13 Noyabr 2026 12:43
112
CƏMİYYƏT
A- A+
Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama  

Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama  


Son günlər ayrı-ayrı fermerlər tərəfindən bəzi pambıq tədarükçüsü şirkətləri tərəfindən təhvil alınmış pambıq məhsulunun dəyərinin ödənilməməsi və ya ödənişlərin gecikdirilməsi ilə bağlı müxtəlif media resurslarında və sosial şəbəkələrdə yenidən müraciətlər yayımlanır.

Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, həmin pambıq istehsalçılarının bir qismi yenidən Nazirlikdə qəbul edilib, müraciətlərində qaldırılan məsələlər dinlənilib və yaranmış vəziyyətlə bağlı ətraflı izahat verilib. Görüş zamanı pambıq tədarükü prosesində tərəflərin hüquq və öhdəlikləri, dövlət subsidiyasının ödənilməsi mexanizmi və problemin hüquqi həlli yolları barədə məlumat təqdim olunub.

Nazirlik qeyd olunan məsələlərlə əlaqədar bir daha bildirir ki, Azərbaycanda pambıq istehsalçıları ilə pambıq emalı və tədarükü ilə məşğul olan şirkətlər arasında münasibətlər, bir qayda olaraq, “Müqaviləli əkinçilik” (Contract Farming) modeli əsasında tənzimlənir. Bu çərçivədə tərəflərin hüquq və öhdəlikləri qarşılıqlı qaydada imzalanmış müqavilələrlə müəyyən edilir.

Müvafiq müqavilə şərtlərinə əsasən, istehsal mövsümü ərzində şirkətlər tərəfindən fermerlərə verilmiş avanslar, həmçinin təqdim olunmuş mineral gübrə, pestisid, toxum və göstərilmiş texniki xidmətlərin dəyəri mövsümün sonunda təhvil verilmiş pambıq məhsulunun ümumi dəyərindən çıxılır. Qalan məbləğin fermerə ödənilməsi isə məhsulu tədarük edən şirkətin müqavilə üzrə öhdəliyidir.

Qeyd edilir ki, dövlət tərəfindən pambıqçılığın inkişafının stimullaşdırılması məqsədilə fermerlərə istehsal edib tədarük məntəqələrinə təhvil verdikləri pambıq məhsuluna görə əlavə məhsul subsidiyası ödənilir. Bu subsidiya əvəzsiz və geri qaytarılmayan dövlət dəstəyi tədbiridir.

Pambıq istehsalçılarına subsidiyaların ödənilməsi Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” əsasında həyata keçirilir.

Daxil olan fermer şikayətlərində adıçəkilən tədarükçü şirkətə və bu şirkətə pambıq təhvil vermiş fermerlərə 2025-ci ildə istehsal etdikləri pambıq məhsulu üçün məhsul subsidiyası Nazirlik tərəfindən tam olaraq ödənilib. Fermerlərin əsas narazılığı isə təhvil verdikləri pambıq məhsulunun dəyərinin müvafiq şirkət tərəfindən ödənilməməsi və ya gecikdirilməsi ilə bağlıdır.

Bildirilib ki, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlər özəl hüquqi şəxslərdir və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərmirlər. Bu səbəbdən Nazirlik və onun tabeliyində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərlə özəl şirkətlər arasında bağlanmış müqavilələr üzrə tərəf hesab olunmur və tərəflər arasındakı müqavilə münasibətlərinə birbaşa müdaxilə etmək səlahiyyətinə malik deyillər. Müqavilə şərtlərinin pozulması halında tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Pambıq tədarükü ilə məşğul olan şirkətlər tərəfindən təhvil alınmış məhsulun dəyərinin ödənilməməsi ilə bağlı yaranan mübahisələrin hüquqi müstəvidə həlli məqsədilə pambıq istehsalçılarının da məhkəməyə müraciət etmə hüquqları var.

Eyni zamanda, fermerlərin üzləşdiyi problemin həlli və pambıq tədarükü sahəsində müqavilə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Nazirlik tərəfindən pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlərlə mütəmadi müzakirələr aparılır. Şirkətlərə fermerlər qarşısında götürdükləri müqavilə öhdəliklərinə ciddi riayət etmələri, təhvil aldıqları pambıq məhsulunun dəyərini müqavilə şərtlərinə uyğun olaraq vaxtında və tam şəkildə ödəmələri ilə bağlı müvafiq tövsiyələr verilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama  

12:43
13 Noyabr

Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb

12:38
13 Noyabr

Neft ucuzlaşır

12:37
13 Noyabr

Bakıda “Eternity-2026” təliminin açılışı olub

12:28
13 Noyabr

Heydər Əliyevin Atatürkə münasibəti Azərbaycan-Türkiyə münasibətləri kontekstində

12:09
13 Noyabr

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb 

11:40
13 Noyabr

“Microsoft”un bir sıra proqramlarında problem yaranıb

11:39
13 Noyabr

MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır 

11:36
13 Noyabr

Azərbaycan nefti 99 dollara satılır

10:44
13 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

10:33
13 Noyabr

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub  

10:29
13 Noyabr

Ad günün mübarək, nur şəhəri

10:10
13 Noyabr

Hörmüz boğazındakı böhranın qlobal inkişafa mənfi təsirləri dərinləşir

10:05
13 Noyabr

CECECO COP31 çərçivəsində təmiz enerji və dayanıqlı inkişaf üzrə müzakirə aparıb  

10:01
13 Noyabr

Bu sevginin adı nədir?

10:00
13 Noyabr

Rustov məscidi

09:55
13 Noyabr

Küçəmizi yaman günə qoyub gediblər

09:50
13 Noyabr

Samux rayon Əhmədbəyli kəndinin qazlaşdırılmasına növbəti mərhələlərdə baxılacaq 

09:45
13 Noyabr

Qonşu qonşu olsa...

09:40
13 Noyabr

Su nasosu yenisi ilə əvəz edildi 

09:35
13 Noyabr

Müraciətim həll olundu

09:30
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!