02 Sentyabr 2026 08:50
465
CƏMİYYƏT
A- A+
Ağdamın yeni həyatı Böyük qayıdışla canlanır 

Ağdamın yeni həyatı Böyük qayıdışla canlanır 


Vətən müharibəsində qazandığımız tarixi Zəfər həm də Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq mərhələsinin başlanğıcını qoydu. Bu gün həmin genişmiqyaslı quruculuq prosesinin möhtəşəm ünvanlardan biri Ağdam şəhəridir. İşğal zamanı tamamilə dağıdılmış, xarabalığa çevrilmiş şəhər indi, sözün əsl mənasında, yenidən doğulur.

Bir vaxtlar dağıntılar içərisində olduğuna görə "ruhlar şəhəri" adlandırılan Ağdamın bugünkü mənzərəsi tamam başqadır. Yeni yaşayış kompleksləri, geniş küçələr, kommunikasiya xətləri, sosial və mədəni obyektlər, parklar, istehsal müəssisələri şəhərin simasını sürətlə dəyişir. Ağdam əvvəlki görkəminə, sadəcə, qaytarılmır, müasir şəhərsalma prinsiplərinə, ekoloji və rəqəmsal yanaşmalara əsaslanan yeni şəhər kimi qurulur.

Ağdamın taleyində yeni səhifə 2020-ci ilin noyabrında açıldı. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı Qələbənin nəticəsi olaraq rayonun işğal altında qalan hissəsi Azərbaycana qaytarıldı. Bundan dərhal sonra rayon ərazisinin minalardan təmizlənməsinə, infrastrukturun yaradılmasına və şəhərin gələcək inkişaf modelinin hazırlanmasına başlanıldı. 2021-ci il mayın 28-də Prezident İlham Əliyevin iştirakı ilə Ağdam şəhərinin bərpasının təməli qoyuldu.

İlk mərhələdə əsas diqqət şəhərdə həyatın bərpası üçün zəruri olan baza infrastrukturunun yaradılmasına yönəldildi. Avtomobil və dəmir yolları, elektrik, su, rabitə və digər kommunikasiya sistemləri quruldu. Bərdə-Ağdam avtomobil yolunun istifadəyə verilməsi, dəmir yolu və vağzal infrastrukturunun yaradılması Ağdamın ölkənin nəqliyyat şəbəkəsinə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda Ağdam-Xankəndi istiqamətində nəqliyyat əlaqələrinin yenidən qurulması şəhərin gələcək logistika imkanlarını daha da genişləndirir. Bütün bu işlərin əsas məqsədi isə insanın doğma yurda qayıdışıdır. Böyük qayıdış çərçivəsində Ağdam şəhərində müasir yaşayış məhəllələrinin salınması bu baxımdan önəmlidir. Artıq uzun müddətdir ki, şəhərdə keçmiş məcburi köçkünlərin məskunlaşması prosesi gedir və hər yeni köç Ağdamın həyat ritmini bir qədər də sürətləndirir.

Şəhərin ən iri yaşayış layihələrindən biri 2-ci yaşayış kompleksidir. Təməli 2023-cü ildə qoyulan kompleks 13 hektardan çox ərazini əhatə edir. Burada 11 məhəllədə ümumilikdə 1268 mənzil yaradılıb. Mənzillər bir, iki, üç və dördotaqlı olmaqla müxtəlif ailələrin ehtiyaclarına uyğun layihələndirilib. Binalar daimi su, elektrik və yüksəksürətli internetlə, mənzillər isə istilik və isti su ilə təmin olunub. Kompleks daxilində təxminən 5 kilometr uzunluğunda yollar çəkilib, uşaq və idman meydançaları, velosiped zolaqları, yerüstü və yeraltı avtomobil dayanacaqları yaradılıb.

Yaşayış məhəllələrinin qurulması yalnız mənzil tikintisi ilə məhdudlaşmır. Məktəblərin, uşaq bağçalarının, tibb müəssisələrinin və digər ictimai xidmət obyektlərinin yaradılması qayıdan əhalinin gündəlik ehtiyaclarının elə yaşadığı ərazidə qarşılanmasına imkan verir. Başlıca məqsəd insanları yalnız evlə təmin etmək deyil, onların uzunmüddətli və rahat məskunlaşmasına şərait yaradan bütöv sosial mühit formalaşdırmaqdır.

Yeni Ağdamın qurulmasında ekoloji yanaşma da diqqət mərkəzindədir. Yaşıl zonaların genişləndirilməsi, parkların salınması, piyada və velosiped hərəkətinə uyğun məkanların yaradılması şəhərin gələcək yaşayış keyfiyyətini müəyyən edən əsas amillərdəndir. Bu istiqamətdə mühüm layihələrdən biri Ağdam şəhərinin Mərkəzi parkıdır. Prezident İlham Əliyevin iştirakı ilə 2023-cü il dekabrın 24-də təməli qoyulan parkın ümumi ərazisi 5,5 hektardır. Layihə şəhər sakinləri üçün istirahət məkanı yaratmaqla yanaşı, Ağdamın ekoloji tarazlığının bərpasına da xidmət edir.

Ağdamın dirçəlişi yalnız yeni binaların ucaldılması demək deyil. Şəhərin tarixi yaddaşının qorunması, işğal dövründə dağıdılmış dini və mədəni irsin bərpası da quruculuq siyasətinin ayrılmaz hissəsidir. Ağdam Cümə məscidinin bərpası, Muğam Mərkəzinin yaradılması və digər mədəniyyət layihələri şəhərin tarixi-mənəvi kimliyinin yenidən canlandırılmasına xidmət edir. Bu baxımdan "İmarət" Kompleksi xüsusi əhəmiyyətə malikdir. Qarabağ xanlığının tarixi ilə birbaşa bağlı olan bu məkan işğal illərində ciddi vandalizmə məruz qalmışdı. Burada Qarabağ xanlığının banisi Pənahəli xan, İbrahimxəlil xan və xan nəslinin digər nümayəndələri ilə bağlı tarixi abidələr yerləşir. Xurşidbanu Natəvanın məzarı da bu ərazidədir. Aparılan geniş bərpa, konservasiya və arxeoloji tədqiqatlardan sonra kompleks 2024-cü ildə ziyarətçilərin istifadəsinə verilib. 2025-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə "İmarət" Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması qərara alınıb. Beləliklə, bu tarixi məkan Qarabağın keçmişini gələcək nəsillərə çatdıran mühüm mədəniyyət mərkəzinə çevrilib.

2026-cı il "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasının sonuncu ilidir. Buna görə də əvvəlki illərdə başlanmış bir sıra iri layihələrin tamamlanması, yeni yaşayış sahələrinin istifadəyə verilməsi və qayıdış prosesinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Ağdam şəhərində yeni yaşayış komplekslərində işlər davam etdirilir, rayonun kəndlərində də yaşayış və sosial infrastruktur yaradılır. Baş Qərvənd və Eyvazxanbəyli kəndlərində aparılan tikinti işləri Böyük qayıdışın növbəti mərhələlərində daha çox Ağdam sakininin öz doğma yurduna qovuşmasına imkan verəcək.

Ağdamın yenidən qurulmasının ən mühüm nəticəsi isə şəhərə həyatın qayıtmasıdır. Uzun illər doğma yurd həsrəti ilə yaşayan ailələr indi yeni mənzillərinin qapısını açır, vaxtilə səssizliyə qərq olmuş ərazilərdə yenidən insan səsləri eşidilir. Uşaqların böyüyəcəyi, gənclərin təhsil alacağı, insanların işləyəcəyi və gələcəyini quracağı yeni Ağdam formalaşır. Bu gün Ağdam keçmişin dağıntıları ilə deyil, quruculuğun miqyası ilə diqqət çəkir.

Dünən Ağdam şəhəri daha bir qayıdış karvanını qarşılayıb. Bu mərhələdə 117 ailə olmaqla 362 keçmiş məcburi köçkün əzəli torpaqlarına qovuşub. Bununla da sürətlə artan şəhər sakinlərinin sayı 3350 nəfərə (928 ailə) çatıb. 

 Burada yüksələn hər bina, çəkilən hər yol, salınan hər yaşıllıq zolağı və doğma torpağına dönən hər ailə Böyük qayıdışın real mənzərəsini yaradır. Bir vaxtlar xəritədən silinmək istənilən şəhər indi Qarabağın ən müasir yaşayış, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilir. Ağdamın dirçəlişi yalnız bir şəhərin yenidən qurulması deyil. Bu, Zəfərin quruculuqla davam edən salnaməsi, tarixi ədalətin bərpası və Azərbaycan xalqının öz doğma torpaqlarında qurduğu gələcəyin ifadəsidir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

F.R.Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilməsi haqqında

00:30
12 Sentyabr

"Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında

00:28
12 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi" publik hüquqi şəxsin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

00:27
12 Sentyabr

Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı  

00:25
12 Sentyabr

“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 609 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:24
12 Sentyabr

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 375-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:22
12 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 14 mart tarixli 58 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nda dəyişiklik edilməsi haqqında

00:20
12 Sentyabr

Əhali kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına xərcləri 33,4 faiz artırıb

19:43
11 Sentyabr

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 faizədək artıb

19:30
11 Sentyabr

İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib

19:13
11 Sentyabr

Qafqaz romantizminin nakam şairi: Nikoloz Barataşvili və Azərbaycan

19:10
11 Sentyabr

ABŞ-də 11 sentyabr terror aktlarının 25-ci ildönümü qeyd olunur

19:07
11 Sentyabr

Diplomatik korpusun nümayəndələri Şuşada YENİLƏNİB 

19:00
11 Sentyabr

Azərbaycan komandası çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirinə qələbə ilə başlayıb

18:55
11 Sentyabr

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib

18:47
11 Sentyabr

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

18:30
11 Sentyabr

SOCAR Bakı İqlim Fəaliyyəti Həftəsində metan emissiyalarının azaldılması strategiyasını təqdim edib

18:23
11 Sentyabr

Azərbaycan muzeylərinin nadir eksponatları: Devis kvadrantı – əsrlər əvvəl dənizçilər Günəşə əsasən yolu necə tapırdılar?

18:15
11 Sentyabr

Ermənistanın mina xəritələrini təqdim etməməsi müharibə fəsadlarının aradan qaldırılmasını çətinləşdirir 

17:49
11 Sentyabr

Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir

15:11
11 Sentyabr

Xankəndidə “Regional məşğulluq ekosisteminin qurulması: İşəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilir

14:45
11 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!