17 Yanvar 2026 02:10
146
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci, 7-ci, 11-ci, 15-ci, 16-cı və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934; 2025, № 1, maddələr 1, 16, № 2, maddə 96, № 4 (I kitab), maddə 322, № 7, maddələr 606, 608) aşağıdakı dəyişikliklər edilsin:

1.1. preambulanın ikinci hissəsinin dördüncü abzasından və 2-ci maddənin 1-ci hissəsindən “hakimiyyəti” sözü çıxarılsın;

1.2. 3-cü maddə üzrə:

1.2.1. 1-ci hissəyə “mülkiyyətçinin” sözündən əvvəl “dövlət və ya bələdiyyə orqanı (qurumu),” sözləri əlavə edilsin;

1.2.2. aşağıdakı məzmunda 2-2-ci hissə əlavə edilsin:

“2-2. Ailə vəzifələri olan işçi – tibbi rəyə əsasən qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə (ərinə (arvadına), valideynlərinə, övladlığa götürənlərə, uşaqlarına, o cümlədən övladlığa götürülən uşaqlara) və qəyyumluğunda (himayəsində) olan digər şəxslərə, habelə himayədar ailə (valideyn) olaraq ona verilmiş uşağa qulluq (köməklik) göstərilməsi ilə əlaqədar əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək və ya işdə irəli çəkilmək imkanları məhdudlaşan işçi.”;

1.2.3. 3-cü hissəyə “habelə” sözündən sonra “hüquqi şəxs yaratmadan sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətini (xüsusi notarius, vəkillik və mediator fəaliyyətini) həyata keçirən vergi ödəyicisi olan” sözləri əlavə edilsin;

1.2.4. 7-ci hissəyə birinci halda “və” sözündən sonra “(və ya)” sözləri əlavə edilsin;

1.2.5. aşağıdakı məzmunda 9-1-ci və 9-2-ci hissələr əlavə edilsin:

“9-1. Ezamiyyət – işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin müəyyən olunmuş müddətə iş yerindən başqa yerə işəgötürənin qanunauyğun tapşırığını yerinə yetirmək üçün getməsi.

9-2. Məsafədən (distant) iş – əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsi.”;

1.3. 4-cü maddə üzrə:

1.3.1. 2-ci hissəyə “evində” sözündən sonra “, habelə məsafədən (distant) iş formasında” sözləri əlavə edilsin;

1.3.2. 3-cü hissədə “təşkilatlar” sözü “təşkilatların” sözü ilə, “müəssisələrinə” sözü “müəssisələrinin elmi və pedaqoji işçilərinə” sözləri ilə əvəz edilsin;

1.4. 5-ci maddənin 2-ci hissəsinin ikinci cümləsində “qulluqçuların” sözü “şəxslərin” sözü ilə əvəz edilsin;

1.5. 6-cı maddənin “ç” bəndindən “fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə)” sözləri çıxarılsın;

1.6. 9-cu maddənin birinci hissəsi üzrə:

1.6.1. “b” bəndində “şərtlərini dəyişdirmək və ya onu ləğv etmək” sözləri “şərtlərinin dəyişdirilməsi və ya ona xitam verilməsi” sözləri ilə əvəz edilsin;

1.6.2. “o” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda “ö” bəndi əlavə edilsin:

“ö) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş ezamiyyə xərcləri normalarından az olmayan məbləğdə ezamiyyə xərclərini almaq.”;

1.7. 10-cu maddənin birinci hissəsi üzrə:

1.7.1. “b” bəndində “müəssisədaxili” sözü “daxili” sözü ilə əvəz edilsin;

1.7.2. “d” bəndində “sirrini, habelə işəgötürənin kommersiya” sözləri “, kommersiya və vergi” sözləri ilə əvəz edilsin;

1.7.3. “f” bəndi “g” bəndi hesab edilsin və aşağıdakı məzmunda “f” bəndi əlavə edilsin:

“f) bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək;”;

1.8. aşağıdakı məzmunda 10-1.7-ci maddə əlavə edilsin:

“10-1.7. Bu Məcəllənin 10-1.2-ci və ya 10-1.3-cü maddələrinə əsasən çalışma müddətinin uzadılması işəgötürənin əmri (qərarı, sərəncamı) ilə rəsmiləşdirilir. Bu halda, işçinin əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməsinə və uzadılan müddətə müddətli əmək müqaviləsinin bağlanılmasına yol verilmir.”;

1.9. 11-ci maddənin 1-ci hissəsi üzrə:

1.9.1. “b” bəndində “müqavilələrini ləğv etmək” sözləri “müqavilələrinə xitam vermək” sözləri ilə əvəz edilsin;

1.9.2. “d” bəndində “müəssisədaxili” sözü “daxili” sözü ilə əvəz edilsin;

1.9.3. “ğ” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda “h” bəndi əlavə edilsin:

“h) bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işçiləri ezamiyyətə göndərmək.”;

1.10. 12-ci maddənin 1-ci hissəsinin “c” bəndində “müqavilələrini” sözü “müqavilələrinə” sözü ilə, “pozmaq” sözü “xitam vermək” sözləri ilə əvəz edilsin;

1.11. 14-cü maddə üzrə:

1.11.1. adından “hakimiyyəti” sözü çıxarılsın;

1.11.2. 3-cü hissə üzrə:

1.11.2.1. birinci abzasın ikinci cümləsində “Həmin” sözü “Müvafiq” sözü ilə əvəz edilsin;

1.11.2.2. ikinci abzas aşağıdakı redaksiyada verilsin:

“əmək münasibətlərinin tənzimlənməsi məqsədilə müvafiq normativ hüquqi aktlar qəbul edir;”;

1.12. 16-cı maddə üzrə:

1.12.1. 1-ci hissənin birinci abzası üzrə:

1.12.1.1. “milliyyətinə” sözü “etnik mənsubiyyətinə” sözləri ilə əvəz edilsin;

1.12.1.2. “ictimai-sosial” sözləri çıxarılsın;

1.12.1.3. “ailə vəziyyətinə” sözlərindən sonra “və ailə vəzifələrinə” sözləri, “hər hansı” sözlərindən sonra “birbaşa və ya dolayı” sözləri əlavə edilsin;

1.12.2. 2-ci hissəyə “əlilliyi olan şəxslərə,” sözlərindən sonra “ailə vəzifələri olan işçilərə,” sözləri əlavə edilsin;

1.13. 17-ci maddənin 1-ci hissəsinin birinci cümləsinə “xitam veriləcəyi” sözlərindən sonra “, əmək müqaviləsində və ya kollektiv müqavilədə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan məhrum ediləcəyi” sözləri əlavə edilsin;

1.14. 21-ci maddə üzrə:

1.14.1. adına və 1-ci hissəyə “Müəssisələrdə” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində” sözləri əlavə edilsin;

1.14.2. 2-ci hissədə “Müəssisənin mülkiyyətçisi (işəgötürəni)” sözləri “İşəgötürən” sözü ilə əvəz edilsin;

1.14.3. 3-cü hissəyə “Müəssisələrdə” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində” sözləri əlavə edilsin;

1.14.4. “Qeyd” hissəsində “sədrlər (direktorlar)” sözləri “himayəçilik” sözü ilə əvəz edilsin;

1.15. 25-ci maddə üzrə:

1.15.1. 1-ci hissədən “səlahiyyətləri daxilində” sözləri çıxarılsın;

1.15.2. 3-cü hissəyə “müəssisədə” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində” sözləri əlavə edilsin;

1.15.3. 4-cü hissədə “müəssisə daxilində” sözləri “müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində” sözləri ilə əvəz edilsin;

1.16. 26-cı maddənin 4-cü hissəsinin ikinci cümləsində “və ya kommersiya” sözləri “, kommersiya və (və ya) vergi” sözləri ilə əvəz edilsin;

1.17. 27-ci maddənin 1-ci hissəsinin birinci cümləsindən “aylıq” sözü çıxarılsın;

1.18. 28-ci maddə üzrə:

1.18.1. 2-ci hissəyə “Müəssisədə” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində” sözləri əlavə edilsin;

1.18.2. 3-cü hissəsinin birinci cümləsinə “bölmələrində” sözündən sonra “, habelə fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində” sözləri əlavə edilsin;

1.19. 29-cu maddənin ikinci cümləsinə “Müəssisədə” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində” sözləri əlavə edilsin;

1.20. 31-ci maddə üzrə:

1.20.1. 2-ci hissə üzrə:

1.20.1.1. birinci abzasdan “, bir qayda olaraq,” sözləri çıxarılsın;

1.20.1.2. “a” bəndində “müəssisənin istehsal” sözləri “istehsalatın” sözü ilə, “fəaliyyətinin” sözü “fəaliyyətin” sözü ilə əvəz edilsin;

1.20.1.3. “ı” bəndində “müqaviləsi ləğv edilərkən” sözləri “müqaviləsinə xitam verilərkən” sözləri ilə əvəz edilsin;

1.20.1.4. “j” bəndindən “müəssisənin” sözü çıxarılsın;

1.20.2. 3-cü hissəyə “müəssisənin” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənin” sözləri əlavə edilsin;

1.21. 32-ci maddə üzrə:

1.21.1. 4-cü hissədə “hallardan başqa müəssisədə” sözləri “, eləcə də fiziki şəxs olan işəgötürənin vergi uçotundan çıxarıldığı hallar istisna olmaqla, işəgötürən tərəfindən” sözləri ilə əvəz edilsin;

1.21.2. 7-ci hissəyə “müəssisənin” sözündən sonra “və fiziki şəxs olan işəgötürənin” sözləri əlavə edilsin;

1.22. 36-cı maddə üzrə:

1.22.1. 1-ci hissənin “a” bəndi aşağıdakı redaksiyada verilsin:

“a) Baş kollektiv saziş – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), həmkarlar ittifaqlarının və işəgötürənlərin ümumrespublika (respublika) birlikləri arasında;”;

1.22.2. 2-ci hissədən “Baş,” sözü çıxarılsın və həmin hissədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

1.23. 38-ci maddənin 2-ci hissəsi üzrə:

1.23.1. “a” bəndində “və müəssisələrin” sözləri “, müəssisələrin və fiziki şəxs olan işəgötürənlərin” sözləri ilə əvəz edilsin;

1.23.2. “g” bəndinə “müəssisələrdə” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində” sözləri əlavə edilsin;

1.23.3. “i” bəndinə “müəssisələrə” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənlərə” sözləri əlavə edilsin;

1.24. 40-cı maddənin 2-ci hissəsinə “işəgötürənlərinin” sözündən sonra “, fiziki şəxs olan işəgötürənlərin” sözləri əlavə edilsin;

1.25. aşağıdakı məzmunda 41-1-ci maddə əlavə edilsin:

“Maddə 41-1. Əmək və sosial məsələlər üzrə üçtərəfli komissiya

Azərbaycan Respublikasında sosial-əmək münasibətlərinin tənzimlənməsinə dəstək vermək, sosial sabitliyi qorumaq, kollektiv danışıqların aparılması və Baş kollektiv sazişin layihəsinin hazırlanması üzrə işləri əlaqələndirmək, sosial təminat sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı məsləhətləşmələr aparmaq və tərəflərin mövqelərini razılaşdırmaq məqsədilə tərəflərin hüquq bərabərliyi prinsipi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), həmkarlar ittifaqlarının və işəgötürənlərin ümumrespublika (respublika) birliklərinin birgə qərarı ilə bərabər sayda səlahiyyətli nümayəndələrindən ibarət daimi fəaliyyət göstərən əmək və sosial məsələlər üzrə üçtərəfli komissiya yaradılır.”;

1.26. 43-cü maddənin 2-ci hissəsinin “b” bəndinə “dövlət” sözündən sonra “və ya bələdiyyə” sözləri əlavə edilsin;

1.27. 46-cı maddə üzrə:

1.27.1. 4-cü hissənin üçüncü cümləsində “qəyyumlarından” sözü “himayəçilərindən” sözü ilə əvəz edilsin;

1.27.2. 5-ci hissənin birinci cümləsində “müqaviləsi” sözü “müqaviləsinin” sözü ilə əvəz edilsin və həmin cümlədən “etibarsız hesab edilə və ya” sözləri çıxarılsın;

1.28. 47-ci maddənin birinci hissəsi üzrə:

1.28.1. birinci abzasda “müqaviləsi” sözü “müqaviləsinin” sözü ilə, “bağlanıla bilər” sözləri “bağlanılmasına yol verilir” sözləri ilə əvəz edilsin;

1.28.2. “a” bəndində “işçi” sözü “şəxs” sözü ilə əvəz edilsin;

1.28.3. “ğ” bəndi “x” bəndi hesab edilsin və aşağıdakı məzmunda “ğ” və “h” bəndləri əlavə edilsin:

“ğ) təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda;

h) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi əsasında Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunduqda;”;

1.29. 48-ci maddə üzrə:

1.29.1. 3-cü hissədə “müqaviləsi bağlanıla bilər” sözləri “müqaviləsinin bağlanılmasına yol verilir” sözləri ilə əvəz edilsin;

1.29.2. aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:

“5-1. İşçinin əmək və sosial hüquqları ilə bağlı təminatlarının və güzəştlərinin təmin edilməsi məqsədilə əmək münasibətləri ilə əlaqəli digər sənədlər (himayəsində olan ailə üzvlərinin sayı, əlilliyi olan şəxs olması, müharibə veteranı, məcburi köçkün statusu və s. barədə) işçi tərəfindən könüllü olaraq təqdim olunur.”;

1.30. 50-ci maddənin 1-ci və 4-cü hissələri aşağıdakı redaksiyada verilsin:

“1. Yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq müəyyən vəzifələri (peşələri) tutmaq üçün işəgötürən müsabiqə elan edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası almış şəxslər cəzasının müddətinin bitməsinə bir ay qalmış müsabiqəyə çıxarılan həmin vəzifə (peşə) üzrə müsabiqədə iştirak edə bilərlər.”;

“4. Müsabiqənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla işəgötürən tərəfindən bu Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş prinsiplərə zidd olmamaqla müəyyən edilir.”;

1.31. 53-cü maddə üzrə:

1.31.1. 3-cü hissə ləğv edilsin;

1.31.2. 4-cü hissəyə “müqaviləsinə” sözündən sonra “həmin müddət ərzində” sözləri, “sərəncamı” sözündən sonra “, qərarı” sözü əlavə edilsin;

1.32. 55-ci maddə üzrə:

1.32.1. mətni 1-ci hissə hesab edilsin və həmin hissənin birinci cümləsindən birinci halda “əlavə” sözü çıxarılsın;

1.32.2. aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:

“2. Əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi ilə müəyyən edilir.”;

1.33. 56-cı maddə üzrə:

1.33.1. 2-ci hissənin birinci cümləsinə “sərəncamı” sözündən sonra “, qərarı” sözü əlavə edilsin;

1.33.2. 4-cü hissə üzrə:

1.33.2.1. birinci cümləyə “müəssisədə” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində” sözləri əlavə edilsin;

1.33.2.2. ikinci cümlədə “görə bilər” sözləri “görür” sözü ilə əvəz edilsin;

1.34. 58-ci maddə üzrə:

1.34.1. 6-cı hissədə “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilsin;

1.34.2. 7-ci hissədən “hakimiyyəti” sözü çıxarılsın;

1.35. 59-cu maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 59. Başqa işə keçirmə

1. İşçinin başqa işə keçirilməsinə onun razılığı ilə əmək müqaviləsinə dəyişiklik edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.

2. İşçinin başqa işə keçirilməsi dedikdə, işçi tərəfindən əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsi başa düşülür.”;

1.36. 61-ci maddə üzrə:

1.36.1. 2-ci hissə üzrə:

1.36.1.1. birinci cümlədə “Boş” sözü “Vakant” sözü ilə əvəz edilsin;

1.36.1.2. ikinci cümlədə hər iki halda “boş” sözü “vakant” sözü ilə, “əlavə əmək haqqı” sözləri “əməkhaqqına əlavə” sözləri ilə əvəz edilsin;

1.36.2. 3-cü hissə üzrə:

1.36.2.1. birinci cümlədə “Boş” sözü “Vakant” sözü ilə əvəz edilsin;

1.36.2.2. ikinci cümlədə “boş” sözü “vakant” sözü ilə əvəz edilsin;

1.36.3. 4-cü hissə üzrə:

1.36.3.1. birinci cümlədə hər dörd halda “boş” sözü “vakant” sözü ilə əvəz edilsin;

1.36.3.2. ikinci cümlədə “boş” sözü “vakant” sözü ilə, “əlavə əməkhaqqı” sözləri “əməkhaqqına əlavə” sözləri ilə əvəz edilsin;

1.37. 62-ci maddə üzrə:

1.37.1. 1-ci hissə üzrə:

1.37.1.1. “b” bəndinə “yetirmədikdə” sözündən sonra “, habelə icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar edildikdə” sözləri əlavə edilsin;

1.37.1.2. “ç” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda “d” və “e” bəndləri əlavə edilsin:

“d) müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştirak etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırdıqda;

e) əmək vəzifələrinin pozulması halının araşdırılmasına maneçilik törətdikdə.”;

1.37.2. 2-ci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İşəgötürən işçinin işdən kənar edilməsi üçün əsas olan hal aradan qaldırılanadək işçini işdən kənarlaşdıra bilər.”;

1.37.3. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1. İşçinin işdən kənarlaşdırıldığı müddət hər bir konkret halın xarakterinə, işçinin işdən kənarlaşdırıldığı müddətdə həmin halın aradan qalxmasına və ya davam etməsi ondan asılı olan hallarla bağlı işçinin etdiyi hərəkətlərə (hərəkətsizliklərə) uyğun olaraq işəgötürən tərəfindən müəyyən edilir. İşəgötürən işçinin işdən kənarlaşdırılması barədə əmrini (sərəncamını, qərarını) vaxtından əvvəl ləğv edə bilər.”;

1.38. 63-cü maddə üzrə:

1.38.1. 1-ci hissənin ikinci cümləsində “müqavilələri” sözü “müqavilələrinə” sözü ilə, “ləğv edilə” sözləri “xitam verilə” sözləri ilə əvəz edilsin;

1.38.2. 3-cü hissənin birinci cümləsində “müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi” sözləri “müqavilələrinə kütləvi şəkildə xitam verilməsi” sözləri ilə əvəz edilsin;

1.38.3. “Qeyd” hissəsi üzrə:

1.38.3.1. birinci abzasda “müqavilələrinin” sözü “müqavilələrinə” sözü ilə, “ləğv edilməsi” sözləri “xitam verilməsi” sözləri ilə əvəz edilsin;

1.38.3.2. dördüncü abzasda “müqavilələrinin ləğv edilməsi” sözləri “müqavilələrinə xitam verilməsi” sözləri ilə əvəz edilsin;

1.39. 65-ci maddə üzrə:

1.39.1. 2-ci hissənin birinci cümləsi çıxarılsın;

1.39.2. 3-cü hissənin birinci cümləsinə “sərəncamı” sözündən sonra “, qərarı” sözü əlavə edilsin;

1.39.3. 4-cü hissənin ikinci cümləsinə “sərəncamla” sözündən sonra “, qərarla” sözü əlavə edilsin;

1.39.4. 5-ci hissənin birinci cümləsində “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilsin;

1.40. 67-ci maddə üzrə:

1.40.1. 1-ci hissədə “müqaviləsi” sözü “müqaviləsinə” sözü ilə, “ləğv edilə” sözləri “xitam verilə” sözləri ilə əvəz edilsin;

1.40.2. 4-cü hissədə “müqavilələri ləğv edilə” sözləri “müqavilələrinə xitam verilə” sözləri ilə əvəz edilsin;

1.40.3. 6-cı hissədə “müqaviləsi ləğv edilən” sözləri “müqaviləsinə xitam verilən” sözləri ilə əvəz edilsin;

1.41. 67-1-ci maddənin 5-ci hissəsində və 67-2-ci maddənin 4-cü hissəsində “müqaviləsinin” sözü “müqaviləsinə” sözü ilə, “ləğv edilməsi” sözləri “xitam verilməsi” sözləri ilə əvəz edilsin;

1.42. 69-cu maddə üzrə:

1.42.1. adı aşağıdakı redaksiyada verilsin:

“Maddə 69. Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi”;

1.42.2. 1-ci hissədə “müqaviləsini ləğv edə” sözləri “müqaviləsinə xitam verə” sözləri ilə əvəz edilsin;

1.42.3. 3-cü hissədən “və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda” sözləri çıxarılsın və həmin hissədə “müqaviləsi ləğv edilə” sözləri “müqaviləsinə xitam verilə” sözləri ilə əvəz edilsin;

1.42.4. 3-1-ci hissədə “müqaviləsi ləğv edilə” sözləri “müqaviləsinə xitam verilə” sözləri ilə əvəz edilsin;

1.42.5. 4-cü hissə üzrə:

1.42.5.1. birinci cümlədə “müqaviləsini ləğv etmək” sözləri “müqaviləsinə xitam vermək” sözləri ilə əvəz edilsin və həmin cümləyə “ərizə vermiş” sözlərindən sonra “və ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyən” sözləri əlavə edilsin;

1.42.5.2. ikinci cümlədə “müqaviləsi ləğv edilə” sözləri “müqaviləsinə xitam verilə” sözləri ilə əvəz edilsin;

1.42.5.3. dördüncü cümlədə “müqaviləsi” sözü “müqaviləsinə” sözü ilə, “ləğv edildikdən” sözləri “xitam verildikdən” sözləri ilə əvəz edilsin;

1.42.6. 5-ci hissədə “müqaviləsinin ləğv edilməsinə” sözləri “müqaviləsinə xitam verilməsinə” sözləri ilə əvəz edilsin;

1.42.7. 6-cı hissənin birinci və ikinci cümlələrində “müqaviləsinin ləğv edilməsi” sözləri “müqaviləsinə xitam verilməsi” sözləri ilə əvəz edilsin;

1.42.8. 7-ci hissədə “müqaviləsini ləğv etməyə” sözləri “müqaviləsinə xitam verməyə” sözləri ilə əvəz edilsin;

1.43. 70-ci maddə üzrə:

1.43.1. adında “müqaviləsinin ləğv edilməsinin” sözləri “müqaviləsinə xitam verilməsinin” sözləri ilə əvəz edilsin;

1.43.2. birinci abzasda “müqaviləsi” sözü “müqaviləsinə” sözü ilə, “ləğv edilə” sözləri “xitam verilə” sözləri ilə əvəz edilsin;

1.43.3. “a” bəndinə “ləğv edildikdə” sözlərindən sonra “və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə” sözləri əlavə edilsin;

1.44. 71-ci maddə üzrə:

1.44.1. adında “müqaviləsi” sözü “müqaviləsinə” sözü ilə, “ləğv edilərkən” sözləri “xitam verilərkən” sözləri ilə əvəz edilsin;

1.44.2. 2-ci hissədə “müqaviləsinin ləğv edilməsinə” sözləri “müqaviləsinə xitam verilməsinə” sözləri ilə əvəz edilsin;

1.44.3. 3-cü hissədə “müqaviləsinin ləğv edilməsinin” sözləri “müqaviləsinə xitam verilməsinin” sözləri ilə əvəz edilsin;

1.45. 72-ci maddənin birinci hissəsi üzrə:

1.45.1. “d” bəndində “qəsdən istehsal, kommersiya və ya dövlət” sözləri “dövlət, kommersiya və (və ya) vergi” sözləri ilə əvəz edilsin;

1.45.2. “f” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda “g” bəndi əlavə edilsin:

“g) “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması.”;

1.46. 73-cü maddənin adından “qaydası” sözü çıxarılsın;

1.47. 74-cü maddə üzrə:

1.47.1. 1-ci hissə üzrə:

1.47.1.1. “c” bəndi aşağıdakı redaksiyada verilsin:

“c) qanunla daha uzun müddət müəyyən edilməmişdirsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə davamlı itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə və fərdi reabilitasiya proqramına uyğun olaraq iş yerinin uyğunlaşdırılması və ya yüngül işə keçirilməsi mümkün olmadıqda;”;

1.47.1.2. “ə” bəndinə “müəssisədə” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində” sözləri əlavə edilsin;

1.47.2. 2-ci hissə üzrə:

1.47.2.1. birinci cümlədə “Əgər qanunsuz” sözləri “Qanunsuz” sözü ilə əvəz edilsin;

1.47.2.2. ikinci cümlədə “Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla” sözləri “maddənin 1-ci hissəsinin “b” bəndinə əsasən” sözləri ilə əvəz edilsin;

1.47.3. aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“3. Bu maddənin birinci hissəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərkən, işəgötürən əlilliyi müəyyən edilmiş işçinin fərdi reabilitasiya proqramına uyğun olaraq iş yerinin uyğunlaşdırılmasının və ya yüngül işə keçirilməsinin mümkün olmamasını əsaslandırmalıdır.”;

1.47.4. “Qeyd” hissəsi üzrə:

1.47.4.1. birinci və ikinci cümlələrdə “tam” sözü “davamlı” sözü ilə əvəz edilsin;

1.47.4.2. beşinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Əlillik müəyyən edilmədən orqanizmin funksiyaları qismən pozulmuş işçilərin əmək funksiyasını davam etdirməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır.”;

1.48. 75-ci maddənin 2-ci hissəsinin “a” bəndi ləğv edilsin;

1.49. 76-cı maddə üzrə:

1.49.1. adında “müqaviləsinin ləğv edilməsini” sözləri “müqaviləsinə xitam verilməsini” sözləri ilə əvəz edilsin;

1.49.2. 2-ci hissədə “müqaviləsinin ləğv edilməsi” sözləri “müqaviləsinə xitam verilməsi” sözləri ilə əvəz edilsin;

1.50. 77-ci maddə üzrə:

1.50.1. 1-ci hissənin birinci abzasında “müqaviləsi ləğv edilməzdən” sözləri “müqaviləsinə xitam verilməzdən” sözləri ilə əvəz edilsin;

1.50.2. 3-cü hissənin birinci abzasında “müqaviləsi” sözü “müqaviləsinə” sözü ilə, “ləğv edilərkən” sözləri “xitam verilərkən” sözləri ilə əvəz edilsin;

1.50.3. 7-ci hissə üzrə:

1.50.3.1. birinci cümlədən “a” və” sözləri çıxarılsın;

1.50.3.2. üçüncü cümləyə “ç” bəndi” sözlərindən sonra “və 74-cü maddəsinin birinci hissəsinin “a” bəndi” sözləri əlavə edilsin;

1.50.4. 8-ci hissədə “iş yerlərinin” sözləri “işçilərin sayının azaldılması və ya ştatların” sözləri ilə, “həmin müəssisədə və ya digər müəssisədə işə düzəltmək” sözləri “işə düzəlməsi” sözləri ilə əvəz edilsin;

1.50.5. 9-cu hissə üzrə:

1.50.5.1. birinci cümləyə “ləğvi” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənin vergi uçotundan çıxarılması halları” sözləri əlavə edilsin və həmin cümlədə “mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə” sözləri “əvvəlki” sözü ilə əvəz edilsin;

1.50.5.2. ikinci cümləyə hər iki halda “müəssisədə” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində” sözləri əlavə edilsin;

1.51. 78-ci maddənin 2-ci hissənin altıncı abzası ləğv edilsin;

1.52. 79-cu maddə üzrə:

1.52.1. adında “müqaviləsinin ləğv olunması” sözləri “müqaviləsinə xitam verilməsi” sözləri ilə əvəz edilsin;

1.52.2. 1-ci hissə üzrə:

1.52.2.1. üçüncü abzasda “müəssisə” sözü “iş yeri” sözləri ilə əvəz edilsin;

1.52.2.2. səkkizinci abzasda “müqaviləsinin ləğv edilməsi” sözləri “müqaviləsinə xitam verilməsi” sözləri ilə əvəz edilsin;

1.52.3. 2-ci hissədə “bəndi və 73-cü maddəsi” sözləri “və “e” bəndləri” sözləri ilə əvəz edilsin;

1.52.4. 3-cü hissəyə “edilməsi” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi” sözləri əlavə edilsin və həmin hissədə “müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə” sözləri “müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinə” sözləri ilə əvəz edilsin;

1.53. 80-ci maddə üzrə:

1.53.1. adında “müqaviləsinin” sözü “müqaviləsinə” sözü ilə, “ləğvi” sözü “xitam verilməsi” sözləri ilə əvəz edilsin;

1.53.2. 1-ci hissədə “müqaviləsi müəssisədə fəaliyyət göstərən” sözləri “müqaviləsinə həmin” sözləri ilə, “ləğv edilir” sözləri “xitam verilir” sözləri ilə əvəz edilsin;

1.53.3. 2-ci hissəsinin birinci cümləsində “müqaviləsini” sözü “müqaviləsinə” sözü ilə, “ləğv etmək” sözləri “xitam vermək” sözləri ilə, “müəssisənin” sözü “müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən” sözləri ilə əvəz edilsin;

1.53.4. 3-cü hissədə “müqaviləsi” sözü “müqaviləsinə” sözü ilə, “ləğv edilərkən” sözləri “xitam verilərkən” sözləri ilə əvəz edilsin;

1.54. 83-cü maddənin 4-cü hissəsində “pul əvəzi” sözləri “kompensasiya” sözü ilə əvəz edilsin;

1.55. 84-cü maddə üzrə:

1.55.1. adına “əmrin” sözündən sonra “(sərəncamın, qərarın)” sözləri əlavə edilsin;

1.55.2. 1-ci hissə üzrə:

1.55.2.1. ikinci abzasa “dövlət” sözündən sonra “və ya bələdiyyə” sözləri əlavə edilsin;

1.55.2.2. beşinci abzasa “əsası” sözündən sonra “və həmin əsasın nəzərdə tutulduğu bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi” sözləri əlavə edilsin;

1.55.2.3. altıncı abzas ləğv edilsin;

1.56. 86-cı maddə üzrə:

1.56.1. adına “əmrlərin” sözündən sonra “(sərəncamların, qərarların)” sözləri əlavə edilsin;

1.56.2. 3-cü hissədə “müqaviləsinin ləğv edilməsi” sözləri “müqaviləsinə xitam verilməsi” sözləri ilə əvəz edilsin;

1.57. 90-cı maddənin 1-ci hissəsində “Bir qayda” sözləri “Normal iş vaxtına uyğun” sözləri ilə əvəz edilsin;

1.58. 94-cü maddənin 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“4. İşəgötürən vakant vəzifə (peşə) yarandıqda və əvvəllər natamam iş vaxtını yaradan zəruri amillər dəyişdikdə, natamam iş vaxtında çalışan işçinin tam iş vaxtında çalışması üçün tədbir görməlidir.”;

1.59. 95-ci maddə üzrə:

1.59.1. 1-ci hissədə “müəssisədaxili” sözü “daxili” sözü ilə əvəz edilsin;

1.59.2. 3-cü hissəyə “müəssisələrində” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində” sözləri əlavə edilsin;

1.60. 96-cı maddənin 2-ci hissəsindən “müəssisədə” sözü çıxarılsın;

1.61. 98-ci maddə üzrə:

1.61.1. adı aşağıdakı redaksiyada verilsin:

“Maddə 98. İşçilərin gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilməsinin xüsusiyyətləri”;

1.61.2. aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:

“4. Növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən, işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları əsaslandırıldıqda və mümkün olduqda nəzərə alınmalıdır.”;

1.62. 101-ci maddənin 1-ci hissəsi üzrə:

1.62.1. “b” bəndində “müəssisələrində” sözü “xidmət sahələrində” sözləri ilə əvəz edilsin;

1.62.2. “d” bəndində “əvəz edən işçinin işdə” sözləri “işçini əvəz edə biləcək başqa işçinin” sözləri ilə əvəz edilsin;

1.63. 103-cü maddə üzrə:

1.63.1. 2-ci hissədə “müəssisədaxili” sözü “daxili” sözü ilə əvəz edilsin;

1.63.2. 5-ci hissənin ikinci cümləsində “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin;

1.64. 105-ci maddə üzrə:

1.64.1. 1-ci hissənin səkkizinci – on altıncı abzasları müvafiq olaraq doqquzuncu – on yeddinci abzaslar hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:

“Dövlət Suverenliyi Günü (sentyabrın 20-si);”;

1.64.2. 3-cü hissədə “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilsin;

1.65. 107-ci maddənin mətnində “müəssisələri” sözü “sahələri” sözü ilə əvəz edilsin;

1.66. 108-ci maddə üzrə:

1.66.1. 1-ci hissədə “günü qabağı” sözləri “günündən bilavasitə əvvəl gələn” sözləri ilə əvəz edilsin;

1.66.2. 2-ci hissədə “müəssisələrdə” sözü “işçilər üçün” sözləri ilə əvəz edilsin;

1.67. 111-ci maddənin 1-ci hissəsinin birinci cümləsinə “hallarda” sözündən sonra “, sonuncu əmək haqqından az olmamaqla,” sözləri əlavə edilsin;

1.68. 114-cü maddə üzrə:

1.68.1. 3-cü hissənin “b” bəndi aşağıdakı redaksiyada verilsin:

“b) inzibati vəzifələrdə çalışan dövlət qulluqçularına, vahid tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq rəhbər və mütəxəssis kateqoriyasına aid edilən işçilərə;”;

1.68.2. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:

“6. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılır. Bu halda, Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınır.”;

1.69. 117-ci maddənin 1-ci hissəsində “yaşda” sözü “yaşadək” sözü ilə “, həmçinin” sözü “və ya” sözləri ilə əvəz edilsin;

1.70. 120-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 120. Xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddəti

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə, döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilərə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, Azərbaycan Respublikasının ən yüksək təltifi ilə, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.”;

1.71. 122-ci maddə üzrə:

1.71.1. 1-ci hissədən “, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq” sözləri çıxarılsın və həmin hissədə “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilsin;

1.71.2. 4-cü hissəyə “işçilərə” sözündən sonra “işəgötürənlə razılaşdırılmaqla” sözləri, “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin və həmin hissədə “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilsin;

1.71.3. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:

“6. Yaradıcılıq məzuniyyəti müddətində işçiyə bu Məcəllənin 177-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əmək haqqı ödənilir.”;

1.72. 124-cü maddənin 8-ci hissəsində “oluna bilər” sözləri “olunur” sözü ilə əvəz edilsin;

1.73. 125-ci maddəyə aşağıdakı məzmunda 3-cü və 4-cü hissələr əlavə edilsin:

“3. Hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmır.

4. Uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.”;

1.74. 126-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“1. İki aylığadək yaşında uşağı övladlığa götürən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük ödənişli sosial məzuniyyətdən istifadə etmək hüququna malikdirlər.

2. Uşağı övladlığa götürən qadınlar bu Məcəllənin 117-ci maddəsi ilə müəyyən edilmiş əlavə və 127-ci maddəsində nəzərdə tutulmuş qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.”;

1.75. 130-cu maddə üzrə:

1.75.1. “b” və “x” bəndləri ləğv edilsin;

1.75.2. “ə” bəndində “valideynlərə” sözü “işçilərə” sözü ilə əvəz edilsin;

1.75.3. “ğ” bəndində “müəssisədən” sözü “iş yerindən” sözləri ilə əvəz edilsin;

1.75.4. “i” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda “j” və “k” bəndləri əlavə edilsin:

“j) əsas iş yerində ezamiyyətə gedən işçiyə – əlavə iş yerində əsas iş yeri üzrə ezamiyyə müddətində;

k) əlavə iş yerində ezamiyyətə gedən işçiyə – əsas iş yerində əlavə iş yeri üzrə ezamiyyə müddətində.”;

1.76. 131-ci maddə üzrə:

1.76.1. 2-ci və 3-cü hissələrdə “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilsin;

1.76.2. 5-ci hissədə “, bir qayda olaraq, məktəblərdə yay tətili dövründə” sözləri “məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində” sözləri ilə əvəz edilsin;

1.77. 132-ci maddə üzrə:

1.77.1. adında “Məzuniyyət” sözü “Əmək məzuniyyəti” sözləri ilə əvəz edilsin;

1.77.2. 2-ci hissədə ikinci halda “məzuniyyət” sözü “əmək məzuniyyəti” sözləri ilə əvəz edilsin;

1.78. 133-cü maddə üzrə:

1.78.1. 3-cü hissə üzrə:

1.78.1.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

“3. Aşağıdakı işçilərə əmək məzuniyyəti onların arzusu ilə onlar üçün əlverişli vaxtda verilir:”;

1.78.1.2. onuncu abzasdan “Azərbaycan xalqı qarşısında” sözləri çıxarılsın və həmin abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;

1.78.1.3. aşağıdakı məzmunda on birinci və on ikinci abzaslar əlavə edilsin:

“əsas iş yerində məzuniyyətə çıxan əlavə iş yeri üzrə işləyən işçilərə;

əlavə iş yerində məzuniyyətə çıxan əsas iş yeri üzrə işləyən işçilərə.”;

1.78.2. 4-cü hissədə “Müəssisədə işlədiyi” sözləri “İşlədiyi” sözü ilə əvəz edilsin;

1.79. 136-cı maddənin 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. İşçinin eyni vaxtda bu Məcəllənin 115-ci və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyət hüququ olduqda, hər iki maddənin hər biri üzrə əldə etdiyi əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdirilir.”;

1.80. 137-ci maddənin 4-cü hissəsində “keçirilə bilər” sözləri “keçirilir” sözü ilə əvəz edilsin;

1.81. 138-ci maddə üzrə:

1.81.1. 1-ci hissənin birinci cümləsində “Bütün” sözü “Bu maddənin 2-1-ci hissəsində müəyyən edilmiş hal istisna olmaqla, bütün” sözləri ilə əvəz edilsin;

1.81.2. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1. İşəgötürənin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlığından sonra işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə və əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydasına riayət etməyərək əmək məzuniyyətindən istifadə etmək (tam, yaxud bir hissəsindən) üçün işəgötürənə ərizə ilə müraciət etmədikdə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndərilir.”;

1.82. 140-cı maddə üzrə:

1.82.1. 1-ci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur.”;

1.82.2. 2-ci hissədə “işləyib” sözü “əmək münasibətində olub” sözləri ilə, “faktik” sözü “faktiki” sözü ilə əvəz edilsin;

1.82.3. 4-cü hissədə “pul əvəzi” sözləri “kompensasiya” sözü ilə əvəz edilsin;

1.82.4. 5-ci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Əmək müqavilələrində və ya kollektiv müqavilədə, məzuniyyətə çıxan işçilər üçün növbəti əməkhaqqı (avans və ya qalan hissəsi) verilən gündən gec olmayaraq, məzuniyyət vaxtı üçün orta əməkhaqqının verilməsinin başqa müddətləri müəyyən edilə bilər.”;

1.83. 141-ci maddənin 1-ci hissəsində “olmayan müəssisədə” sözləri “olmadıqda” sözü ilə əvəz edilsin və həmin hissəyə “müəssisənin” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənin” sözləri əlavə edilsin;

1.84. 143-cü maddənin 2-ci hissəsində “pul əvəzi” sözləri “kompensasiya” sözü ilə əvəz edilsin;

1.85. 144-cü maddə üzrə:

1.85.1. adında “pul əvəzinin” sözləri “kompensasiyanın” sözü ilə əvəz edilsin;

1.85.2. 2-ci hissədə “pul əvəzi” sözləri “kompensasiya” sözü ilə əvəz edilsin;

1.85.3. 3-cü hissədə “115 və 116-cı” sözləri “115 – 117-ci və 118-1-ci” sözləri ilə, “pul əvəzi” sözləri “kompensasiya” sözü ilə əvəz edilsin;

1.86. 146-cı maddənin adında “Müəssisədə işin” sözləri “İşin” sözü ilə əvəz edilsin;

1.87. 148-ci maddənin 5-ci hissəsində “ümumölkə (ölkə)” sözləri “ümumrespublika (respublika)” sözləri ilə əvəz edilsin;

1.88. 150-ci maddənin 3-cü hissəsinin birinci cümləsində “müəssisənin” sözü “müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən” sözləri ilə əvəz edilsin;

1.89. 155-ci maddənin 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Minimum əmək haqqı – “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.”;

1.90. 156-cı maddə üzrə:

1.90.1. 2-ci hissədə “tarif-ixtisas sorğu kitabçalarına” sözləri “müvafiq Vahid Tarif-İxtisas Sorğu Kitabçasına” sözləri ilə əvəz edilsin;

1.90.2. 6-cı hissədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin;

1.91. 164-cü maddənin 1-ci hissəsinin ikinci və dördüncü (hər iki halda) abzaslarına “gündəlik” sözündən sonra “(saatlıq)” sözü əlavə edilsin;

1.92. 171-ci maddənin mətninə “görə” sözündən sonra “, eləcə də tərəflərin razılığı ilə tam məbləğdə” sözləri əlavə edilsin;

1.93. 172-ci maddənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər.”;

1.94. 173-cü maddə üzrə:

1.94.1. 3-cü hissədə “hər dəfə əmək haqqı verilərkən işçiyə” sözləri “əməkhaqqı verilərkən işçinin tələbi ilə ona” sözləri ilə əvəz edilsin;

1.94.2. 4-cü hissənin üçüncü cümləsində “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilsin;

1.95. 174-cü maddə üzrə:

1.95.1. 1-ci hissə ləğv edilsin;

1.95.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Əməkhaqqı nağdsız verildikdə işçinin bank hesabına ödəniş alətləri vasitəsilə köçürülür. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.4-cü maddəsinə əsasən əməkhaqqı nağd ödənildiyi halda iş yerində verilir və ya işçinin istəyi ilə göndərilmə və ya köçürülmə xərci işçidən tutulmaqla müvafiq ünvana göndərilir və ya bank hesabına köçürülür.”;

1.95.3. 3-cü hissəyə “müəssisədə” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində” sözləri əlavə edilsin;

1.96. 175-ci maddə üzrə:

1.96.1. 1-ci hissədə “tutula bilər” sözləri “tutulur” sözü ilə əvəz edilsin;

1.96.2. 2-ci hissənin “g” bəndində “müəssisənin” sözü “müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən” sözləri ilə əvəz edilsin;

1.97. 176-cı maddənin 3-cü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Belə hallarda tutulmaların məbləği işçiyə verilməli olan əməkhaqqının 70 faizindən çox ola bilməz.”;

1.98. 177-ci maddə üzrə:

1.98.1. 3-cü hissədən “aylıq” sözü çıxarılsın;

1.98.2. aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

“3-1. Bu maddənin 2-ci və 3-cü hissələrində göstərilən hallarda hesablanmış bir günlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işçinin sonuncu bir günlük əmək haqqından az olduğu halda sonuncu bir günlük əməkhaqqı tətbiq edilir.”;

1.98.3. 5-ci hissədə “123” rəqəmləri “122, 123-cü maddələrində, 125-ci maddəsinin 4-cü hissəsində” sözləri ilə əvəz edilsin;

1.99. 178-ci maddə üzrə:

1.99.1. 2-ci hissə üzrə:

1.99.1.1. birinci cümləyə “edildiyi” və “dayandırıldığı” sözlərindən sonra “, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildiyi” sözləri əlavə edilsin və həmin cümlədə “pul əvəzi” sözləri “kompensasiya” sözü ilə əvəz edilsin;

1.99.1.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Müəssisənin və ya fiziki şəxs olan işəgötürənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə həmin ödənclər “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunu, banklar və sığorta təşkilatlarına münasibətdə “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş növbəliliyə uyğun olaraq ödənilir.”;

1.99.2. 3-cü hissədə “satılmaqla” sözü “, fiziki şəxs olan işəgötürənə münasibətdə onun sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı mülkiyyətində olan əsas vəsaitlər hesabına” sözləri ilə əvəz edilsin;

1.100. 179-cu maddə üzrə:

1.100.1. 1-ci hissə ləğv edilsin;

1.100.2. 2-ci hissə üzrə:

1.100.2.1. “d” bəndindən “hakimiyyəti” sözü çıxarılsın;

1.100.2.2. “g” bəndində “və xüsusi toplanışlarda və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə” sözləri “təlim, yoxlama, xüsusi toplanışlarda və fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) cəlb etdiyi digər tədbirlərdə (hərbi qeydiyyat, xüsusi hərbi ixtisaslar üzrə hazırlıq, çağırışçıların tibbi müayinəsi, hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər və s.)” sözləri ilə əvəz edilsin;

1.100.2.3. “I” bəndində “qanunvericilikdə” sözü “qanunda” sözü ilə əvəz edilsin;

1.101. 180-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 180. İşçinin müəssisənin mənfəətindən pay almaq hüququ

Kollektiv müqavilədə və ya əmək müqaviləsində nəzərdə tutulduğu halda işçilər səhmdar cəmiyyətlərin və ya məhdud məsuliyyətli cəmiyyətlərin nizamnamələrində nəzərdə tutulan qaydada və məbləğdə illik maliyyə hesabatlarının nəticələrinə görə müəyyən edilən mənfəətdən pay almaq hüququna malikdirlər.”;

1.102. 182-ci maddə üzrə:

1.102.1. adında “Müəssisədaxili” sözü “Daxili” sözü ilə əvəz edilsin;

1.102.2. 1-ci hissədə “Müəssisələrdə” sözü “İşəgötürən” sözü ilə, “müəssisədaxili” sözü “daxili” sözü ilə, “edilə” sözü “edə” sözü ilə əvəz edilsin;

1.102.3. 2-ci hissədə “müəssisədaxili” sözü “daxili” sözü ilə, “icra” sözü “idarəetmə” sözü ilə əvəz edilsin;

1.102.4. 3-cü hissə üzrə:

1.102.4.1. birinci cümlədə “Müəssisədaxili” sözü “Daxili” sözü ilə əvəz edilsin;

1.102.4.2. ikinci cümlədə “müəssisədaxili” sözü “daxili” sözü ilə əvəz edilsin;

1.103. 183-cü maddə üzrə:

1.103.1. adında “Müəssisədaxili” sözü “Daxili” sözü ilə əvəz edilsin;

1.103.2. 1-ci hissə üzrə:

1.103.2.1. birinci abzasda “Müəssisədaxili” sözü “Daxili” sözü ilə əvəz edilsin və həmin abzasdan “, bir qayda olaraq,” sözləri çıxarılsın;

1.103.2.2. “a” bəndindən “təşkilati-hüquqi forması,” sözləri çıxarılsın və həmin bəndə “ünvanı” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənin soyadı, adı və atasının adı, fəaliyyət növü, ünvanı” sözləri əlavə edilsin;

1.103.2.3. “e” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda “ə” bəndi əlavə edilsin:

“ə) bu Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmayan digər şərtlər və qaydalar.”;

1.103.3. 2-ci hissədə “müəssisədaxili” sözü “daxili” sözü ilə əvəz edilsin;

1.104. 185-ci maddənin 1-ci hissəsində “müəssisədaxili” sözü “daxili” sözü ilə əvəz edilsin;

1.105. 186-cı maddə üzrə:

1.105.1. 1-ci hissədə “qanunvericilikdə” sözü “qanunda” sözü ilə əvəz edilsin;

1.105.2. 2-ci hissə üzrə:

1.105.2.1. birinci abzasda “müəssisədaxili” sözü “daxili” sözü ilə əvəz edilsin;

1.105.2.2. “ç” bəndində “müqaviləsini” sözü “müqaviləsinə” sözü ilə, “ləğv etmək” sözləri “xitam vermək” sözləri ilə əvəz edilsin;

1.105.3. 4-cü hissə üzrə:

1.105.3.1. birinci cümlədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

1.105.3.2. ikinci cümlədə “qanunvericiliklə” sözü “qanunda” sözü ilə əvəz edilsin;

1.106. 187-ci maddə üzrə:

1.106.1. 2-ci hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir.”;

1.106.2. 3-cü hissənin ikinci cümləsinə “Müəssisənin” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənin” sözləri əlavə edilsin;

1.107. 188-ci maddənin 3-cü hissəsi üzrə:

1.107.1. birinci cümlədə “savayı başqa” sözləri “başqa digər” sözləri ilə əvəz edilsin;

1.107.2. ikinci cümləyə “əmri” sözündən sonra “(sərəncamı, qərarı)” sözləri əlavə edilsin və həmin cümlədə “əmr” sözü “yararsız (əhəmiyyətsiz) əmr (sərəncam, qərar)” sözləri ilə əvəz edilsin;

1.108. 189-cu maddə üzrə:

1.108.1. 2-ci hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Məzuniyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yerində olmadığı müddətdə işçiyə intizam tənbehi verilə bilməz.”;

1.108.2. 3-cü hissənin ikinci cümləsinə “əmrin” sözündən sonra “(sərəncamın, qərarın)” sözləri əlavə edilsin;

1.109. 190-cı maddə üzrə:

1.109.1. 1-ci hissəyə “tənbehi” sözündən sonra “(bu Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən verilən intizam tənbehi istisna olmaqla)” sözləri əlavə edilsin;

1.109.2. 2-ci və 4-cü hissələrdə “müəssisədaxili” sözü “daxili” sözü ilə əvəz edilsin;

1.109.3. 195-ci maddənin “ə” bəndində “müqaviləsi ləğv edildikdən” sözləri “müqaviləsinə xitam verildikdən” sözləri ilə əvəz edilsin;

1.110. 196-cı maddə üzrə:

1.110.1. 1-ci hissəyə “müəssisənin” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənin” sözləri əlavə edilsin və həmin hissədə “hökmü (qətnaməsi, qərarı)” sözləri “qərarı (hökmü, qətnaməsi)” sözləri ilə əvəz edilsin;

1.110.2. 4-cü hissədə “müəssisəyə” sözü “iş yerinə” sözləri ilə əvəz edilsin;

1.111. 199-cu maddənin “e” bəndi aşağıdakı redaksiyada verilsin:

“e) dövlət, kommersiya və (və ya) vergi sirrini yaydıqda;”;

1.112. 200-cü maddənin 5-ci hissəsinə və 205-ci maddənin 1-ci hissəsinə “orta” sözündən sonra “aylıq” sözü əlavə edilsin;

1.113. 206-cı maddənin 2-ci hissəsində “işi başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada istintaqın aparılmasının” sözləri “işinin başlanılması” sözləri ilə əvəz edilsin;

1.114. 208-ci maddənin birinci hissəsi üzrə:

1.114.1. birinci abzasda “hökmən” sözü “mütləq” sözü ilə əvəz edilsin;

1.114.2. dördüncü abzasdan “müəssisələrdə” sözü çıxarılsın;

1.114.3. altıncı abzasa “şəxslərin” sözündən sonra “, eləcə də inzibati tənbeh və ya cəza növü kimi ictimai işləri yerinə yetirən şəxslərin” sözləri əlavə edilsin;

1.115. 209-cu maddənin birinci hissəsi üzrə:

1.115.1. birinci və ikinci abzaslardan “hakimiyyəti” sözü çıxarılsın;

1.115.2. üçüncü abzasda “istehsal” sözü “və ya fiziki şəxs olan işəgötürənin” sözləri ilə əvəz edilsin;

1.115.3. beşinci abzasdan “mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq” sözləri çıxarılsın və həmin abzasa ”müəssisələr” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənlər” sözləri əlavə edilsin;

1.115.4. altıncı abzasda “müəssisələrdə” sözü “iş yerlərində” sözləri ilə əvəz edilsin;

1.115.5. səkkizinci abzasda “müəssisələrdə” sözü “iş yerlərində” sözləri ilə, “vergi siyasətinin” sözləri “iqtisadi və sosial siyasətin” sözləri ilə əvəz edilsin;

1.115.6. on beşinci abzasda “, müəssisələrin və ayrı-ayrı fiziki, hüquqi şəxslərin” sözləri “və işəgötürənlərin” sözləri ilə əvəz edilsin;

1.116. 210-cu maddənin ikinci cümləsindən “hakimiyyəti” sözü çıxarılsın;

1.117. 212-ci maddənin 2-ci hissəsi üzrə:

1.117.1. dördüncü abzasda “istehsalı sahəsində müəssisələrə dövlət sifarişini müəyyən edir” sözləri “istehsalının təşkili” sözləri ilə əvəz edilsin;

1.117.2. beşinci abzasa “əlaqələndirir,” sözündən sonra “qüvvədə olan standartları, normaları və qaydaları rəsmi internet saytında yerləşdirir,” sözləri əlavə edilsin;

1.118. 213-cü maddə üzrə:

1.118.1. adında “icra hakimiyyəti orqanlarının” sözləri “dövlət orqanlarının (qurumlarının), dövlətin adından yaradılan publik hüquqi şəxslərin və dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin” sözləri ilə əvəz edilsin;

1.118.2. birinci abzasda “habelə dövlət konsernləri, şirkətləri, assosiasiyaları və müəssisələrin birlikləri öz səlahiyyətləri daxilində” sözləri “dövlətin adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər” sözləri ilə əvəz edilsin;

1.119. 218-ci maddənin 7-ci hissəsinin birinci cümləsində “müəssisələrin işi və ya istehsal vasitələrinin istismarı” sözləri “fiziki şəxs olan işəgötürənlərin, müəssisələrin və (və ya) onların struktur bölmələrinin, avadanlıq və qurğuların işi” sözləri ilə əvəz edilsin;

1.120. 219-cu maddə üzrə:

1.120.1. 3-cü hissəyə “İşəgötürənlər” sözündən sonra “, o cümlədən fiziki şəxs olan işəgötürənlərin” sözləri əlavə edilsin;

1.120.2. 5-ci hissənin ikinci cümləsi çıxarılsın;

1.120.3. aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:

“6. Zərərli, ağır istehsalatlardakı iş yerlərində, peşələrdə (vəzifələrdə) və yüksək təhlükə mənbəyi olan maşın, mexanizm və avadanlıqlarda işləyən işçilər əmək şəraitinin xüsusiyyətlərindən asılı olaraq 3 ayda bir dəfədən, digər iş yerlərində isə ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə təlimatlandırılmalıdırlar. Əmək şəraitinin xüsusiyyətlərindən asılı olaraq işçilərin əməyin mühafizəsi üzrə təlimatlandırılması vaxtı kollektiv müqavilələrlə, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı (əmək kollektivi) arasında razılaşmalarla müəyyən edilir. İşəgötürən bu təlimatlandırmaların qeydiyyatını elektron informasiya sistemi vasitəsilə, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda isə xüsusi jurnallarda aparmalıdır.”;

1.121. 220-ci maddə üzrə:

1.121.1. 1-ci hissəyə “müəssisənin” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənin” sözləri əlavə edilsin və həmin hissədən “gəliri” sözü çıxarılsın;

1.121.2. 4-cü hissəyə “miqdarı” sözündən sonra “bilavasitə məhsul istehsal edən və istehsalat sahələri olan müəssisələr və fiziki şəxs olan işəgötürənlər üçün” sözləri, “faizindən” sözündən sonra “, digər müəssisələr və fiziki şəxs olan işəgötürənlər üçün isə bir faizindən” sözləri əlavə edilsin;

1.122. 221-ci maddənin 5-ci hissəsində “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin;

1.123. 223-cü maddə üzrə:

1.123.1. 1-ci hissədə “sahələrinin müəssisələrində” sözləri “sahələrində işəgötürənlər” sözləri ilə, “yaradılmalıdır” sözü “yaratmalıdırlar” sözü ilə əvəz edilsin;

1.123.2. 2-ci hissəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin;

“Fiziki şəxs olan işəgötürənlərin yaratdıqları, işçilərin sayı əlli nəfərdən çox olan iş yerlərində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi təsis edilir.”;

1.123.3. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1. Müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində işçilərin sayı 50 nəfərdən az olduqda əməyin mühafizəsi işinin təşkili işçinin razılığı ilə və əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə əməyin mühafizəsi üzrə biliyi olan işçilərdən birinin əmək funksiyasına daxil edilir, bu mümkün olmadıqda isə işəgötürən tərəfindən əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi təsis edilir.”;

1.124. 224-cü maddənin 3-cü hissəsinin ikinci cümləsinə “orta” sözündən sonra “aylıq” sözü əlavə edilsin;

1.125. 229-cu maddənin mətnində “istər işəgötürənin, istərsə də başqa vəzifəli şəxslərin, habelə müəssisələrin və” sözləri “işəgötürənlərin, müəssisələrin və (və ya)” sözləri ilə əvəz edilsin;

1.126. 230-cu maddənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. İşçilərin təqsiri olmadan əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində iş yerlərində işin dayandırıldığı müddətdə işçilərin iş yeri, vəzifəsi (peşəsi) və orta əmək haqqı saxlanılır.”;

1.127. 245-ci maddənin 1-ci hissəsinin birinci cümləsindən “işlənmiş vaxta mütənasib əmək haqqı ödənilən” sözləri çıxarılsın;

1.128. 255-ci maddə üzrə:

1.128.1. adında “müqaviləsinin ləğv edilməsində” sözləri “müqaviləsinə xitam verilməsində” sözləri ilə əvəz edilsin;

1.128.2. mətnində “müqaviləsi ləğv edilə” sözləri “müqaviləsinə xitam verilə” sözləri ilə əvəz edilsin;

1.129. 256-cı maddənin 3-cü hissəsinə “müəssisələrdə” sözündən sonra “və fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində” sözləri əlavə edilsin;

1.130. 257-ci maddə üzrə:

1.130.1. adında “müəssisələrində” sözü “sahəsində” sözü ilə əvəz edilsin;

1.130.2. 1-ci hissə üzrə:

1.130.2.1. birinci cümlədə “müəssisələrində” sözü “sahəsində fəaliyyət göstərən müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində” sözləri ilə, “nizamnamələri (əsasnamələri)” sözləri “iş vaxtının rejimi qaydaları” sözləri ilə əvəz edilsin;

1.130.2.2. ikinci cümlədə “müəssisələrdə” sözü “halda işəgötürənlər tərəfindən” sözləri ilə əvəz edilsin;

1.130.3. 2-ci hissənin birinci cümləsindən “, bir qayda olaraq,” sözləri çıxarılsın;

1.131. 260-cı maddənin 2-ci hissəsində “müəssisələrin işəgötürənləri” sözləri “işəgötürənlər” sözü ilə əvəz edilsin;

1.132. 261-ci maddənin 2-ci hissəsində “Məcəllə ilə” sözləri “Məcəlləyə” sözü ilə, “aktlarla müəyyən edilmiş səlahiyyətləri daxilində” sözləri “aktlara uyğun olaraq” sözləri ilə əvəz edilsin;

1.133. 265-ci maddənin 5-ci hissəsində “Zəruri hallarda kollektiv” sözləri “Kollektiv” sözü əvəz edilsin;

1.134. 267-ci maddənin 3-cü hissəsinin birinci cümləsinə “müəssisənin” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənin” sözləri əlavə edilsin;

1.135. 269-cu maddənin 2-ci hissəsində “barışdırıcı” sözü “razılaşdırıcı” sözü ilə əvəz edilsin;

1.136. 270-ci maddənin 7-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“7. Kollektiv əmək mübahisəsinin yaranması və tətil keçirilməsi ilə əlaqədar işçilərin işdən çıxarılması, sayının azaldılması və ya ştatların ixtisarı, habelə kollektiv əmək mübahisəsinin yarandığı müəssisənin (filialın, nümayəndəliyin) ləğvi və ya yenidən təşkili, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi qadağandır.”;

1.137. 274-cü maddənin 4-cü hissəsinin dördüncü abzasına “müəssisənin” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənin əmək münasibətləri ilə bağlı” sözləri əlavə edilsin;

1.138. 275-ci maddənin 3-cü hissəsində “müəssisələrdə” sözü “sahələrdə” sözü ilə əvəz edilsin və həmin hissəyə “aparılması” sözündən sonra “işəgötürənlər tərəfindən” sözləri əlavə edilsin;

1.139. 277-ci maddənin 1-ci hissəsində “müəssisənin” sözü “iş yerinin” sözləri ilə əvəz edilsin;

1.140. 278-ci maddə üzrə:

1.140.1. 1-ci hissəyə “müəssisələrin” sözündən sonra “və fiziki şəxs olan işəgötürənlərin” sözləri əlavə edilsin;

1.140.2. 3-cü hissədə “oluna bilər” sözləri “olunur” sözü ilə əvəz edilsin;

1.141. 284-cü maddə üzrə:

1.141.1. 1-ci hissənin birinci abzasından “müəssisəni bağlayacağı barədə” sözləri çıxarılsın;

1.141.2. 3-cü hissədə “müəssisəni müvəqqəti bağlaya” sözləri “müəssisənin fəaliyyətini, fiziki şəxs olan işəgötürən isə öz fəaliyyətini müvəqqəti dayandıra” sözləri ilə əvəz edilsin;

1.141.3. “Qeyd” hissəsinə “yetirilməsi” sözündən sonra “müəssisənin və ya fiziki şəxs olan” sözləri, “fəaliyyətinin” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürən tərəfindən öz fəaliyyətinin” sözləri əlavə edilsin və həmin hissədə “onun” sözü “işəgötürən” sözü ilə əvəz edilsin;

1.142. 288-ci maddənin “a” bəndində “ləğv edilməsi” sözləri “ona xitam verilməsi” sözləri ilə əvəz edilsin;

1.143. 291-ci maddənin adından “hakimiyyəti” sözü çıxarılsın;

1.144. 294-cü maddənin 2-ci hissəsinin birinci cümləsinə “müəssisələrdə” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində fəaliyyət göstərən” sözləri əlavə edilsin;

1.145. 295-ci maddənin 5-ci hissəsində “müqaviləsini ləğv edə” sözləri “müqaviləsinə xitam verə” sözləri ilə əvəz edilsin;

1.146. 300-cü maddə üzrə:

1.146.1. adında “müqaviləsinin ləğv edilməsi” sözləri “müqaviləsinə xitam verilməsi” sözləri ilə əvəz edilsin;

1.146.2. 1-ci hissənin birinci cümləsində “müqaviləsinin” sözü “müqaviləsinə” sözü ilə, “ləğv edilməsi” sözləri “xitam verilməsi” sözləri ilə əvəz edilsin;

1.147. 305-ci maddənin mətnindən “müəssisənin” sözü çıxarılsın;

1.148. 307-ci maddənin 2-ci hissəsinə “müəssisələrdə” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində” sözləri əlavə edilsin;

1.149. 308-ci maddədən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın;

1.150. 315-ci maddə üzrə:

1.150.1. 1-ci hissədə “, sərəncamları” sözü “(sərəncamları, qərarları)” sözləri ilə əvəz edilsin;

1.150.2. 2-ci hissədə “müqavilələri” sözü “müqavilələrinə” sözü ilə, “ləğv edilə” sözləri “xitam verilə” sözləri ilə əvəz edilsin;

1.151. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavə - “Əmək müqaviləsinin (kontraktının) nümunəvi forması” üzrə:

1.151.1. 1.1-ci bəndə “dövlət” sözündən sonra “və ya bələdiyyə” sözləri əlavə edilsin;

1.151.2. 4.25-ci bənddən “işəgötürənlə rəqabətdə olmayan müəssisədə” sözləri çıxarılsın;

1.151.3. 7.6-cı bənddə “işəgötürənin kommersiya və istehsal” sözləri “dövlət, kommersiya və (və ya) vergi” sözləri ilə əvəz edilsin;

1.151.4. 9-cu hissə üzrə:

1.151.4.1. 9.1-ci bənddə “müqaviləsi” sözü “müqaviləsinə” sözü ilə, “ləğv edilə” sözləri “xitam verilə” sözləri ilə əvəz edilsin;

1.151.4.2. 9.2-ci bənddə “müqaviləsi ləğv edilərkən” sözləri “müqaviləsinə xitam verilərkən” sözləri ilə əvəz edilsin;

1.151.4.3. 9.3-cü bənddə “müqaviləsi ləğv edilməzdən” sözləri “müqaviləsinə xitam verilməzdən” sözləri ilə əvəz edilsin;

1.151.4.4. 9.4-cü bənddə “müqaviləsini ləğv etməyə” sözləri “müqaviləsinə xitam verməyə” sözləri ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772, № 11, maddə 1189, № 12 (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddə 1, № 2, maddələr 98, 99, № 3, maddələr 217, 221, № 4 (I kitab), maddə 322, № 5, maddə 434, № 6, maddə 538, № 7, maddələr 607, 626, № 11, maddə 1013) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 46.1-ci maddənin birinci cümləsinə “dövlət orqanlarında,” sözlərindən sonra “dövlətin adından yaradılan publik hüquqi şəxslərdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və” sözləri əlavə edilsin;

2.2. 164-cü maddənin dispozisiyasında “onunla əmək müqaviləsini əsassız ləğv etmə” sözləri “onun əmək müqaviləsinə əsassız xitam vermə” sözləri ilə əvəz edilsin.

Maddə 3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214, № 4 (I kitab), maddələr 307, 315, 318, 322, № 5, maddə 432, maddə 441, № 6, maddələr 524, 536, № 7, maddələr 609, 618, № 8, maddələr 743, 744, № 11, maddə 1009; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli Qanunu) 102.1.4-cü maddəsində “hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi” sözləri “müəssisənin ləğv edilməsi və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi” sözləri ilə əvəz edilsin.

Maddə 4. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddələr 489, 503, № 8, maddə 934; 2025, № 1, maddə 15, № 4 (I kitab), maddə 322, № 8, maddə 743, № 11, maddə 1011) 35.1-ci maddəsində “müəssisədaxili” sözü “daxili” sözü ilə əvəz edilsin.

Maddə 5. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1-ci maddənin ikinci hissəsinin beşinci abzasına “habelə” sözündən sonra “hüquqi şəxs yaratmadan sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətini (xüsusi notarius, vəkillik və mediator fəaliyyətini) həyata keçirən vergi ödəyicisi olan” sözləri əlavə edilsin;

5.2. 11-ci maddənin ikinci hissəsinə “edilməsi,” sözündən sonra “fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi,” sözləri əlavə edilsin;

5.3. 13-cü maddədə “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “Azərbaycan Respublikası Əmək Məcəlləsinin” sözləri ilə əvəz edilsin;

5.4. 20-ci maddə üzrə:

5.4.1. ikinci hissədə “Mülkiyyət formasından asılı olmayaraq işəgötürən” sözləri “İşəgötürən” sözü ilə, “idarə, müəssisə və təşkilatın” sözləri “müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən” sözləri ilə əvəz edilsin;

5.4.2. beşinci hissədə “müqaviləsi ləğv edilərkən” sözləri “müqaviləsinə xitam verilərkən” sözləri ilə əvəz edilsin.

Maddə 6. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348 (Cild I); 2024, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddə 630, № 11, maddə 1182, № 12 (II kitab), maddə 1348; 2025, № 2, maddə 96, № 4 (I kitab), maddələr 307, 322, № 8, maddə 743; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli Qanunu) 15-ci maddəsinin birinci hissəsinin dördüncü abzasına “ləğvi” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi” sözləri əlavə edilsin.

Maddə 7. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 405 (Cild I); 2024, № 4, maddə 370, № 12 (I kitab), maddə 1279; 2025, № 7, maddə 618) 19-cu maddəsinin 3-cü hissəsinin 4-cü bəndində “tam” sözü “davamlı” sözü ilə əvəz edilsin və həmin bəndə “bilmədikdə” sözündən sonra “və fərdi reabilitasiya proqramına uyğun olaraq iş yerinin uyğunlaşdırılması mümkün olmadıqda” sözləri əlavə edilsin.

Maddə 8. “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 477 (Cild I); 2024, № 5 (I kitab), maddə 501, № 12 (II kitab), maddə 1336; 2025, № 4 (I kitab), maddələr 310, 322, № 6, maddə 523, № 11, maddə 1004) 8-ci maddəsinin altıncı hissəsində “iş yerlərinin” sözləri “işçilərin sayının azaldılması və ya ştatların” sözləri ilə, “həmin müəssisədə və ya digər müəssisədə işə düzəltmək” sözləri “işə düzəlməsi” sözləri ilə əvəz edilsin.

Maddə 9. “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 484 (Cild I) 14-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində “tam” sözü “davamlı” sözü ilə əvəz edilsin.

Maddə 10. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 577 (Cild I) 16.4-cü maddəsində “müqaviləsinin ləğv edilməsi” sözləri “müqaviləsinə xitam verilməsi” sözləri ilə əvəz edilsin.

Maddə 11. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 231 (Cild I) 8.5-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

11.1. birinci cümlədə “müəssisənin ləğvi” sözlərindən sonra “və ya fiziki şəxs olan işəgötürənin vergi uçotundan çıxarılması halları” sözləri əlavə edilsin və həmin cümlədə “mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə” sözləri “əvvəlki” sözü ilə əvəz edilsin;

11.2. ikinci cümləyə hər iki halda “müəssisədə” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində” sözləri əlavə edilsin.

Maddə 12. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 974 (Cild l); 2024, № 4, maddə 365; 2025, № 7, maddə 611) 1.0.8-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“1.0.8. minimum əmək haqqı – ölkədə iqtisadi inkişafın tələbləri, məhsuldarlıq, orta aylıq əməkhaqqı, pul vahidinin alıcılıq qabiliyyəti, sosial müavinətlərin məbləği, əsas sosial demoqrafik qruplar üzrə yaşayış minimumu səviyyəsi, məşğulluq səviyyəsinin yüksəldilməsi və saxlanılması nəzərə alınmaqla işçilərin və onların ailələrinin tələbatına uyğun ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ;”.

Maddə 13. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1005 (Cild I); 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 322) 3-cü maddəsinin mətninə “ləğv edilməsi” sözlərindən sonra “, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi” sözləri əlavə edilsin.

Maddə 14. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 11, maddə 920 (Cild I); 2025, № 1, maddə 17) 12-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“Maddə 12. Əmək müqaviləsinə xitam verilməsi

Seksual qısnamaya məruz qalmış işçinin əmək müqaviləsinə ərizəsində göstərdiyi gün xitam verilir.”.

Maddə 15. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514 (Cild I); 2024, № 8, maddə 934, № 12 (II kitab), maddə 1348) aşağıdakı dəyişikliklər edilsin:

15.1. 2.0.14-cü maddəyə “habelə” sözündən sonra “hüquqi şəxs yaratmadan sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətini (xüsusi notarius, vəkillik və mediator fəaliyyətini) həyata keçirən vergi ödəyicisi olan” sözləri əlavə edilsin;

15.2. 13-cü maddə üzrə:

15.2.1. 13.1.1-ci maddəyə “edildikdə,” sözündən sonra “fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə,” sözləri əlavə edilsin;

15.2.2. 13.1.6-cı maddəyə “müəssisədə” sözündən sonra “və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində” sözləri əlavə edilsin;

15.2.3. 13.3-cü maddədən “müəssisədə” sözü çıxarılsın.

Maddə 16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1386 (Cild I); 2024, № 5 (I kitab), maddələr 501, 503; 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 322; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

16.1. 21.4-cü maddəyə “ləğv edilməsi” sözlərindən sonra “və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi” sözləri əlavə edilsin və həmin maddədə “müqaviləsinin” sözü “müqaviləsinə” sözü ilə, “ləğv edilməsinə” sözləri “xitam verilməsinə” sözləri ilə əvəz edilsin;

16.2. 24-cü maddə üzrə:

16.2.1. 24.3-cü maddə ləğv edilsin;

16.2.2. 24.4-cü maddəyə “ləğv edilməsi” sözlərindən sonra “və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi” sözləri əlavə edilsin, həmin maddədə “müqaviləsinin” sözü “müqaviləsinə” sözü ilə, “ləğv edilməsi” sözləri “xitam verilməsi” sözləri ilə əvəz edilsin.

Maddə 17. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669 (Cild I); 2024, № 7, maddə 762, № 8, maddə 934; 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 322) aşağıdakı dəyişikliklər edilsin:

17.1. 1.1.19-cu maddəyə “olunması,” sözündən sonra “fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi,” sözləri əlavə edilsin;

17.2. 17.2-ci maddəyə birinci halda “edilməsi” sözündən sonra “, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi” sözləri əlavə edilsin;

Maddə 18. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1820 (Cild I); 2024, № 12 (I kitab), maddə 1281) 17.1.5-ci maddəsində “tam” sözü “davamlı” sözü ilə əvəz edilsin və həmin maddəyə “bilmədikdə” sözündən sonra “və fərdi reabilitasiya proqramına uyğun olaraq iş yerinin uyğunlaşdırılması mümkün olmadıqda” sözləri əlavə edilsin.

 


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 dekabr 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:10
17 Yanvar

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:09
17 Yanvar

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

02:08
17 Yanvar

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 322-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:07
17 Yanvar

Qərb Sənaye Parkının yaradılması haqqında

02:07
17 Yanvar

"Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 321-VIIQD nömrəli Qanununun tətbiqi və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:06
17 Yanvar

Ə.S.Cəlilovun "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin edilməsi haqqında

02:05
17 Yanvar

R.G.Vəliyevin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında

02:04
17 Yanvar

N.V.İsmayılovanın"Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

02:04
17 Yanvar

"İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi və "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 yanvar tarixli 1957 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:03
17 Yanvar

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Həmkarlar ittifaqları haqqında", "Sosial sığorta haqqında", "Bələdiyyələrin statusu haqqında", "Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Gənclər siyasəti haqqında", "Yaşayış minimumu haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında", "İşsizlikdən sığorta haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Məşğulluq haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 332-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:02
17 Yanvar

“Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 fevral tarixli 19 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:00
17 Yanvar

“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 217-VIIQD nömrəli Qanununun tətbiqi və “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 170 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli 437 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:59
17 Yanvar

“Azərbaycan Respublikası vətəndaşlarının pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə” Azərbaycan Respublikası Milli Məclisinin qərarının həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 1 sentyabr tarixli 479 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:58
17 Yanvar

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 138-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 aprel tarixli 358 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:56
17 Yanvar

BİLDİRİŞ

01:55
17 Yanvar

Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub

01:21
17 Yanvar

Volodimir Zelenski: Rusiya Ukraynaya qarşı yeni kütləvi zərbələrə hazırlaşır  

23:40
16 Yanvar

Gio Kristofoli: Azərbaycan regionun enerji təhlükəsizliyinə böyük töhfələr verir  

22:39
16 Yanvar

Əmək və sosial müdafiə sahəsində son bir ildə görülən işlər və builki hədəflər müzakirə edilib  

21:06
16 Yanvar

Volodimir Zelenski: Ukraynada hər zərbədən sonra elektrik enerjisinin bərpası işləri aparılır  

21:01
16 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!