24 Aprel 2026 09:10
225
Mədəniyyət
A- A+
Sənətşünas alim, bənzərsiz rəssam

Sənətşünas alim, bənzərsiz rəssam


XX əsr sənətşünaslıq elmimizin formalaşması və inkişafında müstəsna xidmətlər göstərmiş alim və rəssam Adil Qazıyev təsviri sənət sahəsi üzrə bir çox mövzuda sanballı elmi məqalə və monoqrafiyalar müəllifi kimi incəsənət tariximizdə silinməz iz qoymuşdur. 

Adil Yusif oğlu Qazıyev Naxçıvanda dünyaya göz açmışdı. Tale yolunun müəyyənləşməsində yaxın dostu, tanınmış rəssam Bəhruz Kəngərlinin böyük rolu olmuşdu. A.Qazıyev bu haqda "Qobustan" jurnalında dərc olunmuş  xatirələrində belə yazırdı: "Bəhruz Kəngərli portret və mənzərə əsərlərinin bir çoxunu mənimlə birgə etüdə getdiyimiz zaman (1919-1920) çəkmişdir. Mən də ona baxaraq işləyir və öyrənirdim. Lakin Bəhruzla işlərkən mən bir sıra müvəffəqiyyətli akvarel də çəkmişdim. Kəngərli 1921-ci ildə öz əsərlərindən ibarət üçüncü sərgisinin ekspozisiyasına mənim də işlərimdən bəzilərini daxil etmişdi. Bir gün sərgiyə gəldiyim zaman Bəhruz mənə dedi ki, sənin işlərindən bir neçəsini tamaşaçılar bəyənib almışlar. Sonrakı görüşümüzdə söylədi ki, hər ölkənin keçmişdə sənət ustaları olmuşdur, onlar haqda kitablar da yazılıbdır. İndi biz ikimiz də Naxçıvan rəssamıyıq. Hansımız bu dünyadan əvvəl gedərsə, digəri onun adını gərəkdir ki, əbədiləşdirsin. Onun bu arzusunu yad edərək mən 1942-ci ildə Bəhruzun surətini yaddaşımın köməyilə işlədim. Bu, rəssamın 1921-ci ildəki simasını təsviri bir sənəd kimi əks etdirir". 

Adil Qazıyev əvvəlcə ixtisas təhsilini Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda alıb, 1925-ci ildə oranı bitirəndən sonra Moskva Dövlət Tekstil İnstitutunun bədii fakültəsində təhsil alıb, S.V.Gerasimov və A.V.Kuprindən sənətin sirlərini əxz edib. Həmçinin həmin institutun aspiranturasını bitirib, təhsil ocağının bədii fakültəsində dərs deyib. 1941-ci ildə vətənə geri dönən sənətşünas alim Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyət göstərib, Bakı Dövlət Universitetinin incəsənət kafedrasının müdiri vəzifəsində çalışıb. Azərbaycan Milli Elmlər Akademiyası yaradıldıqdan sonra isə Adil Qazıyev ömrünün sonuna qədər AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda böyük emi işçi, şöbə müdiri vəzifələrində işləyib. Texnika elmləri namizədi, sənətşünaslıq elmləri doktoru, professor Adil Qazıyev apardığı araşdırma və  tədqiqatları ilə bu gün də sənətşünaslıq elmində öz aktuallığını saxlayır.

Adil Qazıyevin nəşr olunmuş kitab və monoqrafiyalarından "Rəng nəzəriyyəsinin əsasları" (Bakı, 1951), "Xalq rəssamı Əzim Əzimzadə" (Bakı, 1953), "Rəsmin tədris üsulu I-VI siniflər" (Bakı, 1954), "Memarlıq, inşaat və təsviri incəsənət terminləri lüğəti" (Q.M.Əlizadə, Ə.M.Qasımov ilə birgə, Bakı, 1956), "Nizami "Xəmsə"si 1539-1543-cü illər əlyazmasının miniatürləri"  (Bakı, 1964, rusca), "Orta əsr kitab boyakarlığı, xəttatlığı və cild sənətinin bədii-texniki materialları və terminologiyası" (Bakı, 1966, rusca), "XIII-XVII əsrlər Azərbaycan əlyazmalarının bədii tərtibatı" (Moskva, 1977, rusca) və başqalarını qeyd etmək olar. Tanınmış alimin rus dilində yazılmış "Nizami "Xəmsə"si 1539-1543-cü illər əlyazmasının miniatürləri", "Orta əsr kitab boyakarlığı, xəttatlığı və cild sənətinin bədii-texniki materialları və terminologiyası" və "XIII-XVII əsrlər Azərbaycan əlyazmalarının bədii tərtibatı" adlı kitabları fundamental əhəmiyyətə malikdir və sənətşünaslıq elmimizin ən layiqli nümunələrindən hesab olunur. 

Çox təəssüflər olsun ki, hələ də bu cür elmi əhəmiyyətə malik, incəsənət tariximizin miniatür və əlyazmalarla bağlı sahəsini özündə əks etdirən qiymətli monoqrafiyalar doğma ana dilimizə tərcümə edilib nəşr olunmayıb. Alimin ölümündən sonra tələbəsi və dostu olmuş sənətşünas alim Kərim Kərimov tərəfindən Moskvada nəfis şəkildə nəşr edilən "XIII-XVII əsrlər Azərbaycan əlyazmalarının bədii tərtibatı" adlı kitabı dünya sənətşünaslıq elmində şərq incəsənəti ilə məşğul olan tədqiqatçı alimlərin istinad etdikləri elmi mənbələr sırasındadır. 

Sənətşünas alimin məşhur elmi toplu, jurnal və qəzetlərdə təsviri sənətin müxtəlif sahələrinə dair çoxsaylı məqalələri dərc edilmişdir. Bir çox ilklərə imza atmış Adil Qazıyev təsviri sənət üzrə ilk sənətşünas, rəssam Sadiq bəy Əfşarın həyatı və yaradıcılığı haqqında araşdırma apararaq "Qanun üs süvər" adlı traktatını ana dilimizə tərcümə edib nəşrinə nail olmuşdur. Adil Qazıyev AMEA-nın elmi nəşrlərində dekorativ tətbiqi incəsənət və rəssamlıq sahəsində müxtəlif mövzulara dair onlarla elmi məqalələrin müəllifi olmuş, bir çox sənətşünas alimlərimizin yetişməsində misilsiz xidmətlər göstərmişdir. 

Adil Qazıyev, qeyd etdiyimiz kimi, yaradıcılığının ilk illərində həm də rəssamlıq fəaliyyəti ilə məşğul olmuşdur. Onun işlərindən  "Avtoportret" (1923), "İki dəmirçi" (1928-1930), "Bəhruz Kəngərlinin portreti" (1931), "M.F.Axundovun portreti" (1939), "Bəhruz Kəngərlinin portreti" (1942), "Naxçıvan mənzərələri" (1938, silsilə, pastel), həmçinin "Azərbaycan SSR 10 il" (1930, tempera) xalça, eskiz layihə və başqalarını qeyd etmək olar. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami adına Ədəbiyyat Muzeyi və Milli Azərbaycan Tarixi muzeylərində  saxlanılır. O, həmçinin Naxçıvan teatrında səhnəyə qoyulmuş bir sıra tamaşaların rəssamı kimi teatr eskizləri və rəsmləri yaratmışdır. 

Sənətşünaslıq doktoru, professor Adil Qazıyevin anadan olmasından 120 il ötür. Ömrü boyu Azərbaycan incəsənətinin tədqiqi, araşdırılması, tədrisi və təbliği ilə məşğul olan, bu işdə uğurlu fəaliyyət göstərən sənətşünas alim və rəssam Adil Qazıyevin adı təsviri sənət tariximizdə əbədi yaşayacaq.

 

Əsəd QULİYEV,

Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“I Yaşıl İqtisadiyyat” Beynəlxalq Forumu keçirilib

11:36
24 Aprel

Kamran İmanov: İnnovasiya ekosistemi böyük və mürəkkəb sistem kimi bir sıra amillərin qarşılıqlı təsirindən asılıdır  

11:25
24 Aprel

USQ Baş Qərargahı: Rusiyanın hücumu Kupyansk rayonunda logistika təchizatını çətinləşdirib

11:12
24 Aprel

“İnnovasiya Potensialına Baxış 2026”: Ölkələrin yalnız 10 faizi öz texnoloji potensialını tam şəkildə reallaşdırır  

11:06
24 Aprel

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ

10:58
24 Aprel

Azərbaycan-Latviya münasibətlərində yeni səhifə açılır

10:52
24 Aprel

“Brent” neftinin qiyməti həftə ərzində 18 faiz bahalaşıb

10:49
24 Aprel

Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb

10:46
24 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb 

10:31
24 Aprel

Dünya birjalarında neft bahalaşıb

10:27
24 Aprel

Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib

10:21
24 Aprel

Azərbaycan nefti 112 dollara satılır

10:09
24 Aprel

Odessaya dron hücumu olub, ölənlər və yaralılar var

09:51
24 Aprel

Ağdam sakini: Doğma yurduma qovuşmaq mənə sonsuz xoşbəxtlik bəxş edir

09:49
24 Aprel

Keçmiş məcburi köçkün: Uzun illər davam edən yurd həsrətimiz sona çatdı

09:40
24 Aprel

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

09:39
24 Aprel

CNN: ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirməyi araşdırır

09:38
24 Aprel

“Axios”: SEPAH Hörmüz boğazında yeni minalar yerləşdirib  

09:36
24 Aprel

Tramp: Putinin G20 sammitində iştirakı çox faydalı olardı

09:35
24 Aprel

Tramp: İranla razılaşmanın müvəqqəti deyil, əbədi olmasını istəyirəm

09:34
24 Aprel

Tramp: Nüvə silahının heç kim tərəfindən istifadəsinə icazə verilməməlidir

09:33
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!