21 Aprel 2026 08:25
2729
SİYASƏT
A- A+
Bütün vədlərini layiqincə doğruldan Lider

Bütün vədlərini layiqincə doğruldan Lider


Azərbaycanın müasir dövlətçilik salnaməsi xalqa verilən vədlərin tam və qətiyyətlə yerinə yetirilməsinin parlaq nümunələri ilə zəngindir. Ölkəmizin keçdiyi inkişaf yolu, sadəcə, iqtisadi və siyasi islahatlarla deyil, həm də dövlət rəhbərinin öz xalqı qarşısında götürdüyü öhdəlikləri reallığa çevirmək bacarığı ilə xarakterizə olunur. Prezident İlham Əliyevin fəaliyyətinin ana xəttini təşkil edən "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" fəlsəfəsi Azərbaycanı qlobal arenada söz sahibi olan qalib və nüfuzlu dövlətə çevirib. 

Bu gün qürurla deyə bilərik ki, dövlətimizin başçısının illər öncə bəyan etdiyi strateji hədəflərin hər biri artıq tamamlanmış reallıqdır. Hələ rəhbərliyinin ilk illərindən hər bir azərbaycanlının Prezidenti olacağını və Azərbaycanın ərazi bütövlüyünün heç bir halda güzəşt mövzusu olmayacağını vurğulayan cənab İlham Əliyev bu vədlərini 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri ilə tam və qəti şəkildə reallaşdırdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət nəticəsində Azərbaycan həm iqtisadi müstəqilliyini möhkəmləndirdi, həm də müasir ordu quruculuğu prosesini zirvəyə daşıdı. Hər bir seçkidə Azərbaycan vətəndaşlarının öz rəhbərinə yüksək etimad göstərməsindən sonra baş verən möhtəşəm tarixi hadisələr xalqın öz seçimində tamamilə haqlı olduğunu göstərdi. Ona görə xalqımız dövlətimizin başçısını sözlərini əməli ilə təsdiqləyən, fəaliyyətini tamamilə Azərbaycanın güclənməsinə, əhalinin rifahına, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına həsr edən lider kimi qəbul edir. 

2018-ci il aprelin 18-də Prezident İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqi də ölkəmizin daxili-xarici siyasəti üçün strateji yol xəritəsi xarakteri daşıyırdı. Dövlətimizin başçısı çıxışında 2003-cü ildə verdiyi vədə sadiqliyini və Heydər Əliyev yolunun davamlılığını vurğulayırdı: "Mən 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Şadam ki, mən sözümə sadiq qaldım".

Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyü məsələsi Prezidentin çıxışının ən kəskin və qətiyyətli bölmələrindən idi. Dövlətimizin başçısı Azərbaycanın işğalla heç vaxt barışmayacağını bəyan edirdi: "Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, öz torpağında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir". Cənab Prezidentin "Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bunun üçün biz daha da güclü olmalıyıq" vədi bu çıxışdan cəmi iki il sonra reallaşdı. 

Dövlət başçısı iqtisadi asılılığın olmamasını siyasi müstəqilliyin əsası kimi dəyərləndirir və bildirirdi ki, iqtisadi müstəqillik bizim siyasi müstəqilliyimizin təməlidir. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, biz bu qədər cəsarətli müstəqil siyasət apara bilməzdik. 

Ümumiyyətlə, 2003-2018-ci illər ölkəmizdə sabitliyin qorunduğu və iqtisadi islahatların dərinləşdiyi bir dövr kimi yadda qaldı. Bu müddətdə Azərbaycan enerji idxal edən ölkədən ixracatçı dövlətə çevrildi, nəhəng infrastruktur layihələri icra edildi, sahibkarlara milyardlarla manat güzəştli kreditlər ayrıldı. Regionların inkişafı, kənd təsərrüfatının modernləşdirilməsi və sosial rifahın yüksəlməsi cənab İlham Əliyevin seçkilərdəki uğurunun əsasını təşkil edirdi. Azərbaycanın iştirakçısı olduğu TANAP və "Cənub qaz dəhlizi" kimi transmilli layihələr ölkəmizi Avropanın əsas enerji tərəfdaşına çevirdi. Bütün bu iqtisadi və siyasi uğurların ali məqsədi isə torpaqlarımızın işğaldan azad olunması idi. 

Prezident seçkilərindən cəmi bir ay sonra, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi istiqamətində həyata keçirilən uğurlu əməliyyat Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazıldı. Bu əməliyyat Azərbaycan Ordusunun hərbi qüdrətini və strateji üstünlüyünü nümayiş etdirən mühüm bir hadisə oldu. Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi bu taktiki fəaliyyət nəticəsində 1992-ci ildən bəri düşmən tapdağında olan Günnüt kəndi işğaldan azad edildi, strateji əhəmiyyətli yüksəkliklər ordumuzun tam nəzarətinə keçdi. Günnüt əməliyyatı sübut etdi ki, 2018-ci ilin aprelində Azərbaycan xalqı təkcə daxili sabitliyə deyil, həm də işğal altındakı torpaqlarımızın azad edilməsi qətiyyətinə səs vermişdi. Bu əməliyyat böyük qələbənin, 44 günlük Vətən müharibəsinin anonsu və Müzəffər Ali Baş Komandanın verdiyi vədlərin real əks-sədası idi.

2020-ci ilin 44 günlük Vətən müharibəsində Ermənistanın işğalçı siyasətinə son qoyuldu və düşmən diz çökdürüldü. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın müasir tarixində dövlət suverenliyinin tam bərpası ilə nəticələnən həlledici nöqtə oldu. Bu əməliyyatla Azərbaycanın ərazisində separatçılığa son qoyuldu və dövlət suverenliyi bütün ölkə miqyasında təmin edildi. Bu, son ikiyüzillik tariximizdə qazanılmış ən böyük strateji qələbədir.

Prezident İlham Əliyev Xankəndi şəhərində bayrağımızı ucaltmaqla  prezidentlik fəaliyyətinin ən mühüm vədini tam yerinə yetirmiş oldu. Antiterror tədbirləri Cənubi Qafqazda yeni reallıqlar yaratdı və regionun sülh dövrünə keçidi üçün maneələri aradan qaldırdı. 2018-ci il aprelin 18-də verilən vədlər bu gün Qarabağın yenidən qurulan şəhərlərində öz real əksini tapmaqdadır. Artıq Azərbaycan üçün "münaqişə" və "işğal" sözləri keçmişdə qalıb. Xalqımız öz rəhbərinin ətrafında hər zaman sıx səfərbərdir. Qarşıda isə bizi qüdrətli və regionun mütləq lideri olan bir dövlətin növbəti parlaq uğurları gözləyir.


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

WUF13-də media şəhər dayanıqlılığı və mənzil siyasətində əsas ictimai kommunikasiya vasitəsi kimi dəyərləndirilib  

16:53
20 May

Avropa Sosial Xidmətlər Konfransında ölkəmizdə aparılan sosial islahatlar diqqətə çatdırılıb

16:41
20 May

Perunun İctimai Siyasət və Diplomatiya İnstitutunun direktoru: Media təşviq etmək və stimullaşdırmaq üçün vacib aktordur  

16:30
20 May

Kənd təsərrüfati nazirinin müavini Kürdəmirdə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

16:28
20 May

Baş prokuror Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib  

16:26
20 May

Panel müzakirə: “Mədəni irsin və inklüziv şəhər regenerasiyasının yenidən düşünülməsi”-YENİLƏNİB  

16:23
20 May

BMT qlobal iqtisadi artım proqnozunu aşağı saldı

16:21
20 May

Şirvanda “Dövlət qulluqçularının etik davranış qaydaları”ndan söz açılıb  

16:19
20 May

WUF13 çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yüksəksəviyyəli dialoqda iştirak edib

16:15
20 May

Respublika üzrə may ayının pensiya ödənişləri yekunlaşdırılıb

16:13
20 May

Dünyada 1,1 milyarddan çox insan qeyri-formal yaşayış məskənlərində yaşayır

16:05
20 May

WUF13-ün milli koordinatoru: "Bakı Şəhərsalma mükafatı” həll yollarının miqyasının genişləndirilməsinə xidmət edəcək   

16:04
20 May

Masallıda turizm mövsümünün açılışı ilə əlaqədar görüş keçirilib  

16:03
20 May

Pakistanlı nazir: İqlim böhranının yaratdığı kütləvi miqrasiya ciddi sosial problemlərə səbəb olur

16:01
20 May

Magistraturaya qəbul imtahan nəticələri açıqlanıb

16:01
20 May

Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb  

15:56
20 May

Rusiya-Azərbaycan sərhədində ticarət dövriyyəsi 14 faiz artıb

15:55
20 May

Britaniyalı memar: “Bakı Şəhərsalma Mükafatı”nın münsiflər heyətinə dəvət olunmaqdan şərəf duyuram  

15:46
20 May

Tom de Qruv: Açıq və müqayisə edilə bilən məlumatlar fəlakət risklərinin idarə olunmasında əsas rol oynayır  

15:42
20 May

Platforma direktoru: Məqsədimiz yeni binalarda karbon emissiyasını azaltmaqdır

15:37
20 May

Bakı-Tbilisi-Bakı qatarları ilə gedişhaqqı açıqlanıb

15:33
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!