22 Aprel 2026 09:30
188
Mədəniyyət
A- A+
Atası onu riyaziyyatçı etmək istəyirdi, bəstəkar oldu

Atası onu riyaziyyatçı etmək istəyirdi, bəstəkar oldu


Onun boya-başa çatdığı ailədə nə musiqiçi olub, nə də musiqi aləti. Ancaq musiqiyə sonsuz sevgi ruhunda böyüyüb Oqtay Rəcəbov. Xüsusilə anasının oxuduğu laylalar, onun musiqiyə böyük məhəbbəti gələcəyin bəstəkarının mənəvi aləmində dərin izlər buraxıb...

Oqtay Rəcəbov 1941-ci il aprelin 5-də Bakıda dünyaya göz açıb. Valideynləri pedaqoq olub. Anası coğrafiya, atası isə riyaziy-yat müəllimi idi. 1948-ci ildə  Bakıdakı 31 saylı məktəbin 1-ci sinfinə gedən Oqtayı həm də Bakıdakı 1 saylı Uşaq Musiqi Məktəbinin skripka sinfinə qoyublar. Skripka alətində ifa etməyi öyrəndikcə musiqiyə heyranlığı daha da artıb.

Evlərində piano yox idi. 10 yaşı olanda ona köhnə bir piano alıblar. Həmin piano Oqtay Rəcəbovun ən böyük məşğuliyyətinə çevrilib. Vaxtı olan kimi onun arxasına keçib.

Orta məktəbi bitirdikdən sonra daxil olacağı ali təhsil müəssisəsini atasının təkidi ilə seçib. Oqtay Rəcəbovun ixtisasca riyaziyyatçı olan atası istəyirdi ki, oğlu  onun yolunu davam etdirsin. Odur ki, gənc Oqtay 1958-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Fizika və istehsalatın əsasları fakültəsinə daxil olub. 1963-cü ildə həmin institutu bitirib. Azərbaycan EA-nın Fizika İnstitutunda aspirant təhsili almağa başlayıb.

Aspiranturanın ikinci kursunda oxuyanda bir gün Azərbaycan Dövlət Konservatoriyasında görkəmli bəstəkar, Xalq artisti Fikrət Əmirovla qarşılaşıb. Oqtay Rəcəbov illər sonra həmin görüşü belə xatırlayıb: “O, məndən nə işlə məşğul olduğumu soruşdu. Dedim ki, Fizika İnstitutunda aspiranturanın ikinci kursunda oxuyuram. Lazer şüaları ilə əlaqədar dissertasiya yazıram, elmi işimin xeyli hissəsi də artıq hazırdır. Amma laboratoriyada otura bilmirəm. O, mənə belə cavab verdi: “Siz fiziklər atom bombası yaradıb dünyanı məhv etmək istəyirsiniz. Biz liriklər isə insanları gözəlliyə, gözəlliklər yaratmağa cəlb edirik. İndi sən özün fikirləş, hansından olmaq istəyirsən?” Mən həmin gün Fizika İnstitutuna gedib aspiranturadan çıxmaq haqqında ərizə verdim”.

Əslində, uzun illər çəkdiyi zəhmətin bəhrəsini görməyə, elmi ad almağa yaxın olduğu vaxtda belə bir qərar vermək asan məsələ deyildi. Ancaq musiqiyə vurğunluğu o qədər böyük idi ki, qəlbi yeni planların, xoş xəyalların həyəcanı ilə sanki köksünə sığmırdı. Artıq ali məktəblərə sənədlərin qəbuluna başlanılmışdı. O da sənədlərini Azərbaycan Dövlət Konservatoriyasına verib imtahanlardan uğurla keçərək konservatoriyanın Bəstəkarlıq şöbəsinə daxil oldu. Xalq artisti, Dövlət mükafatları laureatı Cövdət Hacıyevin sinfinə düşdü. Sonralar müəllimi haqqında deyib: “Cövdət Hacıyev mənim yaradıcılığımda çox böyük iz qoyub. Bir müəllim, bir bəstəkar kimi mən həmişə ona səcdə etmişəm”.

Oqtay Rəcəbov 1969-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 116 saylı axşam məktəbində fizika, 1 saylı musiqi məktəbində isə musiqi fənlərindən dərs deyib. Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində işləyib. Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının (keçmiş Azərbaycan Dövlət Konservatoriyası) Azərbaycan xalq musiqisi kafedrasının professoru olub.

Onun təklifi və məsləhəti ilə Bakıda Respublika İncəsənət Gimnaziyası adlı tədris ocağı yaradılıb. Oqtay Rəcəbov 10 il həmin təhsil ocağına rəhbərlik edib. 1978-1992-ci illərdə Azərbaycan Dövlət Televiziyasında yayımlanan, geniş tamaşaçı audoriyası toplayan “Məktəblilərin musiqi klubu” verilişinin yaradıcısı və aparıcısı da professor Oqtay Rəcəbov olub.

Bəstəkarın yaradıcılığı müxtəlif janrlarda yazdığı əsərlərlə zəngindir. Oqtay Rəcəbovun "Atatürk" operası, “Göyçək Fatma" cizgi film-operası, “Xeyir və Şər”, “Sərçəcik” uşaq operaları, “Əlin cibində olsun”, “Şeytanın yubileyi” musiqili komediyaları, 4 saylı simfoniyası, simli orkestr üçün 5 saylı simfoniyası Azərbaycan musiqi sənətində özünəməxsus yer tutur. O, həmçinin bu gün də tamaşaçılar tərəfindən maraqla qarşılanan 20-dək filmə musiqi bəstələyib. Oqtay Rəcəbov pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir.

Onun Azərbaycan musiqi sənətinin inkişafında göstərdiyi xidmətlər yüksək dəyərləndirilib. Əməkdar müəllim (1987), Əməkdar incəsənət xadimi (2019) adlarına layiq görülüb, “Tərəqqi” medalı (2006) ilə təltif olunub.

Görkəmli bəstəkar, pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbov 2022-ci il dekabrın 15-də dünyasını dəyişib.

Oqtay Rəcəbovun zəngin yaradıcılığı, pedaqoji fəaliyyəti ilə Azərbaycan mədəniyyətinin inkişafında və təbliğində qoyduğu izlər silinməzdir. Bəstəkarın müxtəlif janrlarda yazdığı əsərləri yalnız ölkəmizdə deyil, xarici ölkələrdə də uğurla səsləndirilir. Onun sevilə-sevilə ifa edilən, özünəməxsus, bənzərsiz əsərləri indi də musiqisevərlər tərəfindən böyük maraqla qarşılanır. Oqtay Rəcəbovun mahnıları bu gün də dillər əzbəridir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl 67 dollar bahalaşıb

10:40
22 Aprel

Dünya birjalarında neft ucuzlaşıb 

10:39
22 Aprel

Latviya Prezidenti Edqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib

10:37
22 Aprel

Latviya Prezidenti Edqars Rinkeviçs Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

10:17
22 Aprel

Baş nazir Əli Əsədov Qazaxıstana işgüzar səfərə gəlib

10:16
22 Aprel

Azərbaycan nefti 110 dollara satılır

09:45
22 Aprel

Yardımlıda ödənişsiz tibbi müayinələr təşkil olunub

09:45
22 Aprel

Bu gün Beynəlxalq Yer kürəsi Günüdür

09:44
22 Aprel

NASA Marsda həyatın mövcudluğuna dair güclü dəlil tapıb

09:42
22 Aprel

Çin uçuş zamanı dronları enerji ilə təmin edən mikrodalğalı şüa texnologiyasını nümayiş etdirib  

09:40
22 Aprel

Rənglərin BMT-dən sülh çağırışı

09:40
22 Aprel

Türkiyədə Mərmərə dənizinin niyə qəhvəyi rəngə boyandığı məlum olub  

09:39
22 Aprel

Ankara vilayətində hərbi helikopter qəzaya uğrayıb

09:36
22 Aprel

Orta əsr memarlığının şah əsəri - Şirvanşahlar sarayı

09:35
22 Aprel

Atası onu riyaziyyatçı etmək istəyirdi, bəstəkar oldu

09:30
22 Aprel

Tramp İranla atəşkəs rejimini uzatdığını açıqlayıb

09:26
22 Aprel

Avropada həyəcan təbili 

09:25
22 Aprel

Biz niyə başıaşağı olmuşuq

09:20
22 Aprel

Sosial mediadan səmərəsiz istifadənin psixoloji təsirləri

09:15
22 Aprel

Qusarda yağışlardan 170-dən çox fermer ziyan görüb

09:10
22 Aprel

Torpaqlar istifadəsiz qalmayacaq

09:05
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!