13 Noyabr 2026 14:20
201
SİYASƏT
A- A+
Azərbaycanın dünyada artan nüfuzunun göstəricisi

Azərbaycanın dünyada artan nüfuzunun göstəricisi


“Avropa Siyasi Birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Zirvə toplantıları Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirir”.

 Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Onun sözlərinə görə, sammitlər çərçivəsində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini, aktual qlobal çağırışları müzakirə edirlər.

Deputat xatırladıb ki, “Avropa Siyasi Birliyi”nin ilk Zirvə görüşü 2022-ci ilin oktyabrında 44 ölkənin dövlət və hökumət başçısının iştirakı ilə Çexiyanın paytaxtı Praqada keçirilib. Zirvə toplantılarının gündəliyi çox vacib, qlobal əhəmiyyət daşıyan məsələləri əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə toplantılarında fəal iştirak etdiyini deyən millət vəkilinin sözlərinə görə, Avropa İttifaqının üzvü olmayan Azərbaycanın dövlət başçısının “Avropa Siyasi Birliyi”nin sammitlərinə dəvət alması ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir. “Nəzərə alaq ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolu beynəlxalq miqyasda yüksək qiymətləndirlir. Birmənalı şəkildə deyə bilərik ki, burada Prezident İlham Əliyevin fəaliyyəti və liderlik keyfiyyətləri həlledici rol oynayır. Azərbaycanın dövlət başçısının fəaliyyətində qlobal əməkdaşlığın və həmrəyliyi gücləndirilməsi xətti xüsusi yer tutur ki, bu da beynəlxalq birlik tərəfindən təqdirlə qarşılanır. Azərbaycan Prezidenti “Avropa Siyasi Birliyi”nin Zirvə görüşlərinə qatıılmaqla ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırır”,-deyə Samir Vəliyev vurğulayıb.

Deputat söyləyib ki, Prezident İlham Əliyev noyabrın 12-də Dublində “Avropa Siyasi Birliyi”nin Dublində keçirilən 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında, “Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji” (“Building a competitive Europe – innovation, connectivity and affordable energy”) mövzusunda dəyirmi masada iştirak edib, eləcə də bir sıra ikitərəfli görüşlər keçirib. Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski, Moldova Prezidenti Maya Sandu, Litva Prezidenti Gitanas Nauseda, Rumıniya Prezidenti Nikuşor Dan və digər liderlə görüşüb. Görüşlərdə ikitərəfli münasibətlər, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və s. aktual mövzulara dair müzakirələr aparılıb. Dublində, həmçinin Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşü olub. Antonio Koşta Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, Azərbaycan-Avropa İttifaqı dialoqunun və əməkdaşlıq məsələlərinin müzakirəsini davam etdirmək üçün Prezident İlham Əliyevi Avropa İttifaqına səfərə dəvət edib. Vacib məqamladan biri də odur ki, görüşdə Avropa İttifaqı tərəfindən Naxçıvan dəmir yolu layihəsi üzrə qiymətləndirmənin tezliklə yekunlaşdırılacağı bildirilib. Eyni zamanda, Orta Dəhlizin əhəmiyyəti qeyd edilib, nəqliyyat və bağlantıların inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

“Dublində “Avropa - güclü, təhlükəsiz və əlaqəli” mövzusuna həsr olunan budəfəki sammitin gündəliyində rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, innovasiyaların təşviqi, nəqliyyat bağlantılarının inkişafı, əlçatan enerji, eləcə də demokratik Avropanın təhlükəsizliyi və müdafiəsi məsələləri yer alır. Builki Sammitdə 50-yə yaxın dövlət və hökumət başçısı iştirak edir. Bu, Avropa ölkələrinin üzləşdiyi çağırışların geniş coğrafi müstəvidə müzakirəsi və ortaq maraqlar üzrə siyasi dialoqun davam etdirilməsi baxımından mühüm platforma deməkdir. Azərbaycan üçün isə Dublin Sammitinin əhəmiyyəti təkcə tədbirin gündəliyi ilə məhdudlaşmır. Ölkəmiz “Avropa Siyasi Birliyi”nin əvvəlki sammitlərində də fəal iştirak edib, platforma çərçivəsində regional təhlükəsizlik, enerji və bağlantılar məsələlərinə dair mövqeyini irəli sürüb. 2028-ci ildə Sammitin Azərbaycanda keçirilməsi barədə qərar isə bu əməkdaşlığa yeni perspektivlər əlavə edir” – deyə millət vəkili vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

SOCAR-ın vitse-prezidenti: “Azəri–Çıraq–Günəşli” Azərbaycanın enerji sektorunun əsas strateji aktivlərindən biridir  

14:48
13 Noyabr

Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclasına Bakı ev sahibliyi edəcək  

14:44
13 Noyabr

XİN: Azərbaycan EPC-nin əlavə öhdəliklər yaradan sənədlərinə qoşulmayıb

14:32
13 Noyabr

Azərbaycanın dünyada artan nüfuzunun göstəricisi

14:20
13 Noyabr

İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Ağstafaya işgüzar səfər edib  

14:09
13 Noyabr

Kənd təsərrüfatı məhsulu istehsalı 1,4 faiz artıb

14:01
13 Noyabr

On ayda ÜDM istehsalı 1,7 faiz artıb

13:47
13 Noyabr

Azərbaycanın memarlıq layihəsi beynəlxalq yaşıl bina sertifikatına layiq görülüb

13:32
13 Noyabr

"Özəl kapitalın iqlim fəaliyyəti üçün səfərbər edilməsi”: COP31-in Azərbaycan pavilyonunda müzakirə  

13:19
13 Noyabr

Media və Yayım Şurası açıqlama yayıb

13:11
13 Noyabr

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabrın pensiyaları ödənilib

13:04
13 Noyabr

“Xankəndi” Azərbaycan bayrağı ilə Avstraliya sularına daxil olan ilk tanker kimi tarixə düşüb

13:03
13 Noyabr

Qarabağ təbiətinin şəfa mənbəyi: 550-yə yaxın dərman bitkisi tədqiq edilib  

13:02
13 Noyabr

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

13:01
13 Noyabr

COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 

13:00
13 Noyabr

Beş yeni miniatür qurbağa növü aşkar edilib

12:58
13 Noyabr

Qazaxda dövlət proqramının icrası vəziyyəti müzakirə edilib  

12:57
13 Noyabr

Avropa tədqiqatı 900 milyondan çox qalaktika aşkarlayıb

12:55
13 Noyabr

Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama  

12:43
13 Noyabr

Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb

12:38
13 Noyabr

Neft ucuzlaşır

12:37
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!