09 Noyabr 2026 08:20
162
SİYASƏT
A- A+
Tarixdən güc alan ideologiya

Tarixdən güc alan ideologiya


Prezident İlham ƏLİYEV: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"


Elə  ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəyə dair vahid baxışın ifadəsidir. 

Azərbaycançılıq təsadüfən yaranmış ideoloji yanaşma deyil. Onun təməlində xalqımızın çoxəsrlik dövlətçilik ənənələri, zəngin mədəni irsi, milli-mənəvi dəyərləri və tarixi sınaqlardan keçərək formalaşmış birliyi dayanır. Həmin ideologiyanın müasir Azərbaycan dövlətçiliyində  möhkəmləndirilməsi isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin siyasi uzaqgörənliyi sayəsində azərbaycançılıq cəmiyyəti birləşdirən, milli həmrəyliyi gücləndirən, dövlətçiliyin qorunmasını ümummilli məqsədə çevirən möhkəm ideoloji dayağa çevrildi.

Bu ideyanın gücü ən ağır tarixi sınaqlarda özünü göstərdi. Azərbaycan zaman-zaman siyasi təzyiqlərlə, hərbi təhdidlərlə, iqtisadi çətinliklərlə üzləşdi. Amma  hər zaman Vətənə bağlılıq, milli iradə və müstəqillik əzmi  xalqımızı ayaqda saxladı. Həmin iradə illərlə davam edən mübarizədə, torpaq həsrətində, şəhidlərin qanı ilə yazılan tarixdə öz təcəssümünü tapdı.

Bu gün azərbaycançılıq məfkurəsi dövlət siyasətimizin ideoloji əsaslarından biri olmaqla yanaşı, milli birliyimizin, həmrəyliyimizin və gələcəyə baxışımızın başlıca fəlsəfəsidir. Prezident İlham Əliyevin dünən Xankəndidə Zəfər Günü münasibətilə xalqa müraciətində səsləndirdiyi fikirlər də bu məfkurənin müasir Azərbaycan üçün daşıdığı əhəmiyyəti bir daha aydın ifadə edir. Dövlət başçısı azərbaycançılığın xalqımızı birləşdirən, bütün uğurlarımızın təməlində dayanan və bizi gələcəyə aparan milli ideya olduğunu vurğulayaraq deyib: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. Azərbaycanda bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bizi birləşdirən vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsidir. Bu, bizim milli ideyamızdır. Bir daha demək istəyirəm ki, bu, gələcəyə aparan yoldur".

Bu fikirlər azərbaycançılığın yalnız tarixi keçmişimizdən qaynaqlanan ideya olmadığını, həm də bugünkü dövlətimizin inkişaf istiqamətini və sabahımızın konturlarını müəyyənləşdirən milli məfkurə olduğunu göstərir. İdeyanın ən böyük gücü isə müxtəlifliyimizi birliyə, fərqli baxışlarımızı ümumi məqsədə, vətəndaşlıq məsuliyyətimizi vahid dövlətçilik iradəsinə çevirə bilməsindədir. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün iqtisadi və hərbi baxımdan inkişaf edən, öz milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlətdir. Lakin güclü dövlət olmaq yalnız əldə edilən uğurlarla kifayətlənmək demək deyil. Güc həm də sabahı düşünmək, mümkün təhdidləri qabaqlamaq, iqtisadi və texnoloji inkişafı sürətləndirmək, müdafiə qabiliyyətini daim yüksəltmək, gənc nəslin intellektual potensialını artırmaqdır. Əsl müstəqillik elə bir qüdrətə sahib olmaqdır ki,  kimsə ölkəmizə qarşı təhdid planları qurmağı ağlından belə keçirməsin. Bu, sülhün, təhlükəsizliyin və suverenliyin etibarlı təminatı olan güclü dövlət quruculuğunun fəlsəfəsidir.

Azərbaycançılıq məfkurəsi gələcəyin Azərbaycanını qurmaq ideyasıdır. Bu ideologiyanın daşıyıcısı olan hər bir vətəndaş bilməlidir ki, dövlətə bağlılıq yalnız bayrağa sevgi ilə məhdudlaşmır. Bu, öz işinə məsuliyyətlə yanaşmaq, qanunlara hörmət etmək, milli maraqları qorumaq və gələcək nəsillər qarşısında mənəvi məsuliyyət daşımaqdır.

Azərbaycançılıq  birgəyaşayış mədəniyyətidir. Bu torpaqda yaşayan insanların dili, dini, etnik mənsubiyyəti fərqli ola bilər, lakin Vətən birdir, dövlət birdir, gələcək birdir. Bizi birləşdirən də məhz bu ortaq taledir. Azərbaycanı Azərbaycan edən onun rəngarəngliyi, bu rəngarəngliyi vahid milli kimlik ətrafında birləşdirə bilən həmrəyliyi və mənəvi bütövlüyüdür.

Bu gün Zəfər tariximizin işığında gələcəyə baxarkən bir həqiqəti unutmamalıyıq: dövlətin gücü  xalqın birliyindən, xalqın gücü isə öz dövlətinə inamdan başlayır. Dünən torpaqlarımızın azadlığı uğrunda bir yumruq kimi birləşən xalqımız bu gün də quruculuq, inkişaf və tərəqqi naminə eyni həmrəyliyi nümayiş etdirir.

Zəfər bizə gücümüzü, iradəmizi və tarixi məsuliyyətimizi bir daha xatırlatdı. İndi qarşımızda daha böyük vəzifə dayanır. Bu, tarixi qələbəni davamlı inkişafın, elmin, mədəniyyətin, iqtisadi qüdrətin və güclü dövlətçiliyin Zəfərinə çevirməkdir. Çünki Vətən gələcək nəsillərə əmanətdir. Onu qorumaq, ucaltmaq, daha qüdrətli etmək hər birimizin borcudur. Köklərimizdən güc alaraq gələcəyə inamla addımlamaq, milli birliyimizi qorumaq və müstəqil Azərbaycanın dövlətçilik iradəsini yaşatmaq azərbaycançılıq məfkurəsinin əsl mahiyyətidir.

Zəfərimiz tariximizdir, birliyimiz gücümüzdür, müstəqilliyimiz isə gələcəyimizin ən böyük təminatıdır!


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sülh bəyanatlarla deyil, real addımlarla qurulur

08:30
09 Noyabr

Zəfər parkı - qəhrəmanlığımızın rəmzinə çevrilən ünvan

08:25
09 Noyabr

Tarixdən güc alan ideologiya

08:20
09 Noyabr

Bayraq ucalanda Vətən ucalar

08:15
09 Noyabr

Qələbə rəmzi

08:10
09 Noyabr

"Bayraq mənliyimdir, bayraq kimliyim"

08:05
09 Noyabr

"Yaşamadığımız, düşünə bilmədiyimiz bir möcüzəni Siz bizə yaşatdınız"

08:00
09 Noyabr

“Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq səviyyəli gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:19
09 Noyabr

Dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində olan dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin rəhbəri və rəhbərinin müavini vəzifələri üçün aylıq əməkhaqqı məbləğinin müəyyən edilməsi haqqında

02:18
09 Noyabr

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tabeliyində “Daşkəsən Rayon Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqındа

02:16
09 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında 

02:14
09 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 may tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

02:12
09 Noyabr

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb  

23:50
08 Noyabr

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

23:49
08 Noyabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib  

21:18
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb  

21:16
08 Noyabr

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır 

21:14
08 Noyabr

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib  

21:12
08 Noyabr

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

21:09
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər  

21:07
08 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

21:02
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!