13 Noyabr 2026 12:57
185
CƏMİYYƏT
A- A+
Qazaxda dövlət proqramının icrası vəziyyəti müzakirə edilib  

Qazaxda dövlət proqramının icrası vəziyyəti müzakirə edilib  


Ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı, bu hesaba məşğulluğun artırılması və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Mayın 25-də Prezidentin sədrliyi ilə aqrar məsələlərə həsr olunmuş müşavirənin keçirilməsi, ardınca “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bir daha onu söyləməyə əsas verir ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.

Qazaxda da sözügedən dövlət proqramında əksini tapan məsələlərin icrasına məsuliyyətlə yanaşılır. Proqramın icrasına dəstək vermək üçün rayon icra hakimiyyətində qərargah yaradılmış və iş planı təsdiq edilmişdir. Bu günlər həmin iş planına uyğun olaraq rayonda görülən işlər və dövlət proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlər müzakirə edilmişdir. 

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək proqramın qəbul edirldiyi vaxtdan görülən işlər barədə ətraflı məlumat vermiş, dövlət başçısının sədrliyi ilə cari il mayın 25-də keçirilən müşavirədə kənd təsərrüfatının inkişafı ilə bağlı səslənən fikirlərin, qarşıya qoyulmuş hədəflərin vacibliyindən, kənd təsərrüfatının inkişafı üçün hər bir sahibkarın töhfə verməli olduğundan danışmışdır. 

Tədirdə rayonda görülmüş işlərin mövcud vəziyyəti təhlil edildikdən sonra bu işə məsul şəxslərin hesabatları dinlənilmişdir. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov, Əmlak Məslələri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin sektor müdiri Xançoban Şahbazov və  bir neçə fermer çıxış edərək arzu və təkliflərini bildirmişlər. 

Müşavirənin sonunda görülməsi nəzərdə tutulan işlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.


                                                                        Sabir ƏLİYEV,

                                                                        “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabrın pensiyaları ödənilib

13:04
13 Noyabr

“Xankəndi” Azərbaycan bayrağı ilə Avstraliya sularına daxil olan ilk tanker kimi tarixə düşüb

13:03
13 Noyabr

Qarabağ təbiətinin şəfa mənbəyi: 550-yə yaxın dərman bitkisi tədqiq edilib  

13:02
13 Noyabr

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

13:01
13 Noyabr

COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 

13:00
13 Noyabr

Beş yeni miniatür qurbağa növü aşkar edilib

12:58
13 Noyabr

Qazaxda dövlət proqramının icrası vəziyyəti müzakirə edilib  

12:57
13 Noyabr

Avropa tədqiqatı 900 milyondan çox qalaktika aşkarlayıb

12:55
13 Noyabr

Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama  

12:43
13 Noyabr

Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb

12:38
13 Noyabr

Neft ucuzlaşır

12:37
13 Noyabr

Bakıda “Eternity-2026” təliminin açılışı olub

12:28
13 Noyabr

Heydər Əliyevin Atatürkə münasibəti Azərbaycan-Türkiyə münasibətləri kontekstində

12:09
13 Noyabr

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb 

11:40
13 Noyabr

“Microsoft”un bir sıra proqramlarında problem yaranıb

11:39
13 Noyabr

MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır 

11:36
13 Noyabr

Azərbaycan nefti 99 dollara satılır

10:44
13 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

10:33
13 Noyabr

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub  

10:29
13 Noyabr

Ad günün mübarək, nur şəhəri

10:10
13 Noyabr

Hörmüz boğazındakı böhranın qlobal inkişafa mənfi təsirləri dərinləşir

10:05
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!