02 Sentyabr 2026 08:10
177
CƏMİYYƏT
A- A+
Azərbaycanda itkin düşmüş şəxslərlə bağlı görülmüş işlər açıqlanıb

Azərbaycanda itkin düşmüş şəxslərlə bağlı görülmüş işlər açıqlanıb


Cari il avqustun 31-nə Birinci və İkinci Qarabağ müharibələri ilə əlaqədar 4010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onlardan 4004 nəfəri Birinci Qarabağ müharibəsi, 6 nəfəri isə İkinci Qarabağ müharibəsi zamanı itkin düşüb.

Bu barədə AZƏRTAC-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, Birinci Qarabağ müharibəsi üzrə itkin düşmüş şəxslərdən 3 222 nəfəri hərbi qulluqçu, 782 nəfəri isə mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs var. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş şəxslərin axtarılması, qalıqlarının aşkar edilərək ekshumasiya olunması, identifikasiyası və ailələrinə təhvil verilməsi istiqamətində sistemli fəaliyyətini davam etdirir.

2026-cı ilin avqust ayında:

* 5 insan qalığı aşkar edilərək ekshumasiya olunub, ümumi say 910-a çatıb.

* Kimliyi müəyyən edilmiş 21 nəfərin qalıqları ailələrinə təhvil verilərək dəfn olunub, ümumi say 267-yə çatıb.

* DNT və məhkəmə-tibbi üsullarla identifikasiya edilmiş itkin düşmüş şəxslərin ümumi sayı 328 olaraq qalır.

* İndiyədək 32 kütləvi dəfn yeri aşkar edilib.

Cari ilin yanvar-avqust aylarında ümumilikdə 79 insan qalığı aşkar edilərək ekshumasiya olunub, 57 itkin düşmüş şəxsin kimliyi müəyyən edilib, 64 nəfərin qalıqları isə ailələrinə təhvil verilərək dəfn olunub.

Hazırda 3 682 nəfər hələ də itkin düşmüş hesab olunur.

Aşkar və identifikasiya edilən hər bir şəxs onilliklər davam edən qeyri-müəyyənlikdən sonra daha bir ailənin cavab alması deməkdir. Bu istiqamətdə görülən işlər davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalının Seyidbəyli kəndində ilk toy 

09:00
02 Sentyabr

Ağdamın yeni həyatı Böyük qayıdışla canlanır 

08:50
02 Sentyabr

Xəzərin sərvəti tükənməzdir

08:40
02 Sentyabr

Azərbaycan Avrasiya nəqliyyat marşrutlarının mühüm kəsişmə nöqtəsidir

08:30
02 Sentyabr

Pekin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində oynadığı rolu dəstəkləyir

08:20
02 Sentyabr

Azərbaycanda itkin düşmüş şəxslərlə bağlı görülmüş işlər açıqlanıb

08:10
02 Sentyabr

Milli Məclisin Sədri Sahibə Qafarova Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş tədbirdə çıxış edib

08:00
02 Sentyabr

Milli Məclisin sədri Sahibə Qafarova Kamerunun Baş naziri ilə görüşüb  

23:12
01 Sentyabr

Sabahdan Bakının bir neçə küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

22:39
01 Sentyabr

“Mygov” ölkənin təhlükəsiz rəqəmsal əməliyyat sistemi olmalıdır 

22:37
01 Sentyabr

Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşüb  

22:35
01 Sentyabr

Şimal-qərb bölgəsinin gənc həkimləri Qəbələdə bir araya gəliblər

22:33
01 Sentyabr

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

22:31
01 Sentyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Qırğızıstana səfəri barədə videoçarx paylaşılıb

21:49
01 Sentyabr

İordaniya mətbuatı Azərbaycan və Ermənistan liderlərinin Bişkek görüşündən yazıb  

21:43
01 Sentyabr

Quram Maxuliya: ŞƏT-in gündəliyində duran bir çox məsələ Azərbaycan və onun liderinin iştirakı olmadan həll edilə bilməz  

20:10
01 Sentyabr

ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir  

20:06
01 Sentyabr

"ŞƏT plyus" görüşündə iştirak Azərbaycanın orta güc kimi rolunu nümayiş etdirir 

20:04
01 Sentyabr

Miras Jienbayev: Azərbaycanın ŞƏT sammitində iştirakı onun regiondakı konstruktiv rolunu təsdiqləyir

19:57
01 Sentyabr

Prezident İlham Əliyevin Bişkek səfəri: Azərbaycanın regional və beynəlxalq gündəmdə fəal mövqeyi

19:53
01 Sentyabr

“ŞƏT plyus” Azərbaycana öz mövqelərini geniş auditoriyaya çatdırmaq imkanı qazandırır

19:50
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!