02 Sentyabr 2026 08:30
493
SİYASƏT
A- A+
Azərbaycan Avrasiya nəqliyyat marşrutlarının mühüm kəsişmə nöqtəsidir

Azərbaycan Avrasiya nəqliyyat marşrutlarının mühüm kəsişmə nöqtəsidir


Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkek Sammitində və "ŞƏT plyus" formatında keçirilən görüşdə iştirakı həm Azərbaycan, həm də Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov bildirib.

Onun sözlərinə görə, Azərbaycan liderinin ŞƏT-in tədbirlərində iştirakı təşkilatın genişləndiyini, qapılarının yeni tərəfdaşlar üçün açıq olduğunu və birgə layihələrin həyata keçirilməsi imkanlarının artdığını nümayiş etdirir.

"Azərbaycan üçün ŞƏT Avrasiya məkanında əməkdaşlığın ən mühüm istiqamətlərindən biridir. Bu platformada həm iqtisadi, həm də təhlükəsizlik məsələləri müzakirə oluna bilər. Hazırkı sammitin gündəliyinə təhlükəsizlik, milli valyutalarla ticarət, maliyyə hesablaşmalarının inkişafı və ticarət maneələrinin azaldılması daxildir. Bu inteqrasiya prosesləri Avrasiya məkanında qarşılıqlı fəaliyyəti bütün iştirakçılar üçün mümkün qədər səmərəli, açıq və faydalı etməyə xidmət edir", - deyə politoloq bildirib.

D.Solonnikov qeyd edib ki, Azərbaycanın ŞƏT-də tərəfdaş statusu əldə etməsi təşkilatın fəaliyyətində iştirak üçün ölkə qarşısında əlavə imkanlar açır.

Ekspertin sözlərinə görə, bu, Bakıya ŞƏT-ə üzv dövlətlərlə daha etimadlı ikitərəfli dialoq aparmaq, çoxtərəfli görüşlərdə iştirak etmək və birgə layihələri müzakirə etmək imkanı verəcək. "Hazırkı status Azərbaycana təşkilatın fəaliyyətinə daha fəal şəkildə qoşulmaq imkanı verir. ŞƏT-in tamhüquqlu iştirakçıları Bakı ilə gələcək əməkdaşlıq layihələri barədə razılığa gələ bilərlər. Bu, ilkin, lakin çox mühüm addımdır. Gələcəkdə Azərbaycanın təşkilatdakı statusu yüksəldilə bilər", - deyə o hesab edir.

Bakının xarici siyasət kursundan danışan Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Azərbaycanın müstəqil və suveren siyasət yürütdüyünü vurğulayıb. "Ölkə öz milli maraqlarından çıxış edərək fəaliyyət göstərirsə, onun mövqeyi beynəlxalq münasibətlərin bütün iştirakçılarını həmişə razı salmaya bilər. Bu, normal prosesdir. Çin, Hindistan və Rusiya hesab edirlər ki, Azərbaycan beynəlxalq münasibətlərin müstəqil subyekti kimi öz xarici siyasət prioritetlərini özü müəyyənləşdirməlidir", - deyə D.Solonnikov bildirib.

Onun sözlərinə görə, Azərbaycan çoxqütblü dünyanın formalaşmasını və suverenliyə hörməti dəstəkləyən dövlətlərlə əməkdaşlığı inkişaf etdirir, bununla yanaşı, öz beynəlxalq gündəliyindən imtina etmir.

Ekspert Azərbaycanın Avrasiyanın nəqliyyat əlaqələrinin təmin olunması baxımından əhəmiyyətini xüsusilə qeyd edib. O vurğulayıb ki, ölkə ərazisindən Şərqi Qərblə, eləcə də Şimalı Cənubla birləşdirən marşrutlar keçir. "Avrasiyanın şimaldan cənuba və şərqdən qərbə əlaqələndirilməsi vahid logistika strukturunun formalaşdırılmasının ən mühüm elementlərindən biridir. Müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələr mövcuddur. Məhz Azərbaycanda bir neçə mühüm marşrut kəsişir", - deyə politoloq bildirib. O xatırladıb ki, Trans-Xəzər marşrutu Çini və Mərkəzi Asiya dövlətlərini Azərbaycanla birləşdirir, daha sonra Gürcüstan üzərindən Qara dənizə, yaxud Türkiyə üzərindən Aralıq dənizinə çıxır. Eyni zamanda Azərbaycan ərazisindən Rusiyanın Baltik və Şimal dənizlərindəki limanlarını İran və Fars körfəzi ilə birləşdirən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi keçir. Gələcəkdə bu marşrut Hind okeanına, Cənubi Asiya, Şimal-Şərqi Afrika və digər regionların bazarlarına çıxış imkanı yaradır. "Logistika Avrasiya inteqrasiyasının əsas dayaqlarındandır, Azərbaycan isə bu nəqliyyat marşrutlarının mühüm kəsişmə nöqtələrindən biridir", - deyə D.Solonnikov vurğulayıb.

Çin üçün Orta dəhlizin əhəmiyyətinə toxunan ekspert Pekinin çoxvektorlu siyasət yürütdüyünü və eyni vaxtda bir neçə nəqliyyat istiqamətini inkişaf etdirməyə çalışdığını qeyd edib. Onun sözlərinə görə, Xəzər üzərindən keçən dəhliz Çin üçün mühüm və maraqlıdır. Çin çoxsaylı marşrutları inkişaf etdirir: Rusiya, Mərkəzi və Cənubi Asiya, İran və Türkiyə üzərindən, eləcə də dəniz marşrutları. Bu, çoxvektorlu siyasətdir və Orta Dəhliz bu siyasətdə mühüm yer tutur.

D.Solonnikov həmçinin hesab edir ki, Azərbaycanın ŞƏT ilə daha fəal qarşılıqlı fəaliyyəti Cənubi Qafqazda vəziyyətin inkişafına yeni elementlər gətirə bilər. Təşkilatla əməkdaşlıq "3+3" mexanizmi, Xəzər dialoqu və Cənubi Qafqaz dövlətləri arasında qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsi də daxil olmaqla, regional formatlara əlavə impuls verə bilər.

"ŞƏT platforması əlaqələr və dialoq məkanı kimi maraqlıdır. O, Cənubi Qafqazın inkişafı üçün istifadə oluna biləcək yeni imkanlar açır. Azərbaycanın regiona əsas giriş nöqtələrindən biri kimi burada böyük əhəmiyyəti olacaq. Bakı Cənubi Qafqazın gələcək inkişafı ilə bağlı razılaşmalar üçün əsas ola biləcək yeni təşəbbüslər irəli sürə bilər", - deyən D.Solonnikov sözlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

F.R.Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilməsi haqqında

00:30
12 Sentyabr

"Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında

00:28
12 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi" publik hüquqi şəxsin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

00:27
12 Sentyabr

Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı  

00:25
12 Sentyabr

“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 609 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:24
12 Sentyabr

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 375-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:22
12 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 14 mart tarixli 58 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nda dəyişiklik edilməsi haqqında

00:20
12 Sentyabr

Əhali kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına xərcləri 33,4 faiz artırıb

19:43
11 Sentyabr

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 faizədək artıb

19:30
11 Sentyabr

İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib

19:13
11 Sentyabr

Qafqaz romantizminin nakam şairi: Nikoloz Barataşvili və Azərbaycan

19:10
11 Sentyabr

ABŞ-də 11 sentyabr terror aktlarının 25-ci ildönümü qeyd olunur

19:07
11 Sentyabr

Diplomatik korpusun nümayəndələri Şuşada YENİLƏNİB 

19:00
11 Sentyabr

Azərbaycan komandası çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirinə qələbə ilə başlayıb

18:55
11 Sentyabr

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib

18:47
11 Sentyabr

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

18:30
11 Sentyabr

SOCAR Bakı İqlim Fəaliyyəti Həftəsində metan emissiyalarının azaldılması strategiyasını təqdim edib

18:23
11 Sentyabr

Azərbaycan muzeylərinin nadir eksponatları: Devis kvadrantı – əsrlər əvvəl dənizçilər Günəşə əsasən yolu necə tapırdılar?

18:15
11 Sentyabr

Ermənistanın mina xəritələrini təqdim etməməsi müharibə fəsadlarının aradan qaldırılmasını çətinləşdirir 

17:49
11 Sentyabr

Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir

15:11
11 Sentyabr

Xankəndidə “Regional məşğulluq ekosisteminin qurulması: İşəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilir

14:45
11 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!