24 Aprel 2026 08:00
231
SİYASƏT
A- A+
Sınanmış dostluq, genişlənən iqtisadi imkanlar

Sınanmış dostluq, genişlənən iqtisadi imkanlar


Azərbaycan-Latviya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur


Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, sözünə sadiq dövlət kimi tanınır. Ölkəmizin xarici siyasət kursu qarşılıqlı hörmət, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə dəstək, habelə iqtisadi maraqların qorunması üzərində qurulub. 

Bu strateji yanaşma Azərbaycanı həm regionda, həm də qlobal miqyasda cəlbedici tərəfdaşa çevirib. Avropa İttifaqı ölkələri ilə qurulan sıx münasibətlər, xüsusilə Baltikyanı dövlətlərlə mövcud olan dostluq əlaqələri bu siyasətin uğurlu təzahürlərindən biridir. Bu xüsusda Latviya ilə münasibətlər də yüksək dinamika ilə inkişaf edir.


Hərtərəfli münasibətlərdə yeni mərhələ


Azərbaycan ilə Latviya arasında diplomatik əlaqələr 1994-cü ildə qurulub. Respublikalarımızı birləşdirən əsas amillərdən biri hər iki ölkənin bir-birinin müstəqilliyini və suverenliyini qətiyyətlə dəstəkləməsidir. Ötən müddətdə ölkələrimizin dostluğa, səmimi tərəfdaşlığa dayanan əlaqələri hərtərəfli şəkildə inkişaf edib. 

Latviya Prezidenti Edqars Rinkeviçsin bu günlərdə Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm hadisə oldu. Səfər diplomatik protokol xarakteri daşımaqla yanaşı, həm də dərinləşən iqtisadi-siyasi bağların, ortaq maraqların və strateji hədəflərin nümayişi oldu. 

Bakıda Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşündə tərəflər siyasi dialoqun hazırkı səviyyəsindən məmnunluqlarını ifadə etdilər. Prezident İlham Əliyev görüş zamanı dedi: "Ticarəti və qarşılıqlı sərmayələri artırmaq, energetika, daşımalar, rəqəmsallaşma və burada Azərbaycanda fəal şəkildə təşviq etdiyimiz bütün sahələrə aid olan məsələləri həll etmək məqsədilə əməkdaşlığımıza dair praktiki məsələləri nəzərdən keçirməliyik".

Öz növbəsində Latviya Prezidenti Edqars Rinkeviçs çıxışında xüsusi vurğuladı ki, Latviya Azərbaycanı strateji tərəfdaş və dost hesab edir.

Azərbaycan və Latviya prezidentlərinin mətbuata bəyanatları zamanı səsləndirilən fikirlər ölkələrin gələcək perspektivlərini aydın şəkildə ortaya qoydu. 

Prezident İlham Əliyev bəyanatında söylədi ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var: "Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışıq".

Dövlətimizin rəhbəri bildirdi ki, Latviya Prezidenti Edqars Rinkeviçslə həmçinin Cənubi Qafqaz və Baltik regionunda təhlükəsizlik məsələlərini, regional inkişafı və ətrafımızda baş verən hadisələri müzakirə ediblər. Həmçinin öllkəmizin başçısı Latviya Prezidentinə Azərbaycanla Ermənistan arasında çox perspektivli sülh prosesinə aid ən son məlumatları çatdırıb.

Latviya Prezidenti bəyanatında qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində ölkəsinin məsləhət və təcrübələri faydalı ola bilər: "Bildiyiniz kimi, Latviya meşələr ölkəsidir və biz həm Qarabağın müasirləşməsi və yenidən qurulmasında daha çox meşələrin salınması ilə bağlı, cənab Prezident, Sizin qarşıya qoyduğunuz planları, həm də bu məsələləri daha geniş anlamda müzakirə etdik. Hesab edirəm ki, bu məsələdə bizim məsləhətimiz və təcrübəmiz sizin üçün faydalı ola bilər və biz müvafiq nazirlərə bu sahədə çalışmaq tapşırığını verdik".

Edqars Rinkeviçs Azərbaycanın regionda sülh və sabitliyin təmin olunmasındakı rolunu qeyd edərək, ölkəmizin iqtisadi potensialının Avropa üçün əhəmiyyətini önə çəkib.


Beynəlxalq dostluq körpüləri


Səfərin ən praktiki və nəticəyönümlü hissələrindən biri Bakıda keçirilən Azərbaycan-Latviya Biznes-Forumu oldu. Azərbaycan və Latviya liderlərinin qatıldığı forumda hər iki ölkədən onlarca sahibkar və rəsmi şəxs iştirak etdi. İş adamları arasında qurulan birbaşa təmaslar göstərdi ki, hər iki tərəf ticarət dövriyyəsini mövcud potensiala uyğun olaraq daha da artırmaq əzmindədir.

Forumda Edqars Rinkeviçs söylədi ki, Latviya Azərbaycanla əməkdaşlığa, ticari əlaqələrini dərinləşdirməyə və genişləndirməyə hazırdır.

Latviya Prezidentinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan və Latviya arasında imzalanmış sənədlərin mübadiləsi aparıldı. 

Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs "Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı"nı qəbul etdilər. "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi", "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Latviya Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Dövlət Bitki Mühafizəsi Xidməti arasında bitki sağlamlığı və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Latviya Respublikasının Dövlət Sərhəd Mühafizəsi arasında 2026-2027-ci illər üzrə İkitərəfli Əməkdaşlıq Planı" mübadilə edildi.

Bu sənədlər müxtəlif sahələrdə əməkdaşlığı daha da dərinləşdirməyə xidmət edir. Həmin sənədlərin imzalanması iki ölkə arasındakı strateji tərəfdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirdi.

Azərbaycan və Latviya arasındakı münasibətlər yalnız iki dövlətin maraqlarına xidmət etməklə qalmır, həm də geniş coğrafiyanın rifahını hədəfləyir. Prezidentlərin də qeyd etdiyi kimi, bu dostluq münasibətləri qarşılıqlı etimada söykənir. Aprelin 22-də Bakıda keçirilən görüşlər və əldə olunan razılaşmalar da sübut etdi ki, Azərbaycanın xarici siyasəti xalqımızın milli maraqlarına xidmət edir. Eyni zamanda bu strategiya ilə beynəlxalq müstəvidə yeni və səmərəli dostluq körpüləri qurulur. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib

10:21
24 Aprel

Azərbaycan nefti 112 dollara satılır

10:09
24 Aprel

Odessaya dron hücumu olub, ölənlər və yaralılar var

09:51
24 Aprel

Ağdam sakini: Doğma yurduma qovuşmaq mənə sonsuz xoşbəxtlik bəxş edir

09:49
24 Aprel

Keçmiş məcburi köçkün: Uzun illər davam edən yurd həsrətimiz sona çatdı

09:40
24 Aprel

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

09:39
24 Aprel

CNN: ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirməyi araşdırır

09:38
24 Aprel

“Axios”: SEPAH Hörmüz boğazında yeni minalar yerləşdirib  

09:36
24 Aprel

Tramp: Putinin G20 sammitində iştirakı çox faydalı olardı

09:35
24 Aprel

Tramp: İranla razılaşmanın müvəqqəti deyil, əbədi olmasını istəyirəm

09:34
24 Aprel

Tramp: Nüvə silahının heç kim tərəfindən istifadəsinə icazə verilməməlidir

09:33
24 Aprel

İran XİN: Nüvə məsələsi ABŞ ilə danışıqların əsas mövzusu deyil

09:31
24 Aprel

Tramp: İranla razılaşma bütün dünya üçün uyğun olduqda bağlanacaq

09:29
24 Aprel

Yunan-Roma güləşi üzrə komandamız ardıcıl ikinci il Avropa çempionu oldu 

09:15
24 Aprel

Sənətşünas alim, bənzərsiz rəssam

09:10
24 Aprel

Unutmur bu oba, bu mahal onu

09:05
24 Aprel

İşığın doğulduğu şəhər

09:00
24 Aprel

Neftçalada nohur balıqçılığının perspektivləri müzakirə edilib

08:55
24 Aprel

Sumqayıtda 13 yeni transformator məntəqəsi tikilir

08:50
24 Aprel

Gəncədə Çin avtomobilləri istehsal olunacaq

08:45
24 Aprel

Ermənistan mədəni irsimizin məhvinə görə cavabdehlik daşıyır

08:40
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!