01 Sentyabr 2026 19:53
888
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin Bişkek səfəri: Azərbaycanın regional və beynəlxalq gündəmdə fəal mövqeyi

Prezident İlham Əliyevin Bişkek səfəri: Azərbaycanın regional və beynəlxalq gündəmdə fəal mövqeyi


Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri bir sıra mühüm görüşlər, regional əməkdaşlıq gündəliyinin müzakirəsi və beynəlxalq məsələlərə dair mühüm mesajlarla yadda qaldı. Səfər çərçivəsində dövlətimizin başçısının keçirdiyi ikitərəfli görüşlər Azərbaycanın həm Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin dinamikasını, həm də regionda və daha geniş beynəlxalq müstəvidə fəal diplomatik mövqeyini nümayiş etdirdi.

Beləliklə, səfərin xronologiyasına qısa nəzər salaq.

Prezident İlham Əliyev avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekə səfər etdi. “Manas” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşıladı.


İlham Əliyev-Paşinyan görüşü: sülh gündəliyi əsas müzakirə mövzularından biri kimi


Bişkekdə Prezident İlham Əliyevin ilk görüşü Ermənistanın Baş naziri Nikol Paşinyanla oldu. Bu görüş özlüyündə xüsusi siyasi əhəmiyyət daşıyırdı. ŞƏT-in Zirvə toplantısı çərçivəsində keçirilən görüşdə Azərbaycan-Ermənistan sülh prosesi istiqamətində əldə olunan nəticələr və qarşıda duran vəzifələr müzakirə edildi.

Dövlət başçıları 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin imzalanmasının və “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğuladılar.

Görüşün mühüm məqamlarından biri sülh prosesinin artıq yalnız siyasi bəyanatlar səviyyəsində deyil, konkret iqtisadi və nəqliyyat əlaqələri ilə tamamlanması məsələsinin gündəmə gətirilməsi oldu. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəələrin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, eləcə də iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edildi.

Söhbət zamanı dövlət sərhədinin delimitasiyası, iqtisadi, ticarət və enerji əməkdaşlığının genişləndirilməsi imkanları, həmçinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı praktiki addımlar da müzakirə edildi. Beləliklə, Bişkek görüşü Azərbaycan-Ermənistan münasibətlərində əldə olunmuş irəliləyişlərin möhkəmləndirilməsi ilə yanaşı, sülhün regionda yeni nəqliyyat və iqtisadi bağlantılar yaratmaq potensialını da ortaya qoydu.

Bu baxımdan Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə birbaşa təması Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün və dövlətlərarası münasibətlərin normallaşdırılmasının təmin edilməsində oynadığı fəal rolun növbəti göstəricisi oldu.


Azərbaycan-Qazaxıstan əlaqələri: strateji tərəfdaşlıqdan regional bağlantıya


Səfərin ilk günündə Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşü də mühüm gündəliklə yadda qaldı.

Görüş zamanı Azərbaycan-Qazaxıstan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıdığı vurğulandı. Dövlət başçıları yüksəksəviyyəli qarşılıqlı səfərlərin və müntəzəm təmasların ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsində mühüm rol oynadığını qeyd etdilər.

Tərəflərin müzakirəsində nəqliyyat-logistika məsələlərinin və Orta Dəhlizin xüsusi yer tutması təsadüfi deyil. Azərbaycan və Qazaxıstan Xəzər üzərindən Mərkəzi Asiya ilə Cənubi Qafqazı, daha geniş mənada isə Asiya ilə Avropanı birləşdirən nəqliyyat marşrutunun əsas iştirakçıları sırasında yer alır. Bu baxımdan iki ölkə arasında əməkdaşlığın inkişafı yalnız ikitərəfli iqtisadi münasibətlərin deyil, bütövlükdə Avrasiyanın nəqliyyat xəritəsinin transformasiyasının mühüm elementlərindən birinə çevrilir.

Görüşdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Bakıda keçiriləcək sammitinə də toxunulması Azərbaycanın beynəlxalq çoxtərəfli platformalarda artan fəallığının daha bir təzahürüdür.


İranla münasibətlər: qonşuluq və qardaşlıq gündəliyi


Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla görüşü səfərin mühüm məqamlarından biri idi.

Görüş səmimi və dostluq şəraitində keçdi. Söhbət zamanı İran Prezidentinin Azərbaycan tərəfindən göstərilən dəstəyə və humanitar yardıma görə minnətdarlığını ifadə etməsi iki ölkə arasında mövcud münasibətlərin yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmadığını, qarşılıqlı dəstək və qonşuluq əlaqələrinin də önəmli rola malik olduğunu bir daha təsdiqlədi.

Prezident İlham Əliyev də Azərbaycanın İranın üzləşdiyi şəraitdə göstərdiyi yardımın qardaşlıq nümunəsi olduğunu vurğuladı, ölkəmizin yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirdi.

Tərəflərin Azərbaycan-İran əlaqələrinin müxtəlif istiqamətlərdə inkişaf perspektivlərini müzakirə etmələri isə iki qonşu dövlət arasında əməkdaşlığın gələcək gündəliyinin genişləndirilməsi üçün siyasi iradənin mövcudluğunu bir daha ortaya qoydu.


Dünya Köçəri Oyunları: xalqları birləşdirən ortaq irs


Səfərin ilk gününün son tədbiri Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi oldu.

Mədəniyyət, ənənə və idman elementlərini bir araya gətirən Dünya Köçəri Oyunları xalqlar arasında dostluq, qarşılıqlı hörmət və həmrəyliyin təşviq edilməsi baxımından mühüm beynəlxalq platformadır. Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı ölkəmizin Qırğızıstanla yalnız siyasi və iqtisadi deyil, humanitar və mədəni əlaqələrə də xüsusi əhəmiyyət verdiyini nümayiş etdirdi.

Beləliklə, səfərin ilk günü həm Azərbaycan üçün strateji əhəmiyyət daşıyan siyasi məsələlərin, həm də region xalqlarını birləşdirən humanitar dəyərlərin eyni gündə üst-üstə düşməsi ilə yadda qaldı.


Azərbaycan-Türkiyə qardaşlığı Bişkekdə də gündəmdə


Sentyabrın 1-də Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü keçirildi.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq və strateji müttəfiqlik əsasında inkişaf etdiyi vurğulandı. Ölkələrimizin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq həm xoş, həm də çətin günlərdə daim bir-birinin yanında olduğu qeyd edildi.

Regional sülh və sabitliyin möhkəmləndirilməsi, müttəfiqlik münasibətlərinin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında aparılan fikir mübadiləsi Azərbaycan-Türkiyə münasibətlərinin regional gündəlikdən çıxaraq daha geniş məkanı əhatə etdiyini göstərdi.


“ŞƏT plyus” formatında görüşdə Azərbaycanın mesajları


Səfərin ən mühüm hissəsi isə sentyabrın 1-də keçirilən “ŞƏT plyus” formatında görüş oldu. Prezident İlham Əliyevin tədbirdə çıxışı Azərbaycanın yalnız təşkilatla əməkdaşlığa marağını deyil, beynəlxalq münasibətlərin aktual məsələlərinə dair mövqeyini də ortaya qoydu.

Dövlətimizin başçısı çıxışında Qırğızıstanla münasibətlərin yüksək səviyyəsinə diqqət çəkərək, bir ay əvvəl imzalanmış Azərbaycan-Qırğızıstan Müttəfiqlik münasibətləri haqqında Müqavilənin iki ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırdığını bildirdi.

Bu məqam səfərin ümumi siyasi məntiqi baxımından da xüsusi əhəmiyyət daşıyır. Çünki Prezident İlham Əliyevin Bişkekdəki görüşləri bir tərəfdən Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsində inkişaf etdiyini göstərirdisə, digər tərəfdən ölkəmzin Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin regional əməkdaşlığın mühüm komponentinə çevrildiyini nümayiş etdirirdi.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın Ermənistanla sülh prosesində əldə etdiyi nəticələrə də geniş yer ayırdı. O, 30 illik münaqişənin başa çatdığını, Cənubi Qafqazın sülh zonasına çevrilməkdə olduğunu bildirdi. Dövlətimizin başçısı sülh prosesinin artıq iqtisadiyyat və nəqliyyat sahələrində konkret nəticələrlə müşayiət olunduğunu diqqətə çatdıraraq dedi: “Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq”.

Bu yanaşma Azərbaycanın regiona baxışının mühüm xüsusiyyətini də ortaya qoyur: siyasi sülh iqtisadi əməkdaşlıq və nəqliyyat bağlantıları ilə tamamlanmalıdır. Cənubi Qafqazda formalaşan yeni reallıqlar yalnız iki ölkə arasındakı münasibətlərin normallaşmasına deyil, bütövlükdə regionun daha geniş Avrasiya məkanına inteqrasiyasına xidmət edə bilər.

Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə də toxunması Azərbaycanın beynəlxalq hüquq və çoxtərəflilik məsələlərinə münasibətinin təzahürü idi. Dövlətimizin başçısı Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyini vurğulayaraq, BMT qətnamələrinin icrası üçün daha səmərəli mexanizmlərin hazırlanmasının təşkilatın nüfuzunun və münaqişələrin nizamlanmasındakı rolunun güclənməsinə xidmət edə biləcəyini vurğuladı.

Dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycanın bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə töhfə verəcəyinin bildirilməsi ölkəmizin qlobal gündəmdə öz mövqeyini fəal şəkildə müdafiə etmək niyyətini göstərir.

Beləliklə, Bişkek səfəri Azərbaycanın Qırğızıstanla müttəfiqlik, Qazaxıstanla strateji tərəfdaşlıq, Türkiyə iləqardaşlıq və müttəfiqlik, İranla qonşuluq və Ermənistanla sülh gündəliyi üzrə paralel şəkildə fəal siyasət həyata keçirdiyini nümayiş etdirdi. Səfər, həmçinin Azərbaycanın Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi, iqtisadi və nəqliyyat bağlantılarının gücləndirilməsində mühüm rolunu və dəyişən Avrasiya geosiyasi-geoiqtisadi arxitekturasında artan əhəmiyyətini bir daha ortaya qoydu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

F.R.Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilməsi haqqında

00:30
12 Sentyabr

"Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında

00:28
12 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi" publik hüquqi şəxsin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

00:27
12 Sentyabr

Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı  

00:25
12 Sentyabr

“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 609 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:24
12 Sentyabr

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 375-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:22
12 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 14 mart tarixli 58 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nda dəyişiklik edilməsi haqqında

00:20
12 Sentyabr

Əhali kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına xərcləri 33,4 faiz artırıb

19:43
11 Sentyabr

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 faizədək artıb

19:30
11 Sentyabr

İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib

19:13
11 Sentyabr

Qafqaz romantizminin nakam şairi: Nikoloz Barataşvili və Azərbaycan

19:10
11 Sentyabr

ABŞ-də 11 sentyabr terror aktlarının 25-ci ildönümü qeyd olunur

19:07
11 Sentyabr

Diplomatik korpusun nümayəndələri Şuşada YENİLƏNİB 

19:00
11 Sentyabr

Azərbaycan komandası çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirinə qələbə ilə başlayıb

18:55
11 Sentyabr

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib

18:47
11 Sentyabr

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

18:30
11 Sentyabr

SOCAR Bakı İqlim Fəaliyyəti Həftəsində metan emissiyalarının azaldılması strategiyasını təqdim edib

18:23
11 Sentyabr

Azərbaycan muzeylərinin nadir eksponatları: Devis kvadrantı – əsrlər əvvəl dənizçilər Günəşə əsasən yolu necə tapırdılar?

18:15
11 Sentyabr

Ermənistanın mina xəritələrini təqdim etməməsi müharibə fəsadlarının aradan qaldırılmasını çətinləşdirir 

17:49
11 Sentyabr

Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir

15:11
11 Sentyabr

Xankəndidə “Regional məşğulluq ekosisteminin qurulması: İşəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilir

14:45
11 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!