü sərvətin xalqını rahat yedirib saxlamağa kifayət etməlidir.

Üçüncüsü, dövlət qurmağı, onu idarə və inkişaf etdirməyi bacaran övladların da mövcudluğu mühüm şərtdir.

Hayların heç zaman öz torpaqları və öz əraziləri olmayıb.

Qaraçı kimi dünyaya səpələnərək onun-bunun qoltuğunda yaşayıblar.

Öz güclərinə dövlət qurmaq istəsələr də, heç zaman buna nail ola bilməyiblər.

Odur ki, guya nə vaxtsa "Böyük Ermənistan" adlı "dənizdən-dənizə uzanan dövlətləri" olduğu barədə miflər uydurublar.

"Böyük Ermənistan"ın mövcudluğunu sübut edən bir dənə də olsun maddi-mədəniyyət abidəsi, qala, yaşayış məntəqələsi, hətta onların qalıqları belə yoxdur.

Amma "tarixi məxəzlər"də guya bu barədə məlumatların olduğu çoxsaylı əfsanə və kitablar mövcuddur.

Bu, erməni xalqının  "bacarığı"ndan irəli gələn haldır.

Bəli, ermənilər tarixi saxtalaşdırmağı, sonra həmin saxtakarlıqları kitablara çevirərək  "məxəzlər"  yaratmağı  ustalıqla bacarırlar.

"Ustalıqları" təkcə  "tarixi  mənbələr"  yaratmaqla bitmir.

Məsələn, Azərbaycanda alban kilsələrində müəyyən dəyişikliklər etməyi - xaçları dəyişərək erməninkiləşdirməyi, divarlardan üzərində özgə əlifba ilə başqa dildə yazıları olan daşları çıxararaq əvəzində yenilərini hörməyi məharətlə bacarırlar.

Kəlbəcər ərazisindəki udilərə məxsus alban kilsələrinin necə  erməniləşdirildiyinə bütün dünya  şahid oldu.

Hətta bundan ötrü  kilsənin yanında  "tarixi  sübutlar"  sayılan  üstü yazılı daşların  düzəldilməsi,  sonra onların uzun müddət  sirkədə saxlanılaraq  "qədimləşdirilməsi"ni  həyata keçirən xüsusi sex də  yaratmışdılar.

"Kələklə gələn, küləklə gedər" demişlər.

Hazırda kilsənin əsl  sahibləri öz dini  məbədlərində zəruri qayda yaradaraq ibadət mərasimləri keçirirlər.

***

İkinci erməni yalanı guya  "xristianlığı ilk olaraq  onların  qəbul etməsi"dir.

Bu,  kimin yanında olub,  kimlər buna şahiddir -  ortada yoxdur.

Xristianlığı hansı kilsədə,  hansı erməni şəhərində qəbul ediblər - bunlar dururmu?

Yox!

Niyyət bəllidir:

Bunları demək və bayrağa çevirməkdə məqsəd "xristian təəssübkeşliyi"nə  sığınmaq və  "xristian evləri"nin  himayəsindən bəhrələnməkdir.

Bundan indi də gen-bol  yararlanırlar.

***

Bütün dünyada vay-şivənə çevirdikləri ən böyük "hadisə" isə guya 1915-ci ildə baş verən "erməni soyqırımı"dır.

Erməni xislətinə uyğun olaraq,  ərazisində yaşadıqları dövlətə xəyanət edərək milli təhlükəsizliyin təmini məqsədilə oradan köçürülən ermənilər bunu "soyqırımı" adlandıraraq illərdir ki, yorulmadan müxtəlif kampaniyalar aparırlar.

Köçürülmə  qardaş Türkiyə  ərazisində baş verib.

Türkiyə öz arxivlərini açaraq soyqırımı faktlarının aşkar şəkildə araşdırılmasını, eyni zamanda Ermənistanın  da öz arxivlərini  açmasını  istəyir.

Haylar heç bir arxivdən  "soyqırımı faktları"nın çıxmayacağını bildiklərindən belə aşkarlığa  getmirlər.

Əvəzində İrəvanda "soyqırımı abidəsi" yaradaraq bolluca saxta göz yaşları tökürlər.

***

Dördüncü yalanları isə guya Cənubi Qafqazda bineyi-qədimdən yaşamaları barədəki  uydurmalardır.

Halbuki ermənilərin sonralar buraya gətirilərək Azərbaycana məxsus ərazidə yerləşdirilmələrinin  tarixi və  bunları sübut edən sənədlər var.

*  Hələ  3 əsr əvvəl - 1724-cü il noyabrın 10-da I Pyotr tərəfindən verilən fərmana əsasən,  ermənilərin  Azərbaycanın Xəzər dənizi  sahillərində, Dərbənd və Bakı,  həmçinin  Gilan, Mazandaran və Gürvan ərazilərində məskunlaşdırılmasına başlanıldı.

*  II  Yekaterina isə  Albaniya erməni dövləti yaratmaq istəyirdi.

* 1828-ci ildə  imzalanan  "Türkmənçay"  müqaviləsinə əsasən,  40 min  erməni ölkəmizin müxtəlif ərazilərində məskunlaşdırıldı.

* I Dünya müharibəsi illərində isə 250 mindən çox erməni regiona gətirildi.

Ermənilər özlərini  nə qədər  Cənubi Qafqazda və Qarabağda  "aborigen" millət elan etsələr də, müxtəlif yerlərdə  saxsı qırıqları, xaçkariklar basdırıb, sonradan   "tarixi tapıntı" kimi çıxarıb "faktlar" adı ilə qələmə versələr də, arxivlərdə saxlanılan sənədlərlə onların Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazilərinə  köçürülmələri birmənalı şəkildə  sübut olunur.

30 illik işğal dövründə ermənilər Azıx  mağarasına da girişərək saxtakarlıq əməllərinə başlamışdılar.

İşğal bir qədər də uzansaydı, yəqin ki, mağaradan "erməni skeletləri"  "tapılacaqdı".

***

Hayların əbədi "matəm"inə çevrilən "erməni soyqırımı" kampaniyası isə  çoxməqsədli  niyyətlərə  xidmət edir.

Uzun illərboyu davam edən  "soyqırımı"  kampaniyalarının  əsas hədəflərindən biri  qardaş Türkiyədir.

Öz xəyanətləri, müharibə gedən dövrdə düşmənlə  əlbir olaraq  arxa cəbhə açmaları və vətəndaşı olduqları dövlətə zərbələr endirmələri barədə susan  ermənilər zərurətdən baş verən  köçürülmələri   "erməni qırğını"  kimi qələmə verməklə Türkiyənin nüfuzdan salınmasına xidmət edən  kampaniyalar  keçirirlər.

Son məqsəd isə  təzminat qoparmaqdır.

Qeyd etdiyimiz kimi, Türkiyə dövləti öz arxivlərini açaraq birlikdə araşdırma əməkdaşlığı təklif etdikdən sonra ermənilərin canfəşanlığı  xeyli azaldı...

İkinci niyyət öz vəhşiliklərinin, vandallıqlarının pərdələnməsidir.

Ermənilər özlərini "məzlum", "zavallı", "əzabkeş" millət adlandırmağı çox sevirlər.

Guya  "dinc", "sakit"  yaşadıqları bir vaxtda  türklər onları  "soyqırımı"na  uğradıblar.

Amma  Xocalı, Qaradağlı, Ballıqayada törətdikləri vəhşiliklər, mülki əhalini, o cümlədən qadınları, uşaqları, qocaları qətlə yetirmələri, girov düşmüş  insanların  başına açdıqları müsibətlər, soyqırımı əməlləri "məzlum" maskasının altında qəddar və qaniçən xislətlərinin gizləndiyini açıb göstərdi.

İşğaldan azad edilən Azərbaycan ərazilərində  aşkar olunan  genosid, urbisid, ekosid faktları onların necə  "məzlum" və  "zavallı", "fağır"  olduqlarını üzə çıxardı, dünyanın hər yerindən buraya gələn jurnalistlər,  ictimai  fəallar,  siyasi partiya nümayəndələri törədilən əməllərin izlərini öz gözləri ilə gördülər.

***

"Soyqırımı günü" adlandırdıqları 24 apreli isə hər il xüsusi təntənə və təmtəraqla keçirirlər.

Amma bu  "bayramları"nın mahiyyətində də  pul yığımı kampaniyası dayanır.

Bütün ermənilərdən kütləvi şəkildə toplanan ianələr isə erməni diasporu rəhbərlərinin  sərəncamına verilir.

Həmin pulun bir qismi beynəlxalq qurum və təşkilatlarda  çalışanların, ayrı-ayrı dövlətlərin parlament üzvlərinin, vəzifə sahiblərinin ələ alınmasına və erməni maraqlarının müdafiəsinə xərclənir.

Şübhəsiz, diaspor rəhbərləri də  yaxşıca bəhrələnirlər.

İşğal dövründə "Miatsum" hərəkatına ayrılan pullar isə Ermənistan prezidentləri L.Ter-Petrosyan, R.Koçaryan, S.Sarkisyanın və "dqr" rəhbərlərinin ciblərinə axırdı.

Erməni xalqına isə  övladlarını bu sərsəm ideya yolunda qurban vermək qalırdı...

***

"Soyqırımı tədbirləri"  həm də erməni toplumunu  birləşdirir, bir arada saxlayır.

Bu birlikdən istifadə edən dünya erməniliyi "seçici səsi" biznesini də qura bilir.

ABŞ-də, Fransada erməni diasporu daha böyük olduğundan   "səslərin bir əldən satılması"  prosesi baş verir.

Belə ki,  razılaşma əsasında  "erməni səsi"  alaraq prezident seçilən  yeni dövlət başçısı  erməni diasporuna   "borclu"   düşmüş olur.

Borcunu qaytarmaqdan ötrü isə prezidentliyi dövründə öz administrasiyasında və parlamentdə erməni maraqlarının qorunmasını təmin etməlidir.

Üstəlik, 24 aprel  "bayramı"nda  çıxış edərkən  "soyqırımı"  ifadəsini  işlətməlidir.

Doğrudur, prezidentlərin əksəriyyəti bu saxta ifadəni işlətməkdən çəkinib, lakin erməni fitnəsinə gedənlər də olub.

Məsələn,  Ronald  Reyqan  22 aprel 1981-ci ildə  "soyqırımı" ifadəsini işlədən ilk ABŞ prezidenti oldu.

Bundan 40 il sonra - 2021-ci ilin aprelində  Co Bayden də eyni ifadəni işlətdi.

Hər ikisi erməni diasporunun  "borcu"ndan  çıxdı.

Amma mahiyyətcə heç nə dəyişmədi.

Vətənsiz olan - onlara  vətənə  çevirmək üçün torpaq verənlərə  xəyanət edənlər yenidən forpost  dövlətlərini  tərk etmək məcburiyyətində qalaraq, dünyanın  müxtəlif ölkələrinə səpələnirlər.

Qəribə xislətdir: daim riyakar həyat sürür, öz ərazilərində digər millətlərin yaşamasına yol vermirlər, yaxşılıq gördükləri dövlətlərə xəyanət edirlər, işğal etdikləri əraziləri isə xarabalıqlara çevirərək bayquş kimi yaşamağı sevirlər.

***

Hər bir rəhbər öz xalqına bənzəyir - demişlər.

"Müstəqillik" illərində Ermənistanın  üç prezidenti olub.

* Hər üçünün adları müxtəlif cinayət əməllərində hallanır.

* Hər üçü  "Miatsum"a dəstək verərək erməni xalqına fəlakətlər və itkilər yaşadıb.

* Hər üçü Yerablurun salınmasında və genişlənməsində müəyyən "xidmətlər" göstərib.

* Hər üçü xalqın varidatını talamaq, pulyığma marafonlarında toplanaraq  "Miatsuma  dəstək" üçün göndərilən vəsaitlərdən oğurlayaraq böyük var-dövlət sahibinə çevriliblər.

* Hər üçü işlədikləri dövrdə  törətdikləri əməllərinə görə  ümumxalq nifrəti qazanıblar və xalq onları bir daha hakimiyyətdə görmək istəmir.

* Hər üçü ölkəni blokadada saxladıqlarından  əhalinin hədsiz dərəcədə  yoxsullaşmasına,  ölkəni kütləvi şəkildə tərk etməsinə səbəb olublar.

Onlardan ikisi öz postundan qovulub, biri isə hakimiyyətə gəlmək üçün  parlamentdə  qanlı qətl törədib.

Bu gün də ağıllanmayıblar, dəyişən reallığı qəbul etmək istəmirlər, revanşist mövqedə dayanırlar.

Çünki onları sadə erməni xalqının güzəranı və həyatı yox, daim hakimiyyət və sərvət hərisliyi düşündürüb.

Sonuncu başçıları Paşinyanı isə  "dəmir yumruq" ağıllandırdı.

Əvvəllər lovğalanaraq başından böyük danışsa da, indi Azərbaycanın yaratdığı yeni reallığı zorən də olsa, qəbul edir.

Amma yenə erməni xisləti canında və qanındadır.

* Gündə bir səmtə yıxılır, gündə bir ağla qulluq edir, gündə bir fikir söyləyir.

* Bilir ki,  vəzifəsini itirsə, həyatını da faciə ilə itirəcək.

* Ermənistanı istədiyindən yox, Ermənistandakı vəzifəsini itirməməsi üçün  əldən-ayaqdan gedir.

* Erməni  Qriqoryan kilsəsi ilə  müharibəyə başlayıb.

Erməni xalqının ağıllanmış  hissəsi seçkilərdə onu dəstəkləyir.

Lakin Rusiya və ruspərəstlər, həm də revanşist qüvvələr əleyhinə  ciddi iş aparırlar.

Bu lənətlənmiş diyarda hakimiyyətə gəlmək istəyənlər anlamırlar ki, Ermənistanın dövlət başçısı postu da lənətlənib.

Paşinyanın yerinə namizədliyi verilən,  Rusiyada hazırlanmış iki milyarder  - Ruben  Vardanyan  və Samvel  Karapetyan "növbə" tutmuşdular.

Aqibətləri yaxşı olmadı...

Hər ikisi hazırda sərvətlərini, var-dövlətlərini qoyaraq həbsxana kamerasında yaşayır.

Xalqın içindən çıxan təzə lider isə görünmür.

Beyni Njdenin timsalında faşizm ilə zəhərlənən, daim qonşuları ilə münaqişəyə girən, özgə torpağını işğal etdiyinə görə başı "dəmir yumruq"la əzilən  bu millət çətin ki, ağıllana.

Ancaq  başqa çarəsi qalmayıb!

Arxalandığı  KTMT idi, indi onu özünə  ən böyük  düşmən  hesab edir.

Avropa İttifaqına güvənməsi, dalbadal ondan maliyyə və  siyasi dəstək alması da boş və mənasızdır.

Heç ölkəsində saxladığı  avrocasuslarının da elə bir faydası yoxdur.

Nə qədər istəyirlər, qoy biz tərəfə boylansınlar.

Ermənilər isə yaxşı olar ki, Aİ-yə güvənən Gürcüstanın və Ukraynanın bu günündən və bütövlükdə başlarına gələnlərdən  doğru-düzgün  nəticə çıxarsınlar!

Ulaq bir dəfə batdığı  palçığa nə qədər məcbur etsən də, ikinci dəfə girmir!

Bu isə qalib Azərbaycan xalqının atalar sözüdür.

***

Yalançı göz yaşlarındansa, gerçək əməkdaşlıq yaxşıdır!

Azərbaycan  bir dəfə haylara torpaq verərək  dövlət qurmalarına  şərait yaradıb.

İndi isə blokadadan çıxmalarına  kömək göstərir.

Onsuz da  nə hərbdə, nə siyasətdə, nə də diplomatiyada bizə gücləri çatandır!

44 günlük müharibə hər şeyi açıq-aşkar   meydana  qoydu!

Bundan belə nə biz zəifləyəcəyik, nə də Ermənistanın biz qədər  güclənmək imkanı  var.

Ağlınızı başınıza yığın, kiminsə əlaltısı olmağa son qoyun!

Yoxsa Paşinyan demişkən, mifik  "Böyük Ermənistan"ın dalınca çox getsəniz,  "real Ermənistanı"  da itirəcəksiniz!

Artıq itirmə dövrünüz başlayıb...

İkiəsrlik Qarabağ savaşında yeganə qazancınız Kəlbəcərdən götürdüyünüz unitaz oldu!

Bir unitaza görə  Yerablurun  sahəsini genişləndirməyə dəyərmi?!

Dəyəriniz  budursa, buyurun!



Bəxtiyar  SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib

10:21
24 Aprel

Azərbaycan nefti 112 dollara satılır

10:09
24 Aprel

Odessaya dron hücumu olub, ölənlər və yaralılar var

09:51
24 Aprel

Ağdam sakini: Doğma yurduma qovuşmaq mənə sonsuz xoşbəxtlik bəxş edir

09:49
24 Aprel

Keçmiş məcburi köçkün: Uzun illər davam edən yurd həsrətimiz sona çatdı

09:40
24 Aprel

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

09:39
24 Aprel

CNN: ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirməyi araşdırır

09:38
24 Aprel

“Axios”: SEPAH Hörmüz boğazında yeni minalar yerləşdirib  

09:36
24 Aprel

Tramp: Putinin G20 sammitində iştirakı çox faydalı olardı

09:35
24 Aprel

Tramp: İranla razılaşmanın müvəqqəti deyil, əbədi olmasını istəyirəm

09:34
24 Aprel

Tramp: Nüvə silahının heç kim tərəfindən istifadəsinə icazə verilməməlidir

09:33
24 Aprel

İran XİN: Nüvə məsələsi ABŞ ilə danışıqların əsas mövzusu deyil

09:31
24 Aprel

Tramp: İranla razılaşma bütün dünya üçün uyğun olduqda bağlanacaq

09:29
24 Aprel

Yunan-Roma güləşi üzrə komandamız ardıcıl ikinci il Avropa çempionu oldu 

09:15
24 Aprel

Sənətşünas alim, bənzərsiz rəssam

09:10
24 Aprel

Unutmur bu oba, bu mahal onu

09:05
24 Aprel

İşığın doğulduğu şəhər

09:00
24 Aprel

Neftçalada nohur balıqçılığının perspektivləri müzakirə edilib

08:55
24 Aprel

Sumqayıtda 13 yeni transformator məntəqəsi tikilir

08:50
24 Aprel

Gəncədə Çin avtomobilləri istehsal olunacaq

08:45
24 Aprel

Ermənistan mədəni irsimizin məhvinə görə cavabdehlik daşıyır

08:40
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!