01 Sentyabr 2026 19:03
101
CƏMİYYƏT
A- A+
Bakıdakı Formula 1 tribunaları 21 mini keçdi  

Bakıdakı Formula 1 tribunaları 21 mini keçdi  


Bakı yenidən sürət və adrenalinin ünvanına çevrilməyə hazırlaşır. Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026-ya sayılı günlər qalmış Bakı Şəhər Halqasında azarkeşlər üçün daha bir tribuna quraşdırılıb.

“City” adlanan yeni tribuna Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qarşısında yerləşir və 678 tamaşaçı tutumuna malikdir. Tribunanın fərqli mövqeyi azarkeşlərə bolidləri trasın bir-birinə paralel iki sürətli hissəsində izləmək imkanı verəcək. Yeni tribunadan sonra Bakı Şəhər Halqasında ümumi tamaşaçı tutumu 21 mini ötüb.

Formula 1-ə artan maraq Bakının yarış infrastrukturunda da özünü göstərir. Son üç ildə dörd yeni tribuna quraşdırılıb, ümumi tutum isə 6 mindən çox yer artırılıb. Qeyd edək ki, 2025-ci ildə Azərbaycan Qran-Prisinin yarış həftəsonunda 90 mindən çox iştirak qeydə alınıb. Hazırda 2026-cı il Qran-Prisi üçün Bakı Şəhər Halqasında tribunaların quraşdırılması üzrə işlər son mərhələdədir. 

Sürətin, səs-küyün və adrenalinin Bakını bürüyəcəyi Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 24-26 sentyabr tarixlərində keçiriləcək.


Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda dəniz, atlar və polo həyəcanı

19:19
01 Sentyabr

Bakıdakı Formula 1 tribunaları 21 mini keçdi  

19:03
01 Sentyabr

89 uşaq ailə sevgisinə qovuşub

19:00
01 Sentyabr

Naxçıvanda taxıl istehsalı 22 faiz artıb

18:58
01 Sentyabr

Moskvada kilsənin qarşısında qanlı olay

18:55
01 Sentyabr

İllərlə davam edən gözləntiyə son

18:53
01 Sentyabr

Azərbaycanda innovasiya ekosisteminin formalaşdırılması üçün yeni qanunvericilik layihələri hazırlanıb

18:51
01 Sentyabr

Balıqçı torları və tilovları yenidən suya atılır

18:49
01 Sentyabr

Azərbaycanın uğurları ŞƏT platformasından dünyaya bəyan olundu

18:43
01 Sentyabr

Geosiyasi gücün və uğurlu diplomatiyanın təzahürü

18:41
01 Sentyabr

Bakı-Bişkek: ortaq maraqlar Orta dəhlizdə kəsişir   

18:37
01 Sentyabr

Azərbaycanda 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

17:22
01 Sentyabr

Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib

17:20
01 Sentyabr

Milli Qəhrəman Kazımağa Kərimovun 75 illik yubileyi məzarı başında qeyd olunub 

17:17
01 Sentyabr

Britaniyalı ekspert: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı mərkəzinə çevrilir 

17:15
01 Sentyabr

Avrasiyanın yeni bağlantı xəritəsində Azərbaycanın strateji rolu

17:12
01 Sentyabr

Nikol Paşinyan: Türkiyə və Azərbaycanla sıx əməkdaşlıq edirik

16:25
01 Sentyabr

Azərbaycan-ŞƏT münasibətləri: yeni mərhələnin siyasi və geoiqtisadi məzmunu  

16:22
01 Sentyabr

Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək

16:20
01 Sentyabr

Prezident: BMT TŞ-nin qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur

16:15
01 Sentyabr

Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq  

16:10
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!