21 Avqust 2026 18:58
104
SİYASƏT
A- A+
Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır 

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır 


Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin, sadəcə, dostluq və tərəfdaşlıq çərçivəsində deyil, strateji müttəfiqlik müstəvisində inkişaf etdiyini göstərən mühüm siyasi mesajdır. Müsahibədə diqqət çəkən əsas məqam iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsi ilə yanaşı, bu münasibətlərin iqtisadi, nəqliyyat, enerji, təhsil, mədəniyyət və humanitar sahələrdə konkret layihələrlə möhkəmləndirilməsidir. Xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə”nin, daha sonra isə “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması əlaqələrin hüquqi və siyasi əsaslarını yeni mərhələyə çıxarıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov söyləyib.

O bildirib ki, iqtisadi göstəricilər də bu yaxınlaşmanın praktiki nəticələrini nümayiş etdirir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 795 milyon dollara çataraq əvvəlki illə müqayisədə üç dəfədən çox artması, investisiya əməkdaşlığının genişlənməsi və birgə sənaye layihələrinin həyata keçirilməsi münasibətlərin yalnız siyasi bəyanatlardan ibarət olmadığını göstərir. Azərbaycan və Özbəkistanın qarşılıqlı investisiyaları, avtomobil istehsalı, kənd təsərrüfatı, enerji və turizm layihələri iqtisadi əlaqələrin daha da şaxələndirilməsi üçün ciddi potensial yaradır.

"Müsahibənin digər mühüm istiqaməti nəqliyyat və enerji əməkdaşlığıdır. Azərbaycan–Mərkəzi Asiya əlaqələrinin inkişafında Orta Dəhlizin, Xəzər üzərindən daşımaların və yaşıl enerji layihələrinin əhəmiyyəti getdikcə artır. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP ilə inteqrasiyası isə region ölkələrini yeni logistika və ticarət imkanları ilə təmin edə biləcək strateji layihə kimi təqdim olunur.

Mədəni-humanitar sahədə əməkdaşlıq da iki ölkənin münasibətlərinin xüsusi xarakterini ortaya qoyur. Mədəniyyət günləri, təhsil proqramları, qardaşlaşmış şəhərlər, Füzulidə Mirzə Uluqbəy adına məktəb və Bakıda “Özbəkistan” parkı kimi layihələr dövlətlərarası əlaqələri xalqlar arasında birbaşa münasibətlərlə tamamlayır. Bu, Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız siyasi və iqtisadi maraqlara deyil, ortaq tarixi və mənəvi dəyərlərə söykəndiyini göstərir.

Müsahibənin regional aspekti isə xüsusilə diqqətəlayiqdir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərar Bakı ilə region arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. “C5” formatının faktiki olaraq “C6” formatına çevrilməsi Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində artan geosiyasi və iqtisadi çəkisinin mühüm göstəricisidir",- deyə N. Aslanov vurğulayıb.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur: daha sıx siyasi koordinasiya, artan qarşılıqlı investisiyalar, genişlənən nəqliyyat bağlantıları, enerji əməkdaşlığı və Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi. Qarşıdakı dövlət səfəri də bu prosesin növbəti mərhələsini müəyyənləşdirə biləcək mühüm hadisə kimi qiymətləndirilə bilər. Əsas nəticə budur ki, Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır. Bu tərəfdaşlıq Azərbaycanın Cənubi Qafqazdakı, Özbəkistanın isə Mərkəzi Asiyadakı mövqelərini bir-biri ilə əlaqələndirərək daha geniş Avrasiya əməkdaşlıq məkanının formalaşmasına töhfə verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

MİQ üzrə müsahibə tarixləri açıqlanıb

19:23
21 Avqust

Beynəlxalq Enerji Agentliyinin rəhbəri dizel və reaktiv yanacaq böhranı barədə xəbərdarlıq edib  

19:21
21 Avqust

İstirahət forması niyə dəyişir: insanlar asudə vaxtlarını necə keçirirlər?

19:19
21 Avqust

Tokayev qarşıdan gələn Qurultay seçkilərini tarixi hadisə adlandırıb

19:16
21 Avqust

TƏBİB immunizasiya tədbirlərini davam etdirir

19:13
21 Avqust

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır 

18:58
21 Avqust

Xocavənddə mina partlayıb, 1 nəfər yaralanıb

18:44
21 Avqust

Azərbaycan-Özbəkistan müttəfiqliyi davamlı tərəqqinin ən etibarlı təminatçısıdır

18:39
21 Avqust

“AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik "FIRST" təşkilatına üzv qəbul edilib

18:36
21 Avqust

Azərbaycan–Özbəkistan əlaqələri yeni regional düzənin formalaşmasına xidmət edir

18:20
21 Avqust

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyib

18:17
21 Avqust

TRIPP Naxçıvanın iqtisadi xəritəsini necə dəyişəcək?

18:15
21 Avqust

Kənd təsərrüfatı naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyəcək

18:13
21 Avqust

Qırğızıstan Ali Məhkəməsinin sədr müavini: Azərbaycan təcrübəsini ölkəmizdə reallaşdıracağıq 

18:11
21 Avqust

Prezidentin UzA-ya müsahibəsi: Özbəkistanla əlaqələrə dair strateji mesajlar

17:40
21 Avqust

Davam edən mina terroru: Beynəlxalq ictimaiyyət fəlakətin miqyasına biganə qalmamalıdır

17:38
21 Avqust

Dayaz Dunaydan motosiklet və iki alman əsgərinin qalıqları tapılıb

17:27
21 Avqust

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq genişlənir

17:23
21 Avqust

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb

17:17
21 Avqust

Deputat: Yeni güzəşt mexanizmi qeyri-neft-qaz ixracının artmasına imkan verəcək 

17:15
21 Avqust

Süni intellekt və təhsilin rəqəmsal transformasiyası

17:13
21 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!