28 Yanvar 2025 19:14
1318
PARLAMENT
A- A+
Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının bəyanatı  

Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının bəyanatı  

Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası öz səlahiyyətləri çərçivəsində dövlətimizin xarici təhlükələrdən qorunması, bütövlüyü və təhlükəsizliyi ilə bağlı, o cümlədən Azərbaycan xalqının birliyinə və milli-mənəvi dəyərlərinə təhdid yarada biləcək məkrli fəaliyyətlərə dair təhlillər aparır, onların ifşası və qarşısının alınması istiqamətində tövsiyələrini hazırlayır.

Komissiyanın apardığı monitorinqlər zamanı əsasən qonşu dövlətin ərazisindən sosial media platformaları üzərindən aparılan dezinformasiya və informasiya əməliyyatlarının məqsədi və xüsusiyyətləri tədqiq edilmiş, anti-Azərbaycan kampaniyada sistemli və mütəşəkkil qaydada iştirak edən şəbəkə müəyyən olunmuşdur.

Kampaniyaya 300-dən çox hesab cəlb edilmişdir ki, onların da 124-ü “Facebook”-da, 67-si “Instagram”-da, 67-si “Telegram”-da, 32-si “YouTube”-da, 10-u “X”-də və digər sosial media platformalarında fəaliyyət göstərirlər.

Araşdırmalar zamanı vətəndaşlarımız arasında nifaq salmağa, qütbləşmə yaratmağa, dövlətin konstitusion quruluşunun dəyişdirilməsinə və dövlət institutlarına qarşı inamsızlıq formalaşdırmağa yönəlmiş zərərli və radikal dini-ideoloji təbliğatın əlaqələndirilmiş şəkildə aparıldığı aşkarlanmışdır.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı yalan və saxta məlumatlara inanmamağa çağırır.

Monitorinqin nəticələri ilə bağlı hesabat müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumlarına təqdim ediləcəkdir.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!