20 Mart 2026 08:45
173
CƏMİYYƏT
A- A+
Gəncədə Novruz ovqatı yaşanır

Gəncədə Novruz ovqatı yaşanır


Gəncədə şəhər icra hakimiyyətinin, Regional Mədəniyyət İdarəsinin, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının, Gəncə Dövlət Kukla və Dövlət Dram teatrlarının təşkilatçılığı ilə Novruz bayramı təntənə ilə qeyd edilmişdir.

Əvvəlcə iştirakçılar Cavad xanın filarmoniyasının önündə yerləşən məqbərəsini ziyarət edərək məzarı üstünə gül dəstələri düzmüşlər. Sonra tədbir iştirakçılarını Dədə Qorqud və Bahar qız qarşılayaraq xeyir-dua vermiş, xoş arzularını çatdırmışlar. Bayram proqramı çərçivəsində 5 nömrəli musiqi məktəbinin uşaq aşıqlar ansamblı, 1 nömrəli musiqi məktəbinin nəfəsli alətlər ansamblı, "Xəmsə" nağaraçılar ansamblı, eləcə də idmançıların nümunəvi çıxışları təqdim olunmuşdur. Tədbirə toplaşanlar sonra Gəncə sənətkarlarının yaradıcılıq sərgisi və Urban Mərkəzində təşkil edilən "Bahar sərgisi" ilə tanış olmuşlar. Bayram şənliyində Keçəl və Kosanın çıxışları da maraqla qarşılanmışdır.

Novruz bayramı Gəncə Dövlət Filarmoniyasının Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının təqdimatında konsert proqramı ilə davam etmişdir. 

Sonda şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov və 44 günlük Vətən müharibəsi iştirakçısı Elmar Nəsirov bayram tonqalını alovlandırmışlar.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!