01 Sentyabr 2026 20:04
873
SİYASƏT
A- A+
"ŞƏT plyus" görüşündə iştirak Azərbaycanın orta güc kimi rolunu nümayiş etdirir 

"ŞƏT plyus" görüşündə iştirak Azərbaycanın orta güc kimi rolunu nümayiş etdirir 


Hərbi eskalasiya riski daşıyan regionlarda qarşılıqlı təsirlərin artması və münaqişələrin çoxalması qlobal qeyri-müəyyənliyi daha da dərinləşdirir. İkinci Dünya müharibəsindən sonra formalaşmış təsisatlar, normalar və institutlar öz əvvəlki funksionallığını tədricən itirir. Bu proses beynəlxalq hüququn fundamental prinsiplərini də kölgə altına alır. Belə bir şəraitdə uzun müddət eyni qaydalar əsasında fəaliyyət göstərən beynəlxalq nizamın ənənəvi mexanizmlərinin zəifləməsi və bəzi hallarda təsirsizləşməsi dünya siyasətində yeni düzənin formalaşması prosesini sürətləndirir.

Qlobal münasibətlərdə yaranan mürəkkəbliklər və geosiyasi dəyişikliklər fonunda Azərbaycanın mövqeyi yeni və alternativ yüksəliş modeli kimi diqqəti cəlb edir. Bu proses Prezident İlham Əliyevin siyasi iradəsi, beynəlxalq nüfuzu və strateji təşəbbüsləri, eləcə də çoxtərəfli əməkdaşlıq formatlarının təşviqi sayəsində daha da genişlənir.

AZƏRTAC qlobal sistemin transformasiyası fonunda Azərbaycanın artan rolunu bir sıra mühüm amillərlə əlaqələndirir:

- Azərbaycan bu gün orta güc statusundan çıxış edərək müharibə və münaqişələrin əməkdaşlıqla əvəzlənməsinə yönəlmiş strateji addımlar atır;

- Azərbaycanın Cənubi Qafqazdakı dominant mövqeyi digər regionlardakı maraqlarının təmin olunması ilə paralel şəkildə inkişaf edir. Bu amil ölkənin daha geniş beynəlxalq aktorlar dairəsində mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır;

- Azərbaycan diplomatik və siyasi seçimlərini yalnız İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq təşkilatlarla məhdudlaşdırmır. Ölkəmiz çoxtərəfli diplomatiya çərçivəsində alternativ qurumlarda iştirak etməklə milli maraqlarına uyğun səmərəli alətləri və institusional imkanları genişləndirir;

- Azərbaycanın hərbi arsenalının müasir silahlarla təchiz edilməsi, orduda peşəkarlıq səviyyəsinin yüksəldilməsi və xüsusi təyinatlı qüvvələrin imkanlarının artırılması ölkənin çəkindirmə potensialını gücləndirir;

- Ölkəmiz beynəlxalq nəqliyyat və logistika dəhlizlərində mövqeyini daha da möhkəmləndirir. Xüsusilə Zəngəzur dəhlizinin perspektivi Azərbaycanın beynəlxalq təchizat zəncirlərində və regional bağlantılarda əhəmiyyətini artırır;

- Azərbaycanın xarici siyasətində Türkiyə ilə strateji müttəfiqlik münasibətləri daha da dərinləşdirilir. Bununla yanaşı, müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsi istiqamətində də dinamik proses müşahidə olunur.


ŞƏT tribunasından mühüm çağırış


Prezident İlham Əliyev Azərbaycanın yuxarıda qeyd olunan güclü profili ilə Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən sammitində iştirak edib.

ŞƏT-in əsas hədəfi üzv ölkələr arasında etimad, dostluq və sıx əməkdaşlığı inkişaf etdirməkdir. Bu, regionda sülhü və sabitliyi qorumaqla yanaşı, ədalətli yeni bir beynəlxalq sistemin qurulmasına töhfə vermək məqsədlərinə əsaslanır.

Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, İran Prezidenti Məsud Pezeşkian, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək müzakirələr aparmasını həmin kontekstdə qiymətləndirmək olar. Yəni Azərbaycan orta güc kimi regiondakı çağırışları qiymətləndirir və müzakirələrdə əməkdaşlıq prioritetlərini ön planda saxlayır.

Azərbaycan Prezidenti sammit çərçivəsində keçirilən “ŞƏT plyus” formatında görüşdə də çıxış edib. Dövlətimizin başçısı çıxışında Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafına, Cənubi Qafqazda yaranan yeni reallıqlara və çoxtərəfli əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib. Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında imzalanmış müttəfiqlik haqqında tarixi Müqavilənin iki ölkə arasındakı münasibətləri ən yüksək səviyyəyə qaldırdığını vurğulayıb. Qırğızıstanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini isə beynəlxalq ictimaiyyətin ölkənin siyasətinə verdiyi dəstəyin göstəricisi kimi qiymətləndirib.

Prezident Cənubi Qafqazda da mühüm dəyişikliklərin baş verdiyini bildirib. Onun sözlərinə görə, uzun illər münaqişə zonası olan region hazırda sülh və əməkdaşlıq məkanına çevrilir. Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini həyata keçirir.

Dövlətimizin başçısı, həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrasını təmin edən mexanizmlərin hazırlanmasının təşkilatın nüfuzunu daha da artıracağını qeyd edib. Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycanın beynəlxalq məsələlərdə çoxtərəflilik prinsipinin möhkəmləndirilməsinə bundan sonra da töhfə verəcəyini vurğulayıb.

Prezident İlham Əliyevin mesajları qlobal nizamı sabitləşdirmək məqsədini elan etməklə çoxtərəfli əməkdaşlıq üçün potensial problemlərin çeşidinə diqqət çəkir. Burada BMT Təhlükəsizlik Şurasının qətnamələrinin beynəlxalq hüququn aliliyini təmin edəcək gücdə olmaması xüsusilə vurğulanır. Həmin qeyri-işlək mexanizm Cənubi Qafqazda Azərbaycanın yaratdığı geosiyasi reallıqların çərçivəsində öz əhəmiyyətini itirir. Çünki Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə icra edərək ərazi bütövlüyünü və suverenliyini təmin edib. Bu, beynəlxalq təşkilatların formatının dəyişdirilməsi barədə Prezident İlham Əliyevin irəli sürdüyü çağırışların tam əsaslı olduğunu göstərir.

Azərbaycanın beynəlxalq təşkilatlarla bağlı öz çağırışlarını reallaşdırmaq təcrübəsi mövcuddur. Azərbaycan Cənubi Qafqazda postmüharibə dövründə proseslərə müdaxilə etməyə çalışan institutlardan birinin ləğvinə nail olub.

Xatırladaq ki, Azərbaycan və Ermənistanın ATƏT sədrliyinə birgə müraciətindən sonra ATƏT Nazirlər Şurasının 2025-ci il sentyabrın 1-də qəbul edilmiş qərarına uyğun olaraq, həmin il noyabrın 30-da Minsk Prosesi və onun əlaqədar strukturlarının bağlanması yekunlaşıb. Bu, regionu qeyri-müəyyən təhlükəsizlik atmosferinə qaytarmaq cəhdlərinə qarşı çox səmərəli “zərbə” idi.

Nəticə etibarı ilə Prezident İlham Əliyev alternativ bir baxış təqdim edərək dəyişən dünya nizamını formalaşdırmaq üçün BMT-də islahatların vacibliyini vurğulayır. Bununla da, Azərbaycan beynəlxalq nizamın yenilənməsinə orta güc kimi töhfə verməyə davam edəcəyini bildirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

F.R.Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilməsi haqqında

00:30
12 Sentyabr

"Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında

00:28
12 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi" publik hüquqi şəxsin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

00:27
12 Sentyabr

Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı  

00:25
12 Sentyabr

“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 609 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:24
12 Sentyabr

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 375-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:22
12 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 14 mart tarixli 58 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nda dəyişiklik edilməsi haqqında

00:20
12 Sentyabr

Əhali kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına xərcləri 33,4 faiz artırıb

19:43
11 Sentyabr

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 faizədək artıb

19:30
11 Sentyabr

İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib

19:13
11 Sentyabr

Qafqaz romantizminin nakam şairi: Nikoloz Barataşvili və Azərbaycan

19:10
11 Sentyabr

ABŞ-də 11 sentyabr terror aktlarının 25-ci ildönümü qeyd olunur

19:07
11 Sentyabr

Diplomatik korpusun nümayəndələri Şuşada YENİLƏNİB 

19:00
11 Sentyabr

Azərbaycan komandası çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirinə qələbə ilə başlayıb

18:55
11 Sentyabr

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib

18:47
11 Sentyabr

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

18:30
11 Sentyabr

SOCAR Bakı İqlim Fəaliyyəti Həftəsində metan emissiyalarının azaldılması strategiyasını təqdim edib

18:23
11 Sentyabr

Azərbaycan muzeylərinin nadir eksponatları: Devis kvadrantı – əsrlər əvvəl dənizçilər Günəşə əsasən yolu necə tapırdılar?

18:15
11 Sentyabr

Ermənistanın mina xəritələrini təqdim etməməsi müharibə fəsadlarının aradan qaldırılmasını çətinləşdirir 

17:49
11 Sentyabr

Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir

15:11
11 Sentyabr

Xankəndidə “Regional məşğulluq ekosisteminin qurulması: İşəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilir

14:45
11 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!