13 Noyabr 2026 13:32
181
İQTİSADİYYAT
A- A+
Azərbaycanın memarlıq layihəsi beynəlxalq yaşıl bina sertifikatına layiq görülüb

Azərbaycanın memarlıq layihəsi beynəlxalq yaşıl bina sertifikatına layiq görülüb


Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yeni inzibati binasına görə beynəlxalq yaşıl bina sertifikatının (YeS-INT) təqdimetmə mərasimi keçirilib. Sertifikat COP31-də Azərbaycan nümayəndə heyətini təmsil edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayevaya təqdim olunub.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bina enerji səmərəliliyi, ekoloji dayanıqlılıq və resurslardan səmərəli istifadə meyarlarına uyğunluğuna görə beynəlxalq sertifikata layiq görülüb.

Ümumi sahəsi təxminən 25 min kvadratmetr olan 18 mərtəbəli inzibati bina Əməkdar memar Nəriman İmaməliyevin rəhbərliyi ilə azərbaycanlı memarlar tərəfindən layihələndirilib. Bununla yanaşı, binanın layihələndirilməsi və tikintisində yalnız yerli mütəxəssislər - memarlar, mühəndislər və inşaatçılar iştirak ediblər. Layihənin əsas xüsusiyyətlərindən biri müasir memarlıq həllərinin Bakının iqlim şəraitinə uyğunlaşdırılmasıdır. Belə ki, binanın oval forması və əsas həcmləri arasındakı açıq məkan hava axınının səmərəli istiqamətləndirilməsinə və istilik itkilərinin azaldılmasına imkan yaradır. Xüsusi diqqət çəkən məqamlardan biri də binanın beşinci mərtəbəsində yerləşən, təxminən 1200 kvadratmetr sahəni əhatə edən asma bağdır. Burada yaradılmış yaşıllıq zonası əməkdaşlar üçün rahat istirahət şəraiti təmin etməklə yanaşı, mikroiqlimin yaxşılaşdırılmasına və binanın istilik yükünün azaldılmasına xidmət edir.

Bundan əlavə, enerji səmərəliliyinin artırılması məqsədilə layihədə intellektual idarəetmə texnologiyalarından geniş istifadə olunub. Belə ki, fasad sistemləri günün saatlarından və hava şəraitindən asılı olaraq günəş şüalarının binaya təsirini avtomatik tənzimləyir və məkanların soyudulmasına olan tələbatı azaldır. Mühəndis sistemlərinin təxminən 90 faizi avtomatlaşdırılıb, işıqlandırma isə təbii işıq səviyyəsi və məkanların istifadə rejimi nəzərə alınmaqla 80-ə yaxın ayrı zonada idarə olunur. Eyni zamanda, binada suya qənaət edən texnologiyalar və istiliyin bərpası sistemləri tətbiq edilib.

Qeyd edək ki, beynəlxalq sertifikatın əldə olunması layihənin ilk uğuru deyil. Belə ki, bina 2026-cı ildə keçirilən “Təməl” Milli Memarlıq Mükafatı çərçivəsində “İctimai binaların memarlığı” nominasiyası üzrə də laureat olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

SOCAR-ın vitse-prezidenti: “Azəri–Çıraq–Günəşli” Azərbaycanın enerji sektorunun əsas strateji aktivlərindən biridir  

14:48
13 Noyabr

Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclasına Bakı ev sahibliyi edəcək  

14:44
13 Noyabr

XİN: Azərbaycan EPC-nin əlavə öhdəliklər yaradan sənədlərinə qoşulmayıb

14:32
13 Noyabr

Azərbaycanın dünyada artan nüfuzunun göstəricisi

14:20
13 Noyabr

İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Ağstafaya işgüzar səfər edib  

14:09
13 Noyabr

Kənd təsərrüfatı məhsulu istehsalı 1,4 faiz artıb

14:01
13 Noyabr

On ayda ÜDM istehsalı 1,7 faiz artıb

13:47
13 Noyabr

Azərbaycanın memarlıq layihəsi beynəlxalq yaşıl bina sertifikatına layiq görülüb

13:32
13 Noyabr

"Özəl kapitalın iqlim fəaliyyəti üçün səfərbər edilməsi”: COP31-in Azərbaycan pavilyonunda müzakirə  

13:19
13 Noyabr

Media və Yayım Şurası açıqlama yayıb

13:11
13 Noyabr

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabrın pensiyaları ödənilib

13:04
13 Noyabr

“Xankəndi” Azərbaycan bayrağı ilə Avstraliya sularına daxil olan ilk tanker kimi tarixə düşüb

13:03
13 Noyabr

Qarabağ təbiətinin şəfa mənbəyi: 550-yə yaxın dərman bitkisi tədqiq edilib  

13:02
13 Noyabr

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

13:01
13 Noyabr

COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 

13:00
13 Noyabr

Beş yeni miniatür qurbağa növü aşkar edilib

12:58
13 Noyabr

Qazaxda dövlət proqramının icrası vəziyyəti müzakirə edilib  

12:57
13 Noyabr

Avropa tədqiqatı 900 milyondan çox qalaktika aşkarlayıb

12:55
13 Noyabr

Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama  

12:43
13 Noyabr

Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb

12:38
13 Noyabr

Neft ucuzlaşır

12:37
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!