13 Noyabr 2026 14:44
180
İQTİSADİYYAT
A- A+
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclasına Bakı ev sahibliyi edəcək  

Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclasına Bakı ev sahibliyi edəcək  


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 11-13-də Yunanıstanın paytaxtı Afinada keçirilən Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) 18-ci İllik İclasında iştirak edib.

Fonddan AZƏRTAC-a bildirilib ki, Yunanıstanın İnkişaf Fondunun (Hellenic Growth Fund) ev sahibliyi etdiyi tədbir "Geosiyasi ziddiyyətlər şəraitində suveren kapital" mövzusuna həsr olunub. Suveren fondların və beynəlxalq maliyyə institutlarının rəhbərlərinin, eləcə də investisiya sahəsi üzrə ekspertlərin iştirak etdiyi iclasda geosiyasi qeyri-müəyyənliyin və texnoloji inkişafın suveren fondların fəaliyyətinə təsiri müzakirə olunub.

Tədbirin ilk günündə ARDNF-nin nümayəndələri SFBF-nin İdarə Heyətinin iclasında iştirak ediblər. İclasda forumun qarşıdakı il üçün fəaliyyət istiqamətləri və iş proqramı, həmçinin üzvlük və idarəetmə ilə bağlı məsələlər nəzərdən keçirilib.

ARDNF-nin icraçı direktoru İsrafil Məmmədov "Geosiyasi ziddiyyətlər şəraitində suveren kapital" adlı panel sessiyasında Yunanıstanın "Hellenic Growth Fund", Kanadanın "Alberta Heritage Fund", İspaniyanın "COFIDES" fondlarının və Nigeriyanın Suveren İnvestisiya Qurumunun rəhbərləri ilə birgə çıxış edib. İsrafil Məmmədov dövlət büdcəsinə transfertlərin həyata keçirilməsi ilə gələcək nəsillər üçün milli sərvətin qorunması arasında tarazlığın saxlanılması, eləcə də qlobal iqtisadi mühitdə artan qeyri-müəyyənlik fonunda Fondun investisiya fəaliyyətinin təşkili barədə danışıb. O, maliyyə dayanıqlılığının təmin olunmasında investisiya portfelinin ayrı-ayrı hissələri üzrə aydın məqsədlərin müəyyənləşdirilməsinin, diversifikasiyanın və strateji tərəfdaşlıqların əhəmiyyətini qeyd edib. Eyni zamanda, İsrafil Məmmədov süni intellekt infrastrukturu sahəsində investisiya imkanlarının qiymətləndirilməsi zamanı uzunmüddətli risklərin nəzərə alınmasının vacibliyini vurğulayıb.

ARDNF-nin Alternativ investisiyalar üzrə risklərin idarə edilməsi şöbəsinin müdiri Rəşad Rzayev isə "Dayanıqlılıq üzrə fəaliyyət çərçivəsi: dəyişikliklər şəraitində idarəetmə" adlı panel müzakirəsində iştirak edib. Fondun təcrübəsini təqdim edən Rəşad Rzayev ARDNF-nin portfelinin hansı hissəsinin likvid saxlanılacağını və hansı hissəsinin uzunmüddətli artım məqsədilə investisiya ediləcəyini necə müəyyənləşdirdiyini izah edib. O, həmçinin səmərəli idarəetmənin, normativ tələblərə riayət olunmasının və etibarlı uzunmüddətli tərəfdaşlıqların təşkilatın dayanıqlılığının təmin edilməsində, maraqlarının qorunmasında və beynəlxalq investisiya bazarlarına çıxış imkanlarının saxlanılmasında əhəmiyyətini diqqətə çatdırıb.

İllik İclas çərçivəsində keçirilən səsvermənin nəticəsinə əsasən, SFBF-nin 2028-ci il İllik İclasının ARDNF-nin ev sahibliyi ilə Bakıda keçirilməsi qərara alınıb. Forumun təsisçi üzvlərindən biri olan ARDNF yarandığı dövrdən təşkilatın fəaliyyətində fəal iştirak edir. Santyaqo Prinsiplərinin qəbul edilməsinin iyirminci ildönümünə təsadüf edən 2028-ci il İllik İclası suveren fondlar arasında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı təcrübə mübadiləsinə və investisiyaların idarə olunması sahəsində beynəlxalq müzakirələrin davam etdirilməsinə töhfə verəcək.

Afina səfəri zamanı ARDNF nümayəndə heyətinin Çin İnvestisiya Korporasiyasının (CIC) İdarə Heyətinin sədri Zhang Qingsong, İndoneziya İnvestisiya Qurumunun (INA) İcraçı direktoru Oki Ramadhana, Beynəlxalq Valyuta Fondunun (BVF) Baş direktorunun birinci müavini Dan Katz və Yunanıstanın İnkişaf Fondunun Baş icraçı direktoru Yannis Papakristu ilə ikitərəfli görüşləri də baş tutub. CIC və INA ilə görüşlərdə Çin–ASEAN İnvestisiya Proqramı və Çin–ASEAN Birgə İnvestisiya Şurası çərçivəsində əməkdaşlığın davam etdirilməsi, həmçinin Asiya bazarlarında yeni investisiya və birgə investisiya imkanları müzakirə edilib. BVF ilə görüşdə isə suveren fondların idarə olunması sahəsində mövcud yanaşmalar, Santyaqo Prinsiplərinin əhəmiyyəti və təcrübə mübadiləsinin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. Yunanıstanın İnkişaf Fondu ilə görüşdə qarşılıqlı əməkdaşlığın inkişafı və yeni investisiya imkanları ətrafında fikir mübadiləsi aparılıb.

2009-cu ildə yaradılmış Suveren Fondların Beynəlxalq Forumu suveren fondlar arasında əməkdaşlığın inkişafına, bilik və təcrübə mübadiləsinə, eləcə də qabaqcıl idarəetmə və investisiya təcrübələrinin təşviqinə xidmət edən beynəlxalq platformadır. Forumun fəaliyyətinin əsasını üzv qurumlar tərəfindən könüllü olaraq qəbul edilmiş 24 Santyaqo Prinsipi təşkil edir. Bu prinsiplər şəffaflığın, hesabatlılığın, səmərəli idarəetmənin və investisiya fəaliyyətində prudensial yanaşmanın təşviqinə yönəlib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

SOCAR-ın vitse-prezidenti: “Azəri–Çıraq–Günəşli” Azərbaycanın enerji sektorunun əsas strateji aktivlərindən biridir  

14:48
13 Noyabr

Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclasına Bakı ev sahibliyi edəcək  

14:44
13 Noyabr

Antarktida üzərindəki ozon dəliyi son 10 ilin maksimal ölçüsünə çatıb  

14:34
13 Noyabr

XİN: Azərbaycan EPC-nin əlavə öhdəliklər yaradan sənədlərinə qoşulmayıb

14:32
13 Noyabr

Azərbaycanın dünyada artan nüfuzunun göstəricisi

14:20
13 Noyabr

C vitamininin ən yaxşı mənbəyi

14:19
13 Noyabr

İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Ağstafaya işgüzar səfər edib  

14:09
13 Noyabr

Kənd təsərrüfatı məhsulu istehsalı 1,4 faiz artıb

14:01
13 Noyabr

On ayda ÜDM istehsalı 1,7 faiz artıb

13:47
13 Noyabr

Azərbaycanın memarlıq layihəsi beynəlxalq yaşıl bina sertifikatına layiq görülüb

13:32
13 Noyabr

"Özəl kapitalın iqlim fəaliyyəti üçün səfərbər edilməsi”: COP31-in Azərbaycan pavilyonunda müzakirə  

13:19
13 Noyabr

Media və Yayım Şurası açıqlama yayıb

13:11
13 Noyabr

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabrın pensiyaları ödənilib

13:04
13 Noyabr

“Xankəndi” Azərbaycan bayrağı ilə Avstraliya sularına daxil olan ilk tanker kimi tarixə düşüb

13:03
13 Noyabr

Qarabağ təbiətinin şəfa mənbəyi: 550-yə yaxın dərman bitkisi tədqiq edilib  

13:02
13 Noyabr

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

13:01
13 Noyabr

COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 

13:00
13 Noyabr

Beş yeni miniatür qurbağa növü aşkar edilib

12:58
13 Noyabr

Qazaxda dövlət proqramının icrası vəziyyəti müzakirə edilib  

12:57
13 Noyabr

Avropa tədqiqatı 900 milyondan çox qalaktika aşkarlayıb

12:55
13 Noyabr

Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama  

12:43
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!