24 Aprel 2026 15:42
1766
CƏMİYYƏT
A- A+
Füzulidə 240 yerlik körpələr evi-uşaq bağçası açılıb

Füzulidə 240 yerlik körpələr evi-uşaq bağçası açılıb


İşğaldan azad edilən və yenidən qurulan Füzuli şəhərində 1 nömrəli körpələr evi - uşaq bağçasının açılış olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılışda İqtisadiyyat naziri Mikayıl Cabbarov, Elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, LUKOIL neft şirkətinin qurucusu Vahid Ələkbərov, ”LUKOIL Azərbaycan” QSC-nin Baş direktoru Rasim Əmrəliyev, Füzuli şəhər sakinləri və körpələr iştirak ediblər.

Qonaqlar əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında qarşılanıb, burada qısa tanışlıq olub. Daha sonra Füzuli şəhər meydanına yollanan qonaqlar bölgədə aparılan tikinti və quruculuq işləri barədə məlumatlandırılıblar.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad olunmuş ərazilərdə həyatın sürətlə canlandığını bildirib. O qeyd edib ki, sosial obyektlərin istifadəyə verilməsi bölgəyə qayıdan ailələr üçün mühüm əhəmiyyət daşıyır.

Daha sonra 1 nömrəli körpələr evi-uşaq bağçasının açılış mərasimi olub.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib və şəhidlərin ruhu sükutla anılıb.

Sonra qonaqlar uşaq bağçasında yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, müəssisə müasir avadanlıqlarla təchiz edilib və uşaqların hərtərəfli inkişafı üçün geniş imkanlara malikdir. Körpələr evi-uşaq bağçası 2 mərtəbəli, 240 yerlik olmaqla 2,4 hektar torpaq sahəsində inşa edilib. Binada qrup, inzibati, yataq otaqları, rəqs, idman və musiqi zalları, hovuz, soyunub-geyinmə otaqları, mətbəx, müasir avadanlıqlarla təchiz olunmuş metodika otağı, kompüter otağı, həkim otağı, dezinfeksiya otağı, izolyator palata, camaşırxana, tərəvəzlərin ilkin emalı sexi, tərəvəz sexi, ət-balıq sexi, quru ərzaq anbarı, işçi heyəti üçün yeməkxana, elektrik və server otaqları, həmçinin həyətində oyun meydançaları və digər zəruri infrastruktur qurulub. Burada uşaqların ilkin biliklərə yiyələnməsi, rahatlığı və əylənməsi üçün bütün zəruri şərait yaradılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın Kuban vilayətinə dron hücumu zamanı 3 nəfər ölüb

14:39
03 Avqust

Çinin pambıq istehsalçıları ABŞ-nin məcburi əmək ittihamlarını inkar edirlər  

14:32
03 Avqust

Azərbaycanı Avropa Kubokunda 13 cüdoçu təmsil edəcək

14:25
03 Avqust

Azərbaycan–Qırğızıstan müttəfiqliyi Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni mərhələ açır 

14:18
03 Avqust

Sabahın hava proqnozu açıqlanıb 

14:11
03 Avqust

Azərbaycanda torpaqların konsolidasiyasına ən çox ehtiyac olan bölgə açıqlanıb 

14:04
03 Avqust

“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib  

13:57
03 Avqust

AEM vətəndaşları aldatmağa yönəlmiş saxta məlumatlar və sənədlər barədə xəbərdarlıq yayıb  

13:50
03 Avqust

"Los Reyos" kartelinin lideri Meksikada həbs edildi

13:43
03 Avqust

Afina yaxınlığında iki yanğınsöndürmə helikopteri toqquşub  

13:36
03 Avqust

Pakistanda intiharçı hücumu nəticəsində ən azı 14 nəfər həlak olub  

13:29
03 Avqust

“Şaxtyor”un azərbaycanlı futbolçusu: Adaptasiya prosesi çətin keçmədi

13:22
03 Avqust

Azərbaycanda kartdan-karta köçürmələrə limit qoyulmasının səbəbləri açıqlanıb

13:15
03 Avqust

Lixtenşteyndə kiberhücum nəticəsində 31 min nəfərin məlumatları oğurlanıb

13:08
03 Avqust

Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib  

13:01
03 Avqust

Prezident İlham Əliyevin Qırğızıstana səfəri münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlandığını göstərdi - ŞƏRH

12:54
03 Avqust

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb  

12:47
03 Avqust

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşəcək

12:40
03 Avqust

SOCAR: İtaliyadakı fəaliyyətimizin gələcək təşkilati strukturu ilə bağlı addımlar planlı şəkildə həyata keçirilir 

12:33
03 Avqust

Avropada gen redaktəsi ilə əmələ gətirilən bitkilərin becərilməsini sürətləndirmək istəyirlər

12:26
03 Avqust

Xalq yazıçısı Elçinin vəfatının ildönümü ilə əlaqədar məzarı ziyarət olunub  

12:12
03 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!