13 Noyabr 2026 08:35
85
SİYASƏT
A- A+
TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar

TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar


Noyabrın 12-də Türkiyənin paytaxtı Ankarada TÜRKPA Gənc Parlamentarilərinin toplantısı keçirilib. TÜRKPA-dan AZƏRTAC-a bildirilib ki, tədbir Türkiyə Böyük Millət Məclisinin evsahibliyi, Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsinin dəstəyi ilə təşkil edilib.

Açılış mərasimində çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş TÜRKPA-nın təsis edilməsinin 18-ci ildönümü ərəfəsində belə mühüm bir tədbirin keçirilməsinin əhəmiyyətinə toxunub. O, türk dövlətlərinin parlamentləri arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoymasında, qardaş ölkələr arasındakı münasibətlərin dinamik şəkildə möhkəmləndirilməsində və müxtəlif istiqamətlərdə birgə fəaliyyətin həyata keçirilməsində TÜRKPA-nın mühüm rolunu qeyd edib.

TÜRKPA-nın baş katibi Ramil Həsən rəhbərlik etdiyi qurumun müxtəlif sahələrdə həyata keçirdiyi işlərdən danışıb. Baş katib Gənc Parlamentarilər Qrupu, Qadın Parlamentarilər Qrupu və Daimi Komissiyalar çərçivəsində müxtəlif tədbirlərin keçirilməsinin qardaş ölkələr arasındakı əlaqələrin möhkəmləndirilməsinə, eləcə də qanunvericilik bazalarının yaxınlaşdırılmasına töhfə verdiyini deyib. Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsinin sədri Abdulhadi Turus Türkiyənin bir çox sahədə olduğu kimi, qardaş türk dövlətlər arasındakı əlaqələrin inkişafına xidmət edən layihələrə də hərtərəfli dəstək göstərdiyini diqqətə çatdırıb. Eyni zamanda TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun fəaliyyətinə də dəstək verməkdən böyük məmnuniyyət duyduğunu ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dublindən Bakıya uzanan siyasi-diplomatik xətt 

08:40
13 Noyabr

TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar

08:35
13 Noyabr

"Buzlaqların əriməsi milyardlarla insanın su təhlükəsizliyini təhdid edir" 

08:30
13 Noyabr

"Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib"

08:25
13 Noyabr

Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub

08:20
13 Noyabr

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

08:15
13 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

08:10
13 Noyabr

COP-da Azərbaycan standartı

08:05
13 Noyabr

44 günün unudulmaz anları

08:00
13 Noyabr

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 308 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

04:15
13 Noyabr

AZƏRBAYCAN RESPUBLİKASI İLƏ BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞI ARASINDA STRATEJİ TƏRƏFDAŞLIQ HAQQINDA BİRGƏ BƏYANNAMƏ

23:05
12 Noyabr

Ukrayna mediası Azərbaycan və Ukrayna prezidentlərinin görüşünə geniş yer ayırıb  

22:20
12 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub  

22:06
12 Noyabr

Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub  

21:54
12 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub YENİLƏNİB 

21:01
12 Noyabr

ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçubla

20:32
12 Noyabr

Azərbaycan və Tacikistan ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparıb  

20:09
12 Noyabr

Azərbaycan və Dünya Bankı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib  

19:51
12 Noyabr

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib  

19:43
12 Noyabr

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

19:31
12 Noyabr

1700 illik sümük qalıqlarının sirri açıldı: onları yırtıcı quşlar gətirib  

19:30
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!