16 Yanvar 2026 00:50
171
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, "Nəqliyyat haqqında" və "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, "Nəqliyyat haqqında" və "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 13-cü və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493, № 7, maddə 744, № 12 (I kitab), maddə 1281; 2025, №1, maddə 17, № 3, maddə 216, № 4 (I kitab), maddələr 315, 318, № 6, maddələr 523, 524, 536, № 7, maddələr 610, 626, № 8, maddələr 738, 741, 743, 744; Azərbaycan Respublikasının 2025-ci il 10 oktyabr tarixli 265-VIIQDnömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 379-cu maddə üzrə:

1.1.1. 379.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 379.1.7-ci maddə əlavə edilsin:

"379.1.7. ekspeditora qarşı nəqliyyat-ekspedisiya müqaviləsinin icrasından yaranan pretenziya verildikdə.";

1.1.2. aşağıdakı məzmunda 379.4-2-ci maddə əlavə edilsin:

"379.4-2. Ekspeditora qarşı nəqliyyat-ekspedisiya müqaviləsinin icrasından yaranan pretenziyanın verilməsi ilə əlaqədar iddia müddətinin axımı həmin pretenziyanın ekspeditora verildiyi gündən etibarən pretenziyaya cavab alınanadək və ya cavab üçün müəyyən edilmiş müddət bitənədək dayandırılır.";

1.2. 851-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 851. Yük göndərən, yük alan və daşıyıcı

851.1. Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı yük daşınması müqaviləsi əsasında və haqq müqabilində baqaj, yük və ya poçt daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır.

851.2. Daşıyıcılar yükün daşınması ilə bağlı sifarişlər daxil olduqda həmin sifarişlərin normativ hüquqi aktlara və daşıyıcıların müəyyən etdiyi tələblərə zidd olmaması şərtilə yük daşınması müqaviləsini bağlayırlar. Həmin müqavilənin imzalanmasına sifarişlərin daxil olduğu gündən etibarən ən geci 5 (beş) iş günü ərzində, tez xarab olan yüklərə münasibətdə isə 2 (iki) iş günü ərzində razılıq verilməli, eləcə də müqavilə imzalandıqdan sonra yük göndərənin müəyyən etdiyi yerdə və tarixdə daşınmanın həyata keçirilməsinə başlanılmalıdır."; 

1.3. 852-ci maddə üzrə:

1.3.1. 852.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"852.1. Ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müəyyənləşdirilən nəqliyyat-ekspedisiya xidmətlərini müştərinin tapşırığı və vəsaiti hesabına göstərən və ya üçüncü şəxslər vasitəsilə göstərilməsini təşkil edən hüquqi şəxs və ya fərdi sahibkardır.";

1.3.2. 852.2-ci maddəyə "göndərənin" sözündən sonra "və ya yük alanın" sözləri əlavə edilsin; 

1.3.3. 852.3-cü maddənin birinci və beşinci cümlələrində "göstərişlərinə" sözü "tapşırıqlarına" sözü ilə əvəz edilsin;

1.3.4. 852.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.";

1.3.5. 852.5-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 18.1.10-cu maddəsində qeyd edilən hal istisna olmaqla, ekspeditor yük göndərənin tapşırıqlarından bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır.";

1.3.6. aşağıdakı məzmunda 852.6-cı maddə əlavə edilsin:

"852.6. Nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı münasibətlər bu Məcəllənin, Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin, "Nəqliyyat haqqında", "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanunlarının və bu sahədə Azərbaycan Respublikasının digər normativ hüquqi  aktlarının tələblərinə uyğun olaraq tənzimlənir.";

1.4. 859-cu maddə üzrə:

1.4.1. 859.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"859.1. Yükün itirildiyi, məhv olduğu, əskik çıxdığı və ya zədələndiyi (xarab olduğu), eləcə də bu Məcəllənin 851.2-ci maddəsinin tələblərini pozduğu halda daşıyıcı dəymiş zərərin və müştərinin əldən çıxmış gəlirlərinin tam dəyərini ödəyir, eləcə də daşıma haqqını qaytarır. Əgər yükdaşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, eləcə də müqavilə ilə müəyyən edilmiş çatdırılma müddətinin bitdiyi tarixdən 30 (otuz) gün sonra yük alana təhvil verilməzsə, əksi sübut edilənədək yük itirilmiş sayılır.";

1.4.2.859.3-cü maddənin birinci abzası aşağıdakı redaksiyada verilsin:

"859.3. Əgər daşıyıcı yükün itirilməsinin, məhvinin,əskik çıxmasının və ya zədələnməsinin (xarab olmasının), habelə bu Məcəllənin 851.2-ci maddəsinin tələblərinin pozulmasının aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir:";

1.5. 861-ci maddə üzrə:

1.5.1.861.1-ci maddənin birinci cümləsinə birinci halda "gündən" sözündən sonra ", bu Məcəllənin 851.2-ci maddəsində qeyd edilən yük daşınması müqaviləsi bağlanılmadığı halda həmin müqavilənin bağlanılmalı olduğu sonuncu gündən" sözləri əlavə edilsin; 

1.5.2.861.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"861.2. Nəqliyyat-ekspedisiya xidmətləri ilə əlaqədar ekspeditora qarşı yaranan tələblər üzrə pretenziya verilməsi və iddia qaldırılması "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci və 28-ci maddələrinə uyğun həyata keçirilir.".

Maddə 2. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 444 (Cild I); 2024, № 2, maddə 134, № 4, maddə 365; 2025, № 1, maddə 1)aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 3-1-ci maddə əlavə edilsin:

"Maddə 3-1. Ticarət gəmiçiliyi sahəsində nəqliyyat-ekspedisiya xidmətləri

Ticarət gəmiçiliyi sahəsində nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı münasibətlər bu Məcəllənin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, "Nəqliyyat haqqında" və "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq tənzimlənir.";

2.2.  87.6-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"87.6-1. Ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müəyyənləşdirilən nəqliyyat-ekspedisiya xidmətlərini müştərinin tapşırığı və vəsaiti hesabına göstərən və ya üçüncü şəxslər vasitəsilə göstərilməsini təşkil edən hüquqi şəxs və ya fərdi sahibkardır.";

2.3.  313.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"313.4. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi (ekspeditor xidmətlərinin şəxsi, ailə, məişət və sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan digər tələbatların ödənilməsi üçün göstərilməsi zamanı iddianın qaldırılması istisna olmaqla) məcburidir.";

2.4. 314.2-ci maddəyə "verilməsi" sözündən sonra "yük-nəqliyyat sənədində," sözləri əlavə edilsin;

2.5. 317.1-ci maddəyə "yazılı" sözündən sonra "(kağız daşıyıcıda və ya elektron sənəd formasında)" sözləri əlavə edilsin.

Maddə 3. "Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 399 (Cild I); 2025, № 4 (I kitab), maddə 319, № 6, maddə 524) aşağıdakı dəyişikliklər edilsin:

3.1.  9-cu maddəyə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:

"4. Nəqliyyat sahəsində nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı münasibətlər bu Qanunun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin və "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.";

3.2. 19-cu maddənin 3-cü hissəsində "iddia qaldırılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 861.2-ci maddəsinə" sözləri "pretenziya və iddia qaldırılması "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci və 28-ci maddələrinə" sözləri ilə əvəz edilsin.

Maddə 4. "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 599 (Cild I); 2024, № 8, maddə 932; Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 280-VIIQD nömrəli Qanunu) 2-ci maddəsinin mətni 2.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 2.2-ci maddə əlavə edilsin:

"2.2. Avtomobil nəqliyyatı sahəsində nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin, "Nəqliyyat haqqında" və "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq tənzimlənir.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 16 dekabr 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında

00:55
16 Yanvar

"Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2025-ci il 16 dekabr tarixli 311-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə  

00:53
16 Yanvar

"Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:52
16 Yanvar

"Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 323-VIIQD nömrəli Qanununun tətbiqi haqqında

00:52
16 Yanvar

"Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:51
16 Yanvar

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:51
16 Yanvar

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, "Nəqliyyat haqqında" və "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:50
16 Yanvar

"Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 oktyabr tarixli 1465 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan qurumların siyahısı"nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli 435 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

00:49
16 Yanvar

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

00:48
16 Yanvar

Ağ Ev İranda planlaşdırılan 800 edamın dayandırıldığını açıqlayıb  

23:37
15 Yanvar

Heydər Əliyev Sarayında Rəşid Behbudovun 110 illiyinə həsr olunan yaradıcılıq gecəsi keçirilib  

22:47
15 Yanvar

İsrail hava qüvvələri Livanın üç bölgəsində “Hizbullah”ın bazalarına zərbələr endirib  

21:49
15 Yanvar

Pentaqon Latın Amerikasının Rusiya və Çinlə əlaqələrini məhdudlaşdırmaq niyyətində olduğunu açıqlayıb  

21:27
15 Yanvar

“mygov” platforması adından yayılan saxta elanlarla bağlı XƏBƏRDARLIQ  

21:07
15 Yanvar

ABŞ İran rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib  

20:54
15 Yanvar

Avstraliyada 5 milyona yaxın hesab deaktiv edilib

19:51
15 Yanvar

Oğuzda palıd ağaclarını kəsməkdə şübhəli bilinən şəxs saxlanılıb  

19:41
15 Yanvar

Ukraynada komendant saatının ləğvi məsələsinə aydınlıq gətirilib  

19:03
15 Yanvar

Qış depressiyasını necə aradan qaldırmaq olar?  

18:36
15 Yanvar

NATO Almaniyada genişmiqyaslı hərbi təlimlərə başlayıb

18:24
15 Yanvar

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq məsələləri müzakirə edilib

18:17
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!